Əlminnətü-lillah ki, "Dəbistan" da qapandı!Bir badi-xəzan əsdi, gülüstan da qapandı!

Hasilləri puç oldu bütün məzrəəcatın,Yel vurdu qavun-qarpızı, bostan da qapandı!

"Ülfət" kəsilib, toxdadı "Bürhani-tərəqqi",Məhv oldu "Həmiyyət", ədəbistan da qapandı!

"Rəhbər" yorulub, yuxladı "Irşad"ü "Təkamül",Aslanlara ox dəydi, neyistan da qapandı!

Meydani-rəqabətdə bizim hümmətimizdənDə’va qapanıb, Rüstəmi-dastan da qapandı!

Ətfali-vətən qoy bağırıb ölsün acından,Yandı analar sinəsi, püstan da qapandı!

Qoy köhnələrin daş ürəyi gül tək açılsın,Darüzzəfəri-tazəpərəstan da qapandı!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе