Sovet dövrü
Bitdi o görüşlər, getdi o çağlar,Yarımın həsrəti ruhumu dağlar,
Dilimi doğma bilən bir ulusa can verərəmDilimi doğma bilən bir ulusa can verərəm,Dilimin türküsünə canımı qurban verərəm.
BarışıqSevinc atlı, biz piyada –Yüzillərlə yüyürmüşük arxasınca.
TalismanAğarəhim Borçalıda cəmi-cümlətani bircə gecə qaldı. Bu da işdir sən allah, dünən gəl, bu gün qayıt. Gərək, heç olmasa, üç-dörd gün gəzəydi burda, üç-dörd gün Bakının basabasından səs-küyündən uzaq olaydı. Borcalının “qaymaq” havasından udaydı, “bal” suyundan içəydi. Ağarəhim könülsüz-könülsüz “Jiquli”yə oturanda qayınanası yalvardı ki, “qal, getmə”. Ağarəhimin əvəzinə arvadı Pərvanə cavab verdi: “Getməlidi, – dedi, gərək ponidelnik işdə olsun”. Ağarəhim ürəyində: “Tüpürüm ponidelnikə”, – deyib maşını tərpətdi, amma başa düşdü ki, “ponidelnikə” tüpürə bilməz, çünki “ponidelnik” institutda olmalıdı, axşam şöbəsinin tələbələrindən imtahan götürməlidi...Sağ-solunda yastı, bomboz təpələr görəndə Ağarəhim anladı ki, maşında tək-tənha uzaq yol getmək müsibətdir. Gələndə arvad-uşağı yanında idi və onda elə bil buralar belə bozumtul, belə qərib deyildi, yol belə əyri-üyrü, dolanbac deyildi, asfalt adamın gözünün toyşunu aparmırdı. Gələndə təkərlərin səsi eşidilmirdi, amma indi şırıltıya qulaq as; elə bil şəlalə şırıltısıdı, adama layla çalır, mürgü gətirir. Ağarəhim fikirləşəndə ki, hələ qabaqda dörd yüz kilometrdən çox yol var, başladı darıxmağa, təntiməyə və o dəqiqə də başa düşdü ki, bu qədər yolu darıxa-darıxa getmək olmaz – adamın bağrı partlayar, vallah. Özünə ürək-dirək verdi, toxtaq olmağa çalışdı. Cəhənnəm olsun yolun ağlığı da, uzaqlığı da. Təptəzə “Jiquli”nin əlində dörd yüz kilometr yol nədir ki? Qaldı təklik məsələsi – onun da çarəsi var. Radioqəbuledicini aç, səsi gəlsin, ya da maqnitofonu işə sal, kefin nə qədər istəyir, oxusun səninçün. Bəs maqnitofonu nədən ötrü almısan, atam-qardaşım, Yapon maqnitofonu üçün alverçiyə min manatı niyə vermisən?
QatardaDostum Həsənağa Turabova ithaf*Gecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq, dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi.
Sən oluram mənYaxşı ki, ayrıyıq,Yaxşı ki, bizdən
Dərinsən, zirvəsənHikmət kitabıdır sənin surətin.Onu sona qədər oxumaq çətin!
Tapmaq - itirməkBir eniş varsonunda
Kimliyim, nəçiliyim...Qəfil düşdüm bəd taleyin kəməndinə mən,Axır dönüb bu halımla barışan oldum.
TəklənməDost arası yol çəkilməz,Dost arası yol sökülməz,
Dürnaları dönməz olduBoz qayalar çapıqlandı, qaraldı,Durnaları dönməz oldu dağların.
Dünya böyük, ömür yolu bir addımDünya böyük, ömür yolu bir addım,Bir balaca eşq adası yaratdım.
Ölüm qorxur qələmdənQələm mənim yol yoldaşım,Qələm mənim oxum, nizəm.
Sözsüz olandaQələmim yol çəkə, dağ yara bilmir,Yoxdu sözlüyümdə sözdən ayrı dən.
Bağışla, dəniz!Şəninə nə qədər şer yazmışam,Sahil qumlarına şüar yazmışam.
Bu gecə yuxumda Arazı gördümBu gecə yuxumda Arazı gördüm,Arazı belə tox görməmişdim heç.
Kür üstündə tək ağacƏ.Kürçaylının xatirəsinə*Kür üstündə tək ağacdı,
Müşfiqi öldürdülərMüşfiqi öldürdülərQarlı bir qış səhəri
Olarmı?Gəl səninlə eli gəzək,Ağsaqqallar desin görək,
Nazı artır güllərinDağ başına duman gəlsə danışma,Dağ başından bir gün duman düşər bil.
Öyrən istiyə, soyuğaOğlum Etibara*Yollar hamar deyil oğul,
Arzularım...Nə olaydı tale bir də güləydi,Durulaydı göy də, yer də, güləydi.
Bir şairin ömrüBir şairin ömrü, alışan canlara candır,Bir şairin ömrü, bir ömürlük həyəcandır!
AyrıldıqAyrılıq oduyla solanlar oldu,Əlləri qoynunda qalanlar oldu,
Teqlər açar sözlərə görə avtomatik verilib və redaktorlar tərəfindən dəqiqləşdirilir.