Əvvəlinci məclis
Содержание
Страница 1 из 3
Əhli-məclis
AğaMəhəmmədxanQacar
Cəfərquluxan
Əliquluxan
Mustafaxan }onun qardaşları
Mürtəzaquluxan
Rzaquluxan
Altı nəfər şirazlı, iki nəfər qasid, sərkərdələr, əsirlər, sərbazlar
Əvvəlinci məclis
Mazandaran, Ağa Məhəmməd xanın mənzilinin səhni. Altı nəfər şirazlı.
Əvvəlincişirazlı. Xan görəsən nəyə məşğuldur? Həmişə bu vədə çıxıb, sərkərdələrlə söhbət edərdi. Binagüzarlıqlar edərdi.
İk incişirazlı. Xanın kitab oxumağa çox artıq həvəsi var. Yəqin yenə kitaba məşğuldur. Mən Şirazda həmişə zənn yetirirdim. Vaxtı ki, Kərim xanın söhbətindən fariq olurdu, çəkilirdi öz mənzilinə, kitabları bir-bir tökürdü qabağına, başlayırdı oxumağa. Bəzən vaxt görürdün, kitabı oxuyandan sonra yumub, şəhadət barmağını kitabın arasına qoyub, gedib dərin fikrə. Bu növ hərəkətləri onda görəndə və ələlxüsus Kərim xanla rubəru əyləşib dövlət işlərini müzakirə edən ağa Məhəmməd xanın tökdüyü tədbirləri eşidəndə mən həmişə öz ürəyimdə deyirdim ki, bu şəxs, əlbəttə, böyük mərtəbəyə çatacaq. Kərim xan ömrünün axırlarında, dövlətə dair hər bir məsələdə Ağa Məhəmməd xanın rəyini soruşardı. Təəccüb burası idi ki, Ağa Məhəmməd xan öz atasının qatili ilə rubəru əyləşib, ona gözəl-gözəl təbdirlər tökürdü.
Əvvəlincişirazlı. Ağa Məhəmməd xan Kərim xana gözəl tədbirlər töküb düz yol göstərəndə, yəqin etginən ki, heç vədə Kərim xanın mənfəətini mülahizə etmirdi. Bəlkə millət və məmləkət mənfəətini mülahizə edib, o tədbirləri tökürdü.
Üçüncüşirazlı. Mən Kərim xanın qulluğunda olandan qabaq həmin bu Mazandaranda Nadir şahın qardaşı oğlu Ədil şahın qulluğunda idim. Elə ki Nadir şah Qacar şurişini yatırtdı və Məhəmmədhüseyn xanı məğlub elədi, o vədə onun iki oğlunu ki, böyüyü olsun həmin Ağa Məhəmməd xan, əsir edib götürdülər Ədil şahın yanına, Ədil şahın hökmünə görə, Ağa Məhəmməd xanın rüculiyyətini aldılar. O vaxt mən öz ürəyimdə dedim ki, Ədil şah özünə bir elə düşmən qazandı ki, onun cəmi düşmənlərindən qəvi olsun. Çün məlumdur, şəxs ki kişilikdən düşdü və dünya ləzzətindən məhrum oldu, cəmi bədənin zorunu verəcək əqlinə və əqllə də düşmənə tez qalib olmaq olur, nəinki bir yalnız qoşunla. Ədil şah mərhum olandan sonra Ağa Məhəmməd xanı azad etdilər. O da dayanmayıb getdi ağasının yanına ki, onun yaman günündə ona qəmxar olsun. Bu yandan Şiraz hökmranı Kərim xan təzədən Qacar üstünə qoşun çəkib, Məhəmmədhüseyn xanı öldürüb, Ağa Məhəmməd xanı dübarə əsir edib apardı Şiraza. Bir belə bəlalara düçar olan, başı qovğalar çəkən, əlbəttə, gərək intiqam fikrini başından çıxarmaya. Odur ki, işdən fariq olan vaxt kənara çəkilib, kitablardan dərdinə dərman istəyirdi. Odur ki, barmağını kitab arasına qoyub fikrə gedirdi. O, böht deyildi, bəlkə cəmi İranın gələcək günlərinin fikri idi. Bir belə müsibətin əvəzində, Ağa Məhəmməd xan gərək bir elə mərtəbəyə çatsın ki, inqirazı-aləməcən onun adı tarixlərdə söylənsin.
Əvvəlincişirazlı. Ağa Məhəmməd xan böyük mərtəbəyə çatacaq. Buna heç şəkk ola bilməz, Sali ki, nikust əz bəharəş peydəst. Kərim xanın vəfatından sonra ki Ağa Məhəmməd xan Şirazdan çıxdı, ancaq biz altı nəfərlə Mazandarana gəldik. Amma İndi gör burada nə cəlal var. Bir yandan Ağa Məhəmməd xanın qardaşı Mustafa xan öz qoşunu ilə, bir yandan onun o biri qardaşları Cəfərqulu xan və Əliqulu xan həmçinin öz qoşunları ilə, Qacarın Rəşid şəxsləri hər biri nə qədər atlı ilə burada cəmdirlər. Bir belə qoşunun vücudu ilə hər bir fikrə düşmək olar.
Üçüncüşirazlı. Hətta padşahlıq fikrinə də düşmək olar. Beləmi demək istəyirsən?
Yaxşı il baharından bəlli olar.
Əvvəlincişirazlı. Onu deyəndə nə olar? Bu saat İran parçaparça olub. Əlimurad xan əyləşib İsfəhanda. Nadir Mirzə atası kor Şahruxla əyləşib Xorasanda. Sair məmləkətlər də həmin qərar. Bu hökmranların hamısı bir-birilə müddəidir. Əgər bunların müqabilində bir aqil şəxs çıxıb başına qoşun yığa, yəqin bil ki, az müddətdə hamısına qalib olub ənani-səltənəti keçirər əlinə. Ağa Məhəmməd xanın bəxtinin ulduzu gün-gündən ucalmaqdadır. Qoşunu gəldikcə artır və onun ağlı, kamalı və tədbiri cəmi dünyaya məlumdur. Padşahlıq fikrinə düşmək nə çətin işdir?!
Üçüncüşirazlı. Yəqin elə bunu mülahizə edib, Şirazdan Mazandarana gəlibsən?
Əvvəlincişirazlı. Gəlibsən niyə deyirsən, gəlmişik de. Riya-filan lazım deyil. Dünya bilir ki, Qaflanguhla Aslan duzlağı yapışqan ola, Şiraz bunun ürəyini Qacar nəslinə yapışdıra bilməz. Biz altımız da bir fikir edib, buraya gəlmişik. Burada yad adam yox, hamımız şirazlı. Bizə nə lazım gəlib bir-birimizi aldadaq? Kənara çəkilin! Xan yenə fikir dəryasına qərq olmuş gəlir. Onu böht aparanda gərək gözünə adam görünməyə.
Hamı gedirlər.
Ağa Məhəmmədxan (məbhut, pilləkəndən enib, axır pillədə əyləşir). Bəli, belədir və belə də gərək olsun. Mənim bu gecə gördüyüm vaqiə də deyir gərək belə olsun... Mən kitablardan oxumuşam, cümlə maxələqəllahdan qabaq yaranan lövh və qələmdir. Lövh üzrə cəmi məxluqatın sərgüzəşti yazılıb. Mən yəqin etmişəm, o lövhədə İranın nicatına bais nəsli-Qacar yazılıb. (Durur ayağa.) Əvvəl Qacar nəslinin sərkərdəsi mənim babam Fətəli xandır. Fətəli xanın tərəqqisi Qacarın sairi-əyanının büxlünü artırıb, ona düşmən elədi. İstədilər onun tək oğlu Məhəmmədhüseyn xanı ki, mənim atam olsun, öldürsünlər. Atam köçəri türkmənlərə pənahlandı və başına qoşun yığıb başladı öz qohum-əqrəbası ilə dava eləməyə. Bu vaxt bir bəlayi-nagahan parlaq şöleyi-aləmsuz tək Əfşar arasında asimana bülənd olub, İranın üstündən adladı. Amma necə ki, qalxmışdı, o növ də enib söndü. Bu şölə Qacar nəslinin bir-birilə etdiyi ədavətə görə Allah tərəfindən göndərilmiş bir bəla idi. O bəlanın adı Nadir idi. Nadir qacarlara kömək durub, mənim atamı məğlub elədi və mən də ki, qardaşımla bir yerdə Nadir şahın qardaşı oğlu Ədil şahın əlinə əsir düşdük. Bunun hamısı sirrirəbbülaləmin idi. Elə olmasaydı, belə də olmazdı. İndi Nadir də və mənim atamın qatili Kərim xan da ölüblər. Mən həmişə xudavəndialəmdən istixasə edərdim, məni bir mərtəbəyə çatdırsın ki, onlardan ata-babamın qisasını alım. Nə eləyim, arzuma çatmadım. Amma eybi yoxdur. Əgər xudavəndi-aləm kömək elər, onların sümüklərindən qisas alaram.
Cəfərquluxan (daxil olur). Qardaş, yenə nə fikrə gedibsən?
Ağa Məhəmmədxan. Cəfərqulu, sənsən? Yaxına gəl... Nə eləyim, qardaş? Dərd çoxdur, yük ağır. Tədbirsiz, fikirsiz iş olmaz.
Cəfərquluxan. Sən həmişə deyirsən ki, İranın nicatına gərək nəsli- Qacar olsun. Amma...
Ağa Məhəmmədxan. Bəli, belədir və bu mənim yəqinimdir və bu gecə gördüyüm vaqiə də buna sübutdur. Gördüm bir böyük yaralı bədən düşüb və məni o bədənin üstünə həkim çağırıblar. Əlimi bədənə çəkən tək cəmi yaraları sağaldı, durdu ayağa. Qardaş, yəqin elə ki, o bədən İrandır.
Cəfərquluxan. İnşallah, belə də olacaq. Amma Qacardan bir qasid gəlib, yaman xəbərlər gətirib.
Ağa Məhəmmədxan. Nə xəbər?
Cəfərquluxan. Bizim öz qardaşlarımız Rzaqulu xan və Mürtəzaqulu xan çox böyük qoşun yığıb bizim üstümüzə gəlirlər. Buna təbdir lazımdır. Mürtəzaqulu xan hətta adını şah qoyubdur. Doğrudan, mən, qardaşlarım Mustafa və Əliqulu və sairi sənin yanında olan sərkərdələr sənin yolunda baş və candan keçmişik, amma, qardaş, azıq.
Ağa Məhəmmədxan. Eybi yoxdur, Allah bizə köməkdir. Qüvvət çoxluqda olmaz, tədbirlə, qeyrət və namusla olar. Get Mustafa xanı, Əliqulu xanı və sərkərdələri buraya çağır. Çox azlar çox çoxlara qalib olublar. Az olub şir olmaq çox olub tülkü olmaqdan məsləhətdir. (Cəfərqulu xan gedir.) Işin qabağa getməyi üçün, əvvəl, vacib dost qazanmaqdır. Bu da mümkündür, peşkəşlər verməklə və bir para lazım adamlarla keçmişdə olmuş ədavəti yaddan çıxartmaqla. Nə qədər düşmən zəif də olsa, əvvəl sülh təklifi lazımdır və sülhlə qurtaran ədavət, düşməni dost edə bilər. Mən camaatın qırılmağına heç vədə riza vermərəm. Amma vaxta ki, düşmən möhkəm durdu və ya camaat rugərdan oldu, mənim qəzəbimin intihası olmaz. Beşikdə mələr uşaqlaradək qırdırsam yenə ürəyim soyumaz.
Cəfərqulu xan, Mustafa xan, Əli qulu xan və sərkərdələr daxil olurlar.
Həzərat, sizə məlumdur, Qacardan qasid gəlib və mənim qardaşlarım Rzaqulu xan və Mürtəzaqulu xan başlarına qoşun yığıb, istəyirlər mənimlə dava etsinlər. İndi fikriniz nədir? Bizim qoşunumuz azdır, amma qeyrətimiz çoxdur. Əgər axıradək çalışacaqsıznız, açıq deyin, mən də öz təklifimi bilim.
Cəfərquluxan (yeriyir qabağa). Qardaş, mən balaca vaxtımdan səninlə bir yerdə qəm yoldaşı olmuşam. Bizim ikimizi qəm yükünə cüt qoşub, boyunduruğun hər başını birimizin boynuna qoyublar. Atamızın qoşunu tərk olub balü pəri qırılandan sonra, bir yerdə Ədil şaha əsir olmuşuq. İndi də bu canı qoymuşam sənin yolunda. Nə qədər qolumda qüvvət var, qılınc vurmağa hazıram. Əgər cümlə qoşunum qırıla, ölüncə sənin yolunda tək dava eləyəcəyəm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/haqverdiyev-aga-mehemmed-sah-qacar-evvelinci-meclis
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Birinci şəkilKəndli Tanrıqulunun evi. Arvadı Fatmanisə cəhrə əyirir. Oğlu Qədim bir*
İkinci pərdəDördüncü şəkilKənd meydançası. Mayın biridir. Evlər, dükanlar qırmızı bayraqlarla, yaşıl otlarla*
Vaveylaİki pərdəli dramİştirak edənlər
Birinci pərdəPərdə açıldıqda İranda şəhər meydanı görünür. Səhnənin ortalığında Fazil Dərbəndinin*heykəli eşşək üstündə əyləşib, ətrafında neçə nəfər köhnə kulak, boyunlarında kəndir və*