Aysu yorulub...

Aysu birinci sinifdə oxuyur. Dünən də birinci sinifdə oxuyurdu, bu gün də birinci sinifdə oxuyur, eh... hələ sabah da birinci sinifdə oxuyacaq...Nə qədər birinci sinifdə oxumaq olar?..

Эльчин1 мин
Aysu və balaca balıqlar

Aysu yenə deyir ki, nağıl danış.– Nə qədər nağıl olar, ay Aysu?

Эльчин3 мин
Qar yağıb, yağmayıb?

– QAR!.. QAR!..Vay... QAR yağıb? Yazda bəyəm QAR yağar?

Эльчин1 мин
Qumru quşları

O qumru quşlarına bax, nə hirslə QURULDAYIR... Qumru quşu QUR-QUR QURULDAYIR. Elə bil deyir ki, mənə yuva QUR. QURMARAM, ay tənbəl qumru quşu, özün QUR. Sən QURA bilməsən, yaxşı mən QURARAM.QURULDAMA QUR-QUR, uç özün QUR.

Эльчин1 мин
«Süz» və «süz»

– Bir tapmaca deyim sənə?– Hə!

Эльчин1 мин
Bu «saz» hansı «saz»dı?

– Qardaşım SAZ çalır.– SAZ SAZdı?

Эльчин1 мин
Kim uçundu, nə uçdu, nə uçmadı?

Birdən külək əsdi.Birdən də pırıldayıb bir qaranquş UÇDU.

Эльчин1 мин
Necə oldu ki, yağış yağdı və dana hirsləndi?

Yağış yağdı.DANA qaçdı DAMA.

Эльчин1 мин
Gülüşün bacısı Gülər gülə gülür...

GÜLÜŞ gümüş GÜLDANA GÜL yığdı.Birdən GÜLÜN biri əlindən yerə düşdü.

Эльчин1 мин
Abşeronda

Getdim meynədən qara ÜZÜM ÜZÜM.ÜZÜMÜ ÜZDÜM, yedim.

Эльчин1 мин
Nənəm yaman hirsləndi...

Bizim kəndimiz DAĞDADI. Biz də yayda getdik DAĞA. DAĞ nə DAĞ!.. Elə xoşlayıram, elə xoşlayıram DAĞI!.. Meşələr, bulaqlar, yarğanlar... Bir də ki, bizim gözəlimiz kənd...Nə yaxşı ki, biz bütün yayı qalacayıq DAĞDA!

Эльчин1 мин
Düzdə

Maşına mindik getdik, getdik, DÜZ getdik DÜZƏ.Oy, nə gözəldi DÜZ!.. Güldü, çiçəkdi, hər tərəf kəpənəkdi...

Эльчин1 мин
Babamla ot çalmağa getmişdik...

Mənim saçım qapqaradı, babamın saçı ÇAL.Mənim papağımın quzu dərisi qapqaradı, amma babamın papağı ÇAL.

Эльчин1 мин
Dünyaya insanlar gələcək...

(Mehdi Hüseyni xatırlayarkən)Biz Masallı ilə Lənkəranın arasındakı kiçik Sara adasında idik. O balıq tuturdu, mən də onunla balıq ovuna getmişdim.

Эльчин1 мин
Qumru quşları

Axır vaxtlar işdə tez-tez darıxıram, ürəyim sıxılır, hərdən lap beş dəqiqəlik də imkan tapanda aşağı düşürəm və Yazıçılar İttifaqının qabağındakı bağda var-gəl edirəm.Təxminən bir ay bundan qabaq bağda, ağacların dibində iki quş gördüm və onları çöl göyərçinləri bildim, amma bir az göyərçindən kiçik idilər və dimdikləri də, deyəsən, bir balaca uzun idi.

Эльчин1 мин
«Sçastye»

İndi dərs kitabındakı uzun bir şeri qabağına qoyub əzbərləyən Günaya baxıram və birdən-birə kiçik bir əhvalat yadıma düşür.1980-ci ilin noyabr ayı idi.

Эльчин1 мин
Qaratoyuqlar

Həyətimizdə bir armud ağacı var idi. Meyvələri hələ kal idi, amma vaxtından əvvəl yetişmiş tək-tük armud hərdən yerə düşürdü.Mən həyətdə, böyük alma ağacının altında həmişəki yerimdə oturub gün çıxandan gün batana qədər «Mahmud və Məryəm» romanını yazırdım.

Эльчин2 мин
Qırt toyuq

Qırt toyuq birinci dəfə idi ki, hindən çıxmışdı və dünyanı cücələrinə göstərirdi.Cücələr civildəşə-civildəşə, yüyürə-yüyürə analarının dalınca qaçışırdı və anaları da qırt yatdığı günlərdə qartlaşmış səsiylə qırt-qırt salıb o tərəf-bu tərəfə dimdik atır, gözaltı böyürtkən kollarının dibinə, hündür otların arasına baxırdı, hərdən başını çəpəki tutub zəndlə göyü gözdən keçirirdi.

Эльчин1 мин
Üçüncü sərçə

Bəzən təbiətdə elə hadisələrə rast gəlirsən ki, onların dolayısı yox, tamam müstəqim, birbaşa mənası səni tutur, sənə ləzzət edir.Misal üçün, mən, ədəbiyyatda müstəqim surətdə əxlaq dərsi verməyin, mənası tamam üzdə olan hadisələrin təsvirinin həmişə əleyhinə olmuşam.

Эльчин1 мин
«Aləm olduqca...»

Qara Qarayev vəfat edib...Bizim böyük müasirimiz əbədi yuxuya gedib və bir də heç vaxt oyanmayacaq.

Эльчин2 мин
Alma əhvalatı

Vəfatından təxminən dörd-beş il əvvəl Rəsul Rza ilə Moskvadan Bakıya gəlirdik. Qatarla gəlirdik, ikimiz bir kupe götürmüşdük. Mən indi bu sətirləri yazanda, elə bil ki, gecənin içi ilə yol gedən o qatarın səsini eşidirəm və həmin qatar elə bil ki, Rəsul müəllimlə yol yoldaşı olduğumuz o uzaq iki günü daha da uzaqlara aparır...Təbii ki, yol boyu biz çox söhbət etdik. Rəsul müəllim şerində olduğu kimi, həyatda da ciddi adam idi, bəlkə də bir az sərt adam idi və mənə həmişə elə gəlirdi ki, onun bu sərtliyi əslində daxili kövrəkliyinin göstəricisi idi. Bu ciddilik və zahiri sərtliklə bərabər, Rəsul müəllim yumoru sevən, başa düşən və yumordan ləzzət almağı bacaran adam idi.

Эльчин1 мин
Bədbəxt şir

İnsan təbiətdən nə qədər uzaq düşüb...Yazıçı Emil Ağayev, mən və altı yaşlı Humay Göygöl sanatoriyasının həyətində gəzişə-gəzişə söhbət edirik. Emil hər gün göbələk yığmağa gedir, bu gün səhər də getmişdi və mən ondan soruşuram:

Эльчин1 мин
Yandırır bu ölüm...

Fikrət Əmirov vəfat etdi...Düzdür, illər keçəcək, «Şur» da, «Kürd ovşarı» da, «Gülüstan Bayatı-Şiraz» da dünən və bu gün olduğu kimi, ürəkləri ovsunlayacaq, həyatdan söz açacaq, hisslərin saflığından, təmizliyindən deyəcək.

Эльчин2 мин
İki qız və sərçə

Maşınımda işdən evə qayıdırdım və tinlərdən birinin qabağında qırmızı işıq bizi saxladı.Qarşıdakı səki ilə bizə tərəf iki qız gəlirdi: ozündən razı, həddən artıq dəblə geyinmiş, ding-ding dingildəyən və bütün görkəmləri ilə, yerişləri, gülüşləri ilə aləmə meydan oxuyan iki qız.

Эльчин2 мин
Habilin kamançası

Habil Kaman kamançanı dizinin üstünə alıb çalmağa başlayır və bir azdan gözlərini yumur, çaldığı musiqinin hisslər aləminə gedir, o aləmin rəngləri, həyəcanları, görümləri ilə yaşayır.Hər dəfə səhnədə, yaxud televiziya ekranında Habilə baxdıqca, onun musiqisinə qulaq asdıqca, elə bil, o dəm onun qapalı gözlərinin qarşısından keçənləri mən də görürəm.

Эльчин1 мин
Ağabəyim Ağa

Axır vaxtlar tez-tez Ağabəyim ağanın iki yüz il bundan əvvəl söylədiyi o iki misra yadıma düşür:Əfsus ki, yarım gecə gəldi, gecə getdi,

Эльчин1 мин
Əkrəm Əylislinin anası

Paris hara, o uzaq Ordubad, o gözəl Əylis kəndi hara?O gözəl Əylis kəndində o gözəl qarı indi nə eləyir görəsən?

Эльчин1 мин
Üç xatirə

I fəsilAxşam Sergey Baruzdin və Vladimir Drozdla birlikdə gəzə-gəzə gedib Brandenburq qapılarının qabağında dayandıq və xeyli müddət Qərbi Berlinə tərəf baxdıq. İndi gecədir, oteldə oturub bu cümlələri yazıram və Brandenburq qapıları ağzındakı o əsgərlərin baxışını təzədən öz üzərimdə hiss edirəm. Orda-burda dayanmış o əsgərlər, zabitlər, bayaq elə bir şübhə, hətta, ədavətlə bizə baxırdılar ki, elə bil, baxışları da tüfəng lüləsi idi, üstümüzə tuşlanmışdı.

Эльчин3 мин
I hissə

(Gümüşü Furqon)– Adamın gərək naxışı gətirə!.. Bir də görürsən ki, bir-birindən bixəbər iki nəfər – bir qız, bir oğlan çöl-biyabanda bir-birinə rast gəldi; birdən

Эльчин1 ч 45 мин
II hissə

Bu hissədə məlum olur ki, Məmmədağa ilə Məsməxanımın həminqəribə yay gecəsindəki gözlənilməz görüşü istər-istəməz onları öz həyat

Эльчин45 мин