Mikayıl Rəfili

Yorğunluq nədir bilməyən bu adam bizim ədəbiyyatımız üçün az iş görməmişdir. Mikayılın ədəbi fəaliyyəti təqdirəlayiq bir fədakarlıqdır. Bəli, Mikayıl Rəfili böyük alim idi. O, alim kimi yüzlərlə gəncin gələcəkdə elmi rütbə qazanması üçün çox xeyirxah zəhmət çəkmişdir. Mikayıl yüksək mədəniyyətə, biliyə malik bir şəxsiyyətdi. O, çox qaynar bir həyat sürdü. Mikayıl həmişə hərəkətdəydi, mənə elə gəlir ki, dünya ədəbiyyatı xəzinəsinin elə bir nadir incisi tapılmazdı ki, Mikayıl onu bilməmiş olaydı. Özünün çox zəngin bir kitabxanası vardı ki, vaxtilə çoxumuz oradakı kitablardan az istifadə etməmişik. O, dostluqda möhkəm və səmimi idi. Şairliyinə gəldikdə, onun bir sıra dəyərli, səmimi, obrazlı dillə yazılmış şeirləri vardır ki, onlar indi də öz mahiyyətini, təravətini itirməmişdir.Dünya klassiklərindən etdiyi müvəffəqiyyətli tərcümələr, teatr tamaşalarına yazdığı məqalələr də olduqca diqqətə şayandır. Çoxumuz onunla uzun illər dostluq etmiş və bir süfrədə duz-çörək kəsmişik.

Suleyman Rustam196912 min
Ağamalıoğlu

Azərbaycan xalqının mübariz, müdrik oğullarından biri də şöhrəti vətən hüdudunu aşmış Səmədağa Ağamalıoğludur. Xalq, vətən qarşısında bu yorulmaq bilməyən inqilabçının, mütəfəkkirin xidmətləri çoxdur.Ağamalıoğlu bir sıra mühüm, məsul, rəhbər vəzifələrdə işlərkən həmişə xalq arasında olmuş və onunla bir nəfəs almışdır.

Suleyman Rustam6 min
Rəşid bəy Əfəndiyev

Rəşid bəy Əfəndiyevi bir maarifpərvər, bir pedaqoq, bir şair kimi biz uşaqlıq çağlarımızdan tanıyırdıq. Onun ağır illərdə xalqın balaları üçün yazdığı, tərtib etdiyi tədris məcmuələri, uşaq şeirləri, rus klassik şairlərindən etdiyi tərcümələr cəsarətlə demək olar ki, böyük fədakarlıqdır.Quşlar, quşlar, a quşlar,

Suleyman Rustam6 min
Yada düşənlər

Əziz Əliyevi mən gənclik illərindən tanıyırdım. Onunla ictimai yığıncaqlarda, məclislərdə çox görüşmüşdük. Olduqca sadə, səmimi insan idi. Ondakı incə, duzlu yumor söhbətlərinə məlahət verərdi.Belə oldu ki, Vətən müharibəsi başlananda, Sovet ordusu vətənimizi alman faşizmi təhlükəsindən qorumaq məqsədilə İran torpağına qədəm qoydu (1921-ci il müqaviləsi əsasında). 1941-ci ildə İran ərazisinə daxil olan qoşunlarımızı xalq duz-çörəklə qarşıladı. Lakin xan, mülkədar ailələrinə mənsub yüksək rütbəli zabitlərin qara niyyətləri puça çıxdı. Onların çoxu silahlarını kəndlilərə verib əvəzində kəndli paltarı alaraq təğyiri-libasla Tehrana qədər qaçdılar.

Suleyman Rustam8 min
Cəlil Məmmədquluzadə

Azərbaycan ədəbiyyatında çox sevdiyim şəxsiyyətlərdən biri də unudulmaz Cəlil Məmmədquluzadədir.Mən gənclik illərindən onun əsərlərini maraqla izləyir və böyük məhəbbətlə oxuyurdum. Ədibimiz əsərlərində xalqımızın keçmiş dövrdəki yaralarını bir cərrah əliylə yoxlayır və onun sağalmasına yollar axtarırdı. Azərbaycan xalqı azadlığa çıxdıqdan sonra Molla Nəsrəddinimizin artıq öz satira silahını inqilabın fütuhatına əngəl törədənlərə, yeni cəmiyyətin düşmənlərinə, millətin gözündən dini mövhumat pərdəsi asmaq istəyən ruhanilərə qarşı çevirdi. Mən Cəlil Məmmədquluzadə ilə Nərimanov adına Sənaye Texnikumunda oxuyarkən yazdığım kiçik xəbərləri “Molla Nəsrəddin” məcmuəsinə apardığım zaman tanış oldum. Sonralar onu tez-tez görürdüm. Mən o zaman “Azərbaycan gənc qələmlər ittifaqı”nda çalışırdım. Onu mədəniyyətimizlə, ədəbiyyatımızla əlaqədar təşkilatlarda tez-tez görərdim. 1928-ci ildə türk işçi-kəndli teatrında Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsəri tamaşaya qoyulmuşdu. Mən öz daimi biletimlə səhnə ilə üzbəüz lojada oturmuşdum. Cəlil Məmmədquluzadə öz həyat yoldaşı Həmidə xanımla birlikdə həmin lojada idi. Tamaşada respublikamızın istedadlı artistləri iştirak edirdi. Onu da deyim ki, o zaman artistlərimiz səhnədən müəlliflərin əvəzinə özlərindən əlavə sözlər uydurub söyləməkdən çəkinmirdilər. Tamaşa əsnasında üç oğul ana ilə bacılarını ərə vermək haqqında söhbət edirdi. Türkiyədə təhsil almış oğlunun rolunu ifa edən Kazım Ziya anasına belə dedi:

Suleyman Rustam8 min
Seyid Hüseyn Sadiq

Seyid Hüseyni mən 1923-cü ildən tanıyırdım.O, Nərimanov texnikumunda bizim ədəbiyyat müəllimimiz idi. Gənclik illərimizdə aramızda “nadinc” tələbələr də vardı. Bəzi müəllimlərin yumşaq damarını tutub dərs zamanı dəcəlliklər etdiyimiz yaxşı yadımdadır. Bir dəfə Həsən adlı müəllimimiz bizimlə ədəbi gecədə iştirak etdi. Onu deyim ki, Həsən müəllim öz ixtisasını gözəl bilən, mülayim xasiyyətli bir adamdı. O, səhnədə bir muğam dəstgahı oxudu. Yaxşı da səsi vardı. Onun bizə qohumluğu da çatırdı.

Suleyman Rustam5 min
Mirzəğa əmi

Səhnəmizin nəhəng artisti, xalqımızın sevimli sənətkarı Mirzəğa Əliyevi respublikamızda tanımayan varmı? O, böyük şöhrəti, sonsuz məhəbbəti xalqa, vətənə sədaqətlə xidmət sayəsində qazandı.Mən onu uşaqlığımdan tanıyırdım. Bizim məhəllədə (keçmiş Spasski və Çadrovı küçəsinin tinində) yaşayırdı.

Suleyman Rustam6 min
Cəfəri yad edərkən

Bu torpağın gözü acdır, nə versələr yeyəcək,O hər zaman dil açıb mən acam, acam deyəcək.

Suleyman Rustam19605 min
Vladimir Mayakovski

Sovet poeziyasının ən görkəmli nümayəndəsi Vladimir Mayakovski ilə gənclik illərində tanış olmağımla həmişə iftixar etmişəm. Çünki şəxsən Mayakovski ilə görüşüm və əsərlərilə yaxından tanışlığım mənim yaradıcılıq həyatıma xeyirxah təsir buraxmışdır. İllər ötdükcə Mayakovskinin əvəzedilməz, təkrarolunmaz, inqilabi poeziyası mənə daha qiymətli, daha canlı, daha yaxın görünür.Mən istərdim ki, Mayakovski kimi böyük ədəbi simalar haqqında xatirə yazarkən təhriflərə, uydurmalara yol verilməsin. Təəssüf ki, bəzən belə yazılara rast gəlirik.

Suleyman Rustam19639 min
Ərdəbil səfəri

Bizə, Təbrizə xəbər gəlib çatdı ki, 7 noyabrda Oktyabr inqilabının ildönümü günündə Ərdəbildə əhali çevriliş yaratmaq fikrindədir. Bunun qarşısı alınmalı idi. Bizim Qızıl Ordu İran torpağına bu məqsədlə daxil olmamışdı. Bu hadisədən müharibənin bu gərgin çağında bizə dost olmayanlar sui-istifadə edə bilərdi. Ərdəbilə məni və bir yoldaşı göndərməyi qərara aldılar. “M-1” maşınla yola çıxdıq. Sürücümüz gənc idi. Bu yolu ilk dəfə qət edirdik. Axşamüstü Səraba çatdıq. Mən gecəni Sərabda qalmağı irəli sürdüm. Dostum təkidlə yola çıxmağı məsləhət gördü. O tanış, bələd olmadığımız bir yerdə gecələməkdən ehtiyat edirdi. İkimizin də rütbəsi batalyon komissarı rütbəsiydi. Nədənsə, səfər dostum Bakıda məsul işlərdə olduğu havayla hərəkət edərək mənimlə sürücünün üzərində rəhbərliyi öhdəsinə götürdü. Hava qaralanda yola düşdük. O, sürücüyə ciddi tapşırdı ki, “Gözün dörd olsun, yolda gözünə şübhəli bir şey görünəndə cəld maşını saxla”.Artıq qaranlıq düşmüşdü. Dərələrdən keçəndə qulaqlarımızda küləklərin uğultusu səslənirdi.

Suleyman Rustam12 min
Mikayıl Müşfiq

Yaxın qələm dostu haqqında vəfatından sonra söz demək dost üçün çox ağır olur. Özü də əsərlərilə yaşayan, həmişə sənin gözlərinin qarşısında durub sənə baxan, gülümsəyən bir şair haqqında.Mikayıl Müşfiqin yaxın dostlarından biri də mən idim. Sağlığında bu dostluğun 12 il, indi isə 40 ildən artıq bir tarixi vardır. Tanış olduğumuz zaman Müşfiqin 18 yaşı olardı. Bizim gənclik illərimiz çox qaynar bir dövrdə keçdi. Qızıl qələmlər ittifaqı sıralarına Müşfiq Sabir kitabxanası yanındakı ədəbi dərnəkdən gəldi. Bu gəlişə hamımız sevindik. Demək olar ki, o vaxt kitabxanaların və məktəblərin hamısında ədəbiyyat dərnəkləri fəaliyyət göstərirdi. Bu dərnəklərdə istedadlı gənclər az deyildi. Biz şəhərimizdəki kitabxanaları, məktəbləri gəzib böyük maraqla divar qəzetlərindəki ədəbi parçaları nəzərdən keçirərdik. Həmin yazılar haqqında “Gənc işçi”də məqalələr yazardıq. Bu ədəbi parçaların müzakirəsini keçirərdik. İstedadlıları qızıl qələmlər ittifaqına cəlb edərdik.

Suleyman Rustam19695 min
Hüseynqulu Sarabski

Səhnəyə, sənətə məcnuncasınaMəftunumuz təkdi, gəldi və getdi.

Suleyman Rustam4 min
Arazın o tayında

Cənubi azərbaycanlı qardaşlarımızın taleyi məni həmişə düşündürmüşdür. İlk gənclik illərində yazdığım bir neçə kiçik şerim bu mövzudadır. 1934-cü ildə qələmə aldığım “Yaxşı yoldaş” poemasında da bu məsələdən bəhs açmışam.1940-cı ildə tamaşaya qoyulmuş “Qaçaq Nəbi” mənzum dramasında bu haqda daha ətraflı söhbət getmişdir.

Suleyman Rustam17 min
Təbriz zindanında

Təbrizdə təbrizlilərdən, digər əyalətlərin sakinlərindən məktublar alırdıq.Məktub müəllifləri təkidlə yazırdılar ki, sovet hökumətinə hüsnrəğbət bəsləyənlər, sovet ordusu sərhədi keçəndə qabağa düşüb yol göstərənlər hələ də Təbriz zindanında çürüməkdədirlər.

Suleyman Rustam12 min
Əzim Əzimzadə

Əzim Əzimzadə təsviri incəsənətin yüksək zirvələrində özünə əbədi yer tutmuş qüdrətli, sözün əsl mənasında xalq rəssamıdır.Böyük rəssamın şöhrəti bütün varlığı ilə xalqa, vətənə bağlılığından, onlara böyük istedadıyla xidmət etməsindən irəli gəlmişdir.

Suleyman Rustam19703 min
Əbülhəsən xan İqbal

Bu yaxınlarda bir alim dostumuz İran Azərbaycanının məşhur ustad xanəndəsi Əbülhəsən xan İqbaldan da bizə müjdə yetirdi. O, 100-ə yaxın yaşı olan bu müğənninin indi də gənclik təravətilə oxumasını sevinclə bizə bildirdi.Dostumuzu dinlərkən ordu sıralarında Təbrizdə olduğum günlər yadıma düşdü.

Suleyman Rustam4 min
12-ci tüfəng

Şərab səfərində bir hadisənin şahidi olmuşduq. Mən onu bilərəkdən sonra yazmağı qərara aldım. Əmniyə rəisiylə və əmniyələrlə birlikdə hadisə baş vermiş kənddən digər bir dağ kəndinə getməli olduq. Əmniyə rəisi deyirdi ki, sizə arxalanıb kəndlilər bizim 12 əmniyəni tərk-silah edib gülünc vəziyyətdə Səraba qaytarıblar. Bu saat onlarda 12 tüfəng var. Bu asi kəndə divan tutmaq lazımdır.Biz təkrar ora atlandıq. Bu kimi çıxışlara səbəb İrandakı vəziyyətdir. Kəndlilərin mülkədarlardan, dövlət məmurlarından çəkdikləri əzabların nəticəsidir.

Suleyman Rustam6 min
7 noyabr

Oktyabr inqilabının ildönümü günü 7 noyabrdı. İran torpağında olan sovet adamları bu günü böyük iftixar hissiylə, faşizm üzərində qəti qələbəyə inamla qarşılayırdı. Mən mehmanxanadaydım. Birdən Təbrizin baş küçəsindən uğultular, gurultular qopdu. Balkona çıxdım. Atları addım-addım, ağır-ağır gedən bir fayton nəzərimə çarpdı. Faytonun dalınca yüzlərlə adam “urra” deyə bağırırdı. Faytondan əhalinin üzərinə vərəqlər göyərçinsayağı uçurdu.Bu nə işdir, nə olmuşdur? Mənə elə gəldi ki, təbrizlilər 7 noyabr gününü qarşılayır. Faytonun içindəki adam mənə çox tanış gəldi. Bəli, bu “Şahin” qəzetinin sahibi Ağazadə idi.

Suleyman Rustam3 min
Nazim Hikmət

“Düşünən beyni Moskvaysa ölkəmizin,Təzə qan dağıdan qəlbidir Bakı!”

Suleyman Rustam19706 min
İsmayıl Hidayətzadə

İsmayıl Hidayətzadə dedikdə gözlərimiz önündə mənalı, qaynar həyat sürmüş böyük istedada malik sənətkarımız canlanır.Hidayətzadə kimsəyə bənzəmirdi. O özündən əvvəl gələn sənətkarlardan öyrənərək, özünəməxsus orijinal, axtarışlarla dolu sənət yollarında addımlayırdı. Bəstəboy, qarabuğdayı, od baxışlı bu adamın daxilində bir sənət ümmanı dalğalanırdı. O, nə evdə, nə teatrda rahatlıq bilməzdi. Həmişə axtarışda, həmişə səhnəmizin inkişafı üçün düşünməkdəydi.

Suleyman Rustam6 min
Xəyalımda Mirzə Fətəli canlandı

Vətən müharibəsi illərində ordu sıralarında İran Azərbaycanında olduğum zaman gördüklərimi, eşitdiklərimi qələmə alsam böyük bir kitab olar. Əlbəttə, yaxın zamanda oxucularım belə bir kitabı görə biləcəklər.İran Azərbaycanında üç ədibin adı dillərdən düşmürdü. Biri Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin), biri Mirzə Fətəli Axundov, biri Mirzə Ələkbər Sabir idi.

Suleyman Rustam19626 min
Süleyman Sani Axundov

Uşaqlıq çağlarım sabiq Quba meydanının yuxarısındakı Spasskaya küçəsində keçmişdir.Quba meydanının yerində indi bağ salınmışdır, küçəmizin aşağı hissəsində Dövlət Dram teatrının binası yüksəlir. Küçəmiz isə halhazırda Qasım İsmayılov adınadır.

Suleyman Rustam6 min
Şəbüstər və Xamnə səfəri

Bizə xəbər verdilər ki, Xamnədə Azəri ədəbiyyatının fəxri Mirzə Fətəli Axundovun nəslindən Axundov adlı bir müəllim yaşayır. Biz bu xəbərdən çox sevindik. Həmin müəllimi görmək arzusu bizi Xamnə səfərinə sövq etdi.Yunis Hacıyev, rəssam İsmayıl Axundov, Zülfəli İbrahimov və mən bir dəstə opera sənətkarımızla birlikdə yola çıxdıq. Şəbüstərə çatdıq. Bu kənd Azəri poeziyasının şöhrəti, Cənubi Azərbaycan Sabiri Möcüz Şəbüstərinin vətəni idi. Şəbüstər çox mənzərəli bir yerdir.

Suleyman Rustam15 min
Həkimlər casus tutub

Bəli, biz xaricdə idik. Müharibənin gərgin zamanı hər cür xeyrimizə olmayan hadisələrdən qorunmağı bacarmalı idik. Hər birimiz sayıqlığı nəzərdən qaçırmamalıydıq.Çünki düşmən çox hiyləgərdi. Hər yerdə onun adamları ola bilərdi.

Suleyman Rustam2 min