Altıncı fəsil
Страница 2 из 2 · 50%
Zəki başını tərpədərək:
– Doğrudur, doğrudur, Liza, çox gözəl xatırlayıram, onun çox mühüm siyasi bir əhəmiyyəti vardı. Ancaq idarə bir az gecikdi və buna hamımız təəssüf etdik. Yeni açmaqda olduğun iş isə ondan az əhəmiyyətli deyildir, – dedi.
– Mustafa ilə tanış olmağa da elə bu iş vasitə oldu, – deyə Liza Zəkinin dediklərini tamamlamağa çalışdı. – Maraqlandığım bir nəfəri mənim kimi, Mustafa da təqib edirmiş. Nəhayət, iş elə gətirdi ki, o mənim, mən də onun kim olduğunu bir-birindən gizlədə bilmədik. Həmin adam Bakı Komitəsinin ən fəal üzvlərindən, bəlkə də rəhbərlərindəndir. Onu və onun dəstəsini Mustafa ilə birlikdə cinayət üstündə tutacağıq. Buna dair müvafiq planımız, tədbirlərimiz vardır.
Mustafa əlindəki qədəhi Lizaya doğru uzatdı:
– Liza bu yolda sən mənim həqiqi müəllim və rəhbərimsən. Bunu mən hər kəsin yanında iftixarla deyirəm. Sağ olsun mənim müəllimim.
Zəki Mustafanı tərif etməyi lazım bilərək dedi:
– Acizliyini etiraf edən mərd adamdır. Ancaq Liza kimi istedadın geniş qanadları altında az zaman içərisində böyük hünər və təcrübə sahibi olduğunu isbat etdiyin gün sənə gurultulu bir ziyafət verməyi vəd edirəm. Zira ki, biz hər sahədə padşahımıza ən sadiq adamlarıq, hər sahədə padşahımıza qarşı bəslənilən hörmət və sədaqəti gördüyüm zaman köksüm genişlənir.
Liza Mustafanı gülən gözləri ilə süzərək:
– Oh...o..! Onun qaradinməz olduğuna baxmayın, bu da bir növ qəhrəmandır, bu işdə böyük istedadı vardır, – dedi.
Yelena və Zəki Mustafaya mənalı baxaraq gülümsədilər. Mustafa başını aşağı saldı. Məclisə bir an sükut çökdü:
Yelena saata baxaraq:
– Oho... saat on biri keçir. Nə qədər çox qaldıq, – dedi və yenidən qalxdı. Qonaqlar durdular. Zəki onları yola saldıqdan sonra Əhmədin yanına gəldi. Əhməd onu ayaq üstündə gözləyirdi. Onu görüncə:
– Yenə nə tədbirin var? – deyə soruşdu.
Zəki əlini onun çiyninə qoyaraq:
– İki gün sonra qəzetlərdə oxuyarsan, indi isə gəl o günün şərəfinə qədəh-qədəh vuraq, – deyə onu yemək otağına gətirdi. Oturdular.
O gecəni Zəki Əhmədlə çox xoş keçirdi. Yedilər, içdilər, müxtəlif mövzularda danışdılar. Əhməd siyasətə qoşulmayan, liberal görüşlü gənc olsa da, dostluqda möhkəm idi. Zəki onun bu xasiyyətini bilir, odur ki, ondan heç bir şeyi gizlətmirdi. Bu dəfə də onun gələn qonaqlarla çox maraqlandığını bildiyi üçün onları bir-bir tanıtmağa başladı:
– O dinməz, söyləməz Mustafanı tanıyırsan, o heç... Yelena da heç... Bunlar bizim adamlarımızdır. Bizə fəlakət açan o Lizadır, hökumətin ən məşhur, ən hiyləgər xəfiyyəsidir. Hər çətin işdə jandarm idarəsi ona müraciət edir. Mustafa onu bir an gözdən qoymur. Bu günlərdə onun açacağı bir işdə iyirmidən artıq sosialist yaxalanmalıdır. Bu gecəki ziyafət onun üçün ölüm ziyafəti idi, çünki o, aradan çıxmayınca biz rahat çalışa bilməyəcəyik.
– Demək bunun da müqəddəratı Mustafaya tapşırıldı.
– Şübhəsiz!
Əhmədin gözləri dumanlandı, bir an düşüncəyə daldı. Zəki bu fürsətdən istifadə edib geyindi, Nəzakəti atası evindən gətirməyə getdi.
Əhməd o səhər çox erkən oyandı. Zəki yatmışdı. Nəzakətin yalvaryaxarına baxmayaraq, yemək yemədi, evdən çıxdı və oradan birbaş Məhərrəm əminin yanına getdi. O bu gün Zəkinin evindən qəti surətdə çıxmağa qərar vermişdi. Məhərrəm əmi onu görüncə çox sevindi. “Yaxşı oldu gəldin... Tanış bir mədəndə mühəndis müavini yeri var. Bu xüsusda mühəndislə və mədən sahibi Əsəd bəylə danışmışam. Al bu ünvanı, get və bu gün xəbər gətir”, – deyə bir parça kağız uzatdı.
Əhməd o gün evə çox gec döndü, qapıdan girər-girməz:
– Zəki, daha mən gedirəm, – deyə şeylərini toplamağa başladı.
– Hara?
Əhməd vəzifə tapdığını qısaca söylədikdən sonra Zəki təkrar soruşdu:
– Bəs hara köçürsən? Otaq tapdınmı?
– Bir rus ailəsində yemək-içməklə ayda əlli manata gözəl bir otaq tapmışam.
– Niyə tələsirsən, hələlik burada...
Əhməd Zəkinin sözünü tamamlamağa imkan vermədi:
– Yox, səni narahat etmək, işlərinizə mane olmaq istəmirəm.
Zəki cavab vermədi. Əhməd şeylərini yığışdırdıqdan sonra Zəki və Nəzakətlə çox səmimi görüşdü, hətta uzaq bir səfərə gedirmiş kimi, onunla öpüşərək çıxdı. Zəki arxadan:
– Ünvanını bilsəydim arabir yanına gələrdim, – dedi.
– Evin nömrəsini, küçəsini hələlik bilmirəm, sonra sənə deyərəm.
Əhmədin belə gedişi Zəkini çox düşündürdü. Onun getməyə tələsdiyinin səbəbi burada baş verən hadisələr olduğunu bilirdi. Acı-acı gülümsəyərək, əlini yavaşca stola çırpa-çırpa:
– Get, sənin də qəlbini Əşrəflər yemişdir, – dedi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-esrimizin-qehremanlari-altinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Şəfəqlər sökərkən öpüşlərindənYaranmış al, incə yanağın sənin!
Üsyan et!Ey sönük, çürümüş dünya, parçalan!Qusduğun: əsarət, zəncir, ölüm, qan!
Gənclik marşıAli Pedaqoji İnstitutun tələbələrinə*Bizik bilik, şan ordusu, Azərbaycan ordusu.
SavaşKöçəri həyatından*Yenə səssiz, cansız yurdlar qol atmışdı hər yana,
Стихи других поэтов
Çamlı beldən durub səfər eylədim,İslambolun güzərinə gəlmişəm,
AğlaramSənin ilən keçirdiyim günləriEy sevdiyim, indi anıb ağlaram
GörəndəKönlüm tutulur hali-müsəlmanı görəndəBu növ övzai-pərişanı görəndə
Ey xətin muyu mənə mülkü-Süleymandan ləzizEy xətin muyu mənə mülkü-Süleymandan ləziz!Vey üzün nuru mənə mehri-dirəxşandan ləziz!