Sovet dövrü
Qulağımda dənizinin laylası,Ciyərimdə bağlarının havası.
Dalğalarda iki qanadSuyu azalmış,böyük bir çaydan keçirdilər;
Mənim anamSavadsızdır,Adını da yaza bilmir
İki korBir kor tanıyıram, gözü korsa da,özü kor deyil.
Səhəndə məktubSəhənd, sözlərindən odlar töküldü,Oxuduq şeirini göz yaşlarıyla.
Buludlar nə yaman gözəl olurmuşKomamız meşənin qalın yerində,Dağda salamlardı hər günü babam.
Özüm-özümü dandım...O gün... o müdhiş gün...sevərək səni,
Təəssüfİdman yarışı*Çörək yeyə-yeyə, nərd vura-vura,
BaşAmerika alimi R. Uayt meymunun beynini bədəndən ayrı uzun müddət yaşada bilir. Bu məsələ ilə əlaqədar beynin köçürülməsi problemi üzrə dünya filosofları arasında böyük mübahisələr gedir.*Qəribə aləmdir... zəmanəmizdə
SiqnallarDostum R. Nurəddin üçün*Uzaq ulduzların sakinlərinə
Hörümçək tor bağladıTariximiz danıldı,Uydurma tarix ilə kimliyimiz anıldı -
Ata ocağıÇırpısı tətikdə, odunu dəmdə,Səhərin gözündən od alıb ocaq,
Mən getsəm...Mən getsəm, dərələr, dağlar qalacaq,Meşələr, çəmənlər, bağlar qalacaq.
El üçün ağlayan...Qonşuda ağlayan bir uşaqYuxuma daş atdı
Əhval-ruhiyyəRədd olun başımdan:divar söhbətlər,
Qa... qa...Qa!.. Qa!..Bura bir quş qondu:
Babam kimi və bu günlü adam kimiMənim də babam kimi iki gözüm var.Onun gözləri qaraydı,
Din haqqındaİki dəfə qorxudublar mənidin sözü ilə:
Elə deyil, babalar“Bu dünya beş gündür,beşi də qara!”
Bilirəm, bilmirəmŞeir yaza bilmirəmneçə gündür,
Uğursuz duyumÜrəyimə dammışdı –səndən məktub gələcək.
Dindirin məniMən bu günün,gələcək əsrlərin oğluyam.
Mikayıl MüşfiqYaxın qələm dostu haqqında vəfatından sonra söz demək dost üçün çox ağır olur. Özü də əsərlərilə yaşayan, həmişə sənin gözlərinin qarşısında durub sənə baxan, gülümsəyən bir şair haqqında.Mikayıl Müşfiqin yaxın dostlarından biri də mən idim. Sağlığında bu dostluğun 12 il, indi isə 40 ildən artıq bir tarixi vardır. Tanış olduğumuz zaman Müşfiqin 18 yaşı olardı. Bizim gənclik illərimiz çox qaynar bir dövrdə keçdi. Qızıl qələmlər ittifaqı sıralarına Müşfiq Sabir kitabxanası yanındakı ədəbi dərnəkdən gəldi. Bu gəlişə hamımız sevindik. Demək olar ki, o vaxt kitabxanaların və məktəblərin hamısında ədəbiyyat dərnəkləri fəaliyyət göstərirdi. Bu dərnəklərdə istedadlı gənclər az deyildi. Biz şəhərimizdəki kitabxanaları, məktəbləri gəzib böyük maraqla divar qəzetlərindəki ədəbi parçaları nəzərdən keçirərdik. Həmin yazılar haqqında “Gənc işçi”də məqalələr yazardıq. Bu ədəbi parçaların müzakirəsini keçirərdik. İstedadlıları qızıl qələmlər ittifaqına cəlb edərdik.
Mikayıl RəfiliYorğunluq nədir bilməyən bu adam bizim ədəbiyyatımız üçün az iş görməmişdir. Mikayılın ədəbi fəaliyyəti təqdirəlayiq bir fədakarlıqdır. Bəli, Mikayıl Rəfili böyük alim idi. O, alim kimi yüzlərlə gəncin gələcəkdə elmi rütbə qazanması üçün çox xeyirxah zəhmət çəkmişdir. Mikayıl yüksək mədəniyyətə, biliyə malik bir şəxsiyyətdi. O, çox qaynar bir həyat sürdü. Mikayıl həmişə hərəkətdəydi, mənə elə gəlir ki, dünya ədəbiyyatı xəzinəsinin elə bir nadir incisi tapılmazdı ki, Mikayıl onu bilməmiş olaydı. Özünün çox zəngin bir kitabxanası vardı ki, vaxtilə çoxumuz oradakı kitablardan az istifadə etməmişik. O, dostluqda möhkəm və səmimi idi. Şairliyinə gəldikdə, onun bir sıra dəyərli, səmimi, obrazlı dillə yazılmış şeirləri vardır ki, onlar indi də öz mahiyyətini, təravətini itirməmişdir.Dünya klassiklərindən etdiyi müvəffəqiyyətli tərcümələr, teatr tamaşalarına yazdığı məqalələr də olduqca diqqətə şayandır. Çoxumuz onunla uzun illər dostluq etmiş və bir süfrədə duz-çörək kəsmişik.
Teqlər açar sözlərə görə avtomatik verilib və redaktorlar tərəfindən dəqiqləşdirilir.