Содержание
  1. Müqəddimə
  2. Cəhənnəm
  3. 1. xan tüpürcəyi
  4. 2. topal seyid
  5. 3. deşikli ağac
  6. 4. qazaq qəbri və xəlifəli ocağı
  7. 5. cındırlı pir
  8. 6. öskürək piri
  9. 7. cicim ocağı
  10. Odabaşının hekayəsi

Страница 2 из 25 · 4%

Mən heyrətlə qulaq verib bunların söhbətindən bir şey anlaya bilmirdim.

Bunları mübahisə eləməkdə qoyub xörək istədim. Mənə çox dadlı bir çığırtma verdilər, yedim. Həqiqət o ləzzətdə çığırtmanı mən Tiflisdə də yeməmişdim.

Tiflisdə gedərsən restorana, çığırtmanın adını çexoxbili qoyub gətirib verirlər adama. Nə yağı var, nə dadı, nə də duzu. Bir manat yarım da adamdan alırlar.

Bu kişi məndən bir manat aldı, amma çığırtması dəyərdi İki manata. Sonra eşitdim ki, Qarabağda bir cür quş var, adına sağsağan deyirlər.

Bu çığırtma onun ətindəndir.

İnşallah cəhənnəmdən qayıdan baş, yenə Bərdə bazarından ötüb, bir neçə dənə sağsağan alıb Tiflis rəfiqlərimə peşkəş aparacağam. Çox dadlı quşdur. Hələ də dadı damağımdan getməyib.

Mən nahar eləyib qutarınca bu iki adamın mübahisəsi qurtarmadı. Axır müəllim nəlbəkiyə bir qəpik pul atıb, çarpayıdan yerə enib aşpazın kürəsinə tərəf getdi və ocaqdan papirosunu yandırıb çıxdı və söylənərək getdi. Hampa üzünü mənə tutub dedi:

– A başına dönüm, sən mənim gözümə bir ağıllı adam gəlirsən. Bircə qulaq as, gör mənim taqsırım var, ya yox? Bu kişi bizim uçtelimizdir. Üç ildir kəndimizdədir. Bu üç ildə uşaqlarımıza üç söz öyrətməyib. Ayda bir dəfə atını minir, gedir, İki həftə, üç həftə ətraf kəndləri dolanır, qayıdır. Soruşanda ay uçtel bəy, haraya getmişdin? Deyir: getmişdim uşaqlara dərs gətirməyə.

Bir gün bir neçə ağsaqqal yığılıb getdik işkolaya ki, görək “dərs gətirmək” nəyə deyirlər. Bir kənarda oturduq. Uçtel dərsini başladı:

– Uşaqlar! Şənbə günü noyabr ayının on dördündə Hacı Osmana adam göndərib, sifariş elədim ki, atını mənə göndərsin, iki günlüyə minəcəyəm. İki saatdan sonra gördüm atını öz nökəri ilə göndərib. Minib yola düşdüm. Axşam azanına bir az qalmış “Qarğa dolanmaza” çatdım. Sürdüm birbaş Çərkəz bəyin qapısına.

Çərkəz bəy mənim gəlməyimə çox şad olub, buyurdu atımı tövləyə çəksinlər. Özümüz getdik otağa, əyləşdik.

Çərkəz bəy dedi:

– Ay mirzə, nə yaxşı oldu gəldin, bu gün sənə yaxşı ov ətindən dolma verəcəyəm.

Dedim:

– Mən ov ətindən dolma eşitməmişəm.

Dedi:

– Bu başqa ovdur. Mən bu camaata nə qədər deyirəm: ay nainsaf uşağı, heyvanınızı bağlayın, gəlib mənim bağıma, bostanıma girməsin, öhdələrindən gələ bilməyirəm.

Bu gün gördüm, kürd Şahbəndənin eşşəyi ilə qoyunu bostanda otlayır. Tüfəngi götürüb ikisini də vurdum. Eşşək üç qarpız xarab eləmişdi. Qoyun da xiyarın yarpaqlarını tamam yemişdi. İndi haman qoyunun ətindən yaxşı dolma bişirtmişəm. Yanında da yaxşı təzə qatığı.

Dolmanı yeyib, gecə də orada qalıb, sübh atlanıb günortaya özümü Əhmədağalıya yetirdim. Oradan Hacı Osmanın atını qaytardım...

Xülasə, uçtel bu iki həftədə gördüyü adamlardan, tutduğu işlərdən nağıl eləyəndən sonra üzünü tutdu uşaqlara:

– Hə, indi bu söylədiyimi kim təkrar eləyə bilər?

Uşaqlardan bir neçəsi barmaq qaldırdılar.

– Qeydarov, söylə görək.

Uşaq durdu ayağa:

– Mirzə, siz noyabr ayının on dördündə Hacı Osmana...

– Nə günü idi?

Uşaq dayandı.

– Qasanov, sən de!

– Mirzə, şənbə günü.

– Hə, barakallah! Qeydarov, dalını söylə!

– Şənbə günü... Hacı Osmana adam göndərib, atını iki günlüyə istədiniz.

iki saatdan sonra gördünüz ki, atını göndərib.

– Kimnən göndərib?

– Öz nökərinən.

– Qayda ilə nağıl elə. Yoxsa gözlərini tökərəm.

Bu növ uşaqlar gərək uçtelin iki həftədə tutduğu işlərdən əzbər eləyib deyə idilər. Elə ki dürüst öyrəndilər, Uçtel atını minib gedir, İki həftədən sonra təzə dərs gətirirdi!..

Mən də ancaq bunu ispektora söylədim. O da bunu qulluqdan çıxartdı. Bilsəydim qovacaq, deməzdim. Bir şey öyrətməyirsə də, bir bölük çoluqçocuğu var, yazıqdır!

Çığırtmanın pulunu verib çıxdım.

Bir qədər kəndi, bazarı dolanıb qayıtdım, gördüm fayton qoşulub. Minib yola düşdük.

Bərdədən gəldik Köçərliyə. Köçərli biyabanın içində tikilmiş bir stansiyadır. Dedilər ki, bu yaxında bu adda bir kənd də var. Ancaq nə qədər baxdım, kəndi görə bilmədim.

Faytonçu burada dayanmayıb adladı.

İki saat sonra yetişdik Qərvəndə.

Burada faytonçu faytonu karvansaraya sürüb dedi:

– Atlar yorulub. Burada göyçək nömrələr var. Yaxşı rahat olarsan.

İnşallah gecə yarısı, Ay doğanda yola düşərik.

Qərvənddə camaat çoxdur və camaatın həştad faizi Kəkilbəyovlardır. Hər baqqalı, dəmirçini, kömürçünü, arabaçını... dindirirsən, deyir, mənim familim Kəkilbəyovdur.

Kəkil bəy keçmişdə Qərvənddə və ətrafında sayılan bir adam imiş. Qocaların dediklərinə görə, onun on iki oğlu var idi. Hər sübh çıxıb qapıda qoyulmuş çarpayının üstündə əyləşərdi və on İki oğlu da səf çəkib, qulluğunda durub onun əmrini gözləyərdi. Hər birisinə vəzifəni söyləyib yola salardı. O on iki nəfərin övladından bir kənd əmələ gəlib. Faytonçudan nömrələrin yerini xəbər aldım, qabağa düşüb dedi:

– Buyur!

Məni İkimərtəbə bir evin qabağına gətirdi. O yan-bu yana baxıb çıxmağa yol tapmadım. Bir də gördüm, bir cındırlı kişi bir uzun nərdivanı sürütdüyərək gətirdi, dayadı divara, dedi:

– Nömrə lazımsa buyurun, çıxın yuxarı.

Soruşdum ki:

– Məgər bu nömrələrin yolu yoxdur?

Dedi:

– Burada oğru-əyri çox olduğundan, müştəriləri nərdivanla çıxardıb, sonra nərdivanı götürürük.

Yadıma Tiflis düşdü.

Bir neçə il bundan əqdəm İrandan Tiflisə bir aşnam gəlmişdi. Adı da Mərdudqulu xan idi. Rəşt mülkədarlarından idi. Babadanqalma yüz iyirmi kəndi var idi və İki min desyatindən artıq düyü əkini. Mədaxili sel kimi axırdı. Özü də sərtib xaric əz fevc idi. Qolovinskiyə çıxanda paqonları gün kimi parlayırdı. Soldatlar şax durub çest verirdilər. Mən Rəştdə olan vaxt onunla görüşmüşdüm və axırda da aramızda bir dostluq əmələ gəlmişdi.

Tiflisdə onun bir işi yoxdu. Məhz bir qədər kef aparmaq üçün buyurmuşdu.

Özü buyururdu:

– Baba, nə çarə eləyim! Pul çox, amma İranda xərc eləməyə yer tapmayıram; labüd qalıb pullarımızı aparıb xarici vilayətlərdə xərc eləyirik.

Mən hər sübh xanın qulluğuna müşərrəf olub onu özümlə aparıb gəzdirərdim. Və gecə də saat İkidə, üçdə gətirib mənzilinə qoyub, evimə gedərdim.

Bir sübh yenə gəlib qapını döyüb gördüm içəridən bir ağlar səs deyir:

– Befərma!

Daxil olub nə gördüm: cənab xan əyləşib yatağında. Lat-lüt, başında bir tüxmi-müğri papaq, ağlayır:

– Xan, nə vaqe olub?

– Görməyirsənmi nə vaqe olub? Bu gecə nömrədən var-yoxumu aparıb, papağımı qoyublar.

İstefaya çıxmış miralay deməkdir.
Tiflisdə adlanan böyük bir küçədir
Buyur
Yumurta şəklində, dəridən olan İran papağı

Qayıdıb evdən öz libaslarımdan bir dəst gətirib xana verdim.

Rəştə teleqram çəkib, beş min tümən pul istədi. Pul gəlincə xan mənzilindən çıxmadı, dedi:

– Mən Qolovinskidə paqonsuz görünə bilmərəm.

Əgər Tiflis nömrələri də Qərvənd qaydası ilə saxlansa idi, yəqin xanın mənzilini yarmazdılar.

Yuxarı mərtəbədə mənə bir otaq verdilər, amma otağın bir şeyi mənə çox qəribə gəldi. Pəncərələrin birində bir şüşə yox idi. Onun da səbəbini xəbər aldım, dedilər:

– Qərvənd çox ditdili və milçək olan yerdir. Pəncərələr şüşəli olanda milçək çıxmağa yol tapmayıb qonaqlara əziyyət eləyir. O səbəbdən pəncərələr şüşəsizdir.

Bu da mənim çox xoşuma gəldi.

Gecəni bir növ keçirib, sübh gün çıxanda Ağdama tərəf yola düşdüm. Üçdörd saat yol gedəndən sonra bir böyük bazara yetişdik. Bu, Ağdam bazarı idi.

Ağdam bazarı böyük bir meydançada vaqe çargül tİkilmiş, içərisi, çölü dükanlardan ibarət bir bazardır. Bazarın qabağı həmçinin bir açıq meydandır ki, burada bazar günləri adam əlindən tərpənmək mümkün olmur. Ətraf kəndlərdən mal alanlar, mal satanlar hamısı bu meydançaya cəm olurlar.

Bir yanda çuval-çuval buğda qoyulub. Bir yanda yağ, pendir. Bir yanda satlıq qoyun və qaramal. Bir tərəfdə arvadlar əyləşib qazanlarda ciyər qovurması qovururlar. Bir yanda görürsən dəllək bir nəfəri daş üstündə əyləşdirib başını qırxır.

Hər bazar günü bu meydanda iyirmi-otuz min manatlıq alış-veriş olur. Dükançıların da alış-verişləri öz qaydası ilə.

Meydanda bir nəfər dəllək mənim diqqətimi cəlb elədi. Bu adamın nə başında, nə sifətində dərman üçün bir tük yox idi. Boyu azından bir sajen.

Dedilər: bu, məşhur usta Quludur. Bazarda dolanır, elə ki gördü kəndlinin biri daş üstündə əyləşib, xəlvətcə daldan gedib, qəfildən onun papağını götürüb, başını islatmağa başlar. Kəndlinin qışqırtısı heç bir fayda verməz. Güclə başını qırxıb, bir şahı pulunu alıb əldən qoyacaq.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов