Şikayət

Nuxa camaatı tərəfindən idarəmizə belə bir şikayət gəlib:Ay Molla Nəsrəddin əmi, sən bir insaf əhlisən, biz Nuxa camaatı, yəni Şəki camaatı, maarif və məktəb üzünə həsrət qalmışıq, səbəb?

Cəlil Məmmədquluzadə1 dəq
Müqəddəs vətənim

Yenə mənim üzümü ağardan müqəddəs vətənim olacaq.Qoy tiflislilər nə edərlər-etsinlər, qoy kilsənin xaçını qopardıb yerinə ulduz qondarsınlar, qoy nə edirlər-etsinlər, amma mənim başımı ucaldan – yenə mənim Naxçıvan vətənim olacaq.

Cəlil Məmmədquluzadə1 dəq
Uşaqlarımız

Bizim içərimizdə qədim vaxtlardan adət belə olub ki, uşaqlarımızı böyük adamların məclisindən uzaq saxlamışıq. Ola bilər ki, bu adət arvadlarımızın kişilərdən gizlənməyindən törəyibdir. Belə ki, arvadları kişi məclisindən qovanda biz uşaqları da analarının yanına qovmuşuq.Və beləliklə uşaqlar kişilərin yanından uzaq düşüb vaxtlarını ya arvadlar məclisində, ya küçə-bacada keçirtməyə məcbur olublar.

Cəlil Məmmədquluzadə3 dəq
Nə mərəkə!

Seyid ağa doqquz yaşlı bir qıza əl atmış və bu barədə çox danışıqlar, çox yazı-pozular qopmuş, çox mərəkələr qalxmış.Bilmirəm səbəb nədir ki, bu işə mən o qədər də təəccüb etmədim, nə qədər ki, görürəm qeyriləri edir. Bəhərhal iş özü çox murdar[dır], bunun qabağını almağa çox böyük tədbirlər götürməli.

Cəlil Məmmədquluzadə2 dəq
Bədbəxtlik

Bu günlərdə Bakıda Seyid Məhəmməd adında bir molla necə ki, məlumdur, doqquz (9) yaşında bir qıza vəhşi bir surətdə əl uzatmaq edibdir.Şəhərdə bu barədə çox danışıqlar oldu: günahkar mollanı, əvvəl dustağa aldılar, sonra nədənsə azad etdilər, amma sonra genə eşitdiyimizə görə dustaq ediblər.

Cəlil Məmmədquluzadə1 dəq
Uşaq teatrı

Bu sözü ki, biz indi burada yazırıq, deyəsən təzə bir söz. Çünki uşaq teatrı söhbətini biz bir yanda eşitmirik və əgər bir yerdə uşaqlar üçün teatrımız olursa da, bu barədə qəzetlərdə yazı-pozu gözümüzə sataşmır.Bizim nəzərimizə gəlir ki, hər bir yerdə uşaqlar üçün türk dilində teatr nümayişləri verilmir və habelə uşaq teatrı üçün uşaq əsərləri düzülüb meydana qoyulmur.

Cəlil Məmmədquluzadə1 dəq
Pulların danışığı

Əgər pul mübahisəsi Quba meydanında düşəndə biz heç buna təəccüb etmirik, amma iki vəzir pul üstə biri-biri ilə deyişəndə daha bu özgə bir iş olur.Maliyyə vəziri, yəni pulların hamısının vəziri Elektrotok idarəsinə doqquz yüz milyon işıq pulu göndərir. Elektrotok idarəsi deyir: “Bu pullar təzə Zaqafqaz pullarıdı, mən bu pulları götürmürəm, mənə kurs ilə Şura pulu gətiriniz.

Cəlil Məmmədquluzadə1 dəq
Ərzaq vergisinin nöqsanları

Bu sözü biz demirik, bunu “Bakı fəhləsi” qəzeti 33-cü nömrəsində yazır. Yazır ki, keçən ilin naloq işləri bir neçə nöqsanlar ilə keçdi. Lazımdır tədbir tökmək ki, bari bu üzümüzə gələn il haman nöqsanlar dəxi təkrar olunmasın.Bu sözü haman yuxarıda söylədiyimiz qəzet deyir, biz demirik. Vəbalı deyənin boynuna.

Cəlil Məmmədquluzadə2 dəq
Əslinə mütabiqdir

Naxçıvanda çıxan “Şərq qapısı” qəzetəsində maarif komissarı Həmid bəy Mahmudov bir gün gedir Naxçıvandakı bir dərəcəli məktəbi təftiş edir və görür ki, müəllimlər Mirzə Əli, Mirzə Cəmşid, Mirzə Asif, Mirzə Əsəd və Mirzə Mircəfər dərsləri saat doqquzdan yarım saat gec başladılar.Bunu gördükdə komissar saydığımız müəllimləri nəinki bircə töhmət etməklə qurtarır, hələ bəlkə bunları həmin günkü zəhmət maaşlarından məhrum edir.

Cəlil Məmmədquluzadə1 dəq
Təbiət

Üfunətli bataqlara cürbəcür həşəratın cəm olmağı təbii, çirkli bədənə qisim-qisim böcəklərin daraşmağı təbiidir.Məhz həmin qanunun xasiyyətindəndir ki, cəhalət qaranlığında qalmış insanların içindən müftəxor əmmaməli parazitlər əskik olmayır.

Cəlil Məmmədquluzadə1 dəq
Əkin ustadları

Zəyəm kəndində hökumət tərəfindən qurulmuş olan əkinçilik idarəsinin bir qeyrətli müdiri var ki, familiyası Kuryatindir.Bu günlərdə “Bakı fəhləsi” qəzetəsi yazmışdı ki, Zəyəmdə həmin əkin müdiri cənabları gecə keyfli olur, gündüz keyfli olur. İdarənin həyətində on yeddi dənə böyük əkin maşınları qarın və yağışın altında paslanmaqdadır. O ki qaldı, rəiyyət, bunlar da bəzi vaxt doğrudur, mollaların sözündən çıxıb hərdənbir istəyirlər gəlib bu maşınlardan alıb, aparıb işlətsinlər. Amma gəlib görürlər ki, müdir Kuryatin cənabları rəfiqlərinin biri ilə çaxır içir və ayaq üstə durub, məst bir halda rəfiqinə bu məzmunda nitq söyləyir:

Cəlil Məmmədquluzadə2 dəq
Poçt xərci

Məcmuəmizin 12-ci nömrəsində yazmışdıq ki, poçtxana məcmüəmizin bir nüsxəsini Bakıdan kənara göndərməyə iki milyon yarım istəyir, “Yeni yol” qəzetinə iki milyon istəyir.İndi Qax şəhərindən bizə yazırlar ki, məcmuəmizə abunə olmaq Qax əhalisinə mümkün deyil; çünki abunə olanlar hər həftə poçtxanaya gərək on milyon poçt xərci verələr. Həmin Qax şəhərindən yenə birisi idarəmizə dörd dənə məqalə bir paket içində göndərib yazır ki, bu məqalələri bir qabda göndərmək ondan ötrüdür ki, poçt xərci çox bahadır.

Cəlil Məmmədquluzadə1 dəq
Vəhşilər

Quba meydanında bu günlərdə üz verən vəhşiliyi indiyə kimi biz tarixlərdə eşitməmişdik.Bütün camaat doluşub bir nəfər canına qurban olduğum seyidin başına: adamlar bir-birini elə basır ki, qabağa getməyə macal yoxdur. Seyid cənabları nəyə məşğuldur: onun üzünə tüpürür, bunun üzünə tüpürür. Bəs camaat nə eləyir? Camaat da üzünü ağanın qabağına tutub yalvarır: “Ay ağa, mənim də üzümə tüpür”.

Cəlil Məmmədquluzadə1 dəq
Fəhlə aləmindən

Neft fəhlələrinin məvaciblərinin çox hissəsini hər ay Neft idarəsi çıxır ki, onlara ərzaq və paltar versin.Bu, gözəl bir işdi.

Cəlil Məmmədquluzadə1 dəq
Pambıq

Hələ payız vaxtı mənim yolum düşdü bir böyük idarəyə, gördüm orada bir adam oturub, ətrafına da bir neçə adamları yığıb məşvərət edirlər. Məlum oldu ki, bunlar pambıq barəsində danışırlar, məşvərət edirlər ki, necə eləmək ki, üzümüzə gələn il kəndlilər pambıq əksinlər. Hələ mən özüm də bilirdim ki, bu adamların məşvərətindən bir şey çıxmayacaq; çünki mən o vədə gördüm ki, bu adamlar pambıq sənətindən xəbərdar deyillər. Çünki onların biri dəmirçi idi, biri dərzi şagirdi idi, biri yarımçıq dərsdən qaçanlardan idi, birisi də bunların tayı.Mən onlara o vədə lap açıqca dedim ki, siz camaata pambıq əkdirə bilməyəcəksiniz və buna mənim iki dəlilim var:

Cəlil Məmmədquluzadə1 dəq
Qısaca

Sözü qısaca söyləməyin özü də hünərdir.Həmin bu qısaca sözlərin biri də yoldaş Muxtar Hacızadənin sözüdür ki, “Kommunist” qəzetəsinin 64-cü nömrəsində çap olunan məqaləsində söyləyir:

Cəlil Məmmədquluzadə1 dəq
“Eşq mədrəsəsi”

Eşq mədrəsəsi, məhəbbət ibrətxanası, naz və qəmzə darülfünunu, qucaqlaşma evi.İnsafən bu əlli ilin müddətində teatrımız çox-çox tərəqqi tapdı. O qədər qabağa gəldi ki, indi Mirzə Fətəli birdən dirilə və gələ əyləşə tamaşa otağında. Pərdə qalxandan sonra səhnəmizə tamaşa edə. Yəqin ki, tanımayacaq ki, aya bura haradır, teatrdır ya lotuxanadır.

Cəlil Məmmədquluzadə3 dəq
Yadigar

Belə eşidirik ki, türk teatrını bir neçə yad adamlar icarəyə götürmək istəyirlər.Çox lağlağılıq da bir şeyə yaramaz: söz müxtəsər lazımdır.

Cəlil Məmmədquluzadə1 dəq
İsa Əleyhüssəlamın möcüzü

Hərçənd avam camaat içində bu cür danışıq həmişə ortalığa gəlir ki, indiki əsrdə dəxi möcüz vaqe ola bilməz. Belə məlum olur ki, bu əqidə puç bir əqidədir və qədim əsrlərdə peyğəmbərlər və imamlar tərəfindən baş verən möcüzələr indiki əsrdə də üz verə bilər və aşağıdakı əhvalatı hər bir insaf əhli oxuyub görəcək ki, yazdığımızda bir zərrə qədər şəkk yoxdur və ola bilməz.Novruz bayramına bir neçə gün qalmış Bakıda Merkuri küçəsində qalan şikəst əsgərlərin altmış nəfəri sürünə-sürünə özlərini salır idarələrin birinə ki, bəlkə bayram münasibətilə bədbəxtlərə orada bir cüzi bayramlıq verilsin. Müdir isə həmin əziz günləri mülahizə edib kərəm üstə gəlir və “pənah Allaha” deyib buyurur ki, həmin altmış nəfərə bir girvənkə torpaqlı kişmiş verilsin, yəni çaharşənbə yemişi verilsin.

Cəlil Məmmədquluzadə1 dəq
Mükafat

Hər bir zəhmətin axırı mükafatdır ki, zəhmət çəkənə verilər.Türk tənqid-təbliğ teatrosunun da zəhmətkeş müdirlərinə layiqincə mükafat verildi. Bu da ibarətdir ondan ki, bu ilin teatr mövsümü axıra çatan vaxtlarda teatrın maliyyə işlərini diqqəti-tam ilə bir neçə həftənin müddətində təftiş və təhqiqdən, uzun-uzadı sualcavabdan keçirtdilər ki, görsünlər hər bir şey yerbəyerdir. Rəsmi surətdə xəbər verildi ki, türk təbliğ-tənqid teatrosu işlərində heç bir nöqsan və xəyanət müşahidə olunmayıb.

Cəlil Məmmədquluzadə1 dəq
Kəmənd

E... e... e... Ay gözünə dönüm ovçu, sərvəqt ol, yaxşı fürsətdir, kəməndi əlində hazır saxla; çünki bir parə dinsiz cavanlar məşədi və kərbəlayı balalarını çaşdırıblar, yoldan çıxarmaq istəyirlər və bəlkə də çıxarıb qurtarıblar. Kəməndi hazır et, bəlkə dinsizlərin əlindən qurtarıb qaçan “xam”ları bir “fənd”lə kəməndə salıb öz mübarək dininə tabe edəsən...Hərif meydanda özünü tək görüb meydan suluyur. Bəli, şuraçılar müsəlman cavanlarının əqidələrini xarab etdilər, möminlərin övladını ata-baba imanından bir qədər kənar saldılar, behiştlik hacı balalarını rus və erməniyə oxşatdılar, pak etiqada rəxnə yetirdilər və xülaseyi-kəlam, behiştlikləri huri vətənindən soyutdular, müqəddəsləri ruzi-rizvan həvəsindən saldılar, cənnət eşqinin ləzzətini götürdülər, firdövsün kövsər suyunu dandılar və yavaş-yavaş, beləliklə, o yerə gəlib çatdılar ki, indi az qalıbdır müsəlman qardaşlar şəkk gətirsinlər ki, – nəuzübillah, bu nə sözdür, bu nə əfsanədir, – Allahdan icazə olmayınca və “Camei-Abbas” rəva görməyincə insan heç bir yerə qədəm qoya bilməz, o heç bir işi başlaya bilməz və hətta-dilim qurusun-filan yerə gedəndə də çox-çox şəriət və qanuna tabe olmalıdır və ilax...

Cəlil Məmmədquluzadə2 dəq
Ağac

Ağac çox gözəl bir şeydir. Ələlxüsus yayın istisində ağacın kölgəsi gözəl nemətlərin biridir. Məsələn: Gəncə, Tiflisdə Müştəhid bağı (canımsan a Bakı!).Amma Şuşa qalası, doğrudur, yay fəslində bimisl bir yerdir. Amma hayıf ki, indiyə kimi ağacı yox idi. Çünki şəhər dağın təpəsində düşüb və bu nainsaf su bilmirəm niyə aşağıdan yuxarı getmir. Onun üçün də Şuşa qalasında indiyə kimi küçələrin heç birində nə arx, nə kölgə verən ağac olmazdı.

Cəlil Məmmədquluzadə1 dəq
Mətbəələr

Qəzetlərdənİnşallah, bəlkə axırda hamı təngə gəlib yuxudan ayıla və görə ki, mətbəə baş idarəsi qəzetçilərin və kitabçıların başına nə iş gətirir.

Cəlil Məmmədquluzadə1 dəq
Müəllim

Rus dilində nəşr olunan Bakı qəzetləri “müəllimlər” məsələsini ortalığa qoyub danışmaqdadırlar ki, yəni indi yay daxil olur, sonra da payız gələcək, bəs, lazımdır indidən bu fikirdə olaq ki, payızda müəllimlərimiz hamı öz yerində olsun və qulluqdan Quba meydanına qaçmasınlar.Bu rus dili məktəbləri müəllimləri barəsindədir.

Cəlil Məmmədquluzadə1 dəq

Teqlər açar sözlərə görə avtomatik verilib və redaktorlar tərəfindən dəqiqləşdirilir.