Xortdanın cəhənnəm məktubları
Содержание
Страница 5 из 25 · 16%
Burada Əsgər İki həftənin içərisində başına gələnləri, tüfəngi adamlara tərəf tutmuş nağıl eləyib qurtarandan sonra dedi:
– İndi mən sözümü qurtardım. Hər kəsin harada nə işi var isə buyurub gedə bilər.
Camaat gülüşüb xəbər verdilər ki, heç kəsin heç yerdə işi yoxdur. Hamı avaradır. Elə məhz onunla şuxluq eləmək istəyirdilər.
Gecə saat on İkiyə yaxın Şuşaya varid olduq. Ancaq şəhər görünməyirdi. Ətrafda xarabalıqdan savay bir şey yoxdu. Səbəbini xəbər aldım. Məşədi Səttar gülüb dedi:
– Burada şeytan özünə doqquz gün, doqquz gecə toy elədi. Şəhərin evlərindən məşəllər qayırmışdılar. Gecə-gündüz tüfəng səsləri kəsilmirdi.
Hətta şeytan tərəfindən gəlmiş bir yaranal şəhərin içində top da atırdı. Toy çox şükuhlu keçdi. Camaatdan da çox qırılan oldu. Ancaq nə etməli, şeytan əməlindən xata çıxmasa olmaz.
Dedim:
– Doğru buyurursan.
Faytonçu soruşdu:
– Hara düşəcəksən?
Dedim:
– Təbrizli Mirzə Qoşunəlini tanıyırsan?
Dedi:
– Mirzə Qoşunəlini Qarabağda uşaqlar da tanıyır.
– Onda birbaş onun evinə sür.
– Baş üstə.
Neçə dəqiqədən sonra fayton bir həyətdə dayandı. Bu, Mirzə Qoşunəlinin evi idi. Qapı açıldı. Gödək boylu bir adam başını çölə çıxardıb xəbər aldı:
– Kimsən?
Cavabını faytonçu verdi:
– Qonaqdır. Tiflisdən gəlir. Sizlə işi var.
– Buyursun, buyursun!
Mirzə pilləkəndən aşağı enib, özü qabaqca mənə salam verdi:
– Salaməleyküm, siz çox xoş gəlibsiniz. Buyurun içəri.
Faytonçunun haqqını verib, Məşədi Səttarla vidalaşıb, mirzənin dalınca daxil oldum mənzilə. Mirzə yer göstərdi:
– Buyurun, əyləşin. Yəqin yol sizi yorubdur. Samovar da hazırdır.
Çay içmək mənim üçün bir azar olubdur. Sübhdən gecə yatıncaya qədər gərək mənim samovarım qaynasın. Içdiyim çayın hesabını da bilmirəm. Deyirlər çay nədir, say nədir.
Mirzə İki stəkan çay töküb birisini mənim qabağıma, birisini də əyləşib öz qabağına qoydu:
– Sizin təşrifiniz həmişə Tiflisdə olur?
– Bəli, Tiflisdə oluram. Ancaq səyahəti xoşladığımdan, başqa şəhərlərə və vilayətlərə də gedirəm.
– Əlbəttə, səyahət çox gözəl şeydir. Deyirlər çox oxuyan çox bilməz, çox gəzən çox bilər.
– Həqiqət düz buyurursunuz. Amma necə ki mən eşitmişəm, sizing elminizə heç bir səyyah çata bilməz. Mən Qafqazın hər bir şəhərində sizin tərifinizini eşitmişəm. Yəqin siz Tiflisdə Ağ Mollanı tanıyırsınız.
– Xidmətlərinə çata bilməmişəm, amma bələdiyyətim var, alim adamdır.
– Sizin tərifinizi mənə o söylədi. Mən bir müşkül işə düşüb, oradan buraya xidmətinizə gəlmişəm.
Niyyətimi açıb mirzəyə söylədim.
Mirzə şəhadət barmağını alnına qoyub dərin fikrə getdi. Sonra dedi:
– Bu gecə burada yatarsınız, axşamın xeyrindən isə sabahın şərri.
Səhər kitabları töküb dürüst baxaram, ümidvaram əlac tapıla.
Çay içib, bir qədər o yan-bu yandan söhbət elədik. Mən xəbər aldım:
– Mirzə, siz çoxdanmı Qarabağdasınız?
– Bəli, mən anadan burada olmuşam, ancaq atam Təbrizdən gəlmədir. O səbəbdən bizə Təbrizi deyirlər. Elə ki Məhəmməd şah vəfat elədi, Iranın qanununa binaən, təxti-səltənət naibüssəltənə fərmanfərmayi- məmləkəti- Azərbaycan nəvvab Bəhmən Mirzəyə keçdi. Bəhmən Mirzə atasının vəfatından xəbərdar olub, təntənə ilə Təbrizədən çıxıb Tehran tərəfə rəvan oldu. Təbrizlə Tehranın arasında xəbər gəldi ki, Nəsrəddin Mirzə təxtisəltənəti qəsb edib, qoşun da tamamilə onun tərəfinə keçibdir. Nəsrəddin Mirzə əmr veribdir ki, Bəhmən Mirzəni tutub qolu bağlı onun hüzuruna gətirsinlər və onun gözlərini çıxardacağına and içibdir. Bəhmən Mirzə əhvalatı eşitcək üstünə gələn adamlardan neçə nəfər və müqərrəblərini götürüb, qalanlarını dala qaytarıb üzünü Rusiya tərəfə çevirdi. Neçə vaxt at sürəndən sonra yetişdi “Fitilbörgə” və birbaş getdi imperator Birinci Nikolayın yanına. Nikolay onu artıq məhəbbətlə qəbul etdi, onun həmişəlik Rusiyada sakin olmağına icazə verdi və hər bir ildə ona otuz altı min rüblə maaş təyin
edib, Rusiya şəhərlərindən birisini özü üçün məskən intixab etməsini təklif etdi. Həzrət-vala nəvvab bu Şuşa şəhərini məskən qəbul edib burada sakin oldu. Mənim mərhum atam da, Allah atanıza rəhmət eləsin, Bəhmən Mirzə ilə bahəm buraya gələnlərdən həzrət valanın katibi və rəmmalı olubdur. Atamdan mənə çox ziqiymət kitablar keçibdir və o kitabların cəhətincə mürəffəhülhal güzəran eləyirəm.
İçəri otaqla bizim aramızdakı qapı döyüldü. Mirzə durub gedib qapını açıb, oradan bir məcməyi fisincan-plov gətirib qoydu ortalığa. Plovu yedik. Əlimizi yuduq. Mirzə özü qabları götürüb içəri apardı.
Şamdan sonra yenə adama bir stəkan çay içdik. Orta qapı açıldı. Oradan İki əl uzanıb çarşaba bağlı bir dəst yorğan-döşək otağa qoydu.
Mirzə özü qalxıb mənim üçün yer salıb dedi:
– Gecəniz xeyrə qalsın, yatın, rahat olun, sübh danışarıq.
Mirzə öz əndərununa getdi, mən də soyunub yatdım. Sübh mirzənin içəri otaqdan gələn namazının səsi məni oyatdı. Durub libasımı geyib əyləşdim. Mirzə qapını açıb məni geyinmiş
görüb, təəccüblə xəbər aldı:
– Siz əcəb sübhxiz imişsiniz!
– Bəli, adətim belədir, – dedim. – Bəhalonki Tiflisdə saat ondan qabaq gözlərim açılmaz.
Mirzə dedi:
– Çox gözəl adətdir. Əbu Əli Sinanın buyurduğuna görə, sübh tez duran adamın canı saf olar.
– Düz buyurubdur. Belədir ki var.
Çaydan sonra mirzə buyurdu:
– Yəqin dincinizi dürüst alıbsınız. İndi sizin məqsədinizdən söhbət edə bilərik. Siz yatandan sonra mən gedib “Tənbihil-qafilin” kitabını açıb mütaliə elədim. Bu kitabda cəhənnəmin tərifi və təsviri mükəmməl surətdə dərc olunubdur. Kitabın otuz yeddinci səhifəsinin yeddinci sətrində yazılıbdır: heç bir kəs qəbləlmevt cəhənnəmi görə bilməz. Fəqət bir nəfər adam filan ildə (bu sənəni göstərir) filan ayın filan günündə (haman günü göstərir) adı “T” hərfi ilə başlanan bir şəhərdən, adı “Ş” hərfi ilə başlanan şəhərə, adı “Q” ilə başlanan müqəddəs bir şəxsin yanına gəlib, ondan cəhənnəmi gedib səyahət etmək üçün əlac istəyəcəkdir. Məqsədinə də nail olacaqdır; çünki cəmi müşküllərin əlacı o şəxsdə və onun əlinə keçmiş “Cameül-dəvat” kitabında olacaqdır. O kitabın yetmiş yeddinci səhifəsində yazılmış nüsxə o şəxsin müvəqqəti olaraq ölüb cəhənnəmə getməyinə səbəb olacaq.
İndi, ağa can, o nüsxə budur:
- Rübbisus – on misqal, 2. Əfüyun – on misqal, 3. Əfrəfyun – beş misqal, 4. Tiryak – dörd misqal, 5. Zəfəran – beş misqal, 6. Aqərqərha – beş misqal, 7. Zəncəfil – beş misqal, 8. Filfili-hİndi – üç misqal, 9. Əsəl – bəqədri-kifayə.
Bu dərmanı on gün istemal edəndən sonra qəbzi-ruh olub, gedib cəhənnəmi səyahət edə bilərsiniz. Bu əczanı alıb gətirərəm və onları həvəngdə döyərək lazım olan duaları oxuyaram.
Əlavə lazımdır, bir dənə qara xoruz alınsın. Onu mən burada bağlayacağam və gecə haman xoruz birinci dəfə banladıqda dərmanları həvəngə töküb döyməyə başlayacağam.
Sabah dərmanı özünlə götürüb Tiflisə apara bilərsiniz və orada axund Ağ Mollanın təhti-tərbiyəsində istemal etməyə məşğul olarsınız. Tamam on gündən sonra özünüzü başqa bir aləmdə görəcəksiniz – cəhənnəm aləmində.
Mən mirzədən xəbər aldım:
– Cənab mirzə, buyurun görüm, mənə cəhənnəmdə qalmaq neçə gün müyəssər olacaq?
Buyurdu:
– Hər cadının təsiri qırx gün olar. Qırx gündən sonra ayılıb özünüzü haman yatdığınız yerdə görərsiniz. Ancaq cəhənnəmin hər günü dünyanın qırx gününə bərabərdir.
– Cənab mirzə, sizin həqqi-zəhmətiniz nə qədər olacaq?
– Yetmiş yeddi manat yetmiş yeddi qəpik. Əlavə əczanın və xoruzun qiyməti. Siz əyləşin mənzildə, ya istəyirsiniz çıxın bir qədər şəhəri dolanın. Söz yox ki, günorta naharını da bir yerdə eləyəcəyik.
Şəhəri bir qədər dolanıb, saat on İkidə azan səsi eşitdim, bir qoca kişi məkruh səslə azan oxuyurdu.
Mənzilə qayıdıb Mirzə Qoşunəliyə bu sualı verdim:
– Cənab mirzə, Qarabağda başqa şey yox isə də, yaxşı xanəndələr var. Qafqazın hər yerinə getsən, orada xanəndəni, tar çalanı, kamança çalanı, zurnaçını qarabağlıdan görəcəksən. Bəs necə olur ki, özünüz üçün
Tərxun kökü
Hind istiotu
Bal
xoşsevt azançı tapmayırsınız? Tiflisdə də azançı var. Həmişə azanı şur üstündə oxuyur. Gəncədə də azançı başlayıb azan verəndə ruslar, ermənilər dayanıb onun azanına qulaq asırlar. Hətta Gəncədə belə danışırdılar ki, İki nəfər erməni azançının səsindən mütəəssir olub, islamı qəbul ediblər.
Mirzə bu sözü eşitcək ucadan bir salavat çevirib dedi:
– Doğru buyurursunuz. Qarabağ xanəndə mədənidir. Buradan neçə nəfər adlı xanəndələr çıxıbdır. Məsələn, Hacı Hüsü, Məşədi Isi, Həsəncə, Qaryağdı oğlu və sairələri. Gözəl səs sahibi cavanlarımız yenə var. Ancaq dərd budur ki, cavanlarımızda islam ruhu qalmayıb. Bir nəfər namaz qılanı, oruc tutanı yoxdur. Hamısı Allahdan üz döndəriblər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/haqverdiyev-xortdanin-cehennem-mektublari
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İki pərdəli dramİştirak edənlər
Birinci pərdəPərdə açıldıqda İranda şəhər meydanı görünür. Səhnənin ortalığında Fazil Dərbəndinin*heykəli eşşək üstündə əyləşib, ətrafında neçə nəfər köhnə kulak, boyunlarında kəndir və*
İkinci pərdəQafqazda şəhər meydanında böyük izdiham. Arvad, uşaq, kişilər bir-birinə qarışıb. Səhnənin dalından təbil və zinc səsi gəlir. Şaxsey, vaxsey sədası eşidilir. Cavanların boyunlarına arvadlar bir-bir kəfən tikib, yola salırlar. Əkbər, əlində qılınc, qoltuğunda ağ, gəlib, arvadların içində anasını tapıb çağırır.Əkbər**. Ana gəl bu ağı mənim boynuma tik.
Yeyərsən qaz ətini, görərsən ləzzətiniKeyfiyyəti-qəribədir ki,üç məclisdə tamam olur
Стихи других поэтов
Ey ağalar necə olurHalı yardan ayrılanın
AğlaramGənə yeni başdan dərdlərə düşdüm,Alışdım, dutuşdum, yandım, ağlaram,
GörünməzNazənin gözəllər seyrə gedirlər,Ol mahi-tabanım hani görünməz,
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.