Xortdanın cəhənnəm məktubları
Содержание
Страница 3 из 25 · 8%
Ağdam bazarında da nə qədər istəsəniz imanlı hacı, kərbəlayı və məşədi tapılar. Bunlar da doğruluqda, insafda Bərdə hacılarından, kərbəlayılarından, məşədilərindən qalmazlar. Hamısı əhli-iman, namaz qılan, oruc tutan müqəddəs mömin şəxslərdir.
Məsələn, orada bir nəfər Hacı Mehdiqulu var. Tamam ətraf bəyləri ona borcludurlar. Puluna da ildə altmış faiz alır.
İndi yuxarıda yazdığım sözləri oxuyanlar xəbər alacaqlar ki, bu haradan əhli-iman oldu. Vaxta ki, bu böyüklükdə müamilə alıb öz şəriətinə zidd gedir? Bunu mən də xəbər aldım. Dedilər ki, hacı burada hiyleyişəriyyə eləyir.
Hiyleyi-şəriyyə Həzrət Əyyub əla nəbiyyina və əleyhissəlamdan qalıbdır. Tarixi-müqəddəsdə xahiş eləyən oxuya bilər ki, xudavənditəbarəkə və təala Həzrət Əyyub əleyhissəlamı imtahana çəkmək istədi.
Ona görə ona yaman mərəz göndərdi. Həzrətin tam bədəni yara tökdü və yaralarına qurd düşdü. Bu yara və qurdlar ona əziyyət verdikcə həzrət ancaq Allahına şükür edərdi. Bir gün həzrətin nə səbəbdən isə arvadına qəzəbi tutub buyurdu:
– Ay filan-filan şüdənin qızı, and olsun Allaha, sağalıb ayağa duracağım
gün sənə yüz çubuq vuracağam.
Həzrət imtahanı gözəl surətdə tutdu. Xudavəndi-aləm iltifaq buyurub mərəzi ondan rəf etdi. Həzrət sağalıb durdu ayağa və tamam sağalandan sonra vədəsi yadına düşdü. Bir yandan naxoş vaxtında arvadının onun nə qədər zəhmətini çəkdiyini nəzərə aldı. Bir yandan Allaha and içmişdi, gərək vədəsinə əməl edəydi. Yoxsa yalandan qəsəm yad eləmiş olardı.
Həzrət çox fikrindən sonra yüz ədəd çubuğu topa bağlayıb bir dəfə arvadın belinə vurdu. Əvvələn, bundan arvada bir əziyyət olmadı və saniyən həzrət andına əməl edib həqiqətdə arvada yüz çubuq vurdu. Hiyleyi-şəriyyə budur.
İndi görək, hacı cənabları hiyleyi-şəriyyəni nə növ eləyir.
Tutalım, bir nəfər bəy gəlib hacıdan beş yüz manat qərz istəyir, hacı da bəyi mötəbər bilib razı olur. Gərək altı ayın vədəsinə altı yüz əlli manata veksel yazılsın. Hacı əl atıb qəfəsdən bir ədəd bir abbasılıq yaylıq götürüb deyir:
– Bəy, siz bu yaylığı məndən yüz əlli manata almağa razısınızmı ki, pulunu da altı aydan sonra verəsiniz?
Bəy razı olur, veksel altı yüz əlli manata yazılır. Beş yüz manat bəyin borcu və yüz manat da yaylığın qiyməti. Daha hacı şərən faiz almayır.
Hiyleyi-şəriyyə belə də olur:
Məsələn, bir nəfər axund bir yetim uşağa qəyyum olur və uşağın ildə, məsələn, min manat mədaxilinin yarısını bala xəndəyə ötürmək istəyir. Bu da çox asandır. Burada da hiyleyi-şəriyyə imdada gəlir. Axund cənabları öz qəyyumluq zəhmətlərini beş yüz manata qiymət edib,
anasının südü kimi yeyə bilər.
Mənim məqsədim bu məsələlərdən söhbət etmək deyil, əgər durub hiyleyi-
şəriyyədən, həmli-bərsihətdən bəhs açsaq, böyük bir kitab yazmaq məcburiyyətində
olarıq.
Əgər Ağdamın hamı hacılarından və kərbəlayı-məşədilərindən, seyidlərindən,
kəndlər arasında olan qurtarmaz və tükənməz müharibələrdən söhbət başlasaq, gərək
bir il burada oturaq. Mən yol adamıyam, işim var. Odur ki, Ağdamda dayanmayıb,
faytonu qoşdurub yola düşdüm.
Bir-iki verst getmişdik ki, “Nəsirbəyli” adlı bir kəndin qabağında bir nəfər
müsinni kişi əl eləyib faytonu dayandırdı və yavaşcadan nə dedisə, faytonçu üzünü
mənə çöndərib dedi:
– Bu kişi mənim dayımdır. Şəhərdə vacib işi var, izn verin yanımda əyləşdirim.
Cavabında dedim:
– Sənin dayın mənim yanımda da əyləşə bilər. Bahəm söhbət edə-edə gedərik.
Təklik də mənə əl verməz.
Kişi:
– Çox sağ olun, – deyə əyləşdi yanımda, yola düşdük.
Bununla adi yol söhbətlərindən başladıq: “Gəlişiniz uzaqdandırmı? Şəhərə
buyurmaqda xeyirdimi” və i.a. Axırda bir-birimizin adını xəbər aldıq. Yoldaşımın adı
Məşədi Səttardır. Şuşada sərrac dükanı var və hər bazar günü Ağdama gəlib gedərdi.
Bu, bir söhbətcil arif adam idi və danışığından əhli-savad olduğu da anlaşılırdı.
Bir qədər getmişdik. “Qarahacılı” deyilən bir yerdə bir qoca kişiyə çatdıq.
Təqribən altmış yaşında, qırmızısaqqal, sinəsi açıq, başına papaq əvəzinə yaylıq
bağlamış, qabağında bir yüklü uzunqulaq yavaşyavaş gedirdi. Bu kişi dönüb bizə
baxıb, Məşədi Səttara salam verdi.
Məşədi xəbər aldı:
– A Məşədi Səfər, haradan gəlirsən?
– Burada dəyirmana bir-iki pud buğda aparmışdım. Üyüdüb kəndə qayıdıram.
– Əhvalın necədir, ev-uşaq salamatdırmı?
– Nə əhval, ay məşədi? Əhvalım budur ki, görürsən. Qoca vaxtımda görəcəkli
günlərim var imiş. Bir vaxt var idi sənin kimi qonaqların
Şəriətdə bir hökmdür, murdardan və haramdan uzaq olmaq deməkdir.
iyirmisi qapımdan girərdi. Xəcalət çəkmirdim. İndi... Özün görürsən. İndi, budur, səni görüb xəcalətimdən istəyirəm ki, yer ayrılsın, girim içinə. Mən Məşədi Səfər olam, sən gəlib mənim evimin yavıqlığından ötəsən, mən də səni yoldaşınla bir yerdə aparıb evimdə bu gecə qonaq saxlamayam? Bu mənim üçün ölümdən bədtərdir.
Faytonçu atları tərpətdi. Biz də Məşədi Səfərlə “xudahafiz” edib onu dalda qoyduq.
Məşədi Səttar üzünü mənə tutub dedi:
– Bu kişi varlı-hallı bir adam idi. İldə bir-İki dəfə Şiraza gedib, oradan neçə yük papaq dərisi gətirərdi. Yaxşı da qazanardı. Bunun evini yıxıb bu halətə salan İmam oldu.
Mən təəccüblə Məşədi Səttarın üzünə baxdım. Məşədi Səttar dedi:
– Təəccüb eləməyin, mənim sözümün canı var. Bu saat söyləyim.
Siz yəqin çox eşidibsiniz. Bir adamın o birisinə acığı tutanda deyir: “İmam başına daş salsın, İmam evini yıxsın, İmam balalarını yetim qoysun”... Hakəza.
İndi qulaq verin.
Bu bədbəxt oğlu, hər il məhərrəm ayında yeddi gün İmam ehsanı verərdi. Boynuyoğun mollalar, tacirlər, seyidlər, nə bilim kimlər hər gün gəlib yağlı plovdan basırdılar. Nə qədər buna mənasız xərc vururdular.
Buna “İmam evini yıxsın” deyirlər, ya yox?
Axır kasıb düşüb evini satdı. Evi də yaxşı ev idi; bilmirəm nə qədər pul aldı. Cibində pulun cınqıltısını eşidib dedi ki, gərək gedib ağamı ziyarət eləyim.
Bir böyük ziyafət verib təntənə ilə Məşhəd səfərinə getdi. Elə ki ziyarətdən qayıtdı, baxdı gördü pullar xərclənib, ev də satılıb. Əlində maya düzəltmək üçün qədim dost və aşnalarına yönəldi, heç kəs əl tutmadı. Axırda şəhərdə qala bilməyib, arvad-uşağını götürüb o, dağın ətəyindəki kəndə köçdü. Orada bir dükan açıb, təpik vursan uçar. İçində on beş manatlıq mal yoxdur.
İndi buna “evini İmam yıxsın” demək olar, ya yox? Özü öləndən sonra da balaları yəqin dilənəcəklər. Buna “İmam balalarını yetim qoysun” demək olar, ya yox?
Bir qədər gedib uzun bir hasara çatdıq. Hasar bir dağın başında “Qarqar” deyilən bir çaya tərəf enib, çaydan keçib o biri dağın üstünə diklənibdir. Gendən baxanda guya bir bayquş qanadlarını çayın kənarlarına sərib, çaydan su içməkdədir. Məşədi Səttar dedi:
– Bu hasara Əsgəran deyərlər. Gərək eşitmiş olasınız.
Dedim:
– Çox gözəl eşitmişəm və oxumuşam... Bu mənhus hasarın 1905-ci sənədə
oynadığı rol cəmi dünyaya məlumdur. Bu, İki qonşu və qardaş milləti bölən bir
səddir. Nə qədər bu hasar durub, buna baxan türklərin və ermənilərin yaraları
təzələnəcək. Ixtiyar mənim əlimdə olsaydı, bu hasarı, qədim hasardan olmasına
baxmayaraq, kökündən qazardım.
Bəlkə bayquş kimi göz qabağında durub, keçmiş qanlı günləri baxanların
yadına gətirməyə.
Əsgəranı adladıq. Bir də baxdıq, bir nəfər qırmızısaqqal, uzunboylu, arıq kişi,
özü kimi bir arıq yabının belində, tərkində xurcun, atılaatıla gəlir. Yavıqlaşıb
Məşədi Səttara salam verib keçdi. Məşədi Səttar dönüb dalınca bir qədər baxıb
dedi:
– “Evlərini İmam dağıdanların” biri də budur. Amma bu hamıdan qoçaq
çıxıb. Özünə bir çörək pulu yaradıbdır. Qulaq asın bundan sizə bir az söhbət
eləyim.
Dedim:
– Buyur.
– Bu kişinin adı Məşədi Seyfulladır. Ağdam bazarında dükanı var.
Yaxşı evi də var, qonaq gələnə plov da verir. Bu da o biriləri tək varyoxunu
xərcləyib, Məşhəd ziyarətinə getmişdi. Gələndən sonra bir az bikar gəzib,
arvadının ətəyinin pullarını satıb bir dükan açdı. İlk günü dükana qoyduğu malın
qədəri nə artır, nə də azalır. Hər kəs bunun dükanına bir dəfə getsə, onun malının
siyahısı həmişə yadında qalar.
Mən ərz eləyim: on girvənkə yağ, bir düjün karandaş, bir banka zoğal
mürəbbəsi, İki qutu cövhər, on girvənkə qənd, bir parça mal piyi, beşaltı ədəd
qalay çay qaşığı, bir şüşə sirkə, bir-İki kələf yezd ipliyi, bir pud ağ neft... Xülasə,
baxan deyirdi ki, buna on beş manat verən olsa dükanını bağışlayıb çıxıb gedər.
Bununla belə, bunun işlərinə baxın.
Məşhəddən təzə qayıtmışdı. Hələ heç kəsin bunun xəspuşlanmasından xəbəri
yox idi. Hamı onu varlı hesab edirdi.
Bir gün Ağdam bazarına gəlib, xalqı başına cəm edib, bunlara Məşhəd
yolunun ağırlığından və bu ağır yolu zəhmət çəkib getməyin savabının
ntəhasızlığından, daşların dığırlana-dığırlana ziyarətə getmələrindən söhbət
edirdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/haqverdiyev-xortdanin-cehennem-mektublari
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İki pərdəli dramİştirak edənlər
Birinci pərdəPərdə açıldıqda İranda şəhər meydanı görünür. Səhnənin ortalığında Fazil Dərbəndinin*heykəli eşşək üstündə əyləşib, ətrafında neçə nəfər köhnə kulak, boyunlarında kəndir və*
İkinci pərdəQafqazda şəhər meydanında böyük izdiham. Arvad, uşaq, kişilər bir-birinə qarışıb. Səhnənin dalından təbil və zinc səsi gəlir. Şaxsey, vaxsey sədası eşidilir. Cavanların boyunlarına arvadlar bir-bir kəfən tikib, yola salırlar. Əkbər, əlində qılınc, qoltuğunda ağ, gəlib, arvadların içində anasını tapıb çağırır.Əkbər**. Ana gəl bu ağı mənim boynuma tik.
Yeyərsən qaz ətini, görərsən ləzzətiniKeyfiyyəti-qəribədir ki,üç məclisdə tamam olur
Стихи других поэтов
Ey ağalar necə olurHalı yardan ayrılanın
AğlaramGənə yeni başdan dərdlərə düşdüm,Alışdım, dutuşdum, yandım, ağlaram,
GörünməzNazənin gözəllər seyrə gedirlər,Ol mahi-tabanım hani görünməz,
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.