İkinci hissə
Məzmun
- Azərbaycan dağları. Bilalabad kəndi.
- Barmida arvadın daxması.
- Daxmanın artırması. Kəllədə təndirxana.
- Təndirxana.
- Bəzzeyn dağları. Sıldırımlı bir zirvədə Bəzz qalası.
- Bəzz qalasının divarları üstündə.
- Cavidan qəsri. Zərnisənin otağı. Gecə.
- Bəzz qalası. Böyük darvaza. Dik yoxuşlu küçə. Cavidan qəsri.
- Darısqal dərə. Hər iki tərəfində sıldırım qayalar.
- Bəzz qalası. Cavidanın qəsri.
- Araz qırağı. Taxıl zəmiləri.
- Bəzz qalası. Cavidan qəsri qarşısında meydan.
- Meydan. And mərasimi.
- Meydan. El ziyafəti.
- Dəclə çayı sahilində Bağdad şəhəri. Abbasi xəlifələrinin “Əbədiyyət” sarayı.
- İkinci salon.
- Məmunun hərəm dairəsi.
- Dəclə çayı sahili. “Sülh” qəsri
- Bəzz qalası. Cavidan qəsri. Babəkin qərargahı.
- Cavidan qəsrinin zirzəmisi.
- Babəkin qərargahı.
- Qala darvazası.
- Babəkin qərargahı.
- Zərnisənin otağı.
- Dağ ətəyi. Xilafət ordusunun düşərgəsi.
- Dağ yolu. Seyrək duman.
- Vizantiya. Qüstəntiniyyə şəhəri. İmperator sarayı.
- Bəzz qalasının gecə mənzərəsi.
- Bəzz qalası. Cavidan qəsrinin qarşısındakı meydan.
- Samirə şəhəri. Afşinin sarayı. Gecə.
- Samirə şəhəri. Abbasilərin 8-ci xəlifəsi Mötəsimin sarayı. Gecə.
- Gecə. Samirənin uzun küçələri.
- Gecə. Afşinin sarayı.
- Araz qırağı. Qalın və uca qamışlıq.
- Babəkin koması.
- Barsisin koması.
- Babəkin koması.
- Araz qırağı. Kiçik təpəciklər.
- Dağ ətəyi. Otlayan at ilxısı.
- Dağ yolu. Axşam dumanı.
- Dağlar qoynunda Afşinin ordugahı.
- Ordugahın uca hasarları.
- Afşinin çadırı.
- Qaranlıq yer altı lağım.
- Bəzz qalası. Cavidan qəsrinin yeraltı qatı. Gecə.
- Bəzz qalası.
- Vizantiya paytaxtı Qüstəntiniyyə şəhəri.
- Afşinin çadırı. Gecə.
- Cavidan qəsrinin yuxarı qatı. Cunayın otağı. Gecə.
- Cavidan qəsrinin qüllələri.
- Uca dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Böyük darvaza üstündə meydança.
- Dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Darvaza tağı üstündə meydança.
- Qaya altı. Lağım ağzı.
- Dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Dərə boyu uzanan dilikli qala divarları.
- Dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Böyük darvaza qarşısında.
- Qaya altı. Döyüş meydanı.
- Dağ yolu. Tozanaq.
- Qaya altı. Döyüş meydanı.
- Bəzz qalası. Böyük darvaza qarşısında.
- Bəzz qalası, dik yoxuşlu küçə.
- Gecə. Meşə yolu.
- Bərzənd qalası. Afşinin çadırı qarşısında.
- Samirə şəhəri. Uzun küçə – baş xiyaban.
- Xəlifə Mötəsimin sarayı.
- Xəlifə Mötəsimin sarayı. Böyük salon.
- Yeraltı zindan. Gecə.
Səhifə 26 / 32 · 78%
Cavidan qəsrinin qüllələri.
Babək qüllə altındakı bir hücrəyə girdi, içəridəki adam ayağa qalxdı, niqabını üzündən qaldırdı və Babəkə baş əydi.
Babək. Sənsən, ey Fəzl? Gecənin bu aləmində xeyir ola... və əyləş ayaq üstündə durma.
Fəzl. Əyləşməyə vaxt yoxdur ya həzrət, Afşin bu məxfi naməni sənə göndərdi ki, oxuyasan və tez oxu ki, sonra dil cavabı sənə sözüm var.
Babək məktubu aldı və taxçadakı şamların işığında ayaq üstündə oxudu sonra Fəzlə tərəf döndü və dedi:
– Təbəristan xürrəmiləri nə edirlərsə, özləri bilərlər – və indi Mazyar Afşinlə gizli ittifaq bağlayıbsa, bu yenə Afşinə və Mazyara aid bir işdir...
Fəzl. Yox, sənsiz bu ittifaq naqisdir ya həzrət və qardaşımın məramı o qədər böyükdür ki, ona böyük Babəklə ittifaq lazımdır ki, keçmişin möhtəşəm İranı yenidən ayağa qalxsın, və adil Nuşirəvan əyyamı yenidən geri dönsün... Və indi əgər sən də Mazyar kimi üzdə xəlifədən aman istəyib, gizlində bu ittifaqa qoşulsan, o zaman ki, Afşin Xorasan valisi oldu, gizli ittifaqınızı aşkar edib, xəlifələr hakimiyyətinə son qoyarsınız və sasanilər nəslindən Şarvin dağında tərkidünya bir qoca var ki, o müqəvvanı İran taxtında oturtsanız – ad onun olar, ixtiyar sizin...
Babək. Ey Fəzl, mən 22 ildir, islam xəlifələrilə ona görə vuruşmamışam ki, axırda İran taxtına bir müqəvva çıxardam və Afşinin can atdığı möhtəşəm keçmişi, yaxud adil Nuşirəvan əyyamı bir nağıldır mənim üçün...
Fəzl. Ya həzrət, sənin də can atdığın gələcək və yaxud bərabərlik dünyası məgər bir nağıl deyilmi uşaqlar üçün? Və əgər ədalətli keçmiş birinci yalandırsa, ədalətli gələcək də ikinci yalandır!.. Ona görə əgər istəyirsən ki, başın çiynin üstündə salamat qalsın, sən əvvəlcə müsəlman ol, sonra kafirliyə başla.
Babək. Ey Fəzl, etiqad mənim üçün qumar daşı deyil və mən o mərama inanmışam ki, o mənə ya ölüm, ya azadlıq deyir... Və gecəni qal, qardaşımın qonağı ol. Mən isə getməliyəm, vacib işim var...
Babək döndü, qapıya doğru yönəldi Fəzl isə arxadan səsləndi:
– Yox, dayan və qulaq as, ey Babək, əlbəttə ki, müsibətindən hələ xəbərin yoxdur və bilmirsən ki, səhər açılanda son ümidin də məhv olacaqdır. Çünki pusquda qoyduğun qoşunların yeri kəşf olunmuşdur və bu saat lağım dörd bir tərəfdən sağdan, soldan qaya üstündən və qaya altından mühasirədədir. Və bu ağustos gecəsi ki, çox qısadır, məhz bu gecə hələ qarşında qurtuluş yolu var, amma dan yeri ağaranda gec olacaq...
Və Babək qəfildən kürəyinə xəncər saplanmış kimi səndələdi, sonra geri dönərkən sanki dəlilik ayaq açıb üstünə gəldi, üzü heybətli bir ifadə aldı və ağır addımlarla Fəzlin üstünə yeridi...
Fəzl qorxu içərisində addım-addım geri çəkildi və nəhayət, arxası divara dəyərkən səsləndi:
– Ya həzrət, qolum sarıqlı, özüm silahsızam, – və mənim bura elçi gəldiyimi unutma!
Babək kəskin bir hərəkətlə geri döndü və arxası Fəzlə sarı dayandı və arxadan yenə Fəzlin səsi gəldi:
– Və qardaşımın son sözü bu oldu ki, heyrət edirəm o insana ki, qarşısında qurtuluş yolu var ikən, qurtuluşdan üz çevirib məhv olmuş yolun intixab edir.
Babəkin səsi sanki quyu dibindən gəldi:
– Afşinə deyərsən ki, o heç vaxt başa düşməyəcəkdir ki, azadlıq yanğısı nə deməkdir və nə üçün mübariz mütləq məhv olacağını biləndə belə, yenə mübarizəni intixab edir!
Uca dağ təpəsi. Afşinin qərargahı.
Dan yeri təzəcə ağarmağa başlamışdı. Bəzz qalası üstündə ucalan bir təpə başında yerə dəri xalça salınmışdı və bu xalça üstünə kürsü qoyulmuşdu və kürsü üstündə Afşin oturmuşdu.
Afşinin arxasında dayanmış 12 nəfər bayraqdarın əllərində nəhəng qara bayraq dalğalanırdı, önündə isə bir az aşağıda boyunlarından nəhəng təbillər asılmış 21 təbilçi yamacda bir-birinin yanına düzülmüşdü.
Daha aşağılarda isə hər tərəfə – dərələrə və təpələrə qara bulud kimi Afşinin qoşunları qonmuşdu və hamı hərəkətsiz dayanaraq öz yerində donmuşdu...
Qarşıdan Bəzz qalasından çapıb gələn Fəzl təpə başında atından yerə sıçradı, Afşinə yaxınlaşdı və dedi:
– Ya əmir və ey qardaşım, o tanrıtanımaz inadından əl çəkmədi və hava işıqlanmışdır, əmr elə hücum başlansın.
Afşin bir müddət dinmədi, yerindən qımıldanmadı və nəhayət dedi:
– Əgər başqa bir çarə qalmadısa, əgər qapı bağlandısa, əgər mən onu ölümdən xilas etmək üçün öz taleyimlə qorxunc bir oyun oynayıramsa...
Və Fəzl davam gətirməyərək bağırdı:
– Və qurtar bu qorxunc oyunu ki, qalibiyyət ağacını sən əkdiyin halda, meyvəsini türk əmirləri dərməsin!
Afşinin başı sinəsinə düşdü və pıçıldadı:
– Və tamam! Əmr elə, ey Divdad, əmr elə təbillər çalınsın!
Və dərhal 21 təbil birdən guruldadı və hər tərəfdən – dərələrdən və təpələrdən təkbir sədaları göyə ucaldı və Afşinin ordusu, nizələrin uclarına keçirilmiş 500 qara bayraqla hərəkətə gəlib çalxandı...
Kitabxana.az · https://kitabxana.az/works/enver-memmedxanli-babek-ikinci-hisse
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu xəlifə Məmunun Cahan şəhəri*Bağdad ilə əlbəyaxa olduğudur.*
Bakı gecələriYadımdan çıxmayıb ki, o ulduzlu avqust gecəsi ki, yuxarıda göy qübbəsi “min bir çiçəkli, min bir yarpaqlı” idi, aşağıda isə bir dağ kəndi çoxdan işıqlarını söndürmüşdü, ertədən yuxuya getmişdi, amma kəndin yuxarı başında, meşə ətəyində, bizim evdə hələ də yeddilik çıraq yanırdı.Anam heybəmi ayın-oyunla doldururdu, atam doqqaz qabağında, qoşulu öküz arabasının yanında məni gözləyirdi.
AyrıldılarYarı yoldan geri qayıtdılar. Qalın meşələrlə örtülü Qaraquş dağlarının başına qalxdıqları dik cığırla indi üzüaşağı enirdilər. Hər ikisi susmuşdu. Yalnız ayaqları altında sınan quru çör-çöplərin çatırtısı, cığır qırağından qopub aşağı diyirlənən xırdaca daşların cığıltısı eşidilirdi.Adilə diqqətlə ayaqları altına baxırdı, ehtiyatla addımlayırdı, ipək donunu kol-kosdan qoruyurdu. İlyas isə qızın qolundan tutmuşdu ki, çınqıllı və çox əynəmli enişdə sürüşməsin və o vaxt ki, özü sürüşürdü, sol əlini atıb cığır qırağındakı ağacların yerə əyilmiş budaqlarından yapışırdı və sağ əli ilə sürüşüb gedən qızı geri dartırdı, ayaq üstündə saxlayırdı.
Buz heykəlQırx birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız ətrafda nə varsa donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır, ağac çıqqıldayır, torpaq çatırdayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır.Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərilə tənha bir kölgə hərəkət edir.
Başqa şairlərin şeirləri
Nazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,
Saqiya, bir şur ilən gəl, şurləndir məclisiSaqiya, bir şur ilən gəl, şurləndir məclisi,Bu xumarı rəf edib məxmurləndir məclisi.
Cəfərqulu xan Aşıq Pəriyə yazıbAşıq Pəri, kağız sənə yetişcək,Durmuyubsan gərək bura gələsən.
Gözəl yurdQafqas… O gözəl yurd, o müəbbəd* vətənimdir,Mən hürr olaraq doğdum o zümrüd yaxasında.