Mirzə Fətəli Axundzadə
- Eşq
- İlahi eşq
- Hicran
- Mey və meyxana
- Təbiət və bahar
- Fələk və tale
- Ölüm
- Hikmət və nəsihət
- Vətən
- Mədhiyyə
- Satira
- Mərsiyə
Canişin dəftərxanası mütərcimi poruçik Mirzə Fətəli Axundzadənin raportu 10 oktyabr 1852-ci il. Şuşa*Ucaməqamlı knyaz Canişinin buyruğu ilə mən həmin ilin aprel ayının 1-dən qvardiya podpolkovniki Meyyerlə Şuşa qəzasında fevralın 18-də kazaklarla toqquşan kontrabandistlərin sorğu-sualına göndərildim. Mən bu günədək müstəntiqin işində heç bir səsim və dəxalətim olmadan mütərcim sifətilə qulluğun bütün vəzifələrini və Pyotr Martınoviç Meyyerin tapşırıqlarını yerinə yetirmişəm ki, bunu o özü şəxsən sizin hüzurunuzda iqrar edə bilər. Lakin zati-aliniz mənim xəstəhal olduğumu bilməmiş deyilsiniz. Mən hələ may ayında ağır qızdırmaya tutulmuşdum. Bu xəstəlik mənim qısa müddət üçün Tiflisdə olduğum vaxt təzələndi. İndi isə qızdırma məni hər gün əldən salır. Bundan əlavə Şuşanın nəmli havası mənim babasil tutmalarından zəifləmiş səhhətimi tamamilə pozur.
TəlimatƏzizim Əsgərxan bəy!Yeni əlifba kitabçası əlinizə çatan kimi gecikmədən yeni yazı üsulunu yazılmış təlim qaydalarına müvafiq olaraq öyrənib, xalqın bütün təbəqələrindən – istər varlı və əşraf, istərsə də yoxsul və sənətkarlardan şagirdlər tapıb, yeni əlifbanı onlara öyrədin və diqqət yetirin ki, kitabçanın üzünü köçürüb özlərində saxlasınlar. Əgər tələbələrdən və məktəb uşaqlarından şagirdlər tapa bilsəniz, çox yaxşı olar. Yeni əlifba kitabçasını kamal və mərifət sahiblərinin məclislərində oxumalı və yeni yazı üsulunun vacib bir iş olduğunu dəlillərlə sübut etməlisiniz.
Mirzə Hüseyn xanaMəhəbbət yolu ilə məni yada salıb göndərdiyiniz məktub gəlib çatdı. Könlümün güzgüsünə sizdən sarı qonmuş inciklik tozu silindi. İndi gileygüzarlıq məqamında deməliyəm ki, siz mənim haqqımda çox cəfa rəva gördünüz. Mən sizə sədaqət və məhəbbət göstərdim. Onun əvəzində cövrü cəfa layiq deyildi. Özünüz insafla deyin, Tiflisdə sakin olduğunuz müddətdə məndən sizin istəyinizin xilafına olan bir hərəkət baş verdimi? Amma siz cənabın mənimlə rəftarından mənim şikayət etməyə haqqım var. Məndən aldığınız o əlifba kitabçalarını nə elədiniz? Mənə verdiyiniz o bollu vədlər necə oldu? İndi yazırsınız ki, İstanbula gəlim. Nə ümidlə, hansı inamla?Hər halda möhtərəm Mirzə Əbdürrəhim xana gahdan yazıb göndərdiyiniz məktubun qırağında yazıb bildirin görək gələn ilin payızında sizə məlum olan mətləblərə görə iki-üç ay müddətinə İstanbula gəlməyim məsləhətdir, ya yox?
Yazılı məruzə (Kruzenşternə)Qafqaz canişinliyi baş idarəsinin mütərcimi mayor Mirzə Fətəli Axundzadənin yazılı məruzəsi**23 aprel 1863-cü il, Tiflis*
Maarif nazirinə məktubHəzrət-əşrəf, nəvvab maarif naziri Etizadüssəltənəyə! Onun ali səadəti daimi olsun!Dövləti-əliyyeyi-İranın Tiflisdəki baş konsulu Əli xan alicənab bir cavandır. Onun mənə çox məhəbbəti və hörməti vardır. Həmişə sizin gözəl sifətləriniz və yaxşı xasiyyətləriniz haqqında söhbət edir. Bu vasitə ilə də məni sizin həm fitri, həm də elmi fəzilətlərinizlə qiyabi surətdə tanış etmişdir. Ona görə də mən köhnə islam əlifbasını dəyişdirmək və yeni yazı qaydaları tətbiq etmək haqqında Maarif Nazirliyinə ərizə göndərərkən, mənim ixlasımı bildirən bu məktubla həzrət-aliyə başağrısı verməyə cəsarət etdim.
Nəsirül-mülk Mahmud xana məktubNasirül-mülk Mahmud xana yazılmış məktubun surəti**Ali səadətiniz həmişəlik olsun! Yüksək nəsəbli cənabınızın mənim haqqımdakı mehribanlıq və iltifatına şübhə etmirəm. Dəfələrlə dostlardan və tanışlardan eşitmişəm ki, cənabınız məndən və mənim əsərlərimdən çox xoşlandığınızı və sevindiyinizi söyləmişsiniz. Buna görə də sizin iltifatınıza bel bağlayıb, ixlasımı bildirən bu məktubu yazmaqla, sizə başağrısı verirəm. Mən əlahəzrət şahənşahın Maarif Nazirliyinə köhnə islam əlifbasını dəyişdirmək məsələsinə dair bəzi kitabçalar və məktublar göndərmişəm. Sizdən xahiş edirəm ki, öz əziz vaxtınızdan bir qədərini onları oxumağa sərf edərək özünüzə xas olan iltifatla, layiq və lazım bildiyiniz bir şəkildə məni böyük şahzadə Etizadüssəltənəyə tanıtdırasınız.
Əli xanaƏzəmətli ağam Əli xan! Allah cəlalınızı daimi etsin!**Ramazan ayının 16-da yazdığınız məktub nə şirin məktub idi. Onu oxumaqdan aldığım ləzzət hələ də damağımdadır. Pak allah həzrətləri sizi dünyada kama çatdırsın ki, bu məyusluq günlərimdə mənə ümid müjdəsi verdiniz.
Mirzə Melkum xanaRuhi-rəvanım, Ruhül-qüds!Nəhayət, mənə məlum oldu ki, məktublarımı sizə çatmağa qoymurlar. Bunun səbəbi nədir? Bu bədbəxt adamın kim olduğunu bilmirəm, siz özünüz orada arayıb axtarın. Bu qədər deməliyəm ki, mən vəziyyəti olduğu kimi və müfəssəl surətdə sizə yazıram.
Mirzə Yusif xana1871-ci il iyunun 8-də Mirzə Yusif xana yazılmış məktubun surəti**Əzəmətli ağam, Allah səadətinizi daimi etsin!
Mirzə Melkum xana1871-ci il iyunun 8-də Melkum xana yazılmış məktubun surəti**Ruhi rəvanım, Ruhül-qüds!
Mirzə Melkum xana1872-ci il mart ayının 29-da Ruhül-qüdsə yazılmış başqa bir məktubun surəti**Ruhi-rəvanım, Ruhül-qüds!
NikolaiyəKeçmişdə Rəşt şəhərində böyük Fransa dövlətinin baş konsulu olub, fars dilini yaxşı bilən müsyö Nikolaiyə yazılmış məktubun surəti**1872-ci il dekabrın 6-da Tiflisdən*
Nikolaiyə[Müsyö Nikolaiyə]**Mənim əzəmətli və əziz qardaşım! Səadətiniz daimi olsun!
Nikolaiyə1874-cü ilin mart ayında müsyö Nikolai cənablarına göndərəcəyim məktubun qaralaması**Əziz və əzəmətli dostum müsyö Nikolai, Allah səadətinizi daimi etsin!
Həsən bəyəMərhəmətli cənab Həsən bəy!Sizin 5 aprel tarixli məktubunuzu aldım. Göndərdiyiniz elanlardan Şeyxülislama və müftiyə – hərəsinə 25 nüsxə verdim. Onların hər ikisindən sizin mənə yazdığınız məktubda ifadə etdiyiniz xahişinizi yerinə yetirməyi rica etdim. Bunun nəticəsini onlar özləri sizə yazacaqlar. Mənə göndərilən elanlara gəlincə, onlardan on dənəsini mənim xahişimə əsasən, buradakı İran konsulu cənabları qəbul etdilər. Beləliklə, siz on nəfər abunəçinin pulunu oradan alacaqsınız. Qalan 15 elana gəlincə, onlar hələlik məndədir. Mən nəzərdə tutmuşam ki, savadlı tanışlarıma təsadüf etdikdə, bu elanlardan onlara təqdim edərək, sizin qəzetinizə abunəçi olmalarını xahiş edim.
Mirzə Melkum xana“Kəmalüddövlə” çapdan çıxandan sonra Melkum xana yazacağım məktubun surəti**Mənim əzəmətli qardaşım! Ey mənim kimi qəmlərə mübtəla olan, arzusuna çatmayan, arzusunun oxu heç bir yerdə hədəfə dəyməyən və öz müasirlərinin qabiliyyətsizliyindən və anlamazlığından təngə gələn!
Mirzə MustafayaGözümün işığı Mirzə Mustafa, Allah ömrünüzü uzun eləsin!Cəmadiəssaninin 29-da yazılmış əziz məktubunuz yetişdi və hədsiz sevincimə səbəb oldu. Sizin əhvalınızdan xəbər tutduğumdan çox şad oldum. Mənim şəklimi istəmişdiniz, həmin məktubun içərisində göndərirəm.
İkinci məclisİKİNCİ MƏCLİSİkinci məclis Xaçmaz dağında vaqe olur. Dağın damənəsində bir müsəttəh və müəttər və rəngarəng gül, giyah ilə müzəyyən çəməndə iki çadır qurulubdur. Əlli qədəm bir-birindən aralı çadırların aşağı tərəfindən ağacdan bir çardaq tikilib, içində böyük misgər kürəsi və bu kürəyə münasib bir körük nəsb olub. Kürənin çevrəsində ambar ilə əzilmiş mis parçaları tökülüb suya, tezliklə ərinib gümüş olasıdır. Çadırın birisinin yavığında genə ağacdan bir balaca çardaq qurulubdur. Çəmənin üst tərəfi getdikcə uca, qarlı dağlara müttəsil olur və qabağında bir dərə var, içindən bir balaca çay axır. Dərənin hər iki tərəfində bitmiş yüz illik palıd və fısdıq ağaclarının budaqları ahəstə əsən nəsimdən hərəkətdədir. Ənva və əqsam quşlar ağacların bir budağından o biri budağına qalxıb, qonub mövzun nəğəmat ilə dərəyə qülqülə salırlar. Çəmənin müqabilində bir bulaq suyu qayadan ahəstə və həzin səs ilə axıb dərəyə tökülür və axdıqca qətəratı ətrafa səpələnir. Çəmənin gündoğan tərəfi göz işləməyən səhradır. Dərəyə getdikcə çadırların birisində sakindir Molla İbrahimxəlil kimyagər, birisində Molla Həmid, onun şagirdi. Balaca çardaqda olur dərviş Abbas, onun xidmətkarı öz alət və əsbabi ilə. Sübhdən iki saat keçmişdi, günün şüası dərədən tədriclə mütəsaid olan dumanın üstündə bərq vururdu. Bu halda Molla İbrahimxəlil kimyagər öz çadırından çıxıb şagirdi Molla Həmidin çadırı tərəfinə üz qoyub Molla Həmidi çağırır. Molla Həmid çadırdan çıxıb qabağına gəlir, ədəbli durur. Molla İbrahimxəlil başlayır ona deməyə.
Sərgüzəşti mərdi-xəsisTəmsili-güzarişi-əcib ki, keyfiyyəti beş məclisdə bəyan olub itmamə yetir.ƏFRADİ-ƏHLİ-MƏCALİS
Mürafiə vəkillərinin hekayəti(ŞƏHRİ-TƏBRİZDƏ)*Təmsili-guzarişi-əcib ki, keyfiyyəti üç məclisdə
MədhiyyəKapitan İqranoviç haqqında*Şahi-şahan imperator, xosrovi-keyvan sərir,
Səidə xitabSəida, nuri-çeşmim, bir nəsihət daxı məndən al!Ülumə sərfi-səy et, bulhəvəslik yoluna varma!
[Nəzm və nəsr haqqında]Hər dilin təkəllümü və kitabəti qərari-mütəarif üzrə nəsr ilədir və gahi bir para məzaminin fəhmindən ziyadə ləzzətənduz və mütəəssir olmaq üçün təkəllüm və kitabət şe’r ilə olur. Şe’r gərək laməhal ziyadə ləzzətə və hüzndə və fərəhdə ziyadə tə’sirə bais ola. Əgər olmasa, sadə nəzmdir. Və şe’r təbaye və adata və istilaha qərib əlfaz və məzamin ilə deyiləndə ləziz və müəssir düşəcək və ləvazimatdandır hüsni-əlfaz və təşbihat və təmsilat və tövzih və təsrih və sair mühəssənat. Əgər bunun xilafınca deyilsə, məzaci-müstəme’də onun eşitməyindən heç bir gunə təğyir hasil olmaz. Bu cəhətdəndir ki, əksər qəzəliyyat məzaci-insanidə hərgiz bir şövq və vəcd əmələ gətirmir. Bəs mə’lum oldu ki, şe’r əgərçi nəzm ilə olur, amma hər nəzm şe’r deyil. Məsələn: bir para mətalibi sühuləti-hifz üçün və hüsni-təbyin üçün nəzmlə zikr edərlər. Əlbəttə, belə nəzmlərə şe’r və naziminə şair demək xətadır.Tarixi-hicridən bu zamana qədər milləti-islam arasında bir kimsənə şe’r ilə nəzmə fərq verməyib, hər nazimin adına bərxilafi-həqq şair deyiblər. Şe’r əlahiddə bir bəxşi-ilahidir və maddeyi-qabiliyyətişair xudadadədir və təhsil və tərbiyət o maddənin ancaq inbisatına və əş’arın artıq zinətinə bais olar. Belə maddə sahibləri çox nadir vücuda gələrlər. Əhli-fürsdən ancaq Firdövsi və Nizami və Cami və Sə’di və Mollayi-Rumi və Hafiz şairdirlər. Bunların da qüsuru budur ki, bir para məqamda izhari-fəzl üçün xilafi-təbiətü adət göftgu ediblər. Belə məqamlarda onların xəyalatına da şe’r demək caiz deyil, ancaq mənzumati-məqbulə və pəsəndidə demək olur. Şe’r dərəcəsindən əsfəl, bunlardan masəva sairlərinin hərgiz şe’r maddəsi yoxdur. Ancaq sənətkardırlar ki, əlfaz hifz edib şüruti-nəzmə müvafiq haman əlfazı rişteyi-nəzmə düzürlər və hərgiz nəzmlərində bir tə’sir yoxdur; bəlkə əksərinin nəzmlərində heç məzmunu-səhih dəxi tapılmaz və bu sənət bir belə asan zaddır ki, hər bir məktəbdən çıxan kimsənələrin əksəri fürs arasında bir az məşq etməklə əlfazı nəzmə düzməyə qadir olur və belə kimsənələrə şair demək qələtdir.
1280-ci (1863-cü) ildə cənab Ruhül-qüdsün öz dilindən eşidib yazdığım ali bir mətləbin mətni“Zülm” məsdərdir. Onun ismi-faili “zalim” və ismi-məf’ulu “məzlum”dur. Məsdər olan zülmü aradan qaldırmaq üçün iki şey lazımdır: ya zalım zülmdən əl çəkməlidir, ya da məzlum zülmə dözməməlidir. İdrakın təsdiqi ilə zülmü dəf etməkdə bu iki yoldan başqa heç bir yol təsəvvür edilə bilməz....Hazırkı əsrin əvvəllərinə qədər, təxminən on min ilin ərzində bütün peyğəmbərlər, filosoflar və şairlər zülmün aradan qaldırılmasını istəyərək, belə bir əqidədə idilər ki, onu aradan qaldırmaq üçün zalıma moizə oxuyub nəsihət vermək lazımdır. Ona görə də bu uzun müddət ərzində onlardan hər biri öz bildikləri kimi, əqidələrini sözdən işə, əmələ keçirmişlər. Məsələn: peyğəmbərlər zülmü aradan qaldırmaq, zülmdən əl çəkmək müqabilində zalimə behişt və’dəsi vermiş və zülmü davam etdirən zalimləri cəhənnəmlə qorxutmuşlar. Filosoflar zülmü dövlətin zəvalının səbəbi bilərək, dövlətin davamı üçün ədalətli olmağı məsləhət görmüşlər. Bu barədə peyğəmbərlər bir çox kitablar və hədislər, filosoflar isə saysız-hesabsız əsərlər yazmışlar. Şairlər həm Asiyada, həm də Avropada, məsələn, Sə’di kimi, öz əsərlərində zülmü pisləmiş və ədaləti tə’rifləmişlər ki, zalim zülmdən əl çəkib ədalətli olsun. Lakin bir çox təcrübələrin nəticəsində tamamilə aydın olmuşdur ki, bəşəriyyətin ən şərəfli nümayəndələri olan bu adamların əsrlər boyu zülmü aradan qaldırmaq yolunda çəkdikləri zəhmətlər bütünlüklə nəticəsiz və faydasız qalmışdır. Zülm isə dünyada əsla aradan qaldırılmamışdır. Zülmü aradan qaldırmaq üçün moizələr və nəsihətlər zalimin təbiətinə qətiyyən tə’sir göstərməmişdir.
Dəsturül-əməlAlicənab Hacı Molla Məhəmməd!Vəqta ki, İstanbula varid olursunuz, təvəqqe edirəm ki, bidunitəxir mənim məktubumu dostumuz Əbdürrəhman ağa Hacı Məhəmmədəmin mərhumun oğluna təslim edib, lisanən mükərrəmüləleyhdən rica eləyəsiniz ki, hər vəch ilə olur olsun mənim məsulumu məmul edə və məktubumun cavabını sizə verə ki, mənə yetirəsiniz. Xülasə, gərək cavabsız gəlməyəsiniz. Sonra əlifbayi-cədidin xüsusunda həmişə ərbabimərifət və kəmal ilə göftgu edəsiniz və üləma məclisinə tərəddüd edib, bu əlifbanın mənfəəti babında onlar ilə danışasınız və basmaxana sahiblərinə deyəsiniz ki, onların hüsni-övza və tərəqqiləri mövqufdur bu əlifbanın intişarına. Ondan ötrü ki, hər kitab təzə xətti-cədid ilə basmaxanadan çıxdıqda haman saat füruşa yetişəcəkdir. İnşaallah-taala, padşahani-islam bu rəsmi-xətti-cədidi təsdiq və mücra edib, küllifirqeyi-islamı nikbəxt edəcəklər və əgər əlifbayi-cədidin surətini bir kimsənə xahiş eləsə, əlbəttə, yazıb verəsiniz.
Akademik Dorna məktubCənab Boris Andreyeviç!Müsəlman əlifbasının natamamlığı şərqşünasların çoxuna məlumdur; müsəlman yazısını öyrənmək, demək olar ki, Çin heroqlifi kimi, zehnə deyil, yaddaşa möhtacdır. Əvvəla, sözlərdə tamamlanmış səslərin əmələ gəlməsi üçün lazım olan hərflərin bir neçəsi əlifbada yoxdur. İkincisi, saitlərin böyük hissəsi onların yardımı ilə tələffüz olunmalı samitlərin yanında yazılmır, bunu oxucu özü nəzərə almalıdır. Bu da oxucu üçün o vaxt müyəssər olacaq ki, yazılmayan saitləri oxumağa qədər kamilləşə bilsin. Bununla da illər keçir, qiymətli vaxt boş yerə hədərə gedir. Üçüncüsü, hərflərin çoxunun yazılış şəkli eynidir və yalnız nöqtələrlə fərqlənirlər. Bu nöqtələr də çox vaxt katiblər tərəfindən yazılmır, onları ayırd etmək oxucunun öz öhdəsinə buraxılır.
Akademik Dorna cavabHəzrət-əşrəf! Zati-alinizin göndərdiyi məktubdan aldığım gözəl təəssüratı ifadə etmək üçün söz tapa bilmirəm. Mən bu məktubda yeni əlifbama dair birinci dəfə olaraq, təsəlliverici sözləri oxudum. Açıq deməliyəm ki, mən öz layihəmin faydalı və əsaslı olmasına o qədər möhkəm əmin idim ki, onun tezliklə və hər yerdə tətbiq ediləcəyinə zərrə qədər şübhə etmirdim. Belə bir əhvali-ruhiyyə ilə mən özümü elə bir şəxslə müqayisə edirdim ki, o, özünün bütün zəifliyi ilə qarşısında duran ən böyük çətinlikləri aradan qaldıra bilər. Lakin sizin məktubunuzu oxuduqdan sonra, sizə bəslədiyim tam etimada baxmayaraq, öz fikrimi dəyişdim. Məndəki coşqunluq və sonsuz enerji, əql-səlim və sakitliklə əvəz edildi. Mən öz layihəmi bəşəriyyət üçün faydalı olan bir zəhmətin nəticəsi kimi müdafiə etmək haqqında düşünərək, aşağıdakı qərara gəldim.Mənim layihəm hazırda islam Şərqinin ruhuna uyğun olaraq, rəhbər kimi qəbul edilə bilməz. Çünki o qəbul edildikdə hazırda Asiya və Avropada mövcud olan əlifba ilə çap edilmiş və həmin əlifbada olan bütün kitabları ləğv etmək lazım gələrdi. Ona görə də olmazmı ki, həmin bu əlifbanı hazırda mövcud olan köhnə əlifba ilə bir sırada tətbiq edərək, cüzi zəhmətlə öyrənmək fikri qəbul edilsin. Necə ki, rus mülki əlifbası kilsə əlifbası ilə birlikdə bir-birinə mane olmadan eyni xalq tərəfindən yazılır və oxunur. Belə bir ehtimalın mümkün olacağını düşünərkən mən müsəlmanların onsuz da şikəstə, reyhani və sairə kimi, həm də oxumağı bacaran adamların əksəriyyətinə tanış olmayan xətlərə malik olduğunu nəzərdə tuturdum. Lakin burada bir fərq var ki, adlarını çəkdiyim xətlər, mənim əlifbam tətbiq edildiyi təqdirdə, hazırkı yazıdan fərqləndiyi qədər fərqli deyildirlər. Ancaq mənim əlifbamın çox mühüm üstünlüyü vardır. Onun vasitəsilə bütün tarixi və coğrafi əsərlərdə bol olan xüsusi adları doğru və düzgün oxumaq və yazmaq mümkün olacaqdır.
Qeyd1861-ci ilin sentyabr ayında Müsyö Berje vasitəsilə Tiflisdən Tehrana “Təmsilat”ımdan dörd nüsxəsini adları aşağıda qeyd olunan şəxslərə, yəni maarif naziri şahzadə Əliqulu Mirzəyə, əyalət nayibi şahzadə Fərhad Mirzəyə, ədliyyə naziri Abbasquluxan Cavanşirə və Müşirüddövlə Mirzə Cəfər xana göndərib, “Təmsilat”ın hər bir nüsxəsinin titul vərəqində bu sözləri yazdım. Yazdığım bunlardır:Zahiri baməzə və xoşagələn, batini isə başdan-başa moizə və nəsihətdən ibarət olan bu cür qəribə əsərlər müsəlman xalqları arasında məlum deyildi. Mən bu işin banisi oldum. Bu əsərlərdə mənim müsəlman camaatı arasında mövcud olan bəzi xoşagəlməz adətlərə və ənənələrə qarşı istehza yolu ilə etirazımı görənlər, bu etirazı mənim təəssübsüzlüyümə və xalqıma qarşı məhəbbətimin olmamasına yozmasınlar gərək! Çünki bu etirazlardan məqsədim ibrət dərsi verməkdir ki, başqaları bu kimi pis adətlərdən çəkinsinlər. Necə ki, açıq fikirli həkim şeyx Sədi rəhmətullah da öz “Gülüstan”ında Loğmanın dili ilə bu mətləbə işarə etmişdir: “Loğmandan soruşdular ki, ədəbi kimdən öyrəndin? Dedi: – Ədəbsizlərdən, yəni onların əməllərində hər şeydən ki, xoşum gəlmədi, ondan uzaqlaşdım”.
Paşa xana məktubPaşa xana yazılmış ikinci məktubun surəti**Mənim əziz ağam, səadətiniz daimi olsun!
Müstövfiyül-Məmalikə məktubDövləti-əliyyeyi-İranın birinci şəxsi Müstövfiyul-Məmalikə yazılmış məktubun surəti**Dövləti-əliyyeyi-İranın birinci şəxsi cəlal sahibi Müstövfiyül- Məmalik cənablarının xidmətinə, onun yüksək iqbalı daimi olsun!