Abdulla Shaig · Prose
- Love
- Divine love
- Separation
- Wine and the tavern
- Nature and spring
- Fate
- Death
- Wisdom and advice
- Homeland
- Praise
- Satire
- Lament
Mayın gözəl bir səhəri idi. Dan yeri yenicə ağarmağa başlamışdı.Yatağımda yatırdım. Birdən-birə anamın yavaşca: “Oğlum, qalx, yaylağa gedirik” deməsindən gözlərimi açdım. Anam başımı əlləri içinə alaraq bir də: “Qalx oğlum! səndən başqa hamı hazırdır, arabamız da gəlib” – dedi.
İkinci fəsilÜfüqü narıncı rəngə boyayan günəşin işıq və hərarəti azalmağa başlamış, axşam sərinliyi çökmüşdü. Qonşular Əlisəfanın qapısı yanındakı narın qum təpəsinin üstünə yığışıb söhbət edirdilər. İki qardaş – Qulu ilə Həsən arasında çəkişmə davam edirdi. Böyük qardaş Həsən deyirdi:– Ay qardaş, bu bizim ata-baba əkin yerimizdir, Allah verib neft xəzinəsi çıxır. Gəl bu yeri satıb kasıblığın daşın ataq!
Altıncı fəsilIIAslan bəy böyük oğlu Varisi realnıməktəbə vermişdi. Varis aşağı siniflərdə ciddi və istedadlı bir şagird kimi görünürdü. Böyüyüb yuxarı siniflərə keçdikcə ildən-ilə dəyişirdi. Yalnız təbiətində deyil, vücud və simasında belə bir dəyişiklik əmələ gəlmişdi. O çox ərköyün böyüdüyündən tərbiyəsi və əxlaqı gündən-günə pozulurdu. Öz sinif yoldaşı Şamilin və onun kimi yoxsul tələbələrin başına bir bəla kəsilmişdi. Onları hər gün, hər saat təhqir edir və bundan böyük zövq alırdı.
Üçüncü fəsilI1904-cü ilin əvvəlində başlamış rus-yapon müharibəsi bütün dəhşəti ilə davam etməkdə idi. Çar ordusunun Lyaodun və Mukden cəbhələrində məğlubiyyəti, Uzaq Şərqdə ən möhkəm qala sayılan Port-Arturun yaponlar tərəfindən alınması, xüsusən çarın böyük ümid bəslədiyi donanmanın Susima boğazında darmadağın edilməsi çar tərəfdarlarını böyük matəmə batırmışdı. Rus ordusunun göstərdiyi qəhrəmanlığa baxmayaraq, bu müharibə çar üsuli-idarəsinin nə qədər çürük və zəif olduğunu da ortaya çıxarmışdı.
DursunKiçik və yoxsul daxmasının səkisi üzərində orta boylu, sağlam, yaşlı bir adam oturmuşdu. İri dəri papağını qaşlarının üstünə çəkərək düşünürdü. Ətrafı dərin cizgilərlə dolu kiçik, parlaq gözlərində, qarışıq boz bığları altındakı iri, qalın dodaqlarında, uzun ətli üzündə sevinc qığılcımları oynaşırdı; çünki bir az əvvəl bostandan ilk bəhrə olaraq iki araba qovun-qarpız dərib hazırlamışdı. Verdiyi vədəyə görə bu gün ortağı yaylaqdan gələcək, bu qovun-qarpızları şəhərə aparıb satdıqdan sonra o, yaylağa gedəcəkdi. Onu ən çox sevindirən yaylaq məsələsi idi. Orada Güllü ilə görüşəcək, dəli təbiətin şən qucağında onunla bərabər yaşayacaq idi. O birdən-birə başını qaldırdı. Alnının tərini arxalığının tərsi ilə silərək, məmnun olmadığını göstərən bir səslə öz-özünə söyləməyə başladı:– Of, istidən bişdik; bu yaramaz oğlu yaramaz da gəlib çıxmır ki... Gəlsəydi, mən də bir beş-on günlüyə yaylağa gedib, Güllümə qovuşardım, – dedi.
Oyunçu bağalarBöyük bir binada eyni sinifdə oxuyan dörd-beş məktəbli yaşayırdı. Uşaqlar hər gün məktəbdən qayıtdıqdan sonra geniş həyətin günəşli və havalı tərəfində toplanıb oynayır, qaçışardılar. Yorulduqları zaman taxta barmaqlıqla hasarlanmış bağça yanındakı skamyada oturub danışardılar. Bir gün yenə bir yerə yığılıb oynayırdılar. Aslan əlində topu oynada-oynada gəldi. Uşaqlar qaçıb onun ətrafını alaraq dedilər:– Aslan, bu topu hardan aldın?
Birinci fəsilƏncir ağacı altında çalınan sazın ahəngdar səsi ətrafı bürümüşdü. Saz o qədər məharətlə çalınırdı ki, nəğmə coşqun, köpüklü sular kimi axıb yayılırdı. Xüsusən oxuyanın ürəyə yatımlı səsi, oxunan bayatıdakı məna gözəlliyi sazın uyğun səsinə qarışdığı zaman insan özünü büsbütün başqa bir aləmdə hiss edirdi:Sel axar, mələr gələr,*
Beşinci fəsilITətil və nümayişlər gündən-günə canlanırdı. Hər gün təşkilat rəhbərləri və fəal fəhlələr tutulub həbsə atılırdı. Buna baxmayaraq, tətil və nümayiş bütün qüvvəti ilə davam edirdi. Bir çox qurban verən bu davamlı tətil və nümayişlər yatdığı zaman Doqquz yanvar hadisəsi baş verdi. Proletariatın inqilab ruhu ilə coşub-daşdığı bir zamanda Putilov zavodundan bir neçə fəhlənin qovulması böyük bir həyəcan doğurdu. Peterburqda ümumi tətillər başlandı. Fəhlələr keşiş Qaponun məsləhəti ilə çarın yanına gedib özü ilə görüşməyə və dərdlərini açıb ona söyləməyə qərar verdilər. Yanvarın 9-da böyük bir izdihamla irəlidə xaç və çarın rəsmi Qış sarayına doğru hərəkət etdilər. Dəstə içindən bir neçə səs eşidildi:
Səkkizinci fəsilIElçi və nişan məsələsi bir-birini o qədər sürətlə təqib etmişdi ki, Almas qaranlıqda yol azmış yolçu kimi nə edəcəyini bilmirdi. Daxilindəki müdhiş fırtınanın dalğaları onun lətif simasına, iri, qara gözlərinin saf parıltısına donuq bir rəng vermişdi, ləkəsiz qəlbi iztirablar içində çırpınırdı. Dərdlərini açacaq, kədərlərinə şərik olacaq bir nəfər tapmırdı. Hətta bütün dərdlərindən xəbərdar olan, hər zaman ona güvənərək arxalandığı anası belə bu gün ona qarşı tamamilə laqeyd görünərək, büsbütün dəyişilmişdi. Almas bu gün öz ailəsi içərisində yalqız və kimsəsizdi. Qəlbi kimi sevdiyi Poladdan ayrılmaq ona hər şeydən ağır görünürdü. Poladın onu sevdiyini, uşaqlıqda keçirdikləri o şən və qayğısız günləri, atasının Poladı təhqir edib həyətdən qovduğunu, Varisə getməklə sevgilisi Poladın qəlbində dərin və sağalmaz bir yara açacağını düşündükcə ürəyi yerindən oynayırdı. Bunları xatırlayınca ürəyində acı bir ağrı hiss etdi. Həmin ağrının üzücü yorğunluğu ilə yerindən qalxdı. Son bir ümid, son bir çarə düşünmüşdü. Bibisi Rəxşəndənin yanına gedəcək, qızı Dilguşa vasitəsi ilə əhvalatı ona başa salacaq, yalvarıb-yaxaracaqdı. Bibisi Rəxşəndə qardaşı Əlisəfanı qandıracaq, yanında ağlayıb-sıtqayaraq qardaşının daş ürəyini yumşaldacaq, beləliklə Almas istəyinə çatacaqdı. Bu şirin düşüncələr sadədil Alması cığırından çıxardı. O, qapının ağzından anasına:
VəzifəINoyabrın acıqlı bir sabahı idi. İki gün əvvəl başlamış olan xəzri hələ bütün şiddəti ildə davam edir, bir ildırım gurultusu ilə ətrafı sarsıdır, yerləri eşərək, göylərə sovurmuş olduğu toz-torpaqdan fəzanı qalın, sarımtıl bir örtüyə bürüyürdü. Qapı-bacaların vıyıltısı, pəncərələrin cingiltisi, uzaqdan eşidilməkdə olan dəniz dalğalarının dəli gurultusu ruhlara ağırlıq verir, əsəblərdə acı bir sızıltı hiss etdirirdi. Küçələr bomboş idi. Damlarda pişiklər, küçələrdə itlər belə gəzməyə cəsarət etmirdi. Yalnız arabir işə gedən adamlar yerdən burun-burun yüksələn toz-torpaqdan üz-gözlərini köksləri üzərində gizləməyə çalışaraq, iri addımlarla gedirdilər.
Dördüncü fəsilIBazar günü idi. Araz yoldaşlarını görmək məqsədi ilə evdən çıxıb fəhlə qışlasına getmək istəyirdi. Əlisəfanın qapısı yanından keçərkən əncir ağacı yanında durmuş bir nəfər:
Doqquzuncu fəsilITəbiət, yorğan kimi üstünə çəkmiş olduğu qaranlıq, tutqun buludlar altında həzin-həzin mürgüləyir, hər tərəf, hər şey səssiz, dilsiz bir sükut içində dincəlirdi. Uzaqda yanan mayakın projektor kimi dənizə doğru uzanan sarımtraq titrək işığı dalğaların geniş qolları arasında əriyib gedirdi. Yalnız Xəzər dənizinin yorğun qafilə kimi tənbəl addımlarla irəliləyib, qayalara sakitcə çarparaq, geri dönən dalğacıqları, qaya üstündə oturub, gözlərini dənizin uzaq ənginliklərinə dikən üç nəfərin danışığı bu mürgüləyən sükutu parçalayırdı. Onlardan bir qədər aralı yarıya qədər qumlu sahilə çəkilmiş kiçik bir qayıq, bir az uzaqda isə iki atlı araba dururdu. Yan-yana oturmuş kölgələrdən biri deyirdi:
Özü bilsin, mənə nə!İlk dəfə gördüyüm zaman vücudu kimi quru və soyuq təbiətini də bəyənməmişdim. Onu mənə kənd dükançıları tanıtmışdılar:– Yetmiş yaşı var, adı “Cırtdandır”. Cırtdan deməsən tanımazlar – demişdilər.
Kələkbaz AlbertLerqo bez fabrikasında fəhləlik edirdi. Qaniçən faşistlərə qarşı onda dərin bir kin var idi. Faşistlərlə vuruşma başlar-başlamaz Lerqo öz arvadı ilə bərabər cəbhəyə getdi; on altı yaşında oğlu Alberti öz yaxın qonşusu və səmimi dostu olan Albaressaya tapşırdı.Albert ağıllı, ürəkli və mətanətli bir çocuq idi. O, bilmədiyi şeyləri soruşub öyrənmək istəyər və gördüyü maraqlı hadisələri özünəməxsus dadlı bir dil ilə, qonşusu Albarasseya nağıl edərdi. Albaressa onu öz nəvəsi kimi sevərdi.
Üç itLaçın bacısı Tərlan ilə həyət bağçasının yanında oturub səssizcə beşdaş oynayırdılar. Oyunu bu dəfə Laçın qazanmışdı. Tərlan əlini yerə qoyur, Laçın daşı havaya atıb Tərlanın əlini əli ilə vurduqdan sonra daşı tez havada tuturdu. Tərlan əlini çəkərək dedi:– Ay insafsız, mən səni udanda belə bərk vururdum?
Beşinci fəsilƏhməd dörd il Moskvada çalışdı, çapaladı, hər çətinlik və zəhmətə qatlanaraq, geoloji fakültəni bitirdi. O, artıq Moskvanın küçələrinə sığmırdı. Nə demək, bu onun üçün az şey deyildi. Bilik səhnəsindən həyat cəbhəsinə atılmış, maddi və mənəvi ehtiyacını təmin edəcək ixtisas sahibi olmuşdu. O gün Moskvanın ən gözəl gəzinti yerlərini saatlarla dolaşdı. Ən böyük küçələrdəki iri mağazaların sərgisini dərin bir nəşə və maraq içində nəzərdən keçirdi. Ancaq onun gənc köksünü və daşqın qəlbini axın-axın doldurmaqda olan sevinclərində iştirak edəcək bir kimsə tapmadı. Artıq o gözəl bağçalar, gəzintilər, o geniş küçələr onu sıxmağa başladı. O hamıdan artıq Məhərrəm əmini xatırladı. Əllərini köksü üzərində çarpazlayaraq:– Ah, o indi yanımda olmalı idi! – dedi, – Həm diplomumu göstərərək sevincimi onunla bölüşər, həm də gələcəkdə görəcəyim işlər haqqında ona geniş məlumat verərdim.
İki müztərib yaxud əzab və vicdanSevgili Rəmziyyəm!Həştərxana vüsulunuzda yazdığınız məktuba ancaq cavab yaza bildim. Əfv ediniz, həmşirəciyim, sizin müfariqətiniz bilsəniz məni ruhən nə qədər mütəəssir etmiş. Yeganə həmdərdim idin. İndi isə yalqızam. Bir tərəfdən sizin atəşi-müfariqətiniz, o biri tərəfdən daha bu günlərdə zühur edən bir hadisə, məni bir əzabi-əlim içində buraxmış.
Yeddinci fəsilƏşrəf Sonanı dəlicəsinə sevdiyi kimi, Sona da ona ürəkdən vurulmuşdu. Evə gəldiyi zaman Əşrəfi min bir dillə dindirir, sağına, soluna keçir, onu dadlı sözlərlə əyləndirir, iri qara gözlərinin ən səmimi baxışlarını, yaqut dodaqlarının ən şirin gülüşlərini yalnız ona bağışlayırdı. Əşrəf də arabir Sonanın o gözəl kiçik başını qucaqlayıb, iki əli ilə onu köksünə sıxaraq:– Ah, qəlbimin sevinci, ruhumun işığı. Səni kiçiklikdən sevdim. Sənin üçün yaşadım, sən mənim yeganə gözəlimsən, – deyirdi.
Yeddinci fəsilIAraz oğlu Poladı çox sevirdi. Polad ağıllı-kamallı bir oğlan olmuşdu. Araz hərdənbir Günəşə:
Usta BəxtiyarBir gün öz taleyindən razı olan zalım bir padşah əyanları arasında oturub onun haqqında deyilən təriflərə fərəhlə qulaq asırdı. Qoca vəzirinin bu söhbətlərdə iştirak etmədiyini hiss edincə şahın əhvalı pozuldu, vəzirin bu söhbətlərə münasibətini bilmək məqsədilə soruşdu:– Vəzir, dünyada məndən daha bəxtiyar adam varmı?..
Pioner düşərgəsindəYay tətili yenicə başlamışdı. İçərisi sevinclərlə aşıb-daşan, boyunları qırmızı qalstukla bəzənmiş pionerlərlə dolu avtobus düşərgənin qapısı qarşısında dayandıqda elə bir qurbağa gölünə bir daş atdılar. Uşaqlar intizar içində gözləyirdilər ki, birdən şofer çox uzun davam edən bir fit verdi. Fitin verilməsi ilə qapının açılması bir oldu. Qapıya qoca bağban Salman dayı çıxmışdı. Həmişəki kimi bu dəfə də o öz kiçik dostlarını qızğın bir məhəbbətlə qarşıladı. Keçən il yay tətilini həmin düşərgədə keçirmiş Azər yaşıl bağı, bostanı, becərilmiş çiçəkliyi quş baxışı ilə süzərək:– Qocalar demişkən, Salman dayı bağı yenə cənnətə döndəribdir, – dedi.
XIIIXasay hər gün məktəbdən evə döndüyü zaman halı dəyişirdi. Bir gün evdə yalqız olduğundan artırmada durmuş, gözlərini pəncərədən bağçaya dikib düşünürdü. Atası sağ olduğu zaman bağçada bərabər çalışdıqları xoşbəxt günlər, sinifdə birinci əlaçı olduğu, atasının ölümü, anasının Rəcəbə ərə getməsi, bu quldurun təsiri ilə azğın yollara sapıb işıqlı, uca göylərdən bataqlığa düşməsi – bütün bunlar kino lenti kimi bir-bir onun gözləri önündən keçirdi. Bu acı xatirələr içində onun ruhuna işıq, qəlbinə sevinc verən heç bir şey yox idi. Yalnız ruhunu oxşayan, səmimi məhəbbət bəsləməyə başladığı sevimli müəllimi Kamil idi. Düşündükcə, Kamil müəllim onun gözləri önündə böyüdükcə-böyüyür, canlı bir heykəl kimi qarşısına dikilib ona: “Qorxma, sənin fitri istedadını inkişaf etdirmək üçün bütün qüvvə və iradəmi sərf edəcəyəm” – deyirdi.Xasay düşüncələrlə bağçaya çıxdı. Bağça əvvəlki bağça deyildi, alaq basmış, su verilməmiş olduğundan çiçəklər solmağa başlamışdı. Xasay o solğun çiçəklərə baxıb acı-acı gülümsədikdən sonra: “Atam sizi beləmi becərirdi?” – dedi. Sonra qollarını çirmələyib bağçanın alağını etdi, təmizlədi, süpürdü, tam iki saat çalışdı. Vəzifəsini bitirmiş olan adamlara məxsus bir tövrlə bağçaya bir də baxdı. Bu dəfə bağça ona bambaşqa göründü.
Timsah ovuGünəş tovuz qanadlarını Nil çayı sahillərinə çətir kimi açmış, quşlar xurma, limon və portağal ağaclarında səhər şənliyinə başlayaraq, budaqdan-budağa atılır, yeni doğmaqda olan günəşi şən nəğmələri ilə salamlayırdı. Səid, oğlu Nail ilə xurma ağaclarının quru budaqlarını kəsib yerə atırdılar. Bu zaman arvadı Zəhra aşağıdan səsləndi:– Səid, qapıya arşın malçı gəlmişdir, pul ver, Naziləyə paltarlıq üçün üç arşın çit alım.
IXRəcəb ov tulası kimi Xasayı yanına salıb ova çıxmışdı. O bu gün olduqca şıq geyinmişdi. Başında qiymətli şlyapa, boynunda qalstuk, əlində kitab və dəftərlə dolu bir portfel var idi. Zahirdən heç kəs onun əsil peşəsini təyin edə bilməzdi. Xasay onun arxasınca gedir, heyrətlə Rəcəbə baxıb gülürdü. Stansiyaya çatınca hər ikisi atılıb içi adamla dolu bir tramvaya mindi və dərhal adamların içinə soxuldu. Tramvayın ortasında üstü-başı təmiz iki nəfər danışırdı. Xasay onların o yan bu yanına keçib yoxlamağa başladı. birinin cibində pul olduğunu Xasay gözqaşla Rəcəbə bildirdi. Rəcəb o adama yanaşdı. Görməsin deyə iri portfelini onun köksünə sıxaraq əlini cibinə soxdu. Pulu iki barmağı arasında yavaşca çıxarmaq istərkən kişi anladı, tez əlini cibinə uzatdı, Rəcəb əlini onun cibindən çıxarınca kişinin əlinə toxundu. Kişi çəkilərək:– Ay, nə edirsən – deyə heyrətlə Rəcəbə baxdı.
Solmaz və sönməzCəfər Cabbarlıya*Fəza kimi sonsuz, quru və susuz çöllərdə yetişmiş cansız bir fidan idin, nə günəşin hərarətindən qoruyan sərin bir kölgəliyin, nə də soyuq ruzgar və acı qasırğalardan sığınacaq bir koman vardı. Başın üzərində çaxan alovlu şimşəklərin, ayaqların altında sönən fırtınaların ağır qırmancları altında əzilə-əzilə, çarpışa-çarpışa arxasız və köməksiz böyüdün. Həyatın ağır zərbələri o arıq və zəif vücudunu gəmirdikcə, sən öz sarsılmaz iradənə sarılaraq, dimağındakı atəş, ruhundakı qüvvət, qəlbindəki hərarətlə durmadan məqsədə doğru irəlilədin. Lakin mənzil uzaqda idi... Ey günəşli yolun gənc yolçusu, səfərin haraya?
Hitlerin yuxusuFaşistin qəlbindən daha qaranlıq bir gecə idi. Hitler istilaçılıq xülyası ilə məst olaraq artırmada oturmuş, özünün “Mənim mübarizəm” kitabını tamamlamaq üçün ərkani-hərb ilə birlikdə hazırlamış olduğu dünyaya hakim olmaq planını nəzərdən keçirirdi. Sovet hökumətinə hücum planını gözdən keçirərkən tək səbir gəldi. Bu tək səbir onun qəlbində acı şübhə doğurdu, qürurla yumruğunu masaya çırparaq: “Bu tək səbir nədir? Mənim səbir etməyə vaxtım yoxdur; faşizm bütün dünyaya hakim olmalı, bütün millətlər “nəcib” alman millətinə köləlik etməlidir! Dünya alt-üst olsa da bu fikrimdən dönməyəcəyəm” – dedi.Hitler, planı bir də gözdən keçirməyə başladı. Elə bu arada otaqdakılardan birisi yenə asqırdı. Hitler bu tək səbirdən acıqlandı, başını oynadaraq: “Ah, yenə tək səbir” dedi. Bu tək səbirlər onu əsəbiləşdirmişdi. Oturduğu yerdən qalxdı, bığlarını çeynəyə-çeynəyə artırmada gəzinməyə başladı. Onun buludlu gözləri qaranlıqda şimşək kimi parıldayırdı, ürəyi çırpınaraq dərin düşüncəyə dalmışdı. Düşünməkdən yorulmuş başını əlləri içinə alaraq hiddətlə oturdu, zəngi basdı, xidmətçi qız gəldi, bir fincan su istədi, qız su gətirdi. Hitler əsəbi, titrək əli ilə suyu alıb içdi. Kin və qürurla parlayan gözlərini göylərə dikərək daldı, fikri plan, gözləri isə ulduzların seyri ilə məşğul ikən birdən gözü Marsa sataşdı. Onu bütün qüvvəti ilə özünə cəlb edən Mars cahangirin qəlbində dadlı bir xülya oyatdı. Əlini ona uzadaraq: “Ey Mars, dünya işlərini bitirdikdən sonra sənə də əl atmağa bir yol tapacam” – dedi. Bu fikir onun qəlbindəki kədərini büsbütün dağıtdı. Gülməyə yad olan simasını süni bir təbəssüm bürüdü: “Yavaş, sənə də kəmənd atmasam cahangir Hitler deyiləm”.
Hacıleylək və sərçəBir Hacıleylək çinar ağacının ən yuxarı budağında yuva tikmişdi. Bir sərçə də həmin yuvanın altında məskən salmışdı. Bir gün hacıleylək sərçəyə dedi:– Qonşu, sən mənim yuvamın kölgəsində yaşayırsan, mən olmasam günəş səni və balalarını yandırıb kül edər. Sərçə cavab verdi:
XVBadam təzə xidmətindən çox məmnun idi. “Fabrik işlərinin bu qədər maraqlı olduğunu bilmirdim, yoxsa çoxdan girmişdim” – deyirdi. O indi iclaslara gedir, yoldaşları ilə yarışır, staxanovçu olmağa çalışırdı. Fabrik həyatı, əmək və sənət onun görüşünü, xasiyyətini, vərdişlərini gündən-günə dəyişirdi. O, indi əvvəlki tənbəl, bacarıqsız, biliksiz Badam deyildi; girir-çıxır, yeni həyat və quruluşun hər üzünü, hər səhifəsini öyrənməyə çalışır. savad məktəbinə gedirdi.Badam fabrikdə təmizlik briqadasına üzv seçilmişdi. Briqada üzvləri qərara almışdı ki, əvvəlcə öz evlərini gəzsinlər. Bu qərar Badamı çox qorxutmuşdu. Özü briqada üzvü olduğu halda, ev-eşiyi təmiz olmazsa, yoldaşlarının yanında qızaracağından qorxurdu. Odur ki, işdən evə gəlincə ev-eşiyi süpürdü, təmizlədi, şeylərin üstünü sildi. Xasayın və Zinyətin iş köynəyini dəyişdirdi. Stolun üstünə yeni süfrə sərdi, çarpayılara ağ mələfə çəkdi. Divardan üç üz silən asdı. Bu çalışmalarda qızı Zinyət də ona kömək edirdi. Badam evinə-eşiyinə baxıb sevinə-sevinə:
MuradTiflis şəhərinin yaxınlığında Kolbasan adlı kənd var idi. Bu kəndin dörd bir yanı bağlıq, meşəlik yerlər idi. Elə ki bahar olurdu, ağaclar çiçəkləyir, təpələr, yamaclar yumşaq ot və çiçəklərlə döşənirdi; rəngbərəng güllərin ətri kəndi bürüyürdü. Səhər-axşam quşların gözəl nəğməsinin arası kəsilmirdi. Bahar çağı bu kənd o qədər gözəl olurdu ki, insan baxmaqdan doymurdu.Belə tərifini etdiyimiz kənddə Bilqeys və Murad adında bacıqardaş yaşayırdı. Bilqeys olduqca mehriban və tərbiyəli bir qız idi. Hər gün bağçalarındakı tut ağacının altında palaz salardı; oyuncaq şeylərini də yığıb öz-özünə oynardı. Arabir qonşuları Səltənət də gələrdi. Hər ikisi birlikdə deyər, gülər, oynardılar; otaq bəzəyərdilər, bir-birinə qonaq gedib gələrdilər. Ayaqsayma, gəlin-gəlin oynardılar. Arabir də atası aldığı “Uşaq gözlüyü” kitabının şəkillərinə tamaşa edər və oxuyardılar. Günləri xoş və asudə keçərdi.
Cümənin qəzəbiBir neçə il idi ki, quraqlıq keçdiyindən ayrımların əkin-biçini əmələ gəlmirdi. Quraqlıq bir dərəcədə idi ki, baharın orta ayında otlar saralıb, quruyurdu, çiçəklər solurdu, ağacların yarpaqları tökülüb, çılpaq qalırdı; dərə, təpə, çöl, çayır payız vaxtı kimi qəmgin və çılpaq bir halda görünürdü. Mal, heyvanın otlaması üçün nə ot və nə saman tapılırdı. Yazıq heyvanlar acından qırılıb, tələf olurdu. Get-gedə kəndi kasıblıq və bədbəxtlik bürüyürdü...Bir gün kəndin ağsaqqalları yığışıb, məsləhət elədilər ki, “allah nə üçün bizə qəzəb eləyir və göydən yağış yağmayır?”