Xatiratım
Содержание
Страница 12 из 26 · 42%
Bir gün dayım – şaban ayının bilmirəm neçəsi idi, – gəldi bizə, dəstəmaz aldı və namazını qıldı və salamdan sonra başladı öz-özünə istiğfar etməyə: “əstəğfürullah və əsəlhüt-tövbə”... Bir neçə dəfə bu duanı oxuyandan sonra, çevirdiyi təsbehinin bir yerində barmağını saxladı və anamı çağırdı və dedi:
– Bu gün Hacı Molla Tağı məsciddə moizə eləyir və deyirdi ki, “Müftahi-cinan” kitabında yazılıbdır ki, hər kəs şaban ayında yetmiş dəfə istiğfar duasını oxuya, nə qədər günah eləmiş olsa, cəhənnəm odu onu yandırmayacaq.
Və bunu deyəndən sonra gözlərini yumdu, üzünü göyə tərəf tutdu və başladı deməyə: “əstəğfürullah və əsəlhüt-tövbə, əstəğfürullah və əsəlhüt-tövbə”... Dayım bu duanı oxuduqca anam da onun dalıyca deyirdi.
Bunlar bu duanı on-on beş dəfə ancaq oxumuşdu. Dayım birdən gözlərini açdı və anamdan soruşdu:
– Ay qız, bu gün orucsanmı?
Anam utana-utana qardaşına cavab verdi və üzr istədi ki, oruc deyil və orucu tutmamağına bilmirəm nə səbəb gətirdi. Onu da ərz eləyim ki, anam bəlkə dayımdan da pəhrizkar idi. Bə əgər o gün oruc deyilmiş, yəqin ki, bir şəri üzrü var imiş ki, o üzrü də indi dayımın yanında gətirdi. Buna baxmayaraq, qoca və hirsli dayım haman oturduğu yerdən durdu ayağa, bir söz demədi, təsbehini qoydu cibinə və dinməz-söyləməz acıqlı çıxdı qoydu getdi.
Şabanın on beşinci gecəsi – ki, farsca nimeyi-şəban adlandırırlar, mömin bəndələr üçün bir qiyamət gecəsi idi. Mənim yadıma gəlmir ki, yeddi yaşından başlamış, ta on üç yaşadək nimeyi-şəban gecəsini ta axşamdan səhərədək şirin yuxu yuxulamış olam.
Nimeyi-şəban gecələri evlər bir məscidə təşbih olardı. Ələlxüsus bizim evimiz; ələlxüsus dayım bizim evimizdə olan gecələr. Nimeyi-şəban... Necə ki, o vədlər, habelə indiki əsrdə də, cəmaəti-müsliminin on əziz ayı rəməzanül-mübarəkdən sonra şaban ayıdır; çünki həzrəti-rəsuli-xuda özü buyurubdur ki, Rəməzan ayı Allahın ayıdır, amma şaban ayı mənim ayımdır. Onunçün də bu mübarək ayın yarısı, – əzbəs ki, Rəməzanın yavıqlaşmağına dəlalət edir, – şaban ayının bir qiymətli günüdür; onunçün də bu gecə etikaf gecəsidir, onunçün də füzəlanın rəyincə bu gecəni axşamdan sübhədək ibadət və riyazətlə keçirmək, hədd-hesabsız namaz və dualarla keçirmək lazım gəlirdi.
Nimeyi-şəbanın bir gecəsi yaxşı yadıma gəlir. Dayım da bizdə idi, qonşu Axund Molla Kərim müəzzin də bizdə idi. Şam və xiftən namazlarını qılıb qurtardılar. Və Molla Kərim bir kitab açdı və oradan xəbər verdi ki, həzrət Əmirəl-möminin buyurubdur ki, hər kəs nimeyi-şəban gecəsi yüz rükət namaz qıla və hər rükətdə min dəfə “qülhüvallahü əhəd” zikr eliyə, qiyamət günündə yüz məlaikə təyin olunacaq ki, o bəndəyə məhşərdə köməkçi olsunlar. Və möminlər başladılar namazı və bizim evimizin bütün böyükləri və kiçikləri başladılar namaz qılmağa. Mən özüm bilmirəm neçə rükət qılmışdım ki, elə oradaca yuxu məni tutur və oradaca paltarlı uzanıb yatıram. Amma yerə yıxılanda mübarək möhür, o müqəddəs ətəbatın mübarək torpaq parçası qalmışdı altımda, onunçün də dayım məni acıqlı-acıqlı və söyə-söyə oyatdı və anama dedi:
– Bu erməni oğlu ermənini buradan apar, gözümdən itilib getsin! Özü də cəhənnəm olsun, ibadəti də cəhənnəm olsun!
Amma məndən sonra möminlər sübhə kimi oturmuşdular. O qədər dua və səna oxumuşdular ki, gözlərinə bir zərrə qədər yuxu gəlməmişdi. Və yazıq anam gündüz bizə bişmiş bişirəndə ocağın üstündə iki-üç dəfə kefli adam kimi yıxıldı, az qaldı odun içinə düşsün. Və bununla belə yenə orucağız, “ya Allah, ya Əli” dilindən düşmürdü. Amma elə ki, şaban ayı axıra yetişmək istədi, axır üç günü bütün şəhər yenə oruc tutmağa mollalar tərəfindən dəvət olundular. Və bu barədə Axund Molla Tağı minbərdən demişdi ki, hər kəs şəbani-müəzzəm ayının axır üç gününü oruc tuta, Allah-taala onu hər ayinə şeytanir-rəcimin şərindən nigah saxlayacaqdır. Və elə ki şaban ayı axırına çatmağa yavıqlaşardı, bütün şəhərə vəlvələ düşərdi ki, aya şabanın axırı hansı gündür və rəməzanın əvvəli hansı gündür və rəməzanül-mübarək hilalı, yəni təzə ay nə vaxt və hansı gün görsənəcəkdir.
Şaban ayının iyirmi doqquzunda bazarın çox hissəsi bağlı olardı, cəmaəti-müslimin məscidlərdə. Məsələ bu barədədir ki, aya, bu gün hilali-rəməzan, təzə mübarək ay görükəcək, ya yox? Aya, bu gün şabanın axırıdır, ya sabah axırıdır? Şaban bu il kəmyekdir, yəni iyirmi doqquz gündür, ya otuz gündür?
Bu məsələ mühüm məsələlərdən biridir. Əgər bu gün bilsək ki, şabanın axırıdır, bu gün axşam hilali güdərik və harada olmuş olsa, qaranlıq bulutların da arasından bir tövr quyruğunu görərik və gördükdə də röyəti-hilali-rəməzənül-mübarəkin şəraitini əmələ gətirərik.
Nədir bunun şəraiti?
Birinci – rəməzanül-mübarək ayını birinci dəfə görən gərək haman dəm salavat çevirə-çevirə gözlərini yuma və hər nə vaxt açsa, gərək birinci məqamda gözü şəmşirə sataşa.
Məlumdur ki, cəmaəti-müslimin arasında hər dəfə təzə ayı görən gərək bir müəyyən şeyə baxa. Və bu da on iki ayın hər biri üçün müxtəlif şeylərdir; məsələn, məhərrəm ayını təzə görən gərək qızıla baxa, səfər ayını görən aynaya baxa, rəbiül-əvvəl ayını görən suya baxa, o biri rəbii görən qoyuna baxa... və axıradək hər ay üçün bir şeyə baxmaq müəyyən olunubdur.
Rəməzanül-mübarəkin hilalını görməyin böyük fəziləti var. İmam Cəfəri-Sadiqdən bu barədə rəvayət olunubdur ki, hər kəs Rəməzan ayının hilalını şabanın axır axşamı görə və bu duanı axıradək oxuya “Rəbbi və rəbbük-əllahü rəbbül-aləmin... ”, haman şəxs tamam bir ilin müddətində zalimlərin zülmündən, sahirlərin sehrindən və cinnü və ünsün şərrindən sübhanə və taalanın pənah və hifzində mühafizət olunacaqdır.
Həqiqətdə bir böyük xoşbəxtlikdir, əgər bir uca damın üstünə çıxıb təzə aya baxmaqla və bir neçə kəlmə dua oxumaqla sən zalimlərin zülmündən eymən olacaqsan. Ta bundan yaxşı şey nə ola bilər? Xalq, xalqların zülmünün qabağını almaq üçün dəstə tutub mübarizəyə çıxırlar, zalim hakimlərin üzünə biədəblik edib ağ olurlar, hiyləgər ruhanilərin fəsad torlarını yırtıb, o tordan çıxmaq üçün zəhmət çəkib dünya elmlərini təhsil eləyirlər, övladını məktəblərə göndərib fənni və ictimai biliklərə sahib olurlar, zalimlərin zülmündən xilas olmaq üçün çox-çox fədakarlıqları özlərinə rəva görürlər, amma sən bunların cümləsinin əvəzində təsbehi al əlinə, çıx damın üstünə və hilali-rəməzanül-mübarəki görməyə cidd-cəhd elə və elə ki gördün, dəxi sahirlərin sehrindən bilmərrə xilas olacaqsan.
Bir bunu bilmək mümkün olmurdu ki, aya, builki şəbanül-müəzzəm ayı neçə gündür, kəmyekdir, ya tamamdır? İyirmi doqquz gündür, ya otuz gündür? Rəməzanın ğürrəsi sabahdır, ya birigündür? Bunu haradan bilmək olar? Təqvimdən. Kimin təqvimindən? Əlbəttə, Yevropa təqvimlərində elmi-nücumdan əxz olunmuş məlumatda həmişə ayın və günün hərəkatının əhvalı xəbər verilir və Yevropa təqvimləri deyə bilərlər ki, şaban ayı, ya qeyri bir ayın əvvəli hansı gündür və axırı hansı gündür. Amma o müqəddəs əsrlərdə Yevropa təqvimlərinin cəmaəti-müslimin içində hörməti yox idi. Bu səbəbə ki, o təqvimləri yazanlar və çapa verənlər binamaz xaçpərəst millətləri idi. Və aşkardır, o təqvimlər mənim mömin həmvətənlərimin əqidəsincə itdən də murdardırlar. Tək bircə pak təqvim Hacı Nəcmüddövlənin Tehrandan gələn təqvimi idi ki, oradan mənim müqəddəs vətəndaşlarım hər bir məlumat əxz edə bilərdilər, savayı ayın əvvəli hansı günə düşməyindən və axırı hansı günlə qurtarmağından. Möhtərəm Hacı Nəcmüddövlənin təqvimi – ki, hazırda Tehranda yenə nəşr olunmaqdadır – zənn edirəm, möhtərəm qarelərin nəzərinə çatmamış ola. Hər kəs möhtərəm hacının təqvimindən xəbərdardır və onun məzmunu ilə aşinadır, ondan xahişim budur ki, burada bir neçə söz ki mən o təqvimin barəsində danışmaq istəyirəm, bu bir neçə sətirləri buraxıb oxumasın. Məlum olan mətalibi də dübarə oxumağın mənası yoxdur.
Hacı Nəcmüddövlənin müqəddəs təqvimi o vədələr hər bir mömin Allah bəndəsi yanında onun yomiyyə ibadəti üçün bir rəhnüma idi. Bir bu ki, dindar vətəndaşlarım saat xoşlanmamış heç bir qədəm qoymazdılar. Və bir ilin müddətində hansı ayda, hansı gündə, hansı bir saatın əhvalı haman təqvimdə dərk olunardı. Başlamış o yerdən ki, bu üzümüzə gələn ildə və hansı ayda nələr vüqua gələcək, orada yazılardı. Padşahlar dava edəcək, ya etməyəcək; bahalıq, ya ucuzluq olacaq; qışda hava nə dərəcəyə qalxacaq; misri azarlar şiddətmi edəcək; ay və gün nə vaxt tutulacaq; zəlzələnin olmağı möhtəməldirmi, ya yox; insanlar dinəmi yavıq gələcəklər, ya gümrah olacaqlar. Sonra səfər ayının hansı günləri hansı ibadət üçün müsaiddirlər; səfərə çıxmaq hansı gün məsləhətdir; toy eləmək hansı günün hansı saatında xoşdur; hamama getmək və hətta tənvir etmək hansı bir saatda rəvadır; bu gün həcəmət almaq caizdir, bu ayın nəhs günləri hansıdır, həna qoymaq üçün hansı saat xoşdur.
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-xatiratim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Necə ki, texnika elmində gündə bir Edison çıxır və gündə bir təzə ixtira eləyir və gündə bir təzə üsul tapır, habelə təbabətdə də – necə ki, məlumdur, – hərdən-bir təzə müalicə üsulu qulağımıza çatmaqdadır.Bu təzə müalicə üsullarının birini də bir neçə gün bundan qabaq Saray həkimi ixtira edibdir.
İran işləriGorun çatlasın, ay başıdaşlı, bir gözünü aç, gör, İran Azərbaycanından nə xəbərlər gəlir?.. Gör, zəmanə necə xarab olub? Gör insanlar necə qudurublar?Bu gün teleqraf xəbər verir ki, İran azərbaycanlıları Əhməd şaha məlum ediblər ki, əgər İrana qayıtmalı olsa, İran Azərbaycanı İrandan ayrılıb müstəqil cümhuriyyət əmələ gətirəcəkdir? Eşidin və agah olun, ey şahın gədaları!
AcıqnanProfessor Köprülüzadə danışdıqca mən də danışacağam.Oktyabrın 24-də professor Köprülüzadə ədiblər cəmiyyətində danışırdı. Söhbət Türkiyənin şairlərindən düşmüşdü. Axırda söz gəldi çıxdı Əbdülhəq Hamidə və Tövfiq Fikrətə. Burada əziz qonağın ağzından mən bir qəribə söz eşitdim: guya bu ədiblərin yazıları çətin yazılardır.
Dəxi nə istəyəcəklər?Doğrudan da, birisinin qabağından qaçdıqca daldan səni qovalayacaq.Sözüm İran azərbaycanlılarının barəsindədir.
Стихи других поэтов
Ey nəzakət çəməni içrə xüraman, gözəlim!Xubilik kişvərinin təxtinə sultan, gözəlim!
Təcnisİki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,
KəklikAy Salatın, bir bəri bax,Baxım gözəl gözə, kəklik.
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,