Məhəmməd Füzuli: Hikmət və nəsihət
Dünyada hər cəfa eyləyə dilbər,Öz məst aşiqinə nəsihət eylər.
Rübai 70Qovur yaxınlığın ürəkdən qəmi,Elmin bir dəryadır, vücudun gəmi.
Rübai 78Elm ilə, ədəblə tapılar şərəf,Mirvarı olmasa, nə lazım sədəf?
Ya mən əhatə elmükəl-əşya’ə külləhaYa mən əhatə elmükəl-əşya’ə külləha,Nə ibtida sənə mütəsəvvir, nə intəha.
Qeyrə eylər bisəbəb min iltifat ol nuşləbQeyrə eylər bisəbəb min iltifat ol nuşləb,İltifat etməz mənə mütləq, nədir bilmən səbəb?
Eylə müstəsna gözəlsən kim, sənə yoxdur bədəlEylə müstəsna gözəlsən kim, sənə yoxdur bədəl,Səndən, ey can, münqəte qılmaz məni illa əcəl.
Ləhzə-ləhzə ləbin anıb edicək əfğanlarLəhzə-ləhzə ləbin anıb edicək əfğanlar,Qətrə-qətrə saçılır didələrimdən qanlar.
Ol pərivəş kim, məlahət mülkünün sultanıdırOl pərivəş kim, məlamət mülkünün sultanıdır,Hökm onun hökmüdürür, fərman onun fərmanıdır.
Zəhi, zatın nihanü ol nihandan masiva peydaZəhi, zatın nihanü ol nihandan masiva peyda,Bihari-sün’ünə əmvac peyda, qə’r napeyda.
Ey olub me’rac bürhani-ülüvvi-şan sana!Ey olub me’rac bürhani-ülüvvi-şan sana!Yerə enmiş göydən istiqbal edib Fürqan sana.
Məni zikr etməz el, əfsaneyi-Məcnunə mayildirMəni zikr etməz el, əfsaneyi-Məcnunə mayildir,Nə bənzər ol mənə, dərdi onun dərmanə qabildir.
Qazi Əlaəddinə məktubƏlminnətü-lillah ki, şəcəreyi-elmü irfan gün-gündən mütənəvve' olub, səməreyi-asarı fəvaid saçmaqdadır, Və nihali-fəzlü ehsan saət-bəsaət təravət alıb dimaği-əhli-imanı müəttər qılmağa tazə-tazə şükufələr açmaqdadır. Hər ayinə nəqşbəndi-nigarxaneyi-vücud kargahi-qüdrətdə bir surəti-mücəddəd çəkməkdən xali olmaz. Və bağbani-hədiqeyi-cud riyazi-hikmətdən hər saət bir nihali-tazə dikməkdən məlamət bulmaz.Əgər bu təriqeyi-mərziyyə nəhci-istimrar bulmasaydı və bu adəti-mə'hudə müstəmir olmasaydı, bəqayi-süvəri-növiyyə və əfradi-şəxsiyyə zərurət ehtimalı bulmaz idi. Və silsileyi-nizama istehkam müyəssər olmaz idi.
Teqlər açar sözlərə görə avtomatik verilib və redaktorlar tərəfindən dəqiqləşdirilir.