Sharif Aghayar
- Love
- Divine love
- Separation
- Wine and the tavern
- Nature and spring
- Fate
- Death
- Wisdom and advice
- Homeland
- Praise
- Satire
- Lament
Çayın qırağında nə vardı? Ömər aşırımına tərəf nə görmüşdü? Ora getməyin təhlükəli olduğunu bilmirdimi? Komandir gedir, mən ondan gözümü çəkmirdim. Arada snayperin durbinindən də baxırdım. O, gözlərim baxa-baxa qeybə çəkildi. Elə bil, çəmənlikdə sağa-sola uçan kəpənək qəfil öz rəngində olan çiçəklərin üstünə qondu, qanadlarını açdı və görünməz oldu. Kəpənək gülün ləçəyindən qopmuşdu. Çəmənliyi o qədər sevirdi ki, Tanrı ona can vermişdi. Sağa-sola uçur, istədiyi yerə qonub gülün-çiçəyin bir parçasına dönürdü. Komandir də indi canından artıq sevdiyi vətən torpağının bir daşı, bir ağacı, bir otuydu. Bir azdan yenidən canlanacaq, yanımıza qayıdacaqdı.Hərbi hissədə vur-çatlasın vardı. Qaçırdılar, idman edirdilər, qışqırırdılar. Səs-küyləri aləmi götürmüşdü. Elə bil, bir saatdan sonra qanlı döyüşə girəcəkdilər. Bunlar Dəmirçidamda gördüyümüz əsgərlərə bənzəmirdi. Həm çox idilər, həm də canlı. Lakin diqqətlə baxanda bu hay-küyün keçici, yalançı bir şey olduğunu aydınca hiss edirdin.
Dördüncü hissə, 8. KomandirHara gedəcəkdim? Ömər üzdəki topların markasını yazmaq istəyirdim. Yazdım da. İkisi özü hərəkət edən dördtəkərli top idi və bizim mövqeləri vurmaq üçün hazır dayanmışdı. Toplar yerləşən yerə yol təzə çəkilmişdi. Deməli, topları da təzə gətirmişdilər.Bir neçə saat müşahidə aparıb Murovun Kəlbəcər yaxasına çəkilən bütün yeni yolları qeydə aldım və yavaş-yavaş geri qayıtdım.
Dördüncü hissə, 9. QırğıYardımçı posta çıxmağımızın mənasını sonralar anladım. Əgər, doğrudan da, düşmən bizi görmüşdüsə, komandirin bu hərəkətindən sonra şübhələri qalmaz, bizi öz əsgərləri zənn edərdilər. Bura blindaj da sayılmazdı. Balaca idi. Kovuş demək daha doğru olardı. Hətta deşik, kalafa lap uyğun gəlirdi. Xəndəyin üstündəki kirli fənərdən miskinlik yağırdı. Hələ qatlanmış yorğan döşəyin hisi-pası. Avtomatın ucuyla araladım, bit qarışqa kimi qaynaşırdı. Ətrafa kirli paltarlar atılmışdı. Bəlkə, diqqətlə axtarsan, zibilliyin arasında əsgər meyiti də tapardın. Belə bir postun əsgəri heç vaxt yaxşı vuruşa bilməzdi. Orada təəssüf etdim, dedim, kaş bircə aylıq döyüş əmri verilə, gör buraları necə götürərik. Onda kəşfiyyat da asanlaşar.Düşmən əsgərlərinin miskin həyatını hər detalıyla bəlli edən bu postda çox qalmadıq. Dağın uçurum yaxasıyla dərəyə endik. Bura dağın quzeyi idi. Gün tutmurdu. Və o qədər narahat idi ki, kiminsə burdan aşağı yenəcəyini təsəvvür eləmək olmazdı.
Dördüncü hissə, 10. KomandirOt adamdan hündür idi. Qantəpər çiçəkləri əl boyda açılmışdı. Yarpaqlarda muncuqlanan yağış damcıları günəşdə almaz kimi bərq vururdu. Otu yara-yara bulağın yanına çatdıq. Dağın başında nadir hallarda bulaq olur. Tanrı Qonurdağa belə bir hədiyyə eləmişdi. Bulağın üstündə ot daha da sıxlaşırdı. Bəlkə, yay uzunu bura heç kimin ayağı dəyməmişdi. Bulağın həndəvərində mövqe tutub dincəlirdik. Mürgüləyənlər də vardı. Birdən otluğun beş-altı yerdən dalğalandığını gördüm. Dalğa bizə tərəf axırdı. Mühasirəyə düşdüyümüzü düşündüm. Uşaqları cəmləyib “kalso” yaratdım. Çavuş Hüseynov - bizim Maral gözə dəymirdi. Otların arasında onu tapmaq vaxt aparacaqdı. Yəqin hardasa yatıb qalmışdı. İndi güllə səsinə oyanardı. Onun necə diksinəcəyini düşünüb gülümsədim. Təkcə otların tərpənişi deyil, xışıltısı da yaxınlaşmışdı. Silahları səsə tərəf çevirib həyəcanla gözlədiyimiz an Maral qışqıra-qışqıra bizə tərəf qaçdı. O, avtomatın qayışından yapışıb arxasınca sürüyürdü. Bizə yaxınlaşan dalğa onun səsindən ürküb sürətlə aralandı və otun seyrələn yerində bir dəstə maral göründü.Maralın biri otlaya-otlaya Çavuş Hüseynovla burun-buruna gəlmiş, onu oyatmış, Hüseynov təşviş içində qışqıraraq bizə tərəf götürülmüşdü.
Dördüncü hissə, 11. Kapitan Rəşidov“Cabir postu”nda səksəkə içində gözləyirdim. Mənə elə gəlirdi, kəşfiyyatçılar açığa çıxıblar. Ancaq qəlbimin dərinliyində Orucova inanırdım. İndiyəcən uğursuz əməliyyatı olmamışdı. Onun kitabına məğlubiyyət sözü yazılmamışdı. Gündüz geri qayıtmaq barədə özünün qərar verməsini də buna görə məsləhət gördüm. Əslində, mən əməliyyatın rəhbəri kimi onlara gizlənmək əmri verməliydim. Gündüz hərəkət eləmək olmazdı. İllah da hərbi hissənin yaxınlığında. Lakin Orucov qayıtmaq istəyirdisə, demək, nəsə bilirdi.Üçüncü rabitə əlaqəsinə girəndə ürəyim toxtadı: “Qarpız bostanındayıq, gəlirik”. Demək, Qonurdağı aşmışdılar. Böyük təhlükə adlamışdı. Bir var hərbi hissənin mühasirəsinə düşsünlər, bir var Murovdakı postların. Məsafə yaxın, düşmən sayca az olduğu üçün postlarla baş eləmək daha asan idi. Hücuma keçib mühasirəni yarmaq olardı.
Dördüncü hissə, 12. KomandirYağış bizi Ağ çınqıl yoxuşuna dikələndə tutdu. Uşaqların biri sürüşüb çaya düşdü. Maral olmasa, bilməyəcəkdik bəlkə. “Kimsə yıxıldı” - dedi. Bu vaxt əsgər başını çıxarıb bir dəfə çığırmağa imkan tapdı. Qırğı ilə özümüzü yetirib avtomatı uzatdıq, yapışdı, dartıb çıxartdıq. Silahı suda qalmışdı. Qırğı özünü selə vurdu, suyun altına girib nə qədər axtardısa, tapmadı. Maral suya atılıb silahı çıxartdı. O, əsgər selə yıxılan yeri yadında saxlamışdı.Şıdırğı yağışın qara məhlula çevirdiyi qatı qaranlığı yara-yara üzüyuxarı addımladıqca xırda çınqıl ayağımızın altında aşağı axırdı. Nə qədər gedirdik, çaydan aralanmırdıq. Selin qıjıltısı bütün səsləri batırırdı. Çınqılla birlikdə axıb çaya düşsək, salamat qurtara bilməzdik. Uşaqlar fərqində deyildilər: sel bizi aparırdı. Kəşfiyyatda olduğumu unudub qışqırdım:
Dördüncü hissə, 13. Kapitan RəşidovDördüncü rabitə əlaqəsi vaxtı Orucovu başa düşmədim. Dedi, Qamış yüksəkliyinə doğru dərənin içiylə gəlirik? Gündüz vaxtı, dərənin içiylə? Heç olmasa, nəzərə çarpmayan yerlərdən bir-bir, iki-iki keçmək olmaz? Sizi görərlər axı. Cavab qısa oldu:“Qələt eləyərlər!”
Dördüncü hissə, 14. KomandirÇəkib gətirdiyim video mənə görə adi kadrlar idi, ancaq bütün briqadada səs-küy saldı və dediyim kimi, qarşımdakı bütün sədləri aşırdı. Bir neçə ayın içində kiçik leytenantdan kapitan rütbəsinə yüksəldim, kəşfiyyat bölüyünün komandiri oldum. Üstəlik, “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edildim. Ən vacibi, “101”-də hamam tikdirə bildim. Təkcə bizim bölüyün uşaqları deyil, digər əsgərlər də çimməyə gəlirdilər. Heç kimə yox demirdik. Bircə şərtlə - hərə öz odununu gətirsin! Təmiz əsgər görəndə özümdən asılı olmadan xoşbəxt olurdum.Daha məni “Alay komandirinin oğlunu girov gətirən kəşfiyyatçı” kimi yox, “Ermənilərin “razvod”unu videoya çəkən zabit” kimi tanıyırdılar. Və bu söhbət girov söhbətindən çox yayılmışdı. Görünür, çəkiliş ilk hadisə olduğu üçün insanlarda daha böyük maraq yaratmışdı.
Dördüncü hissə, 15. Polkovnik NəbiyevKəşfiyyatçılarımızın çəkib gətirdiyi videomaterialın doğurduğu reaksiyanı görəndə Böyük Mərzə əməliyyatı vaxtı Kapitan Rəşidova dediyim sözləri xatırlatdım. Dedim, mən deyəndə ki, Orucovun qarşısını heç kim ala bilməyəcək, inanmırdın! Bu da sübut! Gec oldu-güc oldu! Rəşidov başını buladı:“Cənab polkovnik, adam dörd il kiçik leytenant rütbəsində taqım komandiri işlədi. Bu qədər də olmazdı axı!”
Dördüncü hissə, 16. KomandirDesəm, güləcəksiniz, məni evləndirmək istəyirdilər. Bibim qonşuluğunda bir qız gözaltı eləmişdi. İş o qədər ciddiləşdi ki, qızı görmək üçün Sumqayıta gedəsi oldum. Deyəsən, bir az da öz içimdə maraq vardı. Bakı Dövlət Universitetini bitirmişdi. Texnikumda dərs keçirdi. Qıza görə Sumqayıta tez-tez gələcəkdim. Atam gəlişimə həm sevinir, həm də dodaqaltı qımışırdı. Onlar məni evə bağlamağın ən yaxşı yolunu tapmışdılar.
Dördüncü hissə, 17. SevincBəzənib-düzənib işə gedirdim. Bloka çıxanda ikinci mərtəbədə yaşayan Səltənət xala məni evinə çağırdı. Oğlu tələbəm idi. Bir az zəif oxuduğu üçün mənimlə tez-tez görüşür, oğlu barədə suallar verir, daha yaxşı hazırlaşması üçün dəftər-kitab alırdı. Çoxdan tanıyırdım onu. Hələ tələbəlik illərindən dostlaşmışdıq. Ancaq evlərində olmamışdım.Qapıları yarıaçıq idi. Bir az aralayıb səslənmək istəyirdim ki, içəri otaqda qalın, yun papaq qoymuş gənc hərbçi gördüm. O, stol arxasında giriş qapısına tərəf oturmuşdu. Öz-özümə dedim, bu kimdir? Nə gündədir? Niyə isti otaqda papağını çıxarmır?
Dördüncü hissə, 18. KomandirHərbi hissəyə tələsirdim, Səltənət bibim daş atıb başını tutdu ki, bir az ayaq saxla, qızı sənə göstərəcəm. Oturub gözlədim. Qapının arasından qarayanız bir qız boylandı. Onu görən kimi anamı xatırladım. Gözlərində ağ işıq vardı. Tərəddüd etmədən razılığımı bildirdim. Bibim inanmadı. Sevindiyindən əli çalır, ayağı oynayırdı. Tez atamgili, o biri bibimi, qohumları muştuluqladı. Atamın gözləri yaşardı, Zabil sevindiyindən qışqırdı, bizdə qalan bibimisə ağlamaq tutdu.
Dördüncü hissə, 19. SevincHörmətli qonşum, məni, demək olar ki, hər gün, bəzən gündə bir neçə dəfə görən və hər dəfə də hal-xoş edən Səltənət xaladan məktub almışdım. Bu qədər rastlaşdığın insan sənə niyə məktub yazsın? Oxuyanda məsələdən hali oldum və evlərindəki papaqlı zabitin sirri açıldı. Hirsləndim. Məktubu cırıb atdım. Doğrudan da, gələn Səltənət xalanın qardaşı oğlu imiş. Və o, məni görməyə gəlibmiş!Sən demə, Səltənət xalanın mənimlə mehriban davranmasının səbəbi bu imiş. Məktubun məni hirsləndirən yerində elçi gəlmələri üçün razılığımı istəyirdi. Dəli oldum! Sevimli qonşumun altdan-altdan iş görməsi hislərimə toxunmuşdu. Ən çox da xəbərim olmadan məni çağırıb zabit qardaşı oğluna göstərməsi yer eləmişdi mənə. Hələ gör nə yazırdı: “Sevindim ki, xoşuna gəlmisən!” Hirsimdən dəli bir gülmək gəldi mənə. Minnəti olsun! Hələ sən get ona isti otaqda papaq çıxarmağı öyrət, sonra evləndirərsən. Acığımı məktubdan çıxdım deyə ürəyim soyudu və məsələni şişirtdiyimi anladım.
Dördüncü hissə, 20. KomandirGümüşü işığı itirmişdim. Ona görə imkan tapan kimi Sumqayıta o qızı görməyə gedirdim. Uzaqdan baxırdım. İzləyirdim. Qıza yaxınlaşmaq kəşfiyyata getməkdən çətinmiş. Utanırdım. Bir gün cəsarətimi toplayıb yaxınlaşdım. Həyəcandan az qaldım hərbi salam verəm. Yox-yox, özümü cəmlədim. Dedim, filankəsəm. Gözlərini süzdürüb baxdı. Bu, həm etiraz eləmək, həm də salamı almaq anlamına gəlirdi. Mən ikinci variantı qəbul edib irəli durdum. Gördüm, alınır. Amma nə deyəcəyimi bilmirdim. Başladım universitetdən, təhsildən, tələbəlikdən danışmağa. Söhbətimiz tutdu. Danışa-danışa məhəlləyəcən getdik. Ayrılanda gülümsündü. Dedi, indiyədək bu yolu piyada gəlməmişdim. Onun gülüşündən içimə bir işıq düşdü. Hiss elədim ki, axtardığım qadındır. Bu, sevgi deyildi. Mənim heç kimə bənzəməyən ömrümün əvvəldən yazılmış qaydalarından biriydi. Onunla evlənməliydim.Elçilər əliboş qayıtdı.
Dördüncü hissə, 21. SevincSevmirdim onu. Ailə qurmaq da istəmirdim. Çox kasıb yaşadığımız üçün işləyib ata-anamı vəziyyətdən çıxarmaq barədə düşünürdüm. Həm də hərbçiylə çətin olacaqdı. Bunu özü də mənə demişdi, qohumlar da. Bircə mənimlə açıq danışması xoşuma gəldi. Gördüm, mərd adamdır.Fikrim qəti idi. Ailə qurmaq ağlımın ucundan da keçmirdi. Atam imkan vermədi. O, anamla dolanmırdı. Evimizə elə bir ziddiyyət düşmüşdü ki, başımı alıb qaçmaq məcburiyyətində qaldım. Belə bir vaxtda yun papaqlı zabit üzümə qapı kimi açıldı.
Dördüncü hissə, 22. KomandirDeyirəm də, hər şey “Cəmilli əməliyyatı”ndan sonra başladı. Həyatım yeni bir ritmə düşdü. Rütbə aldım, vəzifə aldım, orden aldım, ailə qurdum, oğlumuz oldu, Toğanada evimiz oldu.Mənim bütün uğurlarımda xüsusi əməyi keçən Kapitan Rəşidov xoşbəxtcəsinə gülümsünürdü. Bir gün isə tamam ağlagəlməz hadisə baş verdi. Polkovnik Nəbiyev yanına çağırıb, rəisin getmək istədiyini və məni öz yerinə təklif etdiyini söylədi. İnanmadım. Kapitanla görüşüb söhbətləşdim. “Səndən yaxşı kim işləyə bilər?” - söylədi. Tərəddüd edirdim. Bacarardımmı? Briqadanın kəşfiyyat xidmətinin rəisi balaca vəzifə deyildi. Götürqoy etməli idim. Kapitan Rəşidov məni ürəkləndirdi:
Dördüncü hissə, 23. Polkovnik NəbiyevXidmət rəisinin təklifini nəzərə alıb Orucovla görüşdüm. Məncə, bacaracaqdı. Qəhrəmanlığı öz yerində, onda qeyri-adi bir qabiliyyət də vardı; diqqətindən heç nə yayınmırdı!Dağ şəraitində keçirilən kəşfiyyat əməliyyatları haqqında çoxlu kitablar oxumuşam. Rusiyanın Qafqazda xidmət edən yüksək çinli zabitlərinin xatirə və gündəlikləri bu mövzuda ən yaxşı yazılar kimi yadımda qalıb. Dağlar fərqlidir. Hərbi əməliyyatlar üçün, ən başlıcası, dağ şəraitində rahat hərəkət etməkdir. Murovda yamaclar düşmən tərəfdən rahat, biz tərəfdən sərt olduğuna görə onlar öz postlarına yol çəkir, artilleriya və ağır texnikanı təmas xəttinə yaxınlaşdırırdılar. Bu fakt Orucovun gözündən yayınmamışdı. Söhbət zamanı erməni üzdən çəkilən bütün yeni yolların xəritəsini stolumun üstünə qoydu. Məəttəl qaldım. Ona yol çəkilişlərini müşahidə etmək barədə xüsusi tapşırıq verilməmişdi, özü bunun əhəmiyyətli olduğunu anlayıb xəritəsini çıxarmışdı. Düşməndən müdafiəmiz üçün bu məlumatların qiyməti yox idi.
Dördüncü hissə, 24. KomandirHər işim yolunda idi, lakin gümüşü işığı birdəfəlik itirmişdim. Onu bir daha görməmək qorxusu içimdən üşütmə kimi keçirdi. Murovun gecələri üzümə sönmüşdü. Evlənməyimmi, rütbə-vəzifə almağımmı, övladımın olmağımı məni həyat sevincimdən ayrı salmışdı? Axı balaca Aqşinin üzündə də o işıqdan bir zərrə vardı. Olmaya, ailən-uşağın var, artıq mənə ehtiyacın yoxdur demək istəyirdi.Elə gecə olurdu səhəri dirigözlü açırdım. Hər yerdə onu axtarırdım. Yox idi. İmkan tapıb yolumu Çəmənlidən saldım. Bəlkə, Yeddixırmana yaxın müqəddəs bir yerdə gözümə görünərdi?
Dördüncü hissə, 25. QırğıHavalar yenicə qızmağa başlayanda komandirdən qəribə bir təklif aldım:“İyunun əvvəli buralarda ol, səninlə vacib bir səfərim olacaq!”
Dördüncü hissə, 26. KomandirƏvvəlcə külək olub əsdim, doğma qoxusu canıma hopan torpağın üstünə yata-yata uzaq-uzaq təpələri aşdım, sonra çiçək qoxusuna çevrildim. Otdan-ota, güldən-gülə, çəməndən-çəmənə keçdim. Yorulanda lalənin bağrına hopdum, nərgizin təbəssümündə gizləndim, bənövşənin qoxusunda əridim. Tanış pıçıltısı könlümü ovsunlayan çayın gileyli nəğmələrinin üstündən sükut kimi axdım. Qurd olub yüyürdüm, ilan olub süründüm, quş olub uçdum. O vaxtacan ki, bənövşəyi qaranlığın bətnində məğrurca dikələn bir dağ, o dağın sol yamacında səssiz hənirtiylə kiriyən bir məzar gördüm. Bənövşəyi qaranlığın içindən məzara ağ işıq tökülürdü. İşığa qarışıb məzara hopmaq istədim. Əlim, ayağım, paltarım işığın içində əriyib yox olmağıma imkan vermədi. Əlimi-əlimdən, ayağımı-ayağımdan, bədənimi-bədənimdən sıyırıb çıxara bilmədim. İşıq axdı - mən baxdım, mən baxdım - işıq axdı. Yalnız gözlərimdən tökülən gümüşü istilik o işığa qarışa bildi. Mən kənarda qaldım. Ayaqlarımın sızıltısı, qəlbimin göynərtisi işıqla aramda keçilməz bir dünya yaratmışdı. Bircə qəlbimdəki intizarın səbbi alınmışdı. Əlimdə ixtiyar olsa, qalan ömrümü elə beləcə, bu inanılmaz mənzərəyə baxa-baxa keçirərdim. Nə geriyə dönərdim, nə sağa-sola baxardım, nə başqa bir şey düşünərdim. Uzaqlar necə yaxın, ucalar necə alçaq, dərinlər necə dayaz görünürdü. Gedə bilmədiyim yollar ovcumun içində qıvrılırdı. Səadət çox yaxındaydı. Əl atıb tutmağım qalırdı. Başımın üstündəki dağ da sevindiyindən cilvələnirdi.Lakin bir qüvvə həm də məni geriyə itələyirdi. Arxada məni gözləyənlərin səsini eşdirdim. Məzara tökülən işıq şəlaləsi məni sinəmdən, qoyub gəldiyim yollar kürəyimdən çəkirdi. Quş olub uçdum, ilan olub süründüm, qurd olub qaçdım. Gileyli nəğmələr oxuyan çayın sükutuna dönüb geri axdım. Çəməndən-çəmənə, güldən-gülə, otdan-ota qayıdan qoxuya döndüm. Bir də baxdım, küləyəm. Əsə-əsə boz təpələri aşdım və adama çevrildim. Uzaqlar uzaqda, ucalar ucada, dərinlər dərində qaldı. Ancaq o işıqdan içimdə böyük bir səadət duyğusu parlamışdı. O işığı da götürüb Seyid Lazım ağanın ziyarətgahındakı nurani kişinin yanına tələsdim.
Dördüncü hissə, 27. Sevincİlk dəfə idi Seyid Lazım ağanın ziyarətinə onsuz gedirdim. Çox sevirdi buranı. Həmişə bizi gətirirdi, uşaqlara tanıdırdı. Deyirdi, ağa Tanrının seçdiyi bəndələrdən olub. Qapısına gedən adam naümid qayıtmayıb, qapısına getdiyi adam övladının qanından keçib! Hökumətin görə bilmədiyi işlər bircə kəlməsiylə yerinə yetib. Öləndə öz vəsiyyəti ilə burda - Çəmənlidəki baba mülkündə basdırılıb, məzarı böyük ziyarətgaha çevrilib.Ağanın oğlu ziyarətgahın yanındakı uzun çardağın başında oturub danışırdı:
Dördüncü hissə, 28. KomandirNə Ağstafa Murov idi, nə də mən həminki adam. Arada Polkovnik Nəbiyevə qulaq asmayıb bura qərargah rəisi gəlməyimə peşman olurdum. Yadımdadır, o, soyuq nəzərlərini üzümdə gəzdirib demişdi:“Getməyini istəmirəm! Mənə burda çox lazımsan. Amma seçim özünündür.”
Dördüncü hissə, 29. Mayor PoladovOnunla üçüncü dəfə Şəmkir korpusunda rastlaşdım. Onda mən də orda xidmətdə idim. Murovun qəhrəman kəşfiyyatçısı gələn gündən zabit kimi ad çıxarmışdı. Əsgərlərlə ünsiyyəti, hərbi hissədə gördüyü işlər, əsgərlərə öyrətdiyi biliklər görünməmiş nümunə idi. Onun yorulmadan, usanmadan, bezmədən bu qədər əziyyətə qatlaşması mənə qəribə görünürdü. O, ətrafdan təcrid olunaraq, dərvişvari xidmət keçirirdi. Maaş-zad verməsəydilər, gedib istəməzdi də. Bizə fədakarlıq kimi görünən işləri o, borc kimi yerinə yetirirdi. Tabor komandiri əlini cibinə qoyub dolayı gəzir, yeri gələndə beşdən-üçdən qazanırdı. Hərdən dözmürdüm, deyirdim, Orucov, komandirin kefdədir, sənsə özünü şəhid edirsən, heç olmasa arada istirahət elə, məzuniyyət götür, evə get. Eşidəndə ki, yeddi aydır evə getmir, az qaldım dalaşam! Dedim, müharibənin ən ağır vaxtlarında da ayda bir-iki dəfə evimizə dəymişik, ailəmizlə görüşmüşük, belə olmaz axı. Bircə onda mənimlə razılaşırdı, “Düz deyirsən!” söyləyirdi.Xidmət! Xidmət! Xidmət! Onun üçün bircə söz vardı. Söz yox, dua idi ağzında.
Dördüncü hissə, 30. KomandirBu dünyada bir kimsəyə minnətim olmadı, Sevincdən başqa. Biz, əslində, sənəddə evli idik, həyatda deyil. Bir-birimizdən ayrı düşmüşdük və bəzən işlərim o qədər çox olurdu ki, ayların necə keçib-getdiyini bilmirdim. O, həm evi-uşaqları idarə edirdi, həm də bir gözü mənim üstümdə olurdu. Özünə zarafatla “əsgər anası” deyirdim. Doğrudan da, anam nə edərdisə, Sevinc onu edirdi. Əlində zənbil xidmət keçdiyim yerlərə gəlir, əsgər valideynləri kimi məni gözləyib görüşürdü. Yaxşı ki, Zabil varmış. Mən evimdən birinci Sevincə, ikinci Zabilə görə arxayın idim. Yoxsa xidmət eləyə bilməzdim.Zabil arada məndən möhkəm incimişdi. Toyumda çağıra bilmədiyim üçün. Açığı, deyə bilərdim, amma utandım. Əsgərlikdə idi. Haramıda qulluq edirdi. Fikirləşdim, necə zəng vurum, deyim, toy eləyirəm, qardaşıma icazə verin? Bəlkə, toy başqasının olsa, edərdim. Alınmadı. Və bir gün atamdan eşitdim ki, Zabil məndən inciyib, özü də açıq şəkildə bəyan edib: “Mənim o adda qardaşım yoxdur!”
Dördüncü hissə, 31. ZabilBoynuma alıram ki, o sözü demişdim. Haqqım vardı. Belə şey olar? Qardaşın ölkənin ən tanınmış zabiti ola, ad-sanı hər yana yayıla, səni toyuna çağırmaya! Mənə üç günlük icazə almaq onun üçün çətin deyildi. Heç yadına düşməmişəm.Necə incimişdimsə, deyirdim, onu qəbir evinəcən bağışlamaram.
Dördüncü hissə, 32. KomandirAkademiyaya getdiyim vaxtlar şəhərdə ailəmlə qalırdım. Aqşin böyümüşdü artıq. Lakin evdə az gördüyü üçün məni tanımırdı. Aqşinə atasının varlığını hiss etdirə bildim. Buna görə çox xoşbəxt idim. Körpə yaşlarından ona əllə sağollaşmaq öyrətmişdim. Anasının qucağında mənə əl eləyir, hətta öpüş də göndərirdi. Hər dəfə mən gülürdüm, Sevinc qəhərlənirdi. Nəsə, o an özünü saxlaya bilmirdi. Həmişə mənimlə zarafatlaşan, şux xasiyyətli Sevincin belə kövrəldiyini görəndə daha çox gülürdüm. İstəyirdim o da göz yaşlarını silsin, gülümsəsin. O isə ağlaya-ağlaya gülümsünürdü. Həm öz istədiyini edirdi, həm mənim istədiyimi.O saat özümü ciddiliyə vururdum. Bizdə belə idi; mən ciddiləşəndə o, zarafata keçirdi, o ciddiləşəndə mən.
Dördüncü hissə, 33. Əsgər QasımovGecələr onun harasa getdiyini bilirdim. Deyəsən, təmas xəttini keçirdi. Bəzən tez qayıdır, bəzən səhərəcən gəlib çıxmırdı. Uzaq və çətin yol keçdiyini paltarlarını təmizləyəndə hiss edirdim. Palçıqlı, yaş və tozlu olurdu. Hardasa süründüyü, çaydan keçdiyi, torpağa uzandığı bilinirdi. Başqa vaxt hara gedirdisə, mənə deyirdi. O səfərləri haqda nə gedəndə, nə gələndə bir kəlmə danışmırdı. Amma mən onu sabahacan gözləyirdim.“Sən yatmamısan hələ?” - hər dəfə eyni sual.
Dördüncü hissə, 34. KomandirÇaylar dənizə, dənizlər okeana tökülür. Bütün cığırlar yollara, yollar ana yollara, ana yollar böyük şəhərlərə aparır. İnsanın ömrü də belədir. O, yaşının ən məhsuldar çağlarına hər tərəfdən yol gəlir; bilikdən, həyatdan, təcrübədən... Mən Ağdamdakı hərbi hissəyə komandir təyin olunanda öz okeanıma qovuşdum. Bir vaxtlar Özbəkistandan qaçmış sıravi əsgər indi öz doğma elobasına briqada komandiri, polkovnik-leytenant kimi qayıdırdı. Bu, həyatımın zəfər yürüşüydü! Özümü gümüşü işıq selinin hüdudsuz sevinci içərisində hiss edirdim.Nəhəng dağı biri çiçəyindən, biri bulağından, biri təmiz havasından tanıyır. Vətəni də hərə bir tərəfindən sevir.
Dördüncü hissə, 35. XanıDüz iyirmi il əvvəl yanında meyit, biz olan maşına əl eləyən sarıyanız, göygöz oğlanı Ağdamda “kambriq” kimi qarşılayırdım. Bir-birimizi qiyabi tanıyırdıq. Mən də buraların adlı-sanlı kəşfiyyatçısı idim.“Demək, məşhur Xanı sənsən!” - ilk sözü bu oldu, əlimi sıxdı.
Dördüncü hissə, 36. KomandirQərargahımız Xındırıstanda yerləşirdi. Kənddə ev tutmuşdum, ailəmlə qalırdım. Evimizin bir sakini də artmışdı: Nihad! Aqşindən fərqli olaraq, o, mənim kimi sarıyanız idi.Dərslər başlananda Sevinc uşaqları götürüb şəhərə gedirdi. Tətillərdə, istirahət günlərində Zabilin maşınıyla gəlirdilər. Zabil arada mənə sataşmaq istəyirdi: