İkinci hissə
Məzmun
- Azərbaycan dağları. Bilalabad kəndi.
- Barmida arvadın daxması.
- Daxmanın artırması. Kəllədə təndirxana.
- Təndirxana.
- Bəzzeyn dağları. Sıldırımlı bir zirvədə Bəzz qalası.
- Bəzz qalasının divarları üstündə.
- Cavidan qəsri. Zərnisənin otağı. Gecə.
- Bəzz qalası. Böyük darvaza. Dik yoxuşlu küçə. Cavidan qəsri.
- Darısqal dərə. Hər iki tərəfində sıldırım qayalar.
- Bəzz qalası. Cavidanın qəsri.
- Araz qırağı. Taxıl zəmiləri.
- Bəzz qalası. Cavidan qəsri qarşısında meydan.
- Meydan. And mərasimi.
- Meydan. El ziyafəti.
- Dəclə çayı sahilində Bağdad şəhəri. Abbasi xəlifələrinin “Əbədiyyət” sarayı.
- İkinci salon.
- Məmunun hərəm dairəsi.
- Dəclə çayı sahili. “Sülh” qəsri
- Bəzz qalası. Cavidan qəsri. Babəkin qərargahı.
- Cavidan qəsrinin zirzəmisi.
- Babəkin qərargahı.
- Qala darvazası.
- Babəkin qərargahı.
- Zərnisənin otağı.
- Dağ ətəyi. Xilafət ordusunun düşərgəsi.
- Dağ yolu. Seyrək duman.
- Vizantiya. Qüstəntiniyyə şəhəri. İmperator sarayı.
- Bəzz qalasının gecə mənzərəsi.
- Bəzz qalası. Cavidan qəsrinin qarşısındakı meydan.
- Samirə şəhəri. Afşinin sarayı. Gecə.
- Samirə şəhəri. Abbasilərin 8-ci xəlifəsi Mötəsimin sarayı. Gecə.
- Gecə. Samirənin uzun küçələri.
- Gecə. Afşinin sarayı.
- Araz qırağı. Qalın və uca qamışlıq.
- Babəkin koması.
- Barsisin koması.
- Babəkin koması.
- Araz qırağı. Kiçik təpəciklər.
- Dağ ətəyi. Otlayan at ilxısı.
- Dağ yolu. Axşam dumanı.
- Dağlar qoynunda Afşinin ordugahı.
- Ordugahın uca hasarları.
- Afşinin çadırı.
- Qaranlıq yer altı lağım.
- Bəzz qalası. Cavidan qəsrinin yeraltı qatı. Gecə.
- Bəzz qalası.
- Vizantiya paytaxtı Qüstəntiniyyə şəhəri.
- Afşinin çadırı. Gecə.
- Cavidan qəsrinin yuxarı qatı. Cunayın otağı. Gecə.
- Cavidan qəsrinin qüllələri.
- Uca dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Böyük darvaza üstündə meydança.
- Dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Darvaza tağı üstündə meydança.
- Qaya altı. Lağım ağzı.
- Dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Dərə boyu uzanan dilikli qala divarları.
- Dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Böyük darvaza qarşısında.
- Qaya altı. Döyüş meydanı.
- Dağ yolu. Tozanaq.
- Qaya altı. Döyüş meydanı.
- Bəzz qalası. Böyük darvaza qarşısında.
- Bəzz qalası, dik yoxuşlu küçə.
- Gecə. Meşə yolu.
- Bərzənd qalası. Afşinin çadırı qarşısında.
- Samirə şəhəri. Uzun küçə – baş xiyaban.
- Xəlifə Mötəsimin sarayı.
- Xəlifə Mötəsimin sarayı. Böyük salon.
- Yeraltı zindan. Gecə.
Səhifə 6 / 32 · 16%
Darısqal dərə. Hər iki tərəfində sıldırım qayalar.
Babəkin qara kəhəri uçurum kənarında dayanıb şahə qalxdı. Babək atın üstündən yerə sıçradı, əyilib uçurum kənardan aşağı baxdı.
Hər iki tərəfində sıldırım qayalar ucalan darısqal bir dərədə Cavidan başındakı adamlarla bərabər mühasirəyə alınmışdı. Yaz sellərinin oyuqladığı dərə at üstündə vuruşmağa imkan vermədiyi üçün, hər iki tərəf atlarından enmişdilər və ayaqları çidarlı atlar bir-birinə qarışıb qaya altına tıxanmışdılar.
Bu dar dərə dibində Cavidanın adamlarıyla Əbu İmranın dəstəsi arasında qılınc döyüşü gedirdi və yavaş-yavaş geri çəkilən cavidanilərin arxasında indi dik bir yamac ucalırdı...
Babək yamacın dik divarında ayaqlarına yer edərək enməyə başladı və nəhayət əlində qılınc özünü aşağı atarkən Əbu İmranın dəstəsi qarşısında yerə düşdü.
Gözlənilməz hadisədən Əbu İmranın adamları bir an dayandılar, cavidanilər də əl saxladılar.
Babək isə yalnız:
– Hanı Cavidan, – deyə bağıra bildi.
Arxada daş üstündə oturub, başının yarasını sarıtdıran Cavidan ayağa qalxdı və Babəki görüb gülümsədi:
– Cavidan burdadır, ey Babək və indi ki, gəlmisən var ol, amma dayan!
Və Cavidan adamlarını yararaq irəli çıxdı, – üzü qanlı və heybətli idi, Əbu İmranın adamları ixtiyarsız olaraq bir addım geri çəkildilər. Cavidan isə ucadan Əbu İmranı səslədi:
– Hardasan, ey Əbu İmran? Və bəsdir bu nahaq qan tökdük. İrəli çıx, təkə-tək vuruşaq! Çünki bu gün ya sən ölməlisən, ya mən!
Əbu İmran dərhal adamlarını yarıb bir az axsaq yerişilə irəli çıxdı və dodaqlarından qaçan istehzalı bir təbəssümlə dedi:
– Təklifin qəbul olundu, ey Cavidan, çünki bu dağlara ya sən hökm etməlisən, ya mən və əgər ayaq üstə durmağa iqtidarın varsa, mən hazıram.
Sonra Əbu İmran döndü Babəkə baxdı və dedi:
– Ey Babək, yadındadırmı Təbriz – Miyanıç yolu? Mən o vaxt sənə demişdim ki, istəməzdim ki, tale bizi üz-üzə gətirsin! Babək döndü Cavidana baxdı və dedi:
– Ey ustad, izin ver, əvvəlcə bu adamla mən...
Cavidanın qaşları çatıldı və Babəkə təpindi:
– Farağat dayan yerində, indi bu son döyüşə nə o tərəfdən, nə bu tərəfdən heç kəsin qarışmağa ixtiyarı yoxdur.
Dərhal hər iki tərəf yeddi addım geri çəkildi və iki dəstənin ortasında açılan meydanda Cavidan ilə Əbu İmran ölüm-dirim döyüşünə başladılar...
Birinci həmlədə Əbu İmran üstələməyə – yaralı Cavidan geriləməyə başladı – hər iki tərəf isə cınqırını çıxarmadan həyəcan içində tamaşa edirdi. Birdən Əbu İmranın növbəti zərbəsindən sonra Cavidan səndələdi, papağı başından yerə düşdü, qanlı sarıq altından saçları boynuna töküldü...
Və Babək davam gətirməyərək, boğuq bir inilti ilə üzünü döyüşdən çevirdi və alnını qaya divarına söykədi... Arxasında bir müddət qılıncların şaraqqıltısını eşitdi və o zaman ki, hər iki tərəfdən eyni zamanda bir fəryad qopdu, Babək diksindi, geri döndü:
Əbu İmran hərəkətsiz bir halda yerdə uzanmışdı. Cavidan isə çökmüş, qılıncı əlindən düşmüş, sağ qoluna söykənmiş, başı sinəsinə əyilmişdi.
Hər iki tərəf irəli cumdu, güney dağının xürrəmiləri Əbu İmranın cənazəsini çiyinlərinə aldılar. Babək isə irəli keçib Cavidanın yerdən qaldırmaq istədi, lakin Cavidan qoymadı:
– Mən özüm...
Və ayağa qalxdı. Lakin iki addım atmamış, arxasınca gələn Babəkin qolları arasında düşdü...
Bəzz qalası. Cavidanın qəsri.
Gecə idi. Zərnisənin otağındakı şamlar yanırdı.
Və Cavidan burada, alçaq taxt üstündə hərəkətsiz uzanmışdı. Zərnisə sağında. Babək isə solunda kilim üstündə oturmuşdular. Hər ikisinin başı sinəsinə əyilmiş, gözləri yerə dikilmişdi...
Cavidan gözlərini açdı, əlini Zərnisəyə uzatdı.
Zərnisə. Oyandın, gözüm işığı?
Cavidan. Mehribanımı bir daha görmək üçün... çünki bu üçüncü gecədir və bu gecə vədə tamamdır... Və o vaxt ki, mənim üçün zaman dayandı...
Zərnisə hıçqıraraq Cavidanın sinəsinə qapandı Cavidan əlini Zərnisənin saçlarına çəkdi:
– Ağlama bizim ki, dinimiz sevinc dinidir, gərək son nəfəsimiz də pərişanlığa dönməsin, və o zaman ki, həyatdan gedirik, cismimiz anamız torpağın, ruhumuz atamız göylərindir.
Zərnisə başını qaldırdı:
– Bilirəm, sən qüvvətlisən, ey Cavidan və uca təlimində ölməz bir işıq var... Amma elə zəif ürəklər də var ki, həmişə bir az təsəlliyə möhtac olublar... Və indi ki, bizim ağ dinimiz böyük dinlərdə yaxşı nə varsa rədd etmir, nə üçün biz də o biri dünyaya inanıb, axirət təsəllisilə bir az ovunmayaq?
Cavidanın üzü kölgələndi:
– Tələdir – axirət təsəllisi! Və bu tələ vasitəsilə böyük dinlər azad insanı əsir edib qula döndərir. Və o üç böyük din ki, bir-birinə nifrət edən üç bacıdır, ən çox onlar bu dünyaya nifrət gətirdi, kin gətirdi, nifaq gətirdi... və hər üçünün bir nağılı var ki, guya hardasa oturmuş bir tanrı bir gün yerdən bir ovuc palçıq götürüb özünə insan adlı oyuncaq yaratdı... Halbuki insan da ot kimi torpaqdan bitir və ot kimi saralıb torpağa düşür. Yalnız ruhumuz ölmür ki, o da öz dünyamızda qalıb, yenə də yaşayan, nəfəs alan və döyünən canlı bir ürək axtarır... Və mənim ki, ruhum bu gecə cismimdən çıxıb ayrılacaqdır...
Cavidanın nəfəsi qısıldı, alnını tər basdı.
Zərnisə. Amandır, ey Cavidan, özünü yorma.
Cavidan. Zamandır, ey mehribanım, dur mənə son piyaləmi gətir!
Zərnisə qorxub geri çəkildi:
– Yox, yox... İndi ki, sən ayrılıq camı istəyirsən, qoy qapı bağlansın, zaman gəlməsin və uzansın bu gecə mənim ömrüm qədər...
Cavidan. Mehribanım, sən vaxt itirirsən, sən hələ qaranlıq zirzəmiyə enəcəksən və mənə o şərabdan gətirəcəksən ki, Cavidana bir dəstə reyhan atdığın o axşam... o reyhan şərabından içib səninlə ömr yoldaşı olduq...
Zərnisə səndələyərək ayağa qalxdı, sonra taxçadan gümüş bir piyalə götürüb otaqdan çıxdı.
Cavidan gözlərini qapadı və Babəkə dedi:
– Ey Babək, bilirəm, bu son gecə sən məndən söz gözləyirsən və birinci sözüm sənə budur ki, oğlumu sənin umuduna qoyub gedirəm... Və sonra... və sonra səbr et, dostum və həmişə ölməyən ümidlərinlə yaşa...
Babək başını qaldırdı, rəngi qaçmışdı, gözləri yanırdı:
– Ey ustad, ulu Şirvinin ruhuna and olsun ki, sənin oğlun mənim oğlum olacaq, amma indi ki, bu son gecədir, o böyük məram üçün mənə xeyir-dua ver ki, uca ruhun həmişə mənə rəhbər olsun!
Gözləri qapalı Cavidanın pıçıltısı eşidildi:
– Ulu Şirvinin ruhu! Əgər amin desəm, o qurban gedəcək, deməsəm, bizim ağ dinimizi kim xilas edəcək?
Babək. Ustad, əgər o ağ dinimiz bizim üçün azadlıq dinidirsə, başqa bir din ki, köləlik dinidir və qanlı qılıncı ilə üstümüzə gəlib, o dini qılıncla məhv edib yer üzündən yox etmək, gərək bizim üçün əbədi şüar olsun.
Gözləri qapalı Cavidan dedi:
– Bəlkə də o din... Məhəmmədin icad elədiyi İslam dini öz vətənində bədəvilərə lazım idi. Amma xəlifə Ömərin ixrac etdiyi İslam dini zülmkar bir dindir... Və bir din ki, ucalıq sevmir və alınları torpağa basır və dar göz təəssübüs ilə mömin ilə kafir arasına Çin səddi çəkir, əlbəttə ki, daha miskin edəcək sabahımızı və alacaq əlimizdən istiqbalımızı...
Babək sıçrayıb ayağa qalxdı və başını yuxarı qaldırıb nida etdi:
– Ulu Şirvinin ruhu! Elə isə başqa bir yol varmı bizim üçün?
Və Cavidanın səsi yuxarıda tağlı tavan altında əks-səda verdi:
– Başqa yol yoxdur, ey gənc! Yol da sənsən, yolçu da sənsən, yol göstərən də sənsən!
Sonra səssizlik və Cavidanın sol əli taxt üstündən yerə düşüb hərəkətsiz qaldı.
Babək dizi üstə yerə yıxıldı, əyildi, Cavidanın əlini öpdü.
Və Zərnisə qapı ağzında görünəndə, şərab dolu gümüş piyalə əlindən yerə düşdü.
Kitabxana.az · https://kitabxana.az/works/enver-memmedxanli-babek-ikinci-hisse
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu xəlifə Məmunun Cahan şəhəri*Bağdad ilə əlbəyaxa olduğudur.*
Bakı gecələriYadımdan çıxmayıb ki, o ulduzlu avqust gecəsi ki, yuxarıda göy qübbəsi “min bir çiçəkli, min bir yarpaqlı” idi, aşağıda isə bir dağ kəndi çoxdan işıqlarını söndürmüşdü, ertədən yuxuya getmişdi, amma kəndin yuxarı başında, meşə ətəyində, bizim evdə hələ də yeddilik çıraq yanırdı.Anam heybəmi ayın-oyunla doldururdu, atam doqqaz qabağında, qoşulu öküz arabasının yanında məni gözləyirdi.
AyrıldılarYarı yoldan geri qayıtdılar. Qalın meşələrlə örtülü Qaraquş dağlarının başına qalxdıqları dik cığırla indi üzüaşağı enirdilər. Hər ikisi susmuşdu. Yalnız ayaqları altında sınan quru çör-çöplərin çatırtısı, cığır qırağından qopub aşağı diyirlənən xırdaca daşların cığıltısı eşidilirdi.Adilə diqqətlə ayaqları altına baxırdı, ehtiyatla addımlayırdı, ipək donunu kol-kosdan qoruyurdu. İlyas isə qızın qolundan tutmuşdu ki, çınqıllı və çox əynəmli enişdə sürüşməsin və o vaxt ki, özü sürüşürdü, sol əlini atıb cığır qırağındakı ağacların yerə əyilmiş budaqlarından yapışırdı və sağ əli ilə sürüşüb gedən qızı geri dartırdı, ayaq üstündə saxlayırdı.
Buz heykəlQırx birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız ətrafda nə varsa donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır, ağac çıqqıldayır, torpaq çatırdayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır.Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərilə tənha bir kölgə hərəkət edir.
Başqa şairlərin şeirləri
Nazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,
Saqiya, bir şur ilən gəl, şurləndir məclisiSaqiya, bir şur ilən gəl, şurləndir məclisi,Bu xumarı rəf edib məxmurləndir məclisi.
Cəfərqulu xan Aşıq Pəriyə yazıbAşıq Pəri, kağız sənə yetişcək,Durmuyubsan gərək bura gələsən.
Gözəl yurdQafqas… O gözəl yurd, o müəbbəd* vətənimdir,Mən hürr olaraq doğdum o zümrüd yaxasında.