İkinci məclis

İkinci məclis vaqe olur Danabaş kəndinin ağsaqqal və mötəbəri Hacı Namazalının həyətində. Kəndin camaatı təmamən buraya cəm olub. Adamlar qarışıb bir-birinə: o bununla danışır, bu onunla danışır. Kişilərin yanında uşaqlar da var. Məşədi Ağakişi oğlu Əsəd ilə buradadır. Xəbər verilir ki, “nəçərnik gəlir”. Guya qurbağanın gölünə daş atdılar. Camaat haman dəqiqə sakit olur. Səs-səda kəsilir. Əvvəl Hacı Namazalı “çəkil-çəkil” deyə-deyə gəlib durur bir tərəfdə; sonra çavuş Nəzərəli “çəkil”, “çəkil” deyə-deyə əlində şallaq gəlib durur bir tərəfdə.Bundan sonra çavuş yüzbaşı Pirverdi bəy “çəkil” deyə-dyə əlində şallaq gəlib durur bir tərəfdə. İndi də gəlirlər: Naçalnik, Pristav, Dilmanc Mirzə Məhəmmədqulu, məktəblərin inspektoru, qazı, müəllim Həsənov və Danabaş kəndinin mollası Molla Movlamverdi.

Джалил Мамедкулизаде10 мин
Üçüncü məclis

Üçüncü məclis vaqe olur Məşədi Ağakişinin həyətində. Altı arvad başlarında çarşov, yerdə oturub, ayaqlarını uzadıb, dizlərinə döyə-dəyə ağlaşırlar. Həyətin bir tərəfində kərmə qalağı görsənir. Kənarda Qasım kişi oturub çarığını tikir.Birinci arvad. Balamı saldat aparacaqlar, bala vay! (Arvadların hamısı ağlaşır).

Джалил Мамедкулизаде16 мин
Dördüncü məclis

Dördüncü məçlis vaqe olur Danabaş kəndində təzə açılan məktəbdə. Bir geniş kəndli evində düzülüb təzə rənglənmiş skamyalar; hərəsinin üstündə oturub iki nəfər kəndli uşaq; səkkiz yaşından on beş yaşına kimi. Şagirdlərin cəmi on ikidir. Baş tərəfdə qoyulub yazı taxtası, qara rəng ilə boyanmış, qabaqda var miz, yanında bir sandalya (stul). Divarlara bir neçə heyvanat şəkli düzülüb; qabaq divardan bir yekə at şəkli asılıb. Şagirdlərin qabağında Müəllim Həsənov əlindəki kitaba hərdənbir baxa-baxa durub dərs deyir. Kənarda divar dibində çömbəlibdir Qasım kişi, Kərbəlayı Qulamalı Və Kərbəlayı Heydər. Şagirdlərin adları: Əsəd Məşədi Ağakişi oğlu və Qasım kişinin nəvəsi. Mustafa Kərbəlayı Qulamalı oğlu, Süleyman Kərbəlayı Heydər oğlu və qalan doqquz uşaq ki, ataları burada yoxdu, bunlardır: Zeynal, H ə - sənqulu, Cəfər, Səbzalı, Novruz, Həsən, Tarqulu, Qulamhüseyn, Zülfəli. Cəmi şagirdlər öz kəndli libaslarındadır.Uçitel (şagirdlərə). Durun! (Şagirdlər dururlar). Oturun! (Otururlar). Əllərinizi yuxarı qalxızın! (Uşaqlar əllərini yuxarı qalxızıb duaya hazırlaşırlar). Dərsdən qabaq vacib olan duanı mən oxuyum, siz də mənim dalımca deyin. (Uçitel özü də əllərini qaziyül-hacata qalxızıb bu duanı oxuyur, şagirdlər kəlmə-kəlmə onun dalınca oxuyurlar). Allahümmərzüqna elmən nafiən və hifzən kamilən və zehnən şamilən və fəhmə zəkiyyən və təbən rəziyən və tövfiqən litəhsilil-ülum, Allahümməftəh əleyna əbvabə fəzlikə və səhhil əleyna elmikə və ehsanikə və rifətikə ya ərhəmərrahimin. Amin! Amin! (Şagirdlərə) Oturun!

Джалил Мамедкулизаде11 мин
Ər

Dörd məclisdən ibarət komediyaİŞTİRAK EDİRLƏR

Джалил Мамедкулизаде1 мин
Əvvəlinci məclis

Mərcan xanım qolu çırmalı mizin üstə xamır qatır. Püstə durub onun yanında tamaşa eyləyir. Bir qədər keçəndən sonra Cahangir girir və o biri otağa keçir. Anasını görüb soruşur.Cahangir. Ana, nə qayırırsan?

Джалил Мамедкулизаде44 мин
İkinci məclis

Dəlixanada salon otağı, ortalıqda miz, ətrafında üç-dörd səndəlliyə, mizin üstə kağız, qələm, mürəkkəb qabı, zəng. Divardan saat asılıb. Mıxdan həkimin papağı, paltosu asılıb. Mizin qabağında dəlixananın müdiri doktor Ruhzad və yanında 5-10 nəfər tələbə. Bir tərəfində dəlilərin qilü-qalı eşidilir. Hərdənbir xəstələr hırıldayıb gülürlər. O dərəcədə ki, dam-divar uçmaq istəyir. Və gah sakit olurlar. Dəlilərə tərəf açılan qapının yanında bir kişi xidmətçisi durub, müdirin hökmünə müntəzirdir və dəlilərin mərəkəsi ucalan zaman qapını yavaşca açır, ucadan deyir:Qapıçı. Qalmaqal olmasın (Qilü-qal yatır).

Джалил Мамедкулизаде15 мин
Üçüncü məclis

Mərcan xanımın evində böyük qonaqlığa hazırlaşırlar. Zal otağında uzun stol açılıb. Üstündə belə qonaqlıqlara yaraşan hər növ qab-qacaq, hər növ içki, meyvəcat, şirniyyat, qəlyanaltı və qeyri düzülüb hazırdır. Stolun ətrafında dolanan Mərcan xanım,38 Zərəfşan xanım, Çiçək, Püstə, Həsrət xala, Şərəf xala, Vələmir (kişi qulluqçusu) . Hərdənbir İzzət nənə də vayıldaya-vayıldaya görsənir. Mürşüd dayı da hərdənbir bazardan gəlib, bazarlıq işlərinə dair baş çəkmək xidməti göstərir və gedir. Pərdə açı-landa otaqda olur Mürşüd dayı, Mərcan xanım və Zərəfşan.

Джалил Мамедкулизаде15 мин
Dördüncü məclis

Xəstəxananın səhnəsi, baş doktor və rejissor. Baş doktor tədbir tökür. Binagüzarlıq edir, rejissor gah səhnənin qabağına çıxıb pərdəyə baxır, gah baş doktorun yanına gəlib, onun əmrini dinləyir.Baş doktor. Mən elə güman edirəm ki, keçən dəfə Şahzadə qrimi namüvafiq idi. Belə ki, Türküstan şahzadəsinin başında tac olmağı yanlışdır. Ondan ötrü ki, tac ancaq onun atasına mütəlliqdir. Şahzadəyə isə, tac əvəzinə Buxara dərisi üstünə müzəyyən Kirman şalı sərilmiş ancaq bir papaq nisbət ola gərək. Ayaqqabıları gərək indiki əsri yox, keçmiş əsri yada sala. Təqriri və tələffüzü də gərək bir növ şahanə ola. Adi olmaya.

Джалил Мамедкулизаде8 мин
Poçt qutusu

Noyabr ayının 12-ci günü idi. Hava çox soyuq idi. Amma hələ qar əlaməti görsənmirdi. Həkim axırıncı dəfə xanın naxoş övrətini yoluxub, cavab verdi ki, dəxi naxoşun əhvalı yaxşıdır; belə ki, bir həftəyədək səfərə çıxmaq mümkün olar. Xan çox tələsirdi İrəvana getməyə; çünki xanı orada çox vacib işlər gözləyirdi. Və bir də ki, qorxurdu qar yağa və hava dəxi də soyuya və naxoş üçün yola çıxmaq qeyri mümkün ola. Xan götürdü qələmi, irəvanlı dostu Cəfər ağaya bu məzmunda bir müxtəsər kağız yazdı:“Əzizim! Bir həftəyədək, ümidvaram, İrəvana gəlim övrət-uşaq ilə. Artıq-artıq təvəqqe edirəm, buyurasan bizim otaqlara fərş salıb, əlbəttə-əlbəttə peçləri yandırsınlar ki, otaqların havası pişəzvəqt təmizlənsin və isinsin, bəlkə naxoş üçün orada narahatçılıq üz verməsin. Bu kağızın cavabını mənə teleqraf vasitəsilə yetirəsən. Sən mənə dediyin işlərin hamısını yerbəyer eləmişəm. Xudahafiz!

Джалил Мамедкулизаде11 мин
Kişmiş oyunu

Qış fəsli idi. Hava şiddətli soyuq idi. Biz iki nəfər seyid, İran əhli, Araz çayından Rusiya torpağına keçib axşam vaxtı özümüzü yetirdik “Zurnalı” kəndinə. Vətəndə günümüz məşəqqət və korluqla keçirdi. Rus məmləkətinə səfər eləməyimizin səbəbi bu idi ki, buranın müsəlman əhalisindən həmişə mehribanlıq görüb əhli-əyalımıza az-çox ruzi əxz edib, vətənimizə geri qayıtmışıq. Allah razı olsun bu vilayətin müsəlmanlarından; ayda bir dəfə bunlara qonaq oluruq.Kəndə yetişib xəbərdar olduq ki, buranın camaatı axşamlar kəndin mötəbər ağası və ağsaqqalı Bala Sultanın tövlə otağına cəm olub uzun qış gecələrini orada söhbət ilə yola verirlər. Biz üz qoyduq həmin Bala Sultanın tövlə otağına.

Джалил Мамедкулизаде16 мин
Usta Zeynal

Muğdusi Akop adlı erməniyə böyük oğlundan teleqraf gəldi ki, Tiflisdən çıxdı. Bu cavan Moskvanın darülfünununda dörd il yarım təhsil edib, dərsini itmama yetirib, vətənə gəlirdi və həmin dörd il yarımın müddətində ancaq üç il bundan əqdəm bir dəfə valideynini görməyə gəlmişdi.Bu xəbər Muğdusi Akopu, övrətini, xırda oğlunu artıq dərəcədə şad etdi: üç ilin ayrılığından sonra universitet dərsini qurtaran övladla görüşmək xoşbəxtlikdir.

Джалил Мамедкулизаде19 мин
İranda hürriyyət

Bizim məscidin dalında, qapının səkisində əlli-əlli beş yaşında bir kişi oturub kasıblıq edir; bunun peşəsi bisavad müsəlmanlara və çox vaxt İran qəriblərinə məktub yazmaqdır. Bu kişinin adı Məşədi Molla Həsəndir.Məşədini burada yayda da görmək olar, qışda da, payızda da və baharda da.

Джалил Мамедкулизаде25 мин
Pirverdinin xoruzu

Qasım əminin övrəti Həlimə xala çörək yapırdı.Hər dəfə çörək pişirən vaxt Həlimə xala iki, ya bəlkə üç övrət qonşularından özünə mədədçi çağırardı və gahdan bir Təzəkənddən bacısı Zibeydəyə də xəbər verərdi ki, gəlib ona kömək eləsin.

Джалил Мамедкулизаде4 мин
Fatma xala

Dünyada çox arvadların başmaqları düşüb, xah at üstə gedən vaxt, xah arabadan ya faytondan, xah dəmir yol ilə gedəndə.Mənim bir dostum var, nağıl edir ki, bir neçə il bundan qabaq övrətlə Xorasana gedən vaxt övrətinin başmaqları otuz dörd dəfə faytondan düşdü, iyirmi bir dəfə dəmir yolda gedən zaman pilləkanları enibçıxanda düşdü və yüz qırx altı dəfə İranda at yolu ilə gedəndə düşdü.

Джалил Мамедкулизаде6 мин
Təzə xəbər

Tükəzban xalanın gəlini, istəyirdi toyuqlara dən səpə, sarı toyuq gözünə sataşmadı. Bir az “cü-cü” eləyib çağırdı, sarı toyuq görsənmədi. Gəlin fikir elədi ki, bəlkə toyuq Fatma xalanın həyətinə keçib və divara tərəf yeriyib divarın alçaq yerindən başını Fatma xalanın həyətinə uzadıb çağırdı:– Ay Fatma xala, sən Allah, bax gör bizim sarı toyuq sizin həyətə keçməyib ki?

Джалил Мамедкулизаде2 мин
Quzu

Məmmədhüseynin kirvə oğlusu Qurtbasar kəndindən buna bir quzu sovqat göndərmişdi. Kəblə Məmmədhüseyn istədi quzunu kəsə, amma heyvanın belini əlləri ilə sığallayıb, bıçağı tulladı yerə və arvadına dedi ki:– Bir sümüknən bir dəridən savayı bir şey yoxdu.

Джалил Мамедкулизаде8 мин
Molla Fəzləli

Minbərin dibində bir qərib molla oturmuşdu. Helə ki, mərsiyə tamam oldu və məscid sovuşdu, mən də camaatla çıxdım küçəyə, gördüm ki, haman tanıdığım molla mənim dalımca gəlir. Mən buna tərəf çönüb baxanda bu mənə çox ədəblə dedi:– Axund Molla Nəsrəddin, bu gecə sizə qonağam.

Джалил Мамедкулизаде7 мин
Nigarançılıq

Tiflisdə “İslamiyyə” mehmanxanasının üçüncü nömrəsinə iki nəfər müsafir düşmüşdü; ikisi də naxçıvanlı idi: biri bəzzaz Məşədi Heydər idi, biri də ayaq üstə alış-veriş eləyən Məşədi Qulamhüseyn idi.Həmin gün mehmanxanaya bir nəfər də gəldi düşdü, bu da şirvanlı Məşədi Məmmədbağır idi ki, özgə nömrələrdə yer olmadığından qabaqkı məşədilərin razılığı ilə həmin üçüncü nömrəyə bir kravat qoydurdu, bunlara yoldaş oldu.

Джалил Мамедкулизаде8 мин
Konsulun arvadı

Nahardan sonra uzandım, amma yuxum gəlmədi. Durdum, əl-üzümü yudum, bir qədər zehnim açıldı. Geyindim, çıxdım küçəyə və yavaş-yavaş gəldim şəhər bağına. Skamyaların birinin üstə oturdum; amma genə bilmədim ki, nə qayırım. Bir qoca rus arvadı bir balaca uşağın əlindən yapışıb yeridirdi. Uşağın əlindəki tağalaq çörəklərin hərdənbiri düşürdü yerə, arvad qaldırıb, tozunu silib verirdi uşağa. Sonra bir rus saldatı ilə bir rus arvadı qol-qola gəlib qabağımdan keçdilər. Kənarda bir neçə gəzib-dolanan görsənirdi; amma bunların heç birindən mənə bir mətləb hasil olmadı və az qalmışdı duram bir özgə tərəfə üz qoyam, birdən, aha, rəfiqim Rzaqulu bu tərəfdən nağafil çıxdı. Mən çox sevindim və haman saat xəyalıma gətirdim öz mənzilimi: bir tərəfdə əyləşib Rzaqulu, bir tərəfdə əyləşmişəm mən özüm və ikimiz də dünyanı yaddan çıxardıb, cummuşuq şahmat oyununa.Rzaqulunu görcək bir söz deməyib, düz getdim yapışdım rəfiqimin qolundan və başladım bizə tərəf çəkməyə. Rzaqulu dayandı və soruşdu:

Джалил Мамедкулизаде8 мин
Danabaş kəndinin məktəbi

IBu əhvalat ki, indi istəyirəm nağıl eləyim, çoxdanın sözüdü. Vallah, yəqin deyə bilmərəm neçə il ola, amma orasını yaxşı bilirəm ki, bu əhvalat rus Karsı alandan yeddi il sonra vaqe olubdu. İndi bax gör neçə il eləyir.

Джалил Мамедкулизаде32 мин
Təsbeh barəsində bir neçə söz

Bir yana sifariş eləyəndə bir nişanə göndərmək qədim adətlərin biridir. Nişanə göndərmək o vədələr lazım olub və olur ki, sifariş eləyən, ya sifariş alan savadsız ola. Birisi öz evinə adam göndərib bir şey istəyəndə bıçağını göndərir və qeyri birisi bir yerə sifariş edə, açar göndərir.Nəzərəli xan İkramüddövlə belə bir qayda qoymuşdu: qabaqca fərraş gəlib rəiyyətdən bir şey istərdi. Əgər rəiyyət verdi, verib, əgər vermədi, fərraş bir-iki şallaq çəkib qayıdardı xanın üstünə və ikinci dəfə xanın təsbehini gətirərdi. Bu dəfə əgər o hökmə əməl olundu, olunub, olunmadı – dəxi fərraş ixtiyar sahibidir; yəni o qədər ixtiyar sahibidir ki, əgər xəncərin çıxardıb “yox” deyənin boynunu vursa, dəxi bilmirəm nə olar və yəqin də heç bir şey olmaz.

Джалил Мамедкулизаде4 мин
Qəssab

Bir dəfə bunu eşitdim ki, qonşu Məşədi Məmmədəli qızını verir qəssab Şamilə. Bir dəfə də eşitdim ki, daha vermir. Axır vaxtlarda deyirdilər ki, Məşədi Məmmədəli qızını qəssab Şamilə verməyə razı olub. Ən axırda genə dedilər ki, Məşədi Məmmədəli qəssab Şamildən inciyib və qızını daha ona vermir.Üç-dörd gün bundan qabaq qəssab Şamil gəldi bizə. Bununla bizim bir yüngülvarı qohumluğumuz da varmış (yəni: özünün rəvayətinə görə). Məlum oldu ki, qızı nəhayət xoşlayıb, amma Məşədi Məmmədəli genə nədənsə, qızını vermək istəmir. Şamil xahiş etdi ki, mən vasitə olam və bəlkə Məşədi Məmmədəlini yumşaldam. Qəbul etdim. Dedim:

Джалил Мамедкулизаде5 мин
Zırrama

Günortadan üç saat yarım keçmişdi gəlirdim mənzilimə. Yorulmuşdum və acımışdım. Az qalırdım evə yetişəm, küçənin ortasında bir nəfər kişi mənə yavıq gəlib salam verdi və yapışdı sağ əlimdən:– Molla əmi, yəqin ki, məni tanımırsan?

Джалил Мамедкулизаде6 мин
Rus qızı

Tarixi-İsəvinin min səkkiz yüz doxsan dördüncü ilində piyada gedən Reynqarten Rusiya tərəfindən gəlmişdi ki, Qafqazdan keçsin İrana, oradan Hindistana, Kitaya, Yaponiyadan dərya ilə gedəcək idi Amerikaya, Amerikadan gələcək idi İngiltərəyə, Firəngistana, Almaniyaya və beləliklə qərb tərəfindən daxil olacaq idi vətəni Riqa şəhərinə.Reynqarten xəyalında qoymuşdu həmin səfəri dörd ilin müddətində tamam etsin; amma elə yadımdadır ki, ancaq altı il ondan sonra Rusiya qəzetləri Reynqartenin Riqa şəhərinə qayıdıb gəlməyini xəbər verirdilər.

Джалил Мамедкулизаде11 мин

Теги расставлены автоматически по ключевым словам и уточняются редакторами.