Джалил Мамедкулизаде: Эпоха просвещения
Şamaxı realnı məktəbinin direktoru Leontiyef buradan dəyişilib özgə şəhərə gedir.İndi hamının fikrinə gələ bilər ki, görəsən, bundan soraya Şamaxıya təzə təyin olunan direktor müsəlmanlar ilə nə cür rəftar edəcək?
MöcüzəƏgər birisi yuxuda görsə ki, Osmanlıda məşrutə elan olunub, - bunu ağıl kəsər.Amma həqiqətdə Sultan Həmidin qoxumuş idarəsinin bir günün içində çönüb məşrutə olması möcüzədir.
İttihadMəsələn, Rusiyada Samara vilayətində qəhətlik ittifaq düşür. Sabah qəzetlərdə oxuyursan ki, ingilis camaatı ianə yığırlar ki, çörək alıb, göndərsinlər Samara aclarına. Frəngistanda mədənlərdə tələf olan əmələlərin əhli-əyalına Yaponiya əmələləri dünyanın o başından bu başına pul yığıb göndərirlər.Mədəni millətlərin içində bu bir adət olubdur. Amma bizə gələndə baxıb görürük ki, Arazın bu tayında olanlarımız Arazın o tayında olanlardan bixəbərdirlər.
PeterburqBiz elə bilirdik ki, Məhəmmədəli şah millət vəkillərinə zülm eləyib. Biz eşitmişdik ki, Məhəmmədəli şah qurana and içəndən sonra məşrutəni pozub. Bizə xəbər gəlmişdi ki, neçə millət mücahidlərini Məhəmmədəli şah boğdurub və neçə-neçə günahsız müsəlmanların uşaqlarını gözüyaşlı qoyub. Biz eşitmişdik ki, Məhəmmədəli şah İrana edən zülmü heç Neron eləməyib.Amma Peterburqda işlər özgə surətdədir. Peterburqda bu saat hər kəsi dindirsən millət vəkillərinə iki min yaman deyər, hər kəsi danışdırsan cavab verər ki, Məhəmmədəli şah kimi adil padşah hələ yer üzünə gəlməyib.
Məzəli xəbərlərBuxara vilayətində Qurğan şəhərində Peterburqdan təzə təyin olunmuş hakim şəhəri dolanan vaxt gəlir müsəlmanların məscidinə. Müsəlmanlar namaz qılırmışlar. Hakim müsəlmanlara deyir: “Durun ayağa, biədəblər. Görmürsünüz mən gəlmişəm?” Hakim görür ki, müsəlmanların kimi əyilir, kimi oturur, kimi qalxır ayağa.Hakim qalır məəttəl, çünki elə xəyal eliyir ki, müsəlmanlar dəli olublar. Sora ağanı başa salırlar ki, müsəlmanlar namaz qılırlar. Bu günlərdə məşhur gürcü yazıçısı Nikoladze “Novoye vremya” qəzetində yazır ki, Peterburqdan savayı heç bir özgə yeri görməyən, eşitməyən və tanımayan sahibmənsəblər Qafqaza təyin olunub gəlirlər ki, vilayətimizi idarə etsinlər. Amma baxırsan ki, hələ analarının südü ağızlarından qurumuyub. Bunlar uzaqdan eşidiblər ki, müsəlmanların haması, məsələn, quldurdular. Və əhalinin adətlərindən və xasiyyətlərindən bixəbər olmaqları cəhətə hər qədəmdə min səhvlər eləyirlər.
Bu nədir?Çox şeylər dünyada var ki, mən onu bilmirəm. Mən bilmədiyim şeylərin biri də budur ki, aşağıda ərz edəcəyəm.Osmanlıda qanuni-əsasi yolunda çığır-bağır eləyənlərin çoxu arvadlardır. Biz qəzetlərdə oxuduq ki, osmanlı arvadları bir yerə cəm olub nitqlər söyləyiblər və and içiblər ki, payimal olan hüquq və ixtiyarlarını qanuni-əsasi vasitəsilə geri alsınlar. Və hamı görür ki, minlərcə osmanlı arvadları bir meydana yığışıb, utanmaya-utanmaya və heç bir kişidən qaçmaya-qaçmaya, kişi kimi bir uca stolun üstünə çıxıb, kişilərin içində səslərini ucaldıb, nitqlər söyləyirlər.
TədarükMüsəlmanlar bərk tədarükdədirlər. İndidən hər kəs ki, tanış kəndlilərindən birinə rast gəlir, qaçıb kəndlinin qabağını kəsib deyir:– Qasıməli kirvə, əlbəttə bizə gərək iki put xalis inək yağı gətirəsən, amma üç həftəyədək gərək yetirəsən… əlbəttə-əlbəttə!
Nüma“Molla Nəsrəddin”in lüğətindən*Nüma, yəni nə ola?
TəməllüqKəlküttədə çıxan “Həblül-mətin” ruznaməsi üçüncü nömrəsində yazır ki, sultan Əbdülhəmid insan deyil, bəlkə məlaikə kimi bir şeydir; yazır ki, sultan Əbdülhəmid “dər qətari-əvvəlin-ricali-siyasəti-aləm bəşümarəst”; yəni siyasət aləmində əvvəlinci adamlardan hesab olunur. Və yazır ki, “hərçənd avropalılar sultan Əbdülhəmidi müstəbid və müxalifi-məşrutiyyət hesab eləyirdilər, amma sultandan artıq məşrutəxah heç bir padşah dünyaya gəlməyibdir”.Söz yox ki, indi “Həblül-mətin”in 3-cü nömrəsini hər bir iranlı oxuyubdur və indi hər bir iranlı bu əqidədə olacaq ki, sultan Əbdülhəmid məlaikə kimi bir şeydir, siyasət aləmində əvvəlinci bir vücuddur və məşrutəxah padşahların hamısından artıq məşrutəxahdır.
Qara buludlarHəmişə hava bir halətdə qalmaz və heç bir şey yoxdur ki, bir halətdə qalsın. Yay vaxtı yağış yağmır və hər vaxt hava açıq olur, amma payız fəsli yetişən kimi qara buludlar yavaş-yavaş başlayırlar havanı tutmağa. Sonra yenə hava açılacaq. Amma bir vaxt olacaq ki, yenə qara buludlar havanı tutacaqlar.Deyəsən, cavan türklərin də yay fəsli axıra çatır. Və ola bilməz də ki, çatmasın; o səbəbə ki, dünyada heç bir şey baqi deyil; yəni heç bir şey yoxdur ki, bir vaxt dəyişilməsin.
Bəs nə vaxt?Bəzi vaxt bəzi ruznamələrdə bəzi yazıçılarımız belə rəvayət eləyirlər ki, yer üzündə müsəlmanların hamısından artıq tərəqqi edən və gözüaçıq – Rusiya və Qafqaz müsəlmanlarıdır.Zarafat eləmirəm ha! Bu sözləri mən bir yerdə oxumuşam.
Müvafiq qaidəHər bir xəbər ki Bakıdan gəlir – hamısı müvafiq – qaidədir və heç elə bir xəbər eşitmirsən ki, ağla sığışmasın. Hər nə ki eşidirsən, heç təəccüb eləmirsən və deyirsən ki, elə belə də gərək olsun.Məsələn, bir nümunə gətirək:
MüəllimlərPayız fəsli daxil oldu. Dərslər başlandı. İndi müəllimlərimizin barəsində bir az söhbət eləsək, heç pis olmaz.Hər kəs yüz ildən sonra Qafqaz müsəlmanlarının məktəb işlərindən xəbərdar olmaq istəsə, onlar üçün bu bir neçə sətri yazmaq olar:
ŞeytanŞeytan, şeytan, şeytan…Müsəlman ömründə bir qədəm qoya bilmir, heç bir işə yapışa bilmir ki, orada şeytan olmasın. Dünyanın heç bir nöqtəsində, heç bir tayfa arasında şeytan o qədər modda deyil ki, biz müsəlmanların arasındadır. Hər bir işdə, hər bir məqamda, məscid və minbərdən başlamış – evlərimizə, küçələrimizədək öz qəlblərimizi şeytanın adı ilə doldurmuşuq.
Müsəlman adlarıBu yazdığım mətləbi ancaq müsəlman qəzetxanalarında işləyən adamlar başa düşə bilər-özgələr başa düşməzlər.Görürsən ki, idarəyə bir belə kağız gəldi: “Molla Nəsrəddin” idarəsinə 21 qəpiklik marka göndərdim və təvəqqə edirəm ki, mənim jurnalımı dəxi İrəvana göndərməyəsiniz, göndərəsiniz Naxçıvana ərtərəfi müştəri Məşədi Qasım Hacı Pirverdi oğlu”.
HümayunQəzetələrdə oxuduq ki, təzə təyin olunmuş İrəvan konsulu Ağayi-Zəhir Hümayuni İrəvanda İran əhli çoxdan gözlüyürmişlər və oxuduq ki, konsul cənablarının pişvasına hədsiz adam çıxıb. Oxuduq ki, indiyədək heç bir konsul bu cəlal ilə şəhərə varid olmuyub.Bunu da oxuduq ki, konsul cənabları dünyada bir elm qalmıyıb ki, oxumamış olsun. Bombeydə ingilis dilini mükəmməl təhsil edib, rus dilini necə ki, lazımdır bilir, məktəbin aşiqidir və millətin məşuqidir, dəxi nələr, nələr və nələr. “İsmi-şan Mirəlixan, ləqəbi-şan Zəhiri-Hümayun, rütbeyi-əmirpənci daştə və sahibmənsəbi-nizami həstənd, filan və filan”. Bunların hamısını oxuduq. Amma bircə bu yaddan çıxıb yazılmıyıb ki, “bari təala hüsnra bədəh cüzvei-qismət fərmudə əzon cümlə yeki cüzvei-betəmam ələmiyan dadə və noh cüzvei-digər nuri-cəmal və pirayeyi-kəmal ağayi-Zəhiri Hümayun saxt və ərbabisənaəti-nücum güyənd ki, talei-fərxəndeyi-on vücudi-sərətan bud afitad dər tale və Ütarid dər düvvüm və Zühəl və Qəmər dər nöhhüm və Mərrix dər yazdəhüm və Müştəri və Zöhrə dər dəvazdəhhüm lacərəm dər ğayət cəmal və nəhayət, kəmal üftadə, dər hüsnü məlahət nəzir və həmta nədaşt… “.
Lal oyunuAllah bir para pis adamların ömründən kəsib qoysun cənab Levitskinin ömrünün üstünə. Kişi bir elə yadigar qoyubdur ki, hər kəsin yadına düşəndə ona min rəhmət oxuyacaq.“Lal oyunu” üsulu ilə dərs vermək qaydası axırda Şamaxıya da gedib çıxdı.
Politika aləmindənPolitika aləmində bu günlərdə iki əhəmiyyətli hadisə əmələ gəlib: Bolqariya hökuməti Osmanlı sultanının itaətindən çıxıb, müstəqil hökumət olmağını rəsmi surətdə elan etdi və Avstriya hökuməti Bosniya və Hersək vilayətini sahibləndiyini Avropaya xəbər verdi. Bosniya və Hersək Osmanlı vilayətlərindəndir.Dəxi bu barədə biz nə yazaq? Allah mərdümazara lənət eləsin. Hələ mən bu Avstriyanın və Bolqariyanın bir işinə təəccüb eləyirəm: indi hələ zorbazorluq eləyirlər. Onunla işim yoxdur; çünki dünyanın qaydası bunadır. İndi gəl sən bunların bicliyinə bax: Avstriya günahı Bolqariyanın boynuna yıxır, deyir ki, Bolqariya cızığından çıxmayaydı, mən də Osmanlı torpağını zəbt eləməyəydim; Bolqariya da deyir ki, mən də Avstriyanın acığına çızığımdan çıxdım. O niyə xalqın yerini zorlayır, mən də zor eləyəcəyəm…
Bir para sözlərOsmanlı kəndlərində və xırda şəhərlərində indi heç kəsin xəbəri yoxdur ki, dunyada nə işlər törəyir. O səbəbə ki, Osmanlıda qəzet və jurnallar həmişə qədəğən olublar.Yaranmışların hamısı öləcək: istər gəda ola, istər padşah ola; necə ki, mərsiyəxanlarımız hər gun müsəlmanlara deyirlər: “öləcəksən, əgər ki, şah olasan”.
MöminMömin adam əmanətə xəyanət etməz.Culfada Məhəmmədovların mübaşiri Kərbəlayı Hüseyn Allahın məxluquna zülm eləyirdi və axırda xalq ictima edib onun şərini dəf elədilər. O getdi öz işinə. Onun yerinə indi bir Məşədi Muxtar peyda olub.
Dava xəbərləriQəzetələr yazırlar ki, Bolqariyanın istiqlaliyyətini ingilis hökuməti təsdiq eləmək istəmir. Rusiya hökuməti barəsində də bir belə söz danışırlar. O ki, qaldı Almaniya hökuməti, o da deyir ki, bu məsələni açmaq üçün gərək təzədən konfrans təşkil oluna. Amma buna da Məhəmmədəli şah razı deyil. Şah cavab veribdir ki, konfrans təşkil eləmək mühməl və örtülü məsələləri müzakirə eləməkdən ötrü lazımdır. Bir surətdə ki Bolğariya günün günorta çağı qanundan kənar bir iş görüb, lazımdır dinməz-söyləməz onun burnunu əzmək.Avstriyanın Bosniyanı qəsb etməyi barəsində də hökümətlər hərəsi bir cür rəftar eliyir. Almaniya nədən isə dinmir. İtaliya həmçin. İngilis və Fransa guya hələ narazıdırlar (bunu da Allah bilir). O ki qaldı Məhəmmədəli şah, bu da Venada öz səfirinə yazıb Avstriya hökumətinə yetirsin ki, əgər Bosniya camaatına mükəmməl qanuni-əsası verilsə, şahın heç bir sözü olmuyacaq, amma verilməsə dəxi Avstriya hökuməti axırda şahdan inciməsin.
Bir para xəbərlərMəktəblərimiz çoxaldıqca arvadlarımızda da maşallah, yavaşyavaş tərəqqi əlamətləri görsənir. Şuşada Gülüstan xala qonşularına xəbər verib ki, “Allah mənə yuxuda vergi verib və hər kəsin hər nə mətləbi olsa, ona çarə edərəm”.Tiflisdə Şeytanbazar məhəlləsində Kərbəlayı Dürnisə xala məhəllə əhlinə xəbər verib ki, “vəba azarına müalicə eliyirəm”. Və müsəlman arvadları dəstə bağlıyıb gedirlər onun yanına və özlərinə müalicə etdirirlər.
Novruz“Tərəqqi” qəzetinin 86-cı nömrəsini oxuyanlar əlbəttə Vladiqafqaz konsulunun məktubunu yadlarında saxlayıblar. Mən “əlbəttə” sözünü ondan ötrü deyirəm ki, belə məktublar bir neçə günün müddətində adamın yadından çıxmaz.Konsulun məktubunu biz dəxi burada çap eləməyi lazım görmürük.Ancaq qısaca bunu deyə bilərik ki, beş-altı il bundan irəli Vladiqafqaz vitse-konsulu Davudxan cənabları çox zəhmətlərdən sonra Vladiqafqazda iranlılar üçün “Novruz” adında qaydalı və Avropa üsuluna müvafiq bir mədrəsə açıb.
Xoş amədi“Hər dəm əzin bağ bəri mirəsəd”.“Tərəqqi”nin bir neçə nömrəsində osmanlı ədiblərindən izmirli Xacəzadə Məhəmməd Abdulla bəy əfəndi öz barəsində ərəbcə yazdığı mədhnamələri oxuduq.
Теги расставлены автоматически по ключевым словам и уточняются редакторами.