Cəlil Məmmədquluzadə: İstehzalı
Yığıntı təzə sözdür. Əvvəl elə bildim ki, bu sözü “məşhur İstilah komissiyası” icad edib, amma məlum oldu ki, “yığıntı” sözü özgə bir yerdən törüyüb. Bu günlərdə təzə bir kitab çapdan çıxıb: kitabın üstündə yazılıb, “Hesab məsələlərinin yığıntısı”, yəni bəistilahi-rus “sbornik”, bəistilahi-ərəb “məcmuə”.Yuxarıda İstilah komitəsinə mən ondan ötəri “məşhur” ad qoydum ki, bir vaxt o komitə məzəli-məzəli sözlər çıxartmışdı; məsələn: yerbil (coğrafiya), “dörtiş” (əmali–ərbəə, yəni çetıre deystviya).
Bistü-həştümBiz aşağıda qol qoyan mömin müsəlmanlar zəhmət komissarı həmin oktyabr ayının səkkizində bir belə dekret çıxarmışdı ki: oktyabr ayının onuncu günü səfər ayının iyirmi səkkizinci gününə mütabiqdir. Bu səbəbdən lazımdır ki, mömin müsəlmanlar həmin gün tətil eləsinlər; yəni işləməsinlər.Biz mömin müsəlmanlar bu dekreti oxuyandan sonra çıxdıq bazara, hər kəsdən soruşduq ki, səfər ayının iyirmi səkkizi nədir və bunun fəziləti özgə günlərə nisbətən nədədir? – bir kəs bizə bir cavab verə bilmədi. Axırda getdik “Təzəpir” məscidinə cəm olan kor, şil əməleyi-mövtadan bu məsələni soruşanda dedilər ki, səfər ayının iyirmi səkkiz bistü həştümdür; yəni həmin gün vəhşi ərəblərin biri yumruqnan vurub bir özgə vəhşi ərəbin burnunu qanadıb. Onunçün də bizim rizaməndliyimiz yoldaş zəhmət komissarına bu barədədir ki, əgər onun dekreti olmasa idi, Allahın yolundan azan müsəlmanlar bistü həştüm gününün hörmətini saxlamayacaq idilər və belə bir əziz gün yaddan çıxacaq idi və biz mömin müsəlmanlar bu feyzdən məhrum olacaq idik. Heç Nikolay dayının da vəziri biz mömin müsəlmanlara özünü bu dərəcədə dindar göstərmirdi.
Yad etməliQəzet sütunlarında dərc olunan məqalələrin çox hissəsi ondan ötrü yazılır ki, oxucular haman gün oxuyub qoysunlar kənara və sabahkı nömrəni gözləsinlər. Amma bu gündəlik məqalələrin içində elələri də var ki, oxucu haman məqaləni oxuyandan sonra qoltuq dəftərinin içinə qoyur, saxlayır ki, yaddan çıxmasın.O məqalələrin biri “Kommunist” qəzetinin 234-cü nömrəsində “Əziz qonaqlara diqqət” sərlövhədə “R” imzası ilə birinci səhifədə dərc olunan məqalədir. Məqalə belə başlanır:
Bəhanəİnsanın bədəni ki, çox qocalıqdan ölməyə hazırlaşır, həmişə özü üçün qabaqca bir azar tapır və həmin azar bunun ölməyinə bir bəhanə olur, çünki onsuz da öləcək.Şuşa şəhərində yaz fəsli bir qəzet çıxırdı, yazısı ərəb hərfləri ilə idi. İndi Şuşadan yazırlar ki, qəzetin düzəni şəhərdən çıxıb getməyi səbəbindən qəzet dəxi bağlandı.
Şütüri-zəmanBu axır vaxtlarda mən bazardan keçəndə görürəm ki, tək-tük bazar əhli qəzet oxuyur, bir-birindən soruşur ki, bu Almaniyadakı “şütürizəman”ın mənası farsca zamanın dəvəsi deməkdir?“Molla Nəsrəddin” idarəsi tərəfindən cəmi bazar əhlinə elan olunur ki, onlara hərdən bir ittifaq düşüb qəzet oxuyanda “Şütüri-zəman” Almaniya baş vəzirinin adıdır ki, onu rus əlifbası ilə “Ştrezeman” yazılır, yeni türk əlifbası ilə də “Ştrezeman” yazılır, amma ərəb hərfləri ilə yazanda doğrudan da “zəmanənin dəvəsi” çıxır.
Qaranlıqda“Şəki fəhləsi” qəzetinin 96-cı nömrəsində axırıncı səhifədə oxuduq: “Əmələ müxbirlərimizdən. Təəccüb ediləcək bir hal.Keçmişdə deyirlərdi ki, çəkməçinin çox vaxt ayağı yalın olur, eləcə də azərbaycanlı olub neftsizlikdən qaranlıqda qalmaq da təəccüb ediləcək iş deyildir. Bir aya çatar ki, qəzamızın fəhlə-kəndliləri neft olmadığından gecələr qaranlıqda qalırlar. Bütün kəndçi-fəhlələr günüzlər axşamadək əllərində neft qabları gəzirlər, bir girvənkə neft tapmırlar. Doğrudur, əlacsız qalıb girvənkəsinə üç-dörd yüz milyon verib xəlvət alanlar da olur... ”
Şərq qadını“Şərq qadını” məcmuəsi çıxmağı münasibətiləBaşıbəlalı bir məsələ, xəta-bəlalı bir danışıq... Qan qoxusu gəlir, barıt tüstüsü görsənir, qeyrət hissi oyanır!..
Kimdən ötəriBu yeni hürufat kimdən ötəri icad olundu?Bu barədə çox danışıq var və bu məsələ çox dolaşıq məsələdir.
UşaqlarımızCümə günləri və tətil günləri uşaqlarımız hara getsinlər və nəyə məşğul olsunlar?İstəyirdim deyəm ki, teatra getsinlər, amma yadıma düşdü ki, bizim cəmi teatrlarımız indiki halda eşqbazlıqdan ibarətdir; çünki indiki teatrlarımız böyüklərə qulluq eləyirlər.
“Mini-mini masallar”Dünən bu kitabçaların bir neçəsini aldım. Apardım verəm uşaqlarım oxusun.Uşaqlar bu kitabların üstündə yazılan həmin sözləri – mini-mini masallar höccəliyə-höccəliyə oxudular. Yenə bir-iki dəfə oxudular. Kitabları qoydular stol üstə və dedilər:
Təzə əlifbaAdam bir çanax dadlı aşı qabağına qoyub, yeyəndə gərək bilə ki, bu aş harada bişib və kim bişirib.İnsafdan uzaqdı ki, qaşığı götürüb, başını aşağı salasan və maçhamaç ilə yeyəsən və xalqı da şişirdəsən. Amma heç soruşmayasan ki, görəsən, bu aşı bişirən kimdi.
Xilafət məsələsiHamdan artıq mənim yazığım ingilislərnən firənglərə gəlir.Doğrudan da, hələ müsəlmanlar bir tərəfdə qalsın, necə olsa bunlar ötüşər. Bunların başına nə gəlsə, dayanıb durarlar. Çünki müsəlman millətinin canı bərk olar. Amma ingilis və firənglər çünki əslindən nazikdirlər, onun üçün də xəlifə taxtdan endiriləndə bu iki hərif o qədər dərd elədilər ki, əgər tez bir vaxtda Hüseyn xəlifə özünü yetirməsəydi, bunlar, yəni ingilis və firəng qardaşlar dərd və qəmdən çürüyəcək idilər.
OrucluqDoğrusu, mən aşkar orucumu yeməyə qorxuram. Heç özüm də bilmirəm nədən qorxuram və niyə qorxuram; amma qorxuram.Bax, bunu hamı bilir, mən də bilirəm ki, oruc tutmaqnan, ya oruc yeməknən nə adamı behiştə hurilərin içinə ötürərlər, nə behiştdən qovlayarlar. Bunu hamı bilir.
Üç saatƏlimdə bir vacib yazım var idi.Hamı öz yazısını vacib hesab eləyir. Qapı döyüldü. Dedim:
Su budkalarıSu budkaları cümə günləri bağlı olur.Su budkaları cümə axşamları ancaq günortayadək açıq olur.
Hov“Hov” – qədim istilahdır; yəni “hay” deyib adam çağırmaqdır. Bu soz məhz kəndlərdə işlənir. Əlsiz-ayaqsız kəndliyə cəmən yardım göstərmək lazım gələn vaxt, o vədə bir nəfər adam salırlar kəndə, gedir evbəev gəzir və haraylaya-haraylaya deyir:– Ay camaat! Hər evdən bir cüt çıxsın, Həsənquluya bir-iki çuval yer cızlasın. Ta ki, yazıq kişi gələn il acından ölməsin.
Tehran müxbirimizəİndi düz bir ildir ki, ən azı iyirmi məktub göndərmisən ki, “Tehran hökuməti İran Azərbaycanında yaşayan dörd milyon türk xalqının qaranlıqda qalmasını nəzərə alıb beş yüz min tümən pul buraxıb Təbrizdə, Xoyda, Səlmasda, Mərənd şəhərində türkcə məcmuələr və qəzetlər çıxartsınlar”.Biz sənin məktubların gələn kimi özünə yazmışıq ki, belə şey olmaz. İran şahlığı razı olmaz ki, onun camaatı parçalanıb biri farsca, biri türkcə danışsın.
KooperativDünən baqqal Məşədi Qulam gəlmişdi idarəmizə. Deyir:– Dükanımı yığışdırıram.
CəriməSən nə qədər istəyəsən ki, “Naloq”dan yana kəndlinin yükünü yüngülləşdirəsən. Sən əgər belə tutaq ki, istəyəsən kəndlidən heç bir qəpeyk də “Naloq” almayasan, yenə kəndlinin vergi barəsində elə bir böyük dərdi var ki, heç indi sənin xəyalına gəlmir.Bu dərdin adı cərimədir.
İnna Lillahi və İnna ileyhi raciunXülaseyi-kəlam, bu dünyada hali-həyatımızda nə qədər məsciddən və minbərdən qaçmaq istəsək, yenə öləndən sonra məscidə qayıdacağıq və biz özümüz öləndən sonra məscidə getmək istəməsək, yenə dost-aşnalarımız gəlib, qohum-qardaşlarımıza nəsihət eləyəcəklər ki, cənazə Təzəpir məscidinə aparılmayınca dəfn olunmasın.Qəzetlərdə böyük xətt ilə elanlar yazılacaq ki: “Şura qulluqçusu filanın vəfatı kəmali-təhəssürla dost və aşnalara xəbər verilir və mərhumun cənazəsi saat 10-da Təzəpir məscidindən götürülüb, filan Şura idarəsi qabağında dayandırılıb, idarə yoldaşları tərəfindən nitqlər söylənəndən sonra, qəbiristana aparılacaqdır”.
DinsizlikPənah aparıram bir Allaha ki, onun mərhəmətinin intəhası yoxdur. Və məhz belə bir Allahın mərhəmətinə arxalanıb, bu aşağıdakı sözləri cürət edib yazıram. Yoxsa, bu sözlərin hər birindən qan qoxusu gəlir.Söhbət Holbax filosofun barəsindədir. Bu şəxs, Fransanın ən məşhur filosoflarındandır ki, on səkkizinci qərinədən bu günə kimi bunun kitabları Avropanın cəmi darülfünunlarında oxunur.
Qız mütribləriMəlumdur ki, camaatımız drama teatrosuna kəmmeyl gəlir. Hətta Mirzə Fətəli kimi ustadımızın əsərləri də camaatı teatroya o qədər cəlb eləmir, nə qədər ki, gərək edəydi. Bunun səbəbi hər nədirsə, onda işimiz yoxdur.Sözümüz çarə üstədir ki, nə eyləyək camaatı teatroya çəkək?
Ay qoçaq mülkədar!Hey, necə gördün?A rəhmətliyin oğlu, bu qədər mərəkə və qilü-qaldan sonra yenə mülkədarlıqdan əl çəkmirsən?
Mühübbi imamMən Allah bəndəsi bir adamam və hər bir şeyə də etiqadım var: tövhidə və imamətə, nübüvvətə və axirətə, onun üçün də İngiltərə cahangirlərinin qarşısına göstərilən protestlərə şərik deyiləm və buna mənim çox böyük bəhanəm var.Yəni, sən nə babətdən İngiltərə vəzirlərindən narazısan?
Teqlər açar sözlərə görə avtomatik verilib və redaktorlar tərəfindən dəqiqləşdirilir.