در چمن باغ چو گلبن شکفتبلبل با باز درآمد به گفت

Ağac göy çəmənlikdə açanda rəngbərəng gül,Qızılquşla söhbətə başladı nazlı bülbül:

کز همه مرغان توی‌ِ خاموش‌سارگوی چرا برده‌ای‌؟ آخر بیار

„Sən ki, hamı quşlardan sakitsən, nədən böyləOyun topunu necə sən aparmısan, söylə?

تا توی لب‌بسته گشادی نفسیک سخن نغز نگفتی به کس

Nə müddətdir dünyaya gəlib alırsan nəfəs,Səndən eşitməyibdir bir şirin nəğmə heç kəs.

منزل تو دستگه سنجریطعمهٔ تو سینهٔ کبک دری

Səncərin ovcundadır sənin mənzilin hər an,Dağ kəkliyi döşüdür xörəyin, bilir cahan.

من که به یک چشم‌زد از کان غیبصد گهر نغز برآرم ز جیب

Bircə göz qırpımında eyib xəzinəsindənYüz saf, qiymətli gövhər çıxarda bilərəm mən.

طعمهٔ من کرم شکاری چراست‌؟خانهٔ من بر سر خاری چراست‌؟

Bəs nədən qurd-quşlardır mənim yediyim xörək?Nədən tikanlıqdadır mənim evim, de, görək?!“

باز بدو گفت همه گوش باشخامُشیَم بنگر و خاموش باش

„Mənə yaxşı qulaq as,—dedi qızılquş ona,—Mənim xamuşluğumu görüb xamuş olsana,

من که شدم کارشناس اندکیصد کنم و باز‌نگویم یکی

O zamanda ki, az-çox iş bilənəm, eşit sən,Yüz iş görərəm ancaq birini açmaram mən.

رو که تویی شیفتهٔ روزگارزانکه یکی نَکْنی و گویی هزار

Sən vurğunsan bu dəli ruzigara, durma, get,Bir iş görməz, açarsan min işdən bizə söhbət.

من که همه معنیَم، این صیدگاهسینهٔ کبکم دهد و دستِ شاه

Mən başdan-başa mə’na olduğumdan, düşün bir,Xörəyim kəklik döşü, mənzilim şah əlidir.

چون تو همه زخم زبانی تمامکرم خور و خار نشین والسلام

Sən başdan-başa bir dil yarası olduğundan,Qurd-quş yeyib, tikanda oturansan hər zaman.

خطبه چو بر نام فریدون کنندگوش بر آواز دهل چون کنند‌؟

Xütbə oxunan zaman Fridunun adına,De, qulaq asarlarmı təbilin fəryadına?

صبح که با بانگ خروس است و بسخنده‌ای از راه فسوس است و بس

Sübhün açılmasını verərkən xoruz xəbər,Bir əfsus gülüşüymüş bu üz göstərən səhər.

چرخ که در معرض فریاد نیستهیچ سر از چنبرش آزاد نیست

Fələk sükut eləyib salmayır dad-bidad.Heç bir baş çənbərindən deyildir onun azad.

بر مکش آوازهٔ نظم بلندتا چو نظامی نشوی شهر‌بند

Gəl nəzmin şöhrətini qaldırıb etmə bayraq,Ta sən də Nizami tək olmayasan bir dustaq“.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе