Hamballar
Tarixi-miladinin 1921-ci ilində,-- ki bolşevik inqilabının Bakıda ikinci ili idi,--təzə Kommunist hökuməti var qüvvətini və həvəsini məmləkəti düzəltməyə sərf etməkdə idi,--mən də qohumlarımızın birinin evində yaşayırdım. Qabaqca mənzil tapmaq fikrinə düşdüm. Rəfiqlərimin köməkliyi ilə və idarələrin sayəsində mənzil də tapdıq; ancaq mənə verilən üç otağın nə bir stol-kürsüsü vardı ki, üstündə oturub yazı yazasan, nə də bir qeyri avadanlıq vardı. Haradan da tapmaq olar? Nə dükan-bazar var ki, gedib pul verib alasan, nə də çoxluca pul var ki, dəllal vasitəsilə artıq qiymət verib hər bir şeyi gətirdəsən.
Xülasə.
Stol-kürsü qeydindən də məni qurtaran genə, mənə tanış idarənin birisi oldu; belə ki, bir kağız verdilər əlimə ki, gedim Bolşoy Morskoy küçədə 13 nömrəli hökumət anbarından bu şeyləri alım aparım (söz yox, pulsuz): iki şkaf (kitab şkafı və çörək şkafı), iki kürsü (böyük və kiçik), dörd dənə sandalya (üstə oturmağa), iki dənə kravat (biri dəmir, biri taxta), bir dənə çaydan (samavar əvəzi) və bir dənə rus qazanı (bozbaş bişirməyə).
Amma bunu da lazım bilirəm burada qeyd edəm ki, bu kağızı mənim əlimə verən məmur kağızı verəndə dedi ki:
"Anbarın müdirinə bu kağızı göstər və söyləginən ki, xırda-mırda şey verməsin … yaxşısını versin!"
Hərçənd bu sözlər məni bir az fikrə saldı, mən "Baş üstə" deyib getdim və Bolşoy Morskoy küçədə haman anbarı tapdım. Anbarın müdiri sarısaqqal kişi idi. Kağızı nişan verdim. Müdir kağızı aldı və başını bulaya-bulaya oxudu və bir söz deməyib qələmi götürdü, haman kağızın üstünə bir şey yazdı və axırda mənə verib dedi:
"Yoxdu."
Mən çıxdım küçəyə və kağıza baxıb gördüm ki, qırmızı mürəkkəblə yazılıb: "Anbardan daha şeylər qurtarıb". Gətirdim kağızı verdim haman mənə kağız verən idarənin katibinə, o da kağızı oxudu və gülə-gülə dedi:
"Bijlik eləyir."--Və haman kağıza bu da qırmızı mürəkkəblə bir şey yazdı, verdi mənə və dedi:
"Bu kağızı apar ver və şeyləri götür apar!"--Mən dedim:
"Axı müdir burda yazır ki, şey yoxdu."
Katib genə gülümsündü və dedi:
"Bijlik eləyir."--Mən dedim:
"Yaxşı, bəs nə eləmək, çarə nə?"
Katib bir az fikirləşdi və mənim üzümə baxıb dedi:
"Əgər müdir dirənsə və vermək istəməsə, onda sən də de ki, gedib anbarın hər yerini axtaracağam."
Küçəyə çıxdım və çox acmışdım, gəldim mənzilə, bir tikə pendir-çörək yedim və oğlumun anası ilə bahəm getdik Bolşoy Morskoy küçəyə. Bu dəfə də müdir kağıza baxıb, genə başını buladı, amma bir az dayanıb dedi:
"Yaxşı, hər nə tapılsa verərəm; amma bu şeylərin çoxusu burda yoxdu."
Müdir karandaşla siyahidə yazılan şeylərdən bir qazanın üstünə cızıq çəkdi və dedi: "Yoxdur", şkafın birinin üstə cızıq çəkdi və bir az üzümə baxdı, bir də kağıza baxdı. Belə oxşayırdı ki, anbar müdirinin bizə yazığı gəldi və durdu ayağa və dedi:
"Gedək."
Qabaq otaqdan keçdim dal otağa, oradan o birisinə və genə üçüncü otağa; müdir də, biz də sağa-sola göz gəzdirə-gəzdirə getdik və mənim siyahimdə yazılan şeylərin birini də burada görmədik. Burada lazım olan şeylərin birini də tapa bilməyib, müdir bizi apardı dördüncü otağa və mənə dedi:
"Bax, mən görürəm ki, sən bir abırlı qoca kişisən, daha gəlib getməkdən yoruldun. Burdakı şeyləri xəzinədarın müavini dünən sayıb qoyub burda və mənə tapşırıb ki, bir kəsə verməyim. Mən cürət edib bu şeyləri sizə verə bilərəm: bax, bu şkafı, bu stolu, bax sandalyaları. Sonra, bax, istəyirsiniz bu stolu da aparınız; həmi sandalyadır, həmi də taxtdır, üstə fərş salıb oturmaq olar. Bax çaydan əvəzinə bu beş-altı tarelkanı da sizə verə bilərəm."
Sövdəmizi qurtardıq və qət olundu ki, hambal çağıraq şeyləri aparsın.
Uşağın anası ilə çıxdıq və küçədə duran hambalların birini çağırdıq ki, gəlsin danışaq.
Biz üzümüzü bir hambala tutduq, amma haman dəqiqə bir hambal əvəzinə bir dəstə hambal bizi bürüdü. Bunlar hamısı İrəvan kürdləri idi. Biz istədik qabaqca şeyləri nişan verək və danışaq ki, aparsınlar, amma təqribən on beş-iyirmi hambal şeyləri görüb, daha qulaq asmadılar və başladılar haman şeyləri köməkləşib küçəyə daşımağa. Uzaqda duran hamballar da həmçinin buraya cəm oldular və başladılar bizim şeyləri hərə özünə yük eləməyə. Amma çünki hər hambala bir şey düşmürdü, onun üçün, məsələn, bir şkafın hər ayağından və qapısından bir hambal yapışmışdı. Biz bilmirdik bunlar nə qayırırlar. Niyə belə eləyirlər və bu şeyləri hara aparmaq istəyirlər? Məlum ki, bizim bunlarla zarafatımız yoxdu və əgər sövdələşməmiş bunlar şeyləri mənzilimizə aparsaydılar, biz bilmirdik ki, bunlar bizdən nə qədər pul tələb edəcəklər; onun üçün də lazım idi qabaqcadan danışsınlar, sonra şeyləri götürsünlər. Amma gördüm ki, mənə etina eləyən yoxdu və şeylərin bir neçəsi daha hambalların çiynində idi; yerdə qalan şeylərin də üstünə qalan hamballar düşüb elə kəşakəş və elə bir qır-vır salmışdılar ki, mənə daha qulaq verən yoxdu.
Gəldim anbar müdirinə dedim ki, bu nə mərəkədir və nə səbəbə buranın hambalları xalqa əziyyət verirlər? Gördüm ki, müdir özü də çiyinlərini ata-ata məəttəl qalıb; bir qərar ilə ki, acizdir.
Şeyləri dallarına yükləyən hamballar gəlib bizə ariz oldular ki, biz düşək qabağa və bunlara yol göstərək. Mən labüd qaldım bunlara deyim ki, bir surətdə ki, bunlar bizə qulaq asmırlar, bizə bunların xidməti heç lazım deyil. Mən bu sözü ağzımdan qaçıran kimi hambalların bir neçəsi xoruzlana-xoruzlana üstümüzə hücum elədilər və bağıra-bağıra bizə bu sözləri dedilər:
"Ey xozeyinlər! Bizlə zarafat yoxdu. Bizi daha ələ sala bilməzsiniz. Biz sizə nökər deyilik, biz hambalıq. Sizin ixtiyarınız yoxdu bizi müftə işlədəsiniz. Düşün qabağa, bizi incitməyin. Yoxsa sizin üçün pis keçər!"
Lap əngələ düşdük. Ətrafa göz gəzdirdik, bəlkə milisdən, məmurdan bir adam görək, heç kəs yoxdu. Yazıq arvad da istədi bunları dilə tutsun və başa salsın ki, axı burada beş tikə şeyimiz var, bu beş tikə şeyi iyirmi beş hambal aparsa, axı biz gərək indidən bunu biləkmi ki, iyirmi beş nəfər hambal şeyləri aparıb çıxardandan sonra bizdən istəyəcəkləri pulu biz tapa bilərik bunlara verək, ya yox?!..
Xeyir, bu allahın bəndələrinə bu dəlilli və isbatlı sözlərin heç biri kar eləmədi; hətta mən lap çığıra-çığıra bunlara beləcə yalvardım:
"Yoldaşlar, vallah, bax, bu şeylərdən biz lap əl çəkdik. Şeyləri aparın öz evinizə."
Qardaş bunun cavabında genə bu allahın insanlarından bir nərə bir küy-kələk çıxdı ki, Bolşoy Morskoy küçə ilə keçənlərin hamısı dayandı bizə tamaşa eləməyə.
Qardaş bu nə müsübət idi, başımıza gəldi? Yavaşca arvada dedim:
"Gedək."
Düşdük hambalların, qabağına. Torqovi küçənin dönəcəyində rastımıza bir neçə avtomobil çıxdı: daldan da avtomobil səsi gəlirdi. Küçənin ortasında bir dəstə əsgər oxuya-oxuya addımlayırdılar. Səki ilə gəlib-gedən camaat o qədər idi ki, hambalların bir-ikisini görürdük, qalanını görmürdük. Krasnovodski küçənin dönəcəyində yavaşca yapışdım arvadın əlindən və xəlvətcə soxulduq sol tərəfdə bir darvazaya. Həyətdə üç-dörd uşaq oynayırdı. Biri bizdən soruşdu:
"Kimi axtarırsınız?"
Mən həyət gözətçisini soruşdum. Bir rus arvadı da kənardan səsləndi:
"Nə istəyirsiniz?"--Dedim:
"Doktor Vasilyev burdamı olur?"--Arvad cavab verdi ki:
"Bu həyətdə heç həkim olmur."--Dedim.
"Bəs buranı bizə nişan veriblər."--Dedi:
"Hansı nömrəni nişan veriblər?"--Dedim:
"Otuz iki nömrəni!"--Dedi:
"Bu ev qırx beş nömrədi, siz gərək, bax, o tərəfə gedəsiniz."
Söz yox bunlar hamısı kələk idi ki, hamballar rədd olsunlar.
Bir bəhanə ilə beş-on dəqiqə burada ləng olub, oğru adam kimi yavaşca çıxdıq darvazaya tərəf. Küçə genə camaatla dolu idi. Yavaşca özümüzü sol tərəfə verdik və dəryanı tuşlayıb gəldik çıxdıq bulvara. Burada yarım saat əyləşdik və dəryanın mənzərəsinin təsiri altında söz yox, dincəldik və daha ağır-arxayın gəldik çıxdıq mənzilimizə.
Bizə lazım olan şeyləri düşdükcə ondan-bundan və bir parasını pulla Quba meydanından aldıq; amma sonralar çox vaxt küçədə hambal görəndə mən bir növ ehtiyat eləyirdim.
İndi daha bu ehtiyat götürülübdür; çünki vaqeən dünyada hər bir kəsdən qorxmaq lazım gəlsə, allahın aciz olan hambal tayfasından qorxmağa heç bir qorxaq adamın haqqı yoxdur və gərək də olmasın.
В 1921 году, на втором году большевистской революции в Баку, новое коммунистическое правительство прилагало все усилия и старания к тому, чтобы вывести страну из разрухи.
Жил я тогда в доме одного из родственников. Прежде всего я решил подыскать себе квартиру. С помощью друзей и при поддержке властей квартира нашлась, но в трех комнатах, которые были мне предоставлены, не было ни стола, ни стула, чтобы присесть и заняться писаниной, ни какой бы то ни было другой обстановки.
И где было все это достать?
Нет ни магазинов, ни лавок, где бы можно было купить за деньги, нет и больших денег, чтобы за другую цену через посредников раздобыть все, что нужно.
Словом!..
От забот об обстановке также избавило меня одно из знакомых мне учреждений. Там мне выдали бумажку на государственный склад на Большой Морской улице в доме № 13, где должны были отпустить мне (конечно, бесплатно!) следующие вещи: два шкафа (для книг и для посуды), два стола (большой и малый), три стула, две кровати (железную и деревянную), один чайник (вместо самовара) и одну кастрюлю (варить бозбаш).
Должен еще отметить тут же, что, выдавая мне эту бумажку, сотрудник учреждения предупредил, чтобы я предъявил бумагу заведующему складом и сказал, чтобы он выдал мне не рухлядь, а хорошую мебель. Хотя эти слова несколько насторожили меня, но я поблагодарил и ушел. Отыскал на Большой Морской этот самый склад. Заведующим оказался рыжебородый мужчина. Я показал бумажку. Заведующий взял ее, прочитал, покачал головой и, не говоря ни слова, взял перо, написал что-то на этой бумаге и, возвращая мне, буркнул: — Нету!
Я вышел на улицу и посмотрел на бумагу. Там красными чернилами было написано в верхнем углу:
«В наличии не имеется».
Я принес бумажку в учреждение, которое выдало ее мне, и отдал секретарю. Тот тоже прочитал надпись и с усмешкой сказал:
— Врет! Красными чернилами он тоже написал на бумажке что-то и вернул мне.
— Отнеси бумажку и получай вещи.
Я ему возразил, что сам заведующий написал ведь, что вещей нет, но секретарь снова усмехнулся и повторил:
— Врет!
— Но как же быть, — спросил я.
Секретарь подумал и, взглянув на меня, сказал:
— Если заведующий станет упрямиться и не захочет выдать вещи, ты скажи, что сам пойдешь на склад проверять.
Я вышел. Хотелось есть. Отправился домой, поел кусок хлеба с сыром, и с матерью моего сына мы отправились на Большую Морскую. Заведующий и на этот раз посмотрел на бумагу и замотал головой, но немного погодя, сказал:
— Ладно, отпущу, что найдется, но некоторых вещей нет.
Он взял карандаш и перечеркнул в списке кастрюлю, сказав при этом: «нету», и один из шкафов. Потом посмотрел на меня, перевел взгляд на бумажку. Было похоже, что заведующему стало жалко нас. Он встал и предложил:
— Идем!..
Из передней комнаты мы перешли в заднюю, оттуда в другую, потом в третью; и заведующий, и мы проходили по комнатам, поглядывая направо и налево; ни одного предмета из моего списка в этих комнатах не было увидено.
Не найдя здесь нужных нам вещей, заведующий повел нас еще в одну комнату и сказал:
— Я вижу, ты человек пожилой и порядочный и устал бегать сюда. Эти вещи отобрал вчера заместитель кассира и оставил здесь, чтобы я никому не выдавал. Но я беру на себя риск и могу отпустить вам кое-что. Вот этот шкаф, этот стол, вот эти стулья, потом, если хотите, вот и эту табуретку, она сойдет и за стул и за тахту — можно накрыть ковром и сидеть. Вот вместо чайника могу отпустить вам и эти пять-шесть тарелок.
Мы закончили отбор вещей и решили позвать носильщиков, чтобы доставить их домой.
С матерью моего сына мы вышли на улицу и, чтобы договориться, подозвали одного из носильщиков, которые стояли на улице.
Мы начали говорить с одним, но в одно мгновение нас окружила целая ватага носильщиков. Это все были эриванские курды. Мы хотели сперва показать вещи и договориться о плате, но носильщики — их было примерно человек пятнадцать-двадцать увидев вещи, перестали нас слушать и принялись сообща вытаскивать их на улицу. Стоявшие в стороне носильщики тоже добрались здесь и начали нагружаться каждый чем попало. Но на каждого не приходилось по предмету, поэтому за один предмет хватались несколько человек; например, один за ножку, другой за дверку шкафа. Мы не понимали, что они делают, почему так делают и куда собираются нести все это.
Разумеется, нам было не до шуток. Если бы они отнесли вещи, не договорившись заранее о плате, то мы бы не знали, сколько они потребуют с нас денег. Поэтому надо было вперед договориться, а потом уже нагружаться. Не никто не обращал на меня внимание, и некоторые вещи были уже на плечах носильщиков, а вокруг остальных возились другие носильщики, вырывали их друг у друга из рук, и при этом так галдели, что меня совсем не было слышно.
Я пошел к заведующему складом выяснить, что за суматоха и почему здешние носильщики мучают людей, но заведующий беспомощно пожал плечами. Видно было, что и сам он растерян и ничем не может помочь.
Тут подошли к нам нагруженные носильщики, предложили идти впереди и показывать дорогу. Я вынужден был заявить, что раз они нас не слушают, нам их услуги не нужны. Я не успел кончить свою речь, как носильщики, перейдя в решительное наступление, стали угрожающе кричать нам:
— Эй, хозяин! С нами нечего шутить Вы уже не можете издеваться над нами, мы вам не слуги. Мы носильщики. Вы не имеете права заставлять нас работать даром. Идите вперед и не задерживайте нас, не то плохо вам будет...
Ну и влипли же мы в историю! Мы огляделись вокруг, быть может, милиционер покажется, или какой-нибудь начальник появится, но никого не было. Бедная жена, желая успокоить их, начала объяснять им, что тут у нас мало предметов, если их понесут двадцать пять носильщиков, то должны же мы заранее знать, сколько они потребуют с нас денег и наберем ли мы такую сумму, чтобы уплатить им, или не наберем...
Куда там! Никакого действия на этих рабов божьих резонные слова жены не возымели. Тогда я стал кричать, упрашивая их:
— Ради бога, товарищи! Мы вовсе отказываемся от вещей, унесите их к себе домой!..
Братцы мои! В ответ эти божьи создания подняли такой крик, такой вой, что прохожие на Большой Морской остановились и стали глазеть на нас. Братцы мои, что за бедствие свалилось на нас неожиданно! Тихонько я сказал жене:
— Идем!..
И мы пошли вперед. На перекрестке с Торговой улицей на встречу нам мчалось несколько автомобилей, за собой тоже мы слышали гудки автомобилей. По мостовой маршировало с пением подразделение солдат. По тротуару шло столько народу, что за ними мы видели лишь одного-двух носильщиков. Остальных не было видно. На углу Красноводской улицы я тронул жену за руку, и мы тихонько свернули в какие-то ворота. Во дворе играло несколько детей.
— Вам кого надо? — полюбопытствовал один из них. Я спросил дворника. Отозвалась со стороны какая-то русская женщина:
— Вам чего?
— Доктор Васильев здесь живет? — спросил я.
Женщина ответила, что в этом дворе нет ни одного доктора.
— А нам дали этот адрес, — сказал я.
— Какой номер дома? — спросила она.
— Тридцать второй, — ответил я.
— Этот дом номер сорок пять. Вам надо перейти на другую сторону улицы.
Конечно, все это было затеяно для того, чтобы дать носильщикам уйти подальше. Помедлив здесь минут пять-десять, мы, точно воры, медленно пошли к воротам. Народу на улице по-прежнему было много. Мы свернули налево и, ориентируясь на море, вскоре очутились на бульваре. Тут мы посидели с полчаса; созерцание морского простора, несомненно, явилось для нас отдыхом. Потом спокойно, без приключений мы добрались до дома.
Нужные вещи мы раздобыли случайно у того, у другого, а частью купили на Кубинке, но еще долгое время после того случая я как-то настораживался, завидя на улице носильщика.
Теперь эта настороженность уже прошла, потому что, в самом деле, если и приходится в жизни иной раз кого-нибудь бояться, то ни один трус не имеет оснований бояться созданного аллахом беспомощного племени носильщиков.
И не должен бояться.
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-hamballar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
E... e... e... Ay gözünə dönüm ovçu, sərvəqt ol, yaxşı fürsətdir, kəməndi əlində hazır saxla; çünki bir parə dinsiz cavanlar məşədi və kərbəlayı balalarını çaşdırıblar, yoldan çıxarmaq istəyirlər və bəlkə də çıxarıb qurtarıblar. Kəməndi hazır et, bəlkə dinsizlərin əlindən qurtarıb qaçan “xam”ları bir “fənd”lə kəməndə salıb öz mübarək dininə tabe edəsən...Hərif meydanda özünü tək görüb meydan suluyur. Bəli, şuraçılar müsəlman cavanlarının əqidələrini xarab etdilər, möminlərin övladını ata-baba imanından bir qədər kənar saldılar, behiştlik hacı balalarını rus və erməniyə oxşatdılar, pak etiqada rəxnə yetirdilər və xülaseyi-kəlam, behiştlikləri huri vətənindən soyutdular, müqəddəsləri ruzi-rizvan həvəsindən saldılar, cənnət eşqinin ləzzətini götürdülər, firdövsün kövsər suyunu dandılar və yavaş-yavaş, beləliklə, o yerə gəlib çatdılar ki, indi az qalıbdır müsəlman qardaşlar şəkk gətirsinlər ki, – nəuzübillah, bu nə sözdür, bu nə əfsanədir, – Allahdan icazə olmayınca və “Camei-Abbas” rəva görməyincə insan heç bir yerə qədəm qoya bilməz, o heç bir işi başlaya bilməz və hətta-dilim qurusun-filan yerə gedəndə də çox-çox şəriət və qanuna tabe olmalıdır və ilax...
AğacAğac çox gözəl bir şeydir. Ələlxüsus yayın istisində ağacın kölgəsi gözəl nemətlərin biridir. Məsələn: Gəncə, Tiflisdə Müştəhid bağı (canımsan a Bakı!).Amma Şuşa qalası, doğrudur, yay fəslində bimisl bir yerdir. Amma hayıf ki, indiyə kimi ağacı yox idi. Çünki şəhər dağın təpəsində düşüb və bu nainsaf su bilmirəm niyə aşağıdan yuxarı getmir. Onun üçün də Şuşa qalasında indiyə kimi küçələrin heç birində nə arx, nə kölgə verən ağac olmazdı.
MətbəələrQəzetlərdənİnşallah, bəlkə axırda hamı təngə gəlib yuxudan ayıla və görə ki, mətbəə baş idarəsi qəzetçilərin və kitabçıların başına nə iş gətirir.
MüəllimRus dilində nəşr olunan Bakı qəzetləri “müəllimlər” məsələsini ortalığa qoyub danışmaqdadırlar ki, yəni indi yay daxil olur, sonra da payız gələcək, bəs, lazımdır indidən bu fikirdə olaq ki, payızda müəllimlərimiz hamı öz yerində olsun və qulluqdan Quba meydanına qaçmasınlar.Bu rus dili məktəbləri müəllimləri barəsindədir.
Başqa şairlərin şeirləri
Qurdum hər cür torumu, vermədi fayda miçəkə,Sataşır gündə gözüm xörəkdə, çayda miçəkə,
Sən, ağa, bizlər ucun ruhi-rəvansan, getməSən, ağa, bizlər ucun ruhi-rəvansan, getmə,Nə həmin bizlər ucun, aləmə cansan, getmə.
Mən nə deyirəmMən deyirəm zülmkardan azad olsun vətənimPozulmasın xəzan vurmuş bağlar kimi gülşənim
Cəfərqulu xanaSəlam olsun məndən sərkar xana,Mollalardan bir az edim şikayət.