Maarifçilik dövrü
Rəbbiyəl-əvvəl ayının on ikisində bütün Ərdəbil camaatı, oğuluşaqlı, qoca və cavan Bərna və Piriətəbatdan təşrif gətirən Mirzə Ələkbər ağanın pişvazına çıxıblar.Və haman rəbbiyəl-əvvəl ayının on ikisində Amerikada, Ərdəbil böyüklükdə Samson adlı bir şəhərdə on altı min tələbənin üç ədəd müxtəlif darülfünunlara getməyini bir əkkas kağıza götürübdür.
Çox nigaranamBir neçə şeydən yana çox nigaranam:Biri budur ki, məsəl üçün deyək, gedirsən, Baksoyuzun parça mağazasında növbəyə durursan və yarım saatdan sonra parça alıb gətirirsən və bir neçə gündən sonra görürsən ki, haman parçanın bəzisi çürük çıxdı.
Nisyə mal ötürməkSöhbət qulluqçulara nisyə mal buraxmaq üstündədir ki, bunu nə cür başa düşmək.Söz burasındadır ki, doğrudan da indi qış gəlir və ev üçün, uşaqlar üçün hər növ yalavaclıq lazımdır. Hazırda Allah atalarına rəhmət etmişlər qulluqçuların halına yanıb onların gələcək məvacibləri hesabında indidən bir xeylək paltarlıq mal buraxırlar və insanın da gözünə gəlmir. İndi adam qənimət bilir ki, malı alsın qoysun evinə və yavaş-yavaş işlətsin. Axırda da Allah kərimdir, məvacibindən ayda dörddən bir hissə çıxarlar, bir də görərsən ki, borcun da qurtarıb gedibdir və paltarın da əynindədir.
Latın hürufatı və ingilislərBu çox qəribə söhbətdir. “Latın hürufatı və ingilislər” deyəndə qabaqca bizim bəzi oxucuların xəyalına gələ bilər ki, burada yəqin ingilislərin də latın hürufatını qəbul eləməklərindən danışılır.Bu belə deyil, çünki ingilislər qədimdən latın hürufatını işlədir (necə ki, cəmi avropalı və amerikalılar).
İsti suya – soyuq suyaBu oyunu biz uşaqlıqda oynardıq: yaxşı yadımda deyil, iki dəstə olardıq, qaçardıq o tərəfə, qaçardıq bu tərəfə, hər tərəfdə də dəstəbaşımız olardı. Bu insafsız dəstəbaşılarımız bizi sağa qaytarardı, sola qaytarardı və hər dəfə sağa qaytaranda deyərdi: “isti suya”, sola qaytaranda deyərdi: “soyuq suya”. Biz bişüurlar da gah sağ tərəfə qayıdardıq, gah da sol tərəfə qayıdardıq.Bu məhz dibaçeyi-kəlamdır. Kəlamın özü aşağıda rəvayət olunacaq.
Arvad öldürənlər, yaxud “qeyrət”İstilah komisyonunun nəzəri-diqqətinə!“Qeyrət” dedikdə bir istilahdır ki, ancaq bizlərə məxsusdur: belə ki, bu söz nə rus dilində var, nə erməni, gürcü və nə də Avropa dillərində var.
Özümdən böyük sözlərSöhbət sığorta işləri barəsindədir.Bunu da ərz edim ki, bu sözləri mən danışmayacaq idim və danışmazdım da. Səbəb budur ki, sığorta sözləri mənim özümdən böyük sözlərdir; necə ki, adam adama deyər: “Özündən böyük söz danışırsan”. Amma bunu mən indi ondan ötrü danışıram ki, bu axır vaxtlarda sığorta söhbətlərini məndən də savayı danışanlar vardır.
Hünərli qadınlar“Hünər hünər üçündür,hünər Allah üçündür!.. ”.
Namaz üstəBirinci səhifədəki şəklin mənası :Rza şah namaz üstədir. Onun dalında durub bir nəfər məcrubi- Ərsa məmləkətlərinin səfiri.
İran “tacir”ləriMəlumdur ki, bir az vaxt bundan qabaq Bakıda bir neçə nəfər İran “taciri” yerli hökumət tərəfindən həbsə alınıbdır. Səbəbi də bu imiş ki, həmin “tacir”lər məxfi surətdə qızıl pul alış-verişinə məşğul imişlər, bir surətdə ki, qızıl pul ticarəti hökumət tərəfindən qədəğəndir; o səbəbə qədəğəndir ki, bir belə alış-verişin əhali üçün zərərindən başqa bir mənfəəti ola bilməz, hökumətin maliyyə siyasətinə də böyük zərbədir; çünki qızıl pulu qeyri-təbii surətdə qalxızır və çervon pulu da yenə qeyri-təbii surətdə aşağa yendirir.Və lakin Molla Nəsrəddinin dünyasına həmin işlərin dəxli yoxdur; ancaq bizi danışdıran bir məsələdir ki, o məsələni qoyub keçə bilmədik.
Göyçayda maarif əfəndiləriİki vəqəə bir-birinə təsadüf etdi. Biri Moskvada Şərq qadınları arasında çalışmağa qüvvət vermək qərarı, ikinci Göyçayda, İsmayıllı dairəsində, Məcan kəndində qadınlar güşəsinin candan düşməyi, buna da səbəb güşə müdirəsinin maarif əfəndilərinə ərzi-ixlas etməyi bacarmamağıdır ki, nəticədə müdirə öz vəzifəsini buraxıb, cıxıb getdi. Qız məktəbi qapandı. Qadınlar güşəsinin də indi adı var, özü yoxdur.Bu özü təbii bir haldır. Göyçay maarifi iyirmi səkkiz müəllimin əlindədir. Bunların iyirmi nəfəri həmən sabiq əfəndilərdəndir ki, indi çoxları familiyalarını dəyişibdir. Bu əfəndilər hamısı zəncir halqaları kimi bir-birinə bağlıdır.
Kəndə!..Bilməm nə görübdür bizim oğlan oxumaqdan.Sabir*
Xaç bayramıHər kəs həmin bu sözlərdən bir mətləb anlamaq istəyirsə gərək 7-ci səhifədəki Hindarx məktəb müdirinin idarəyə cavabını oxusun.Əhvalat bu qərar ilədir:
BayquşlarOxuculara mövcibincə məlumdur ki, bu yavıq vaxtlarda hökumət qərardadı möcibincə İlxıc kənd mollası İranlı molla... ni Şuralar torpağından çıxarıb İrana göndərdilər.Mən də burada bu keyfiyyətin təfsilini möhtərəm oxucularımıza bəyan etmək istəyirəm.
İnsan və heyvanOrucluğun yavuqlaşmağı münasibətilə*Bir var insan, bir də var heyvan.
Beynəlxalq qadınlar günüOn yeddinci ildə, mart ayının səkkizində Piter, (Peterburq) şəhərində işçi qadınların küçəyə çıxıb çörək tələb etmələrindən və ərlərinin cəbhədən qayıtmalarını tələb etmələrindən on il keçir. On il bundan əvvəl qaniçici Nikolay milyonca əməkçilərin başına kefi istədiyi oyunu gətirirdi. O vədə Nikolayın rejimi sayəsində guruldayan qazi və şeyxülislamların qorxusundan Şərq qadınları pərdə altında yox kimi idilər və o vaxtlar qadın azadlığı sözünü danışmaq mümkün deyil idi və danışanda firqəyə bir fənd ilə soxulan Mir Bağırağalar, bazar və dükanı bağladıb bir məsuliyyət altına çəkirdilər. Çünki o vaxtlar fazillərimiz və şəriətmədarlarımız deyirdilər ki, qadın hara, azadlıq hara və məişət meydanında çalışmaq hara. Və dedikləri sözlərə də tarixdən dəlil-sübut gətirirdilər ki, dünya yaranandan cəmi peyğəmbərlər qadınlara məhz “məşğuliyyət” tərəfindən yanaşıblar; məsələn, lap bütpərəstlərin peyğəmbəri Buddadan başlamış, sonra İncili və Quranı şahid çəkirdilər. Guya Budda özü bir küçə ilə keçirkən bir evdə gözəl qadın olduğunu duyanda, evə daxil olmamış keçməzdi və guya İsanın həvariyunundan Petro deyirmiş ki, ancaq gözəl qadınlar axirətdə nicat tapacaqlar, nəinki çirkinlər. Məhəmməd peyğəmbər də ki məlumdur, bir gözəl qadına ki rast gəldi, “fətəbarəkəllahü əhsənül-xaliqin” deməyi kifayət idi ki, o övrəti özünə halal buyursun. Girəm övrət özgəninki də olmuş ola.Amma indi nələr görürük! İndi hər işçi qadın ölkəni idarə eləmək işini öyrənir, nə bilim seçkilərə qarışır, mədəniyyət və maarif dairələrində sayları gün-gündən artmaqdadır.
Oruc yeyənlərin və oruc tutanların hesabıRamazanın 3-cü günü şəhər məktəblərinin birində (adını yazmırıq) oruc tutanların və yeyənlərin adları siyahiyə götürülürdü. Bundan ötrü əlahiddə komisyon təşkil olunmuşdu. Həmin komisyon ibarət idi iki müəllimədən və bir nəfər müəllimdən. Ramazanın 3-də komisyon saat onda varid olur həmin məktəbə və birinci sinfin qız və oğlan şagirdlərini imtahana çəkməyə şüru edir. Qabaqda mizin üstə bir bardaq su və bir stəkan qoyurlar və qızları, oğlanları bir-bir çağırırlar qabağa və sudan stəkana töküb təklif edirlər ki, bir qurtum içsin.Birinci. Bir qız ortalığa gəlir – on yaşında. Bunun adını və atasının adını komisyon siyahiyə götürür (amma biz burada şagirdlərin adını yazmırıq). Bu qız sudan bir qurtum içir, gedir oturur yerində. Qızın atası da böyük məktəblərin birində müəllimdir. Demək, qız oruc tutmayıbdır.
Eşit, inanma!Axır vaxtlarda qəzet və jurnal sütunlarında bir məsələ ətrafında çox yazılar yazılmaqdadır: həmin məsələ də bundan ibarətdir ki, nə yol ilə və nə vasitə ilə kəndlilərin qəzet oxumağını artıraq və onlar üçün nə cür, nə tipdə qəzet icad edək ki, kəndlilərə hal-hazırda çıxan qəzetlərdən artıq əlverişli olsun.Bu məsələ barəsində məndən heç bir söz soruşan yoxdur, amma mən öz üzümə salıb, özümü ortalığa atıb, öz sözümü deyəcəyəm: oxuyan və qulaq verən olar-olar, olmaz-olmaz...
Yad edirəmKeçmiş fevral ayı, bundan qabaqkı fevral aylarını yada salır. Həmin keçmiş fevral aylarının biri mənim üçün xeyli əziz gündür. Həmin gün, Nikolay padşahın taxtdan düşən günüdür.Amma mən Nikolay deyəndə onunla da işim yoxdur, çünki o padşah idi və mən də bir mollayam. Amma Nikolay o səbəbdən mənə yavıqdır ki, o padşah Allah bəndəsi idi və ruhaniləri dost tutardı. Ta o dərəcəyə kimi ki, Rasputin kimi bir fazili həmişə öz yanında saxlardı və özü də bir yana səfərə gedəndə xatunimükərrəməsinə tapşırardı ona hörmət eləsin və qoymasın ki, fazilin ürəyi sıxılsın.
DəyirmanVallah, billah, bu ingilislərin qanı artıqlıq eləyir. Kişilərin gözü gör necə qızıb ki, bir-iki nəfər ingilis təbəələrini Çində mühafizət etmək bəhanəsilə milyon nüfuslu şəhərləri topa tutur, neçə minlərlə günahsız fəqir-füqəranı tələf edirlər.“Mədəni” amerikalılar da ingilislərlə bu işdə əlbirdilər. Amma, mollalar demişkən, bu işin axırı yoxdur; çünki yenə mollalar demişkən, dünya belə qalmaz.
UzandırmaŞəhərdə “süründürmə” deyilir.Kənddə “uzandırma” deyilir.
Həmi yaxşı, həmi pis, yaxud meymunBu il Bakıda vəhşi heyvanların görsənişi əhali üçün və xüsusən məktəb şagirdləri üçün yaxşı bir iş oldu. Orada elə heyvanları görmək müyəssər oldu ki, qeyri vaxtda onları görmək mümkün deyil: necə ki, şir, pələng, ilan, kenquru, dəvəquşu, kaftar və qeyriləri.Kaftar dedim-adam soymaq yadıma düşdü. Xülasə, bilmirəm bu söz hardan fikrimə gəldi.
AbruAbru farsca üzüm suyuna deyirlər. Bunun mənasını mən indiyədək bilmirdim. Ancaq dünən Göygünbəz məscidinin qabağından keçirdim. Gördüm bir neçə övrət xeylağı məsciddən çıxıb, gedirlər və çarşaflarının ucu ilə üzlərinin suyunu silirlər.Mən qabaqca elə bildim ki, məsciddə dəstəmaz alıb, çıxırlar. Amma məlum oldu ki, bunların üzlərinin suyu dəstəmaz suyu deyil, tərdir. Dedim:
QızararDəmirçixanada dəmiri zindan üstə qoyub, ağır çəkic ilə döyəndə dəmir başlayır qızmağa; döydükcə dəxi bərk qızır.Axır nə ola bilər? Axır o ola bilər ki, dəmir isinər, isinər, axırda yavaş-yavaş başlar qızarmağa; elə qızarar ki, sən ona əlini vurmamış, uzaqdan əlini yandırar.
Teqlər açar sözlərə görə avtomatik verilib və redaktorlar tərəfindən dəqiqləşdirilir.