İkinci hissə
Məzmun
- Azərbaycan dağları. Bilalabad kəndi.
- Barmida arvadın daxması.
- Daxmanın artırması. Kəllədə təndirxana.
- Təndirxana.
- Bəzzeyn dağları. Sıldırımlı bir zirvədə Bəzz qalası.
- Bəzz qalasının divarları üstündə.
- Cavidan qəsri. Zərnisənin otağı. Gecə.
- Bəzz qalası. Böyük darvaza. Dik yoxuşlu küçə. Cavidan qəsri.
- Darısqal dərə. Hər iki tərəfində sıldırım qayalar.
- Bəzz qalası. Cavidanın qəsri.
- Araz qırağı. Taxıl zəmiləri.
- Bəzz qalası. Cavidan qəsri qarşısında meydan.
- Meydan. And mərasimi.
- Meydan. El ziyafəti.
- Dəclə çayı sahilində Bağdad şəhəri. Abbasi xəlifələrinin “Əbədiyyət” sarayı.
- İkinci salon.
- Məmunun hərəm dairəsi.
- Dəclə çayı sahili. “Sülh” qəsri
- Bəzz qalası. Cavidan qəsri. Babəkin qərargahı.
- Cavidan qəsrinin zirzəmisi.
- Babəkin qərargahı.
- Qala darvazası.
- Babəkin qərargahı.
- Zərnisənin otağı.
- Dağ ətəyi. Xilafət ordusunun düşərgəsi.
- Dağ yolu. Seyrək duman.
- Vizantiya. Qüstəntiniyyə şəhəri. İmperator sarayı.
- Bəzz qalasının gecə mənzərəsi.
- Bəzz qalası. Cavidan qəsrinin qarşısındakı meydan.
- Samirə şəhəri. Afşinin sarayı. Gecə.
- Samirə şəhəri. Abbasilərin 8-ci xəlifəsi Mötəsimin sarayı. Gecə.
- Gecə. Samirənin uzun küçələri.
- Gecə. Afşinin sarayı.
- Araz qırağı. Qalın və uca qamışlıq.
- Babəkin koması.
- Barsisin koması.
- Babəkin koması.
- Araz qırağı. Kiçik təpəciklər.
- Dağ ətəyi. Otlayan at ilxısı.
- Dağ yolu. Axşam dumanı.
- Dağlar qoynunda Afşinin ordugahı.
- Ordugahın uca hasarları.
- Afşinin çadırı.
- Qaranlıq yer altı lağım.
- Bəzz qalası. Cavidan qəsrinin yeraltı qatı. Gecə.
- Bəzz qalası.
- Vizantiya paytaxtı Qüstəntiniyyə şəhəri.
- Afşinin çadırı. Gecə.
- Cavidan qəsrinin yuxarı qatı. Cunayın otağı. Gecə.
- Cavidan qəsrinin qüllələri.
- Uca dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Böyük darvaza üstündə meydança.
- Dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Darvaza tağı üstündə meydança.
- Qaya altı. Lağım ağzı.
- Dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Dərə boyu uzanan dilikli qala divarları.
- Dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Böyük darvaza qarşısında.
- Qaya altı. Döyüş meydanı.
- Dağ yolu. Tozanaq.
- Qaya altı. Döyüş meydanı.
- Bəzz qalası. Böyük darvaza qarşısında.
- Bəzz qalası, dik yoxuşlu küçə.
- Gecə. Meşə yolu.
- Bərzənd qalası. Afşinin çadırı qarşısında.
- Samirə şəhəri. Uzun küçə – baş xiyaban.
- Xəlifə Mötəsimin sarayı.
- Xəlifə Mötəsimin sarayı. Böyük salon.
- Yeraltı zindan. Gecə.
Səhifə 16 / 32 · 47%
Samirə şəhəri. Afşinin sarayı. Gecə.
Tarixdə Afşin ləqəbilə məşhur olan xilafət ordusunun səraslanı Heydər ibn Kavus pərdəni sıyırıb, qırmızı şamlarla işıqlandırılmış tağlı bir otağa daxil oldu.
Otağın divarlarında kölgələr oynadı, Afşin keçdi yuxarı başda döşəkcə üstündə bardaş qurub oturdu.
Otağın ortasına nət adlanan dəri bir xalça sərilmişdi və bu xalçanın üstündə bir gənc diz çöküb başını aşağı salmışdı, bədəni qurşağa qədər çılpaq idi, əlləri arxasında zəncirlənmişdi, gözləri isə qara bir yaylıqla bağlanmışdı. Əlində yalın qılınc olan bir adam isə divar dibində ayaq üstündə dayanmışdı. Afşin qarşısındakı gəncə xitab edərək dedi:
– Ya Abbas, əgər bilmək istəyirsənsə hardasan, borcumdur sənə ərz edəm ki, bu saat Samirə şəhərində, xilafətin yeni paytaxtında, mənim, yəni ki, Afşinin sarayındasan və yeni xəlifə Mötəsimin əmrilə mən səni mühakiməyə başlayıram.
Abbas başını qaldırmadan dedi:
– Ey Afşin, mənim ki, ulduzum sönük, bəxtim dönük imiş, başlamağa nə ehtiyac ki, qurtarmaq lazımdır.
Afşin. Tələsməyə ixtiyarım yoxdur, ey Abbas, çünki sən xəlifə Məmunun oğlusan... amma indi ki, yeni xəlifəyə sui-qəsdin baş tutmamışdır, bundan sonrakı ömründən neçə gün qalıb, mənim hökmümdən və qərarımdan asılıdır.
Abbas. Ey Afşin, indi ki, bundan sonrakı həyatın səndən asılıdır, qoy rəbbim mənə göz qırpımı qədər ömr verməsin, çünki hələ dünənə qədər sən mənim qapımın qulu idin.
Afşin bağırdı:
– Və bu gün də olardım... əgər sən fürsəti fota verməsəydin, əgər yeni xəlifənin, əmin Mötəsimi, o mənhus adamı məhv etsəydin və bu gün xilafət taxtında özün otursaydın.
Və birdən Afşin hıçqırdı, gözləri bağlı Abbas başını qaldırdı və heyrətlə soruşdu:
– Sən ağlayırsan, ya Afşin, yoxsa qulaqlarım məni aldadır?
Afşin. Ey mənim vəlinemətimin oğlu! Afşin necə ağlamasın ki, atan xəlifə Məmun öləndən sonra yeni xəlifə sən olmalı idin və Afşin bu gün əlləri sinəsi üstə sənin qulluğunda durmalı idi... Amma indi mən sənin gözlərini bağlatdırmışam, qollarına zəncir vurmuşam, başın üstündə cəllad qoymuşam və xəlifə Mötəsimin əmrilə səni mühakimə edirəm, o şəxsin əmrilə ki, siz ərəblər də ona nifrət edirsiniz, biz əcəmlər də... o şəxsin əmrilə ki, Bağdad əhalisinin lənətindən qulaqları batdı və indi gəlib bu yöndəmsiz şəhəri özünə paytaxt eləmişdir. Və yenə o şəxsin əmrilə ki, anası türk qızı bir cariyə idi və indi şeytan toxumu türk əmirləri, Mavərayinəhrin ac qurdları və hələ dünənə qədər qul bazarında satılan bədheybətlər bu gün xəlifə sarayında hökm edirlər.
Bu vaxt elə bil tərpəndi, Afşinin sarayı titrədi və saray arxasından dördnala çapıb gedən atlıların daşlı yolu döyəcləyən nallarından qopan müdhiş bir gurultu içəri doldu və bu gurultu uzaqlaşarkən Afşin dedi:
– Eşitdinmi, ya Abbas? Gecə bilmirlər – çapırlar, gündüz bilmirlər – çapırlar və bilmək olmur ki, bu şəhər İslam dünyasının paytaxtıdır, yoxsa türk kələmənləri üçün at meydanıdır...
Abbas. Mən də buna qarşı üsyan elədim, ey Afşin, çünki gördüm ki, hakimiyyətin məhvəri türk qoşun başçılarından Aşnasın əlindədir, İtaxın əlindədir və böyük öküz – Buğa əl Kəbirin əlindədir.
Afşin yenə bağırdı:
– Baş tutmaz! Afşin hələ ölməmişdir. Xilafət ordusunu zəfərdən-zəfərə mən aparmışam, Misir məmləkətində qibtilərin üsyanını mən boğmuşam, Rum imperatorunu İslam sərhədlərindən mən qovmuşam... Və qəm çəkmə ki, ey Abbas, sənin qiyamın baş tutmadısa, Afşinin qiyamı baş tutacaq və bu gün səni ölümə məhkum edən Afşin sabah sənin qisasını alacaq?
Abbas. Məni ölümə məhkum edib, sonra qisasımı alacaqsan?
Afşin. Ey Abbas, siyasət meydanına atılan hər bir kəs gah ilan olmalıdır, gah aslan.
Abbas. Ey ilan oğlu, aslan atası, məqsədin nədir ki, bu qorxunc sirlərini mənə açırsan?
Afşin köksünü ötürdü:
– Ey Abbas, vətənimdən, Üsrüşanadan ayrı düşdüyüm gündən mən bu islam dünyasında bir qəribəm və sinəmdə ürəyim qəribdir və ürəyimdə sirri qəribdir... Və mən edam etdiyim adamlara sirrimi açanda ürəyimi bir az yüngülləşdirirəm...
Abbas. Vay olsun sənə, ey Afşin! Xəlifə və sən! İki yamanlıq üz-üzə gəlib! Amma iki yamanlıq bir-birini məhv etsə də, bədbəxt yaxşılıq heç bir şey qazanmır... Və indi ki, hökmünü bəyan elədin, əmr elə, cəllad boynumu vursun.
Afşin. Cəllad rəsmiyyət xatirinə burda dayanmışdır və mən ki, Üsrüşana şahzadəsiyəm, heç vaxt əlimi şahzadə qanına bulaşdırmamışam.
Abbas. Sən də əsgərsən, ey Afşin, mən də indi və sənə yaraşmaz ki, məni cəlladına boğdurub öldürdürəsən.
Afşin. Sən boğulmayacaqsan, ey Abbas, amma bu gündən susuz qalacaqsan və tədricən zindanda can verəcəksən!
Abbas dəhşətə gələrək bağırdı:
– Və yüz dəfə sənə lənət olsun, ey kafir ki, məni belə dəhşətli bir ölümə məhkum edirsən.
Girəcəkdəki pərdə sıyrıldı və Afşinin qardaşı Fəzl içəri girdi və dedi:
– Ya əmir və ey qardaşım, əmirəlmöminin sarayından xadim gəlmişdir, xəlifə Mötəsim gecə süfrəsi açdırıb, səni gözləyir...
Afşin sıçrayıb ayağa qalxdı, gəldi qapı ağzında başını qardaşının çiyninə qoydu, sonra boğuq bir səslə inildədi:
– Ey Fəzl, gecənin bu aləmində, cəhənnəm maliki özü gəlib məni cəhənnəmə qonaq aparsaydı, onun arxasınca daha arxayın gedərdim... Və indi nə qədər ki, o mənhus adamın yanından qayıtmamışam, diz çök, dua et mənim üçün...
Kitabxana.az · https://kitabxana.az/works/enver-memmedxanli-babek-ikinci-hisse
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu xəlifə Məmunun Cahan şəhəri*Bağdad ilə əlbəyaxa olduğudur.*
Bakı gecələriYadımdan çıxmayıb ki, o ulduzlu avqust gecəsi ki, yuxarıda göy qübbəsi “min bir çiçəkli, min bir yarpaqlı” idi, aşağıda isə bir dağ kəndi çoxdan işıqlarını söndürmüşdü, ertədən yuxuya getmişdi, amma kəndin yuxarı başında, meşə ətəyində, bizim evdə hələ də yeddilik çıraq yanırdı.Anam heybəmi ayın-oyunla doldururdu, atam doqqaz qabağında, qoşulu öküz arabasının yanında məni gözləyirdi.
AyrıldılarYarı yoldan geri qayıtdılar. Qalın meşələrlə örtülü Qaraquş dağlarının başına qalxdıqları dik cığırla indi üzüaşağı enirdilər. Hər ikisi susmuşdu. Yalnız ayaqları altında sınan quru çör-çöplərin çatırtısı, cığır qırağından qopub aşağı diyirlənən xırdaca daşların cığıltısı eşidilirdi.Adilə diqqətlə ayaqları altına baxırdı, ehtiyatla addımlayırdı, ipək donunu kol-kosdan qoruyurdu. İlyas isə qızın qolundan tutmuşdu ki, çınqıllı və çox əynəmli enişdə sürüşməsin və o vaxt ki, özü sürüşürdü, sol əlini atıb cığır qırağındakı ağacların yerə əyilmiş budaqlarından yapışırdı və sağ əli ilə sürüşüb gedən qızı geri dartırdı, ayaq üstündə saxlayırdı.
Buz heykəlQırx birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız ətrafda nə varsa donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır, ağac çıqqıldayır, torpaq çatırdayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır.Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərilə tənha bir kölgə hərəkət edir.
Başqa şairlərin şeirləri
Nazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,
Saqiya, bir şur ilən gəl, şurləndir məclisiSaqiya, bir şur ilən gəl, şurləndir məclisi,Bu xumarı rəf edib məxmurləndir məclisi.
Cəfərqulu xan Aşıq Pəriyə yazıbAşıq Pəri, kağız sənə yetişcək,Durmuyubsan gərək bura gələsən.
Gözəl yurdQafqas… O gözəl yurd, o müəbbəd* vətənimdir,Mən hürr olaraq doğdum o zümrüd yaxasında.