HƏ, DE GÖRÜM, NƏ OLDU BƏS, AY BALAM, İDDƏALARIN?
-HƏ, DE GÖRÜM, NƏ OLDU BƏS, AY BALAM, İDDƏALARIN?**
Hə, de görüm, nə oldu bəs, ay balam, iddəaların?Dutmuş idi yeri, göyü nalələrin, nəvaların...Yoxsa qanıb da eybini boşlamısan ədaların?Şimdi, hərif, söz həman mən deyən oldu, olmadı?Sən demədinmi sağlamam, yox bədənimdə bir mərəz?Mən demədimmi cövhəri-nəfsinə hirs olur ərəz?Sən demədinmi şəxsimə əl tapa bilməyib qərəz?Ta ki, olundu imtəhan, mən deyən oldu, olmadı?Əncümən əhlinin, qoçaq, sən demədinmi, bir təkiVerməyəcək riza gələ ölkəmizə Ətabəki?!Noldu ki, tez boşaldı bəs iş görən əncümən də ki?Köhnə qapı, həman daban, mən deyən oldu, olmadı?Sən o deyilmidin, dedin: dumdur ümidgahımız?Mən demədimmi, var buna dumduru iştibahımız?Bakı vəkili getdimi, oldumu dadxahımız?Get, hələ xamsən, dolan, mən deyən oldu, olmadı?Sən demədinmi dumada rəf’ olur ehtiyacımız?Mən də dedimmi çox yemə, tez pozulur məzacımız?!Qara buludlar oynaşır, indi nədir əlacımız?Çulğalayır bizi duman, mən deyən oldu, olmadı?Sən o deyilmidin, dedin: var bizim ittihadımız?Mən də, yadında var, dedim: yox buna e’timadımız,Büğzə, nifaqədir bizim qeyrətü ictihadımız?!Pərdə açıldı nagəhan, mən deyən oldu, olmadı?.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-he-de-gorum-ne-oldu-bes-ay-balam-iddealarin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Лишь в мнении людей будь чист перед аллахом.Свята такая ложь.
Etdi bu fələk hər kəsə bir tövr yamanlıqEtdi bu fələk hər kəsə bir tövr yamanlıq,Səd heyf, keçən gün!
Əl’əman, sərkəs olub...Ай, аман, ой, горе нам от гнетущих,сердце рвущих
Hər nə versən, verБудь щедрым - что скупиться? Но бедным ни грошаПри виде нищих татов пусть не болит душа.
Стихи других поэтов · Сатира
Şerin nə demək olduğunu qarelərimizin bilməyinə şəkk və şüb-həmiz yoxdur. İndi biz merin nə demək olduğunu bildirmək istəyirik.
Vilayətin məğşuşluğu haqqındaMirzə Fətəliyə*Xəbər alsan bu vilanın əhvalın, –
O kimdir?O kimdir: Dəndəli dəndəlani – Küçələri dolaniAxırda alim olar, amma bilməz Qurani?
Gəlir“Abdulla Cövdət” həzrətlərinə bənzətməZurnaçı toyda zurnasın çalsa,