Düşüncəli
Varlıq qapısın mən üzümə bağladığımdan,Bilməz ki, varam, ya ki, yoxam bir nəfər insan.
Qəzəl 308Ondan soruşun sirri-dəhanı, nə bilim mən?Allah bilir ol razi-nihanı, nə bilim mən?
Qəzəl 316Pəriüzlü gözəllərin sevgisindən necə bir an uzaq olum,Dünyaya bir iş üçün gəlmişəm, işsiz necə olum?
Qəzəl 327Biz heç zamanda tərki-rüxi-yar etmərik,Heç bir kəs etməyən işi zinhar etmərik.
Qəzəl 353Ey ürək, eşqdən sən ar eləmə,Eşqi könlündən heç kənar eləmə.
Qəzəl 364Əgər ölmüşsə Məcnun, qalmışam mən yadigar ondan,Gedibsə Kuhkən, qalmış mənə indi bu kar ondan.
Qəzəl 390Pərilər içrə qəsdi-can edən, evlər yıxan sənsən,Edən aşiqlərin qəlbin dəmadəm ləxtə qan sənsən.
Qitə 8Könül, məlalı bu xəlvətnişinliyin xoşdur,O zövqdən ki, görüşdə hər aşinadən olur.
Qitə 10Dedi Əhməd: Əli mənlə olub Harunla Musa tək,Şəriklik rəmzi var bunda, kəmali-cahü izzətdir.
Qitə 11Dəhrdə rahətlik ümmidilə çəkmə çox əzab,Çün olub biganə bu məqsəd əzəldən xilqətə.
Qitə 19Ömrümün əvvəli ki, zövqü səfa vəqti idi,Elmsiz keçdi bütün bisərü samanlıq ilə.
Qitə 26Bir dürri-sədəfdir bu cənabi-mütəvəlli,Parlaq hünərilə Ətəbat oldu münəvvər.
Qitə 35İki sinfə bölünmüş əhli-cahan,Biri elm əhlidir, biri cahil.
Qitə 42Nəsəb fəziləti insana özgəsindəndir.Nəsəblə özgəyə, ey süflə, iftixar eləmə.
Rübai 24Ömrüm nə mənasız, nə hədər keçdi,Sənətdən hələ çox bixəbər keçdi.
Rübai 26Dünyada hər cəfa eyləyə dilbər,Öz məst aşiqinə nəsihət eylər.
Rübai 32Sənin nə şərikin, nə varisin var,Hər şey gəlib-gedir, sənsən bərqərar.
Rübai 52Əzəlin nəqqaşı, böyük sənətkar,Çəkdi göz pərdəmə bir surəti-yar.
Rübai 57Açıqdır aləmə ehsan qapın, yar!Qoy mən sənə edim dərdimi izhar.
Rübai 60Hərgiz gözəllərdən görmədim vəfa,Dərmədim gül vəfa bağından əsla.
Rübai 74Ey ciyər qanıyla dövlət toplayan,halın necə olar sən ölən zaman?
Rübai 78Elm ilə, ədəblə tapılar şərəf,Mirvarı olmasa, nə lazım sədəf?
Rübai 79Ömrün əziz ikən, təbin tazə-tər,Dünya zəncirinə bağlanma hədər.
Rübai 80Eşqdir hər iki dünyaya ziynət,Eşq ilə dolanır bütün təbiət.
Teqlər açar sözlərə görə avtomatik verilib və redaktorlar tərəfindən dəqiqləşdirilir.