Xortdanın cəhənnəm məktubları
Содержание
Страница 11 из 25 · 40%
Zəqqum ağacının tamaşasından qayıdanda gördüm bir çığır-bağır var ki, cəmi cəhənnəmi səs götürüb. Guya Qarabağda, ya Naxçıvanda məhərrəm ayında dəstəbaşılıq üstündə dava düşübdür.
Odabaşıdan soruşdum:
– Bu nə səsdir?
Dedi:
– Cəhənnəm əhli Iblisi arakəsməyə salıblar.
Bunu eşidən kimi yüyürdüm və yazıq odabaşı da mənim dalımca tez-tez zəif ayaqlarını sürüməyə başladı.
Yığıncağa yaxınlaşıb gördüm: Iblis ki, cəhənnəmin sədri-idarəsidir, bir uca taxtın üstünə çıxıb sağa və sola şıllaq atır. Cəhənnəm əhli onun ətrafını alıb, hər bir dillə ona föhş verir və cəhənnəmə düşməyində də onu müqəssir tutur.
Biri deyir:
– Sən olmasaydın, mən bu dini qoyub, o biri dinə qulluq eləməzdim.
O birisi deyir:
– Sən olmasaydın, mən öz qardaşımı öldürüb arvadını almazdım.
Məni sən yoldan çıxartdın.
Birisi deyir:
– Mən yüz il yüz ilə qalaydı, rüşvət alıb vətəni pula satmaz idim, hamısını eyləyən sənsən.
Birisi deyir:
– Xudavəndi-aləmin lənəti sənin canına gəlsin. Məgər sən olmasaydın, mən bir kəllə qəndə, bir girvənkə çaya, on manat pula aldanıb Ramazanın kəbinli arvadını Şəbana, ya Rəcəbin kəbinli arvadını Səfərə verərdimmi?
Birisi deyir:
– Səni görüm həmişə Allahın qəzəbinə giriftar olasan. O sən deyildimi ki, məni yoldan çıxartdın, mən də Kazım kişinin səkkiz yaşında qızını on dörd yaşında yazıb ərə verdim. O da gedən kimi öldü?
Birisi deyir: – Allahın lənəti sənin o kor gözünə gəlsin. (Məlumdur və “Nasixüttəvarix” də
yazılıb ki, Həzrət İbrahim əsrində, Həzrət Cəbrayıl mübarək qanadı ilə vurub şeytanın
bir gözünü tökdü. Odur ki, şeytana lənət oxuyanda deyirlər “Lənət sənə gəlsin, kor
şeytan”). Məgər sən deyildin, bizim qulaqlarımızı həmişə dolduran ki, camaat elmdən
nə qədər geri qalsa, bir elə sizə mənfəəti var? Biz də hər bir yolla camaatı elmdən
saxlayırdıq və elm dalınca gedənlərin küfrlərinə hökm edirdik.
Birisi deyir:
– Məgər taqsır səndə deyilmi ki, riyasət odunu bizim canımıza doldurdun?
Biz də camaatı otuz firqə edib, hər birinə bir ad qoyub, hamısının aralarına ədavət
saldıq?
Birisi deyir:
– Sən deyildin məni öyrətdin ki, müqəssir taqsırını boynuna almayanda yaxşı olar
ki, onun başının ətrafına xəmir yapışdırıb, ortasına qurğuşun əridib tökəsən? Mən də
neçə-neçə adamlara bu növ əziyyət verib taqsırsız öldürdüm?
Birisi deyir:
– Məgər mən bilməyirdimmi ki, yetim malı yeyənin başına Allah daş salar? Niyə
sən məni yoldan çıxartdın? Sən də üç yetimə bir-birinin dalınca qəyyum olub, üçünü
də quru yurdda qoydum.
Birisi deyir:
– Məgər mən istibdadın nəticəsi nə olduğunu bilməyirdim? Niyə mənə gecə-
gündüz deyirdin ki, rəiyyət eşşək misalı bir şeydir, nə qədər döyülsə bir o qədər
yumşaq olar? Mən də sən tək kor məlunun sözünə inanıb rəiyyətin tamam malını,
pulunu, var-yoxunu xəfiyyələrə xərc elədim. Axırda məmləkətim parça-parça olub,
əlimdən getdi, özüm də sən Allahın lənətinə gəlmişin ucundan bu əzabı çəkirəm.
Birisi deyir:
– Məgər mən öz abrımdan keçib camaat malına xəyanət elərdim?
Sən məni yoldan çıxardıb deməyirdinmi ki, İrəvan əhli bir yazıq məxluqdur, heç
birisi cürət edib sən tək böyük şəxsə bir söz deyə bilməz və mən də sən məlunun
sözünə aldanıb, camaatın yığıb mənə tapşırdığı on iki min manat pulunu alabaxta
palıd udan kimi uddum.
Birisi deyir:
Sultan Əbdülhəmid
İrəvan müsəlman cəmiyyəti-xeyriyyəsinin 1902-1907-ci sənədə sədri olan İrəvan
xanlarından birisi.
– Sən deyildinmi mən tək ağsaqqal hacını öz düşmənimi öldürmək qəsdilə qovduğum yerdə yoldan azdırıb, arvad hamamına salan ki, orada çılpaq arvadlara baxıb, günaha batıb, qiyamət əzabına giriftar oldum?
Birisi deyir:
– Mən özüm tibb elmində çox mahir bir şəxsəm. Və özüm də çox yaxşı bilirəm ki, insan qarnı torpağı əritməz. Bainhəmə, sən məlunun sözünə baxıb, anbarlardakı buğdanın yarısını torpaq edib, çörək bişirib satdım camaata.
Birisi əlində bir varaq kağızı Iblisə göstərib deyir:
– Ay Allahın lənəti sənə gəlsin, sən deyildinmi mənə dəğdəğə verən və mənə deyən ki, apar bu kağızı uyezd naçalnİki Vinokurova ver?
Mən də sənin sözünə baxıb aparıb verdim. İndi bu kağızı mənim boynumdan asıb, göndəriblər cəhənnəmə. Nə qədər özüm yanıram, bu kağıza
bir zad olmur.
Bu danışanı mən tanıdım. Amma ondan qabaq İblisə məzəmmət edənlərin heç birisini tanımadım.
Bu şəxs Qocaqurd mahalının mülkədarlarındandır və kağızın əhvalatı da belədir:
Oxucular məni bağışlasınlar. Kağızın əhvalatını öyrənməzdən qabaq istəyirəm onları Qocaqurd bəyləri ilə bir müxtəsər tanış edim: Qocaqurd mahalında üç sort bəy var. Pervi sort bəylərə Sarıcalı bəyləri deyirlər ki, Nadir şah dövründən bəydirlər.
Vtoroy sort bəylər bəyliklərini xanlardan alıblar. Bunların babaları ya xanın cəlladları olublar, ya təlxək, ya qatırçı, ya quşçu və darğaları, pişxidmətləri... və i.a.
Bunların hər biri bir mövqedə xanın xoşuna gəlib. Xan da gətirib ona bir neçə kənd bağışlayıb. Özünə də bəylik təliqəsi veribdir.
Misali-məşhurdur: hər oxuyan Molla Pənah, hər qatırçı Murad olmaz. Molla Pənah haqqında yuxarıda söhbət etmişdik. İndi qatırçı Muraddan danışaq:
Ağdam tərəfə yolları düşənlər, orada Muradbəyli adlı kənd olduğunu yəqin eşidiblər. Bu kənd hal-hazırda Ağdam şəhəri ilə birləşməkdədir. Bu kəndin birinci sahibi Murad bəy olubdur ki, qabaqca
Qarabağ xanının qatırçısı olubdur. Qatırçılıqda çox mahir olduğund an
xan ona bəylik verib, haman kəndi də ona bağışlayıb. İndi Murad bə
Cavanşir qəzası mülkədarlarından Adıgözəl bəy Adıgözəlova işarədir.
yin nəvəsi Tərtər kənarında neçə min desyatin yerə malikdir və özünədə anası şahzadə olduğundan xan deyilir.
Treti sort bəylərə pişxurd bəyləri deyirlər. Bunların ciblərində ildəüç ay pul olar, doqquz ay müflisdirlər.
İndi “pişxurd” ləfzini də bir izah etmək lazımdır. Bu ləfz farsləfzidir. “Pişxurd” – qabaqca yeyilən.
Qocaqurd mahalında buğdanı biçən kimi döyməzlər. Yay çox isti olduğundan, buğdanı biçib taya vurub gedirlər yaylağa. Payız arana qayıdandan sonra xırman salıb buğda döyməyə şüru edirlər.
Əkinçilərin bəzisi bir yol xərcini düzəltmək üçün buğdanın bir azını qabaqca döyüb satırlar. Belə döyülən buğdaya “pişxurd” deyirlər. Yuxarıda dedik ki, pişxurd bəylərinin doqquz ay cibləri pul görməz. İsti düşəndə lazımdır ki, özlərini Şuşa qalasına versinlər. Odur ki, yığdıqları taxılın bir hissəsini pişxurd döydürüb, satıb gedirlər şəhərə.
Şəhərdə bir neçə gün evdə əyləşib dərzidən, papaqçıdan, çəkməçidən çağırtdırıb özlərinə libas tikdirirlər; libas hazır olduqdan sonra tovuz quşu kimi bəzənib çıxırlar bazara, meydanlara, kluba, bulvara.
Yay qurtaran tək kəndə qayıdıb, qalan taxılı döydürüb, satıb, yayda şəhərdə etdikləri qumar borclarına verirlər. Altdakı il də bu minvalla.
Çetvorti sort da bəylər var. Bunlara “cır bəylər” deyirlər ki, varyoxlarını qumara, Tiflis və Bakı kefinə verib, İndi dövlətli bəylərin qapılarında sülənirlər.
Bunların ciblərində pul olmaz. Amma təşəxxüsləri yeri yırtar. Salam verənlərin salamlarına bığları ilə cavab verərlər. Hər məclisdə də özlərindən danışmayıb, babalarını, atalarını tərif edərlər.
Dördü bir yerdə cəm olanda Tiflis qəstinlərində sürdükləri kefdən bir-birlərinə söyləyərlər.
Bəli, kağızın əhvalatı belədir:
– Bir gün Qocaqurd mahalının bəyləri naçalnik Vinokurovun əlindən zara gəlib, yığılıb bir yerə məsləhət tökürlər ki, gərək bu zülümkarın əlindən böyüyünə bir şikayət verək. Yoxsa bunun zülmü və bədrəftarı axırda camaatı tar-mar edəcəkdir. Bir yerdə bəylər bir ərizə yazırlar və cəm olan on beş nəfər həmin ərizəyə qol qoyurlar. Bu hində, cəhənnəmdə gördüyüm bəy özünü məclisə yetirir. Ərizəni görən tək deyir:
– Sizin ki belə fikriniz var idi, mənə niyə xəbər eləməyirdiniz?
Çox gözəl iş görübsünüz. Mən özüm də çox həvəslə bu ərizəyə qol çəkərəm. Ancaq on beş nəfər adamın qolundan bir şey çıxmaz. Lazımdır ki, Qocaqurd mahalının cəmi bəyləri bu ərizəyə qol qoysunlar. Vinokurov tək zalımı yıxmaq bizim hamımızın borcudur. Mən burada borclu oluram ki, bu ərizəni götürüb cəmi mahalı gəzib, bəylərin hamısına qol qoydurub gətirim. Sonra ərizəni aparıb lazım olan yerinə verməyi və dalınca getməyi də öz boynuma götürürəm.
Məclis hamısı bəydən razılıq edib, ərizəni ona tapşırırlar.
Bəy ərizəni qoynuna qoyub, bir az söhbət edib, çay içəndən sonra durub, atını minib yola düşdü və dedi:
– İnşallah bir həftə çəkməz ki, ərizə hazır olar.
Bəy at üstündə getdikdə belə fikir edirdi və öz-özünə söyləyirdi:
Kitabxana.az · https://kitabxana.az/ru/works/haqverdiyev-xortdanin-cehennem-mektublari
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İki pərdəli dramİştirak edənlər
Birinci pərdəPərdə açıldıqda İranda şəhər meydanı görünür. Səhnənin ortalığında Fazil Dərbəndinin*heykəli eşşək üstündə əyləşib, ətrafında neçə nəfər köhnə kulak, boyunlarında kəndir və*
İkinci pərdəQafqazda şəhər meydanında böyük izdiham. Arvad, uşaq, kişilər bir-birinə qarışıb. Səhnənin dalından təbil və zinc səsi gəlir. Şaxsey, vaxsey sədası eşidilir. Cavanların boyunlarına arvadlar bir-bir kəfən tikib, yola salırlar. Əkbər, əlində qılınc, qoltuğunda ağ, gəlib, arvadların içində anasını tapıb çağırır.Əkbər**. Ana gəl bu ağı mənim boynuma tik.
Yeyərsən qaz ətini, görərsən ləzzətiniKeyfiyyəti-qəribədir ki,üç məclisdə tamam olur
Стихи других поэтов
Ey ağalar necə olurHalı yardan ayrılanın
AğlaramGənə yeni başdan dərdlərə düşdüm,Alışdım, dutuşdum, yandım, ağlaram,
GörünməzNazənin gözəllər seyrə gedirlər,Ol mahi-tabanım hani görünməz,
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.