Gənclik marşı

Ali Pedaqoji İnstitutun tələbələrinə*Bizik bilik, şan ordusu, Azərbaycan ordusu.

Abdulla Shaig19211 min
Savaş

Köçəri həyatından*Yenə səssiz, cansız yurdlar qol atmışdı hər yana,

Abdulla Shaig19212 min
Samur kanalı

Samur çayı, yadındamı,Şırıldayıb axardın sən?

Abdulla Shaig19401 min
İstəkli nəvəm Ülkərə

Bir gün səhər dalmışdım ulduzların seyrinə,Gözləyirdim üzümə haçan gülər Ülkərim.

Abdulla Shaig19581 min
Yandırdı məni yar bu hicran arasında

Yandırdı məni yar bu hicran arasında.Kül etdi məni buteyi-əfğan arasında.

Abdulla ShaigGhazal1 min
Qəsəm ol zülfünə ki, əldə bu can olsa idi

Qəsəm ol zülfünə ki, əldə bu can olsa idi,Ya ki bu qanə dönən qəlb nihan olsa idi.

Abdulla ShaigGhazal1 min
Ahu baxışlı bir qız

Füsuli-ərbəədə mən fəda olum yayə,Mənim güzarımı saldı Qara Kəlisayə.

Abdulla ShaigGhazal19043 min
İkinci pərdə

Səhnə Jirikovun evini təsvir edir*Zəhra** (yalnız). Of, nə ağır, nə çətin vəziyyət. Orda məni lənət və nifrət, burda namussuzluq və xəyanət gözləyir. Ey məni böyüdən, yaşadan yerlər, sənə son göz yaşlarımı tökürəm.

Abdulla Shaig8 min
Aldanmış ulduzlar

Beş pərdəli dramM.F.Axundovun “Aldanmış kəvakib”

Abdulla Shaig19281 min
Üçüncü pərdə

Səhnə saray bağçasını təsvir edir. Ağaclıq, çiçəklik, xiyaban, fəvvarəli hovuzlar.*Axar su, geniş bir meydança, bir tərəfdə şahın taxtı. Xacə taxta yaxın durub*

Abdulla Shaig192812 min
Nüşabə

Beş pərdə on iki şəkildə mənzum dramƏsər Nizami Gəncəvinin “İskəndərnamə” poeması əsasında yazılmışdır.*

Abdulla Shaig19451 min
Uşaq və dovşan

U ş a q– Dovşan, dovşan, a dovşan!

Abdulla Shaig1 min
Qızıl gül

Qızıl güləm, qızıl gül,Məni sevər hər könül.

Abdulla Shaig19261 min
İnqilab nəğməsi

İnqilab nəsliyik biz.Hər bir işdə mübariz.

Abdulla Shaig19281 min
May nəğməsi

Bu gün rəsmi-keçid var,Tez toplanın, uşaqlar!

Abdulla Shaig19281 min
Dəmirçi

Yan, ocağım, durma, yan!Təndir kimi alovlan!

Abdulla Shaig19281 min
Məktəblilər marşı

Biz maarif cəbhəsininAlnı açıq əsgəriyik.

Abdulla Shaig19361 min
Ana yurdum

Çöllərindir şən,Hər yerin gülşən.

Abdulla Shaig19411 min
Ata-oğul

Başı papaqlı ata,Çuxa, başmaqlı ata,

Abdulla Shaig1 min
Lovğa ovçu

Salman adlı bir ovçu var idi. Ovçular bir yerə toplananda Salman öz ovçuluq məharətindən uzun-uzadı danışır və onların yanında öyünürdü. Yoldaşları ona çox zaman dodaqaltı gülüb bir söz demirdilər.Bir gün iki ovçu, Heydər ilə Atakişi dovşan ovuna çıxmışdılar. Xeyli axtarışdan sonra qarşılarına zorba bir dovşan çıxdı. Heydər fürsəti fota verməyib cəld dovşanı nişan aldı. Atəşin açılması ilə dovşanın səndələyib yerə yıxılması bir oldu. Dovşanı götürüb getmək istərkən gördülər ki, budur, uzaqdan ovçu Salman gəlir. Atakişi gülə-gülə Heydərə baxdı:

Abdulla Shaig1 min
İkinci məclis

Məclis Pəri xanımın bağçasında vaqe olur. Dursun əlində bir*səbət armud, yorulmuş bir halda bağçaya gəlir.*

Abdulla Shaig19125 min
Vətən

Beş pərdəli dramİştirak edənlər

Abdulla Shaig19411 min
Fitnə

Üç pərdəli mənzum dram(Mövzusu Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından alınmışdır)*

Abdulla Shaig19461 min
Üçüncü pərdə

Səhnə vəzirin sarayını təsvir edir. Sağda ikimərtəbəli evin eyvanı. Solda qırx*pilləkən. Pilləkən başında bir otaq. Yaz fəsli. Həyət güllük, çiçəklikdir.*

Abdulla Shaig194610 min
Qaraçı qız

(Mövzusu S.S.Axundovun eyni adlı hekayəsindən alınmışdır)*İştirak edənlər

Abdulla Shaig19481 min
Dördüncü pərdə

Altıncı şəkilMeymun paltar yuyur. İt də iki ayağı üstə durub onun paltar yumağına tamaşa edir.*

Abdulla Shaig19489 min
Göbələk

Tiflisdə olduğum günlərin ən bəxtiyar saatlarını “Gəncə bağında” keçirirdim. Qaynaşan gurultulu həyatdan özünü bir dağ yamacına çəkmiş və hər tərəfi uca, qalın divarlarla qucaqlaşmış bu bağın iri dəmir qapısından içəri girincə hər şeyi unudur, qarşımda başqa dünya, başqa aləm açılırdı. Təbiətcə ən gözəl bir lövhəyə təqlid edilərək düzəldilmiş bu bağın çox təbii görünən pərişan gözəllikləri, dolaşıq eniş-yoxuş yolları, başlarını bir-birinə əymiş uca və sıx ağacları vardı. Hər gün kəsə cığırlarla aşağıya, dərəyə qədər enər və orada bir daş üstündə oturub, saatlarla fikrə gedər, düşünərdim.Payızın dumanlı bir günü idi. Adətim üzrə, “Gəncə bağını” gəzdikdən sonra qısa addımlarla evə qayıdırdım. Birdən-birə arxadan eşidilən bir səsdən geri döndüm. Üst-başı təmiz, səliqəli geyinmiş bir gənc əli ilə “dur!” işarəsini verdi. Durdum. Yaxınlaşdı. Görüşdük.

Abdulla Shaig19129 min
V

Rəcəb Badamın evində yaşamağa başlamış və bütün ailəni ovcunun içinə almışdı. O, Badamı öz təsiri altına elə salmışdı ki, onun hər sözü Badama bir qanun sayılırdı. Rəcəb özü də bunu hiss edir, Badamın zəifliyindən istifadə etməyə çalışırdı. O, Xasayın və Zinyətin dərsdən sonra vəzifədə çalışmalarına razı deyildi. “Onlar evdə daha çox qazana bilər” – deyirdi.Rəcəb arzularını istədiyi kimi həyata keçirdi. Hər iki uşağı vəzifəsindən ayırdı. Günortadan sonra Xasayı papiros satmağa göndərdi. Bütün bunlar kiçik Xasaya təsirsiz qala bilməzdi. O, gündən-günə dəyişirdi. Özünü evdə, həyətdə, küçədə və məktəbdə olduqca sərbəst hiss edirdi. Hər gün anasından aldığı papirosları ciblərinə doldurub fit çala-çala böyük küçələrə gedirdi. Əvvəlləri çəkinə-çəkinə, utana-utana satardı, əlindəki papirosu satmaq üçün divara söykənib yoldan keçənlərə yalnız təklif edərdi. Son zamanlar o qədər sırtıqlaşmışdı ki, başqa satıcı yoldaşlarına da aman vermirdi! Yoldan keçən adamın qarşısına qaçırdı. Papiros satmaq üstündə yoldaşları ilə boğuşurdu. Alıcı az olduğu zamanlar divar dibində toplanıb yoldan keçən adamların qarşısında hər bir qaba hərəkətlər etmək və tərbiyəsiz sözlər söyləməkdən çəkinməzdi.

Abdulla Shaig19353 min
Böyük xadim

Həsənbəy Zərdabinin vəfatı münasibətilə*Bu sənmisən, ey dahiyə, ey nəcmi-müzəffər?!

Abdulla Shaig19071 min
Hürriyyət pərisinə

Söndün nə çapıq, ruhuma qüvvət verən ey nur,Ümmidi-vüsalınla sənin mən yaşayırdım.

Abdulla Shaig19081 min