Məzmun
  1. Azərbaycan dağları. Bilalabad kəndi.
  2. Barmida arvadın daxması.
  3. Daxmanın artırması. Kəllədə təndirxana.
  4. Təndirxana.
  5. Bəzzeyn dağları. Sıldırımlı bir zirvədə Bəzz qalası.
  6. Bəzz qalasının divarları üstündə.
  7. Cavidan qəsri. Zərnisənin otağı. Gecə.
  8. Bəzz qalası. Böyük darvaza. Dik yoxuşlu küçə. Cavidan qəsri.
  9. Darısqal dərə. Hər iki tərəfində sıldırım qayalar.
  10. Bəzz qalası. Cavidanın qəsri.
  11. Araz qırağı. Taxıl zəmiləri.
  12. Bəzz qalası. Cavidan qəsri qarşısında meydan.
  13. Meydan. And mərasimi.
  14. Meydan. El ziyafəti.
  15. Dəclə çayı sahilində Bağdad şəhəri. Abbasi xəlifələrinin “Əbədiyyət” sarayı.
  16. İkinci salon.
  17. Məmunun hərəm dairəsi.
  18. Dəclə çayı sahili. “Sülh” qəsri
  19. Bəzz qalası. Cavidan qəsri. Babəkin qərargahı.
  20. Cavidan qəsrinin zirzəmisi.
  21. Babəkin qərargahı.
  22. Qala darvazası.
  23. Babəkin qərargahı.
  24. Zərnisənin otağı.
  25. Dağ ətəyi. Xilafət ordusunun düşərgəsi.
  26. Dağ yolu. Seyrək duman.
  27. Vizantiya. Qüstəntiniyyə şəhəri. İmperator sarayı.
  28. Bəzz qalasının gecə mənzərəsi.
  29. Bəzz qalası. Cavidan qəsrinin qarşısındakı meydan.
  30. Samirə şəhəri. Afşinin sarayı. Gecə.
  31. Samirə şəhəri. Abbasilərin 8-ci xəlifəsi Mötəsimin sarayı. Gecə.
  32. Gecə. Samirənin uzun küçələri.
  33. Gecə. Afşinin sarayı.
  34. Araz qırağı. Qalın və uca qamışlıq.
  35. Babəkin koması.
  36. Barsisin koması.
  37. Babəkin koması.
  38. Araz qırağı. Kiçik təpəciklər.
  39. Dağ ətəyi. Otlayan at ilxısı.
  40. Dağ yolu. Axşam dumanı.
  41. Dağlar qoynunda Afşinin ordugahı.
  42. Ordugahın uca hasarları.
  43. Afşinin çadırı.
  44. Qaranlıq yer altı lağım.
  45. Bəzz qalası. Cavidan qəsrinin yeraltı qatı. Gecə.
  46. Bəzz qalası.
  47. Vizantiya paytaxtı Qüstəntiniyyə şəhəri.
  48. Afşinin çadırı. Gecə.
  49. Cavidan qəsrinin yuxarı qatı. Cunayın otağı. Gecə.
  50. Cavidan qəsrinin qüllələri.
  51. Uca dağ təpəsi. Afşinin qərargahı.
  52. Bəzz qalası. Böyük darvaza üstündə meydança.
  53. Dağ təpəsi. Afşinin qərargahı.
  54. Bəzz qalası. Darvaza tağı üstündə meydança.
  55. Qaya altı. Lağım ağzı.
  56. Dağ təpəsi. Afşinin qərargahı.
  57. Bəzz qalası. Dərə boyu uzanan dilikli qala divarları.
  58. Dağ təpəsi. Afşinin qərargahı.
  59. Bəzz qalası. Böyük darvaza qarşısında.
  60. Qaya altı. Döyüş meydanı.
  61. Dağ yolu. Tozanaq.
  62. Qaya altı. Döyüş meydanı.
  63. Bəzz qalası. Böyük darvaza qarşısında.
  64. Bəzz qalası, dik yoxuşlu küçə.
  65. Gecə. Meşə yolu.
  66. Bərzənd qalası. Afşinin çadırı qarşısında.
  67. Samirə şəhəri. Uzun küçə – baş xiyaban.
  68. Xəlifə Mötəsimin sarayı.
  69. Xəlifə Mötəsimin sarayı. Böyük salon.
  70. Yeraltı zindan. Gecə.

Səhifə 23 / 32 · 69%

Qaranlıq yer altı lağım.

Qaya altında qazılmış lağımın qolu uzanıb hara isə gedirdi və Babək iki nəfər məşəlçinin müşayiətilə ağır-ağır bu lağım içərisində addımlayırdı və arxasınca başını aşağı salmış Azin gəlirdi.

Qaranlıq lağım isə dil açaraq gah sağdan, gah soldan bağırırdı:

– Kifayətdir, ey ulu sərvər, bizi bu quyudan çıxart!

– Taki bu zülmətdən, bu soyuqdan, bu əzabdan qurtulaq.

– Yorulduq günləri saymaqdan və 23 gündür ki, gün işığı görməmişik.

– Xoşbəxtdir sənin bir ovuc dəliqanlıların ki, hər gecə şəbxun vururlar.

– Amma biz – qınından sıyrılmayan 7 min qılınc, tıxanıb bu deşikdə pas atırıq.

– Onu da bil ki, dözməyən var və qaçanların sayı 17-yə çatıb...

– Və sonuncu fərari kimin oğludur, özün bilirsən...

Babək diksindi və dayandı. Lağıma ağır bir sükut çökdü. Babək başını aşağı saldı və Azinə dedi:

– O sonuncu və 17-ci fərari ki, mənim oğlumdur və mən ki, hər yerdə onu axtarıram, ölübsə qoy qara torpaq udsun, diridirsə, o yenə sənin ixtiyarında olacaq və onu sən mühakimə edəcəksən, ey Azin...

Azin. Yox, ey ulu sərvər, yox!

Babək. Səbəb?

Azin. Fərarilərin hamısı üçün ölüm və yalnız ölüm olacaq, mənim qərarım!

Babək. Və bil ki, 17-ci fərari üçün çıxaracağın ölüm hökmünü Babək nə ləğv edəcək, nə təğyir...

Sonra Babək qaranlıq lağıma müraciət etdi:

– Çağırmışdınız – gəldim. Bağırdınız – qulaq asdım. Nədir istədiyiniz məndən? Meydan müharibəsi? Mərdanə ölüm? Mərdanə ölüm bizim üçün son silahdır və bu silahı heç kəs heç vaxt bizim əlimizdən ala bilməz. Amma ölməmişdən əvvəl ölməyi mən sizə yasaq edirəm! Çünki mən sizi burda, bu qaranlıqda, bu yer altında qurtuluş və həyat naminə gizlətmişəm və siz burdan o vaxt çıxacaqsınız ki, düşmən öz qalibiyyətinin zirvəsində olacaq və o vaxt düşmən gərək öz qalibiyyətinin zirvəsində məhv olsun! Və mənim ki, çörəksiz qaldığım günlərim çox olub, amma ümidsiz qaldığım günüm olmayıb, bilin ki, indi də son ümidim bu quyu dibindədir, ancaq...

Bəzz qalası. Cavidan qəsrinin yeraltı qatı. Gecə.

Babək əlində şam, təkbaşına ağır və yorğun addımlarla Cavidan qəsrinin yeraltı qatına düşdü. Zirzəmiyə enən daş pilləkən başında sanki taqəti kəsildi və dayandı. Vaxtilə o Zərnisəni ilk dəfə burda görmüşdü, indisə Zərnisə burda dustaq idi, həsir üstündə oturmuşdu, pərişan bir görkəmi vardı və Babəki pilləkən başında görərkən, ayağa qalxdı.

Zərnisə. Yenə gəldin? Və kifayət deyil sənin üçün? Kifayət deyil ki, məni mərtəbə-mərtəbə aşağı saldın və axırda gətirdin bu zirzəmidə dustaq elədin? Amma özün hər gecə yuxarıda o gəldani qızıyla, o qaraçı qızıyla, məst-xumarsan? Məgər o afətin cadugün Cunayın nəğmələri bəsin deyil? Gərək hər gecə gəlib mənim ah-zarımdan da həzz alasan?

Babək. Ey Zərnisə, inadı burax! Oğlumun yerin de, sonra hərbi qənimətlər xəzinəsindən nə istəyirsən götür və hara istəyirsən get! Ərməniyyə, Cüzran yaxud Rum. Hara istəyirsən səni göndərməyə hazıram!

Zərnisə. Mənə nə xəzinə lazımdır, nə diyari – Rum... İndi ki, böyük oğlumu, Cavidanın yadigarını əlimdən aldın, kiçik oğlumu, Buğdayı sənə verməyəcəyəm!

Babək. Buğdayı sənin kiçik oğlundur, mənim ilkimdir, mənim vəliəhdimdir və bu rüsvayçılıqdır ki, xürrəmi qızları da vuruşduğu bir zamanda sən mənim böyük oğlumu tumanın altında gizlətmisən.

Zərnisə. Aman Allah, Cavidanın bir düşməni vardı. Əbu İmran! O da ki, yayda vuruşardı, qış düşəndə qonşu dağda dinc oturardı... Amma sən Məşriqi də düşmən elədin bizə, Məğribi də... Və qara sellər axdı üstümüzə gəldi, qırmızı dərya çalxandı üstümüzə gəldi və boz səhra kükrədi üstümüzə gəldi... Və indi bircə Buğday qalmışdır mənim üçün... tək qalmış, məhv olmuş mənim üçün... sən yuxarıda Cunay ilə... görüm o cənginə qürbətdə ölsün!

Babək. Ulu Şirvinin ruhu! Nə üçün sən o uğurlu gündə bu uğursuz qadını mənə rast gətirdin?

Zərnisə çığırdı:

– Mənəm uğursuz qadın? O Zərnisə ki, səni Babək elədi? Əgər dul qalmış Xədicə yetim Məhəmmədi – Məhəmməd peyğəmbər elədisə, dul qalmış Zərnisə də səni quyu dibindən dağ başına çıxartdı. Və məni diri-diri bu zirzəmidə dəfn etsən də, yenə də Buğdayı sənə verməyəcəyəm. Çünki o mənim oğlumdur, sənin yox...

Babək ağır-ağır nəfəs aldı və dedi:

– Sən haqlısan ey qadın, mənim Buğday adlı oğlum yoxdur və mən ancaq 17-ci fərarini axtarıram.

Zərnisə. Axtar! Amma tapmayacaqsan! Və dalınca at çapsan da çatmayacaqsan. Çünki bədbəxt balam indi çox uzaqdadır. Çünki üç gün ağlayıb balamı yola saldım və yola salanda xeyir-dua verdim ki, müsəlmanların olsun, qoy xristian olub, xristianların olsun, amma sənin olmasın və salamat qalsın!..

Babək boğulub yaxasını qamarladı, sonra əli yanına düşdü:

– İlan! İlan! Və yenə İlan! Axır ki, çaldın ürəyimin başından!

Babək dönüb getmək istəyirkən Buğday qaranlıqdan çıxdı.

– Dayan ata, – mən burdayam dedi. – Və bağışla məni...

– Buğday, bədbəxt balam, niyə gəldin? – dedi Zərnisə.

– Gəlməyə bilməzdim, ana, qoşun sərdarının əmrini eşitdim.

Babək Buğdaya:

– Arxamca gəl, – dedi.

– Hara gedirsən və hara aparırsan onu gecənin bu aləmində?

– Babək Zərnisəyə cavab vermədən Buğdaya baxdı:

– Qılıncını götür. Getdiyim yerdə yanımda tək sən qalacaqsan və bu gecə bir döyüşçü kimi həyatımın keşiyində sən duracaqsan.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Birinci hissə

Bu xəlifə Məmunun Cahan şəhəri*Bağdad ilə əlbəyaxa olduğudur.*

5 saat 15 dəq
Bakı gecələri

Yadımdan çıxmayıb ki, o ulduzlu avqust gecəsi ki, yuxarıda göy qübbəsi “min bir çiçəkli, min bir yarpaqlı” idi, aşağıda isə bir dağ kəndi çoxdan işıqlarını söndürmüşdü, ertədən yuxuya getmişdi, amma kəndin yuxarı başında, meşə ətəyində, bizim evdə hələ də yeddilik çıraq yanırdı.Anam heybəmi ayın-oyunla doldururdu, atam doqqaz qabağında, qoşulu öküz arabasının yanında məni gözləyirdi.

1 saat 10 dəq
Ayrıldılar

Yarı yoldan geri qayıtdılar. Qalın meşələrlə örtülü Qaraquş dağlarının başına qalxdıqları dik cığırla indi üzüaşağı enirdilər. Hər ikisi susmuşdu. Yalnız ayaqları altında sınan quru çör-çöplərin çatırtısı, cığır qırağından qopub aşağı diyirlənən xırdaca daşların cığıltısı eşidilirdi.Adilə diqqətlə ayaqları altına baxırdı, ehtiyatla addımlayırdı, ipək donunu kol-kosdan qoruyurdu. İlyas isə qızın qolundan tutmuşdu ki, çınqıllı və çox əynəmli enişdə sürüşməsin və o vaxt ki, özü sürüşürdü, sol əlini atıb cığır qırağındakı ağacların yerə əyilmiş budaqlarından yapışırdı və sağ əli ilə sürüşüb gedən qızı geri dartırdı, ayaq üstündə saxlayırdı.

39 dəq
Buz heykəl

Qırx birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız ətrafda nə varsa donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır, ağac çıqqıldayır, torpaq çatırdayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır.Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərilə tənha bir kölgə hərəkət edir.

5 dəq

Başqa şairlərin şeirləri