Cəlil Məmmədquluzadə · Nəsr
- Eşq
- İlahi eşq
- Hicran
- Mey və meyxana
- Təbiət və bahar
- Fələk və tale
- Ölüm
- Hikmət və nəsihət
- Vətən
- Mədhiyyə
- Satira
- Mərsiyə
Bir neçə vaxt bundan irəli İran məmurlarının biri Tiflisə təşrif gətirən vaxt iranlılar cəm olmuşdular məmurun görüşünə. Bu məclisdə İran qulluqçularından başqa ticarət əhlindən də çoxluca əşxas hazır idi.Nə olar ki, möhtərəm qonağın ziyarətinə gəlmək yaxşı şeydir.
Tarixİnsan üçün böyük dərslərin biri də tarixdir. Aç qabağına tarixin səhifələrini və əgər gördün ki, bir vaxt insanlar bir para işlərdə səhv eləyiblər, – dəxi sən həmin səhvi eləmə.Tehranda balaca uşaqların düşmən qabağına quran götürüb çıxmaqları, – gələcək üçün bir tarixdir. Gələcəkdə tarixin Tehran səhifəsini açanda oxuyacaqlar ki, tüfəngin və topun qabağına Tehranda balaca uşaqlar quran çıxartdılar və padşahın qoşunu tüfəng və top güllələri ilə uşaqları da tikə-tikə elədi, quranın vərəqlərini də parça-parça eləyib havaya uçurtdu.
DuaBir söz eşitmişəm, amma inanmıram.Qəzetlər yazırlar ki, Tiflisdə olan iranlılar buradan İstambula teleqrafla Sultan Əbdülhəmidə dua göndəriblər. Bunu mən eşitcək çox təəccüb elədim və səbəbi də budur:
CavabSəlyanda müəllim cənablarına:Yazdığın dörd səhifə məktubu çap eləsək, dəxi bizim özümüzə növbət qalmaz, halbuki, bizim özümüzün yazmağa sözümüz çoxdur.
Nüma“Molla Nəsrəddin”in lüğətindən*Nüma, yəni nə ola?
Bəs nə vaxt?Bəzi vaxt bəzi ruznamələrdə bəzi yazıçılarımız belə rəvayət eləyirlər ki, yer üzündə müsəlmanların hamısından artıq tərəqqi edən və gözüaçıq – Rusiya və Qafqaz müsəlmanlarıdır.Zarafat eləmirəm ha! Bu sözləri mən bir yerdə oxumuşam.
HümayunQəzetələrdə oxuduq ki, təzə təyin olunmuş İrəvan konsulu Ağayi-Zəhir Hümayuni İrəvanda İran əhli çoxdan gözlüyürmişlər və oxuduq ki, konsul cənablarının pişvasına hədsiz adam çıxıb. Oxuduq ki, indiyədək heç bir konsul bu cəlal ilə şəhərə varid olmuyub.Bunu da oxuduq ki, konsul cənabları dünyada bir elm qalmıyıb ki, oxumamış olsun. Bombeydə ingilis dilini mükəmməl təhsil edib, rus dilini necə ki, lazımdır bilir, məktəbin aşiqidir və millətin məşuqidir, dəxi nələr, nələr və nələr. “İsmi-şan Mirəlixan, ləqəbi-şan Zəhiri-Hümayun, rütbeyi-əmirpənci daştə və sahibmənsəbi-nizami həstənd, filan və filan”. Bunların hamısını oxuduq. Amma bircə bu yaddan çıxıb yazılmıyıb ki, “bari təala hüsnra bədəh cüzvei-qismət fərmudə əzon cümlə yeki cüzvei-betəmam ələmiyan dadə və noh cüzvei-digər nuri-cəmal və pirayeyi-kəmal ağayi-Zəhiri Hümayun saxt və ərbabisənaəti-nücum güyənd ki, talei-fərxəndeyi-on vücudi-sərətan bud afitad dər tale və Ütarid dər düvvüm və Zühəl və Qəmər dər nöhhüm və Mərrix dər yazdəhüm və Müştəri və Zöhrə dər dəvazdəhhüm lacərəm dər ğayət cəmal və nəhayət, kəmal üftadə, dər hüsnü məlahət nəzir və həmta nədaşt… “.
Lal oyunuAllah bir para pis adamların ömründən kəsib qoysun cənab Levitskinin ömrünün üstünə. Kişi bir elə yadigar qoyubdur ki, hər kəsin yadına düşəndə ona min rəhmət oxuyacaq.“Lal oyunu” üsulu ilə dərs vermək qaydası axırda Şamaxıya da gedib çıxdı.
MöminMömin adam əmanətə xəyanət etməz.Culfada Məhəmmədovların mübaşiri Kərbəlayı Hüseyn Allahın məxluquna zülm eləyirdi və axırda xalq ictima edib onun şərini dəf elədilər. O getdi öz işinə. Onun yerinə indi bir Məşədi Muxtar peyda olub.
UnutmasınlarBir il bundan qabaq eşitdik ki, Tiflisdə “Məzhər” adında türk dilində bir qəzetə çıxır.Bir övqat keçdi dedilər ki, “Məzhər” çıxıb.
Hacıxana– Ədə, Həsənəli, naxır gəlir, qaç töylənin qapısını aç, heyvanlar gəlib həyətə girməsinlər və həyət-bacanı zibilləməsinlər.– Ədə, tez ol, qoyma qaç qabağa!
ZəhrimarA kişi, bu Tiflis məscidinin mövqufatı lap əngəl oldu. Bu zəhrimar qoymur Allah bəndələrini rahat evlərində yatsınlar. Nə bilim, hansı rəhmətliyin də işi-gücü yox imiş, gedib Tiflis məscidinə, nə bilim, nə qədər mülk-maş vəqf eləyib.Hələ mülk-maş qalsın kənarda. İndi bu saat padşahlıq xəzinəsində Tiflis məscidinin həştad min manat pulu var. Ay balam, bu pul olub bir dərd, bəla. Dəxi nə deyim? Nə gedib xəzinədən götürmək olur ki, bu zəhrimar birədi puça çıxsın, nə də oğurlamaq, çalıb talamaq olur. Xülasə, bir böyük əngəl.
ŞahzadəQabaqca bunu gərək deyək ki, Məhəmmədəli şahın qardaşı şahdan küsüb gedib Rusiyada Varşava şəhərində olur.Əvvəllər hökumət məmurları şahzadəyə heç məhəl qoymurdular, çünki görürdülər ki, Məhəmmədəli şahın qardaşıdır.
Həqiqətİstəyirəm burada möhtərəm oxucularımız ilə bir az söhbət eləyəm. Hər kəs mənim bu söhbətimə qulaq asmaq istəyir, əvvəl “Tərəqqi” qəzetinin 132-ci nömrəsində ikinci səhifədə əvvəlinci sütunun aşağısında yazılan teleqramı oxusun və mən də hələ bir stəkan çay içməyə məşğul olum, sonra gələk söhbətimizə.Bəli, haman teleqrafın məzmunu budur:
Köhnə ilAdətdir, köhnə il qurtaranda və təzə il daxil olanda hamı qəzetlər köhnə ilin müddətində üz verən əhəmiyyətli vüquatı bir-bir yazıb oxuculara bildirirlər. Bu adətə biz də əməl eləyirik.1908-ci ilin ərzində böyük vüquatdan biri budur ki, Avstriya hökuməti Bosniya və Hersək vilayətlərini zəbt eləyib öz məmləkətinə qarışdırıb və Bakının Bülbülə kəndində bir müqəddəs seyid bir lal müsəlmanın dilini açıb danışdırıb. Həmin 1908-ci ildə İranda Səttar xan baş qaldırıb və gəncəli Məmmədovların köməkliyi ilə Azərbaycana sahib olub. Peterburq şəhərində rus xanımlarının yığıncağı baş tutub və hər vilayətin, hər tayfanın arvadlarından o yığıncaqda olublar. Qafqaz xanımları tərəfindən yığıncaqda Gəncə xanımlarından altı nəfər olub və bunlar orada hüquq barəsində çox nitqlər söyləyib. Və molla Məyub yeddi yaşında bir qıza kəbin kəsib bir nəfər molla Əliyə verməyi barəsində…
QənimətAmma bu zalım Orenburq tatarlarının içindən qəribə şairlər törəyib. Məsələn, ayıb olmasın. “Din və məişət” jurnalının birinci nömrəsində “Səddiqüləmini” imzası ilə bir şair yazır:Əzimətsən, əzimətsən, əzimət,
ÜləmaBəndə ömrümdə çox moizələr, çox xütbələr eşitmişəm; lakin tasua günü “Səadət”də fəxrül-islam olan Axund Molla Ələkbər cənablarının moizəsi kimi bir moizə hələ eşitməmişəm. Bu moizə insanın ruhunu guya quş qanadları üstünə alıb, cümlə avam insaniyyəti seyr etdirir idi və insan seyr etdikcə qəlbi riqqətlənib, ruhu ucalıb, özündə bir ülviyyət, bir əzəmət hiss etməyə məcbur edirdi.Bilmirsiniz axund həzrətləri nədən danışırdı?
Küflə qurdu“Tərəqqi”nin 25-ci nömrəsini oxuyanlarla bir az söhbət edək.Bəli, Aşqabadda mərsiyəxan Hacı Molla Əbdüləli camaata söz verir ki, şami-qəriban gecəsi qabaqca Firudini və Müzəffəri məktəblərinə pul yığsın, sonra özünə pul istəsin.
PoçtxanaMən indiyə kimi hələ qana bilməmişəm ki, bu poçtxananı urus nədən ötrü icad eləyib. Deyirlər ki, hələ Avropada bundan da dəstgahlı poçtxanalar var. Gənə dəmir yolu olmaya, araba yolu olmaya, adamların tərəddüdü olmaya – o vədə tutaq ki, hələ bir yana pul göndərmək, ya kağız göndərmək üçün bəlkə poçtxana elə bil ki, sensur alması. Sənəm və sərv qədər laləzar gedən var. Tiflisdən Gəncəyə gedən var, Şəkidən Şirvana gedən var – dəxi poçt nəyə lazım: kağız göndərəcəksən, ya pul göndərəcəksən, ya şey göndərəcəksən, çıx bazara, soruş gör gedən kimdiver aparsın dinməz-söyləməz, xərcsiz və zəhmətsiz.Yəni maşallah bizim müsəlmanlar bu mətləbi çoxdan başa düşüblər və necə ki, mənim səliqəmdi, onlar da elə rəftar eləyirlər.
Pillə-pilləPillə pillədir.Bir il bundan qabaq millətlər gördülər ki, “bəli, əlbət, müsəlmanların ruhani rəisi belə olar”. Bəli, bir ay keçdi. Nə tövr oldusa, bir biabırlıq üz verdi. Belə olanda bizim qoşunlarımız uzaqdan baxa-baxa dedilər ki, “bəli, əlbət, elə şeyxülislam belə olar”.
Haman sözElə haman sözdür ki, neçə dəfə yazmışıq. Yenə köhnə məsələdir…Kimdir Sultan Əbdülhəmid?
Dörd yüz qızOxucularımıza ərz olsun ki, bu axır vaxtlarda əcnəbi mətbuatı və xüsusən Parijdə çıxan qəzetlər Əbdülhəmidin hərəmxanasını əldə bəhanə eləyib başlayırlar nalayiq sözlər ilə biz müsəlmanların abırına toxunmağa. Abır varmı, ya yoxmu – bu bir özgə məsələdir; amma söz burasındadır ki, aya nə səbəbə onlar öz gözlərində qılı görməyib bizim gözümüzdə tiri görürlər?Oxucularımızın izni ilə və millətpərəstlik vəzifəmi yerinə yetirmək qəsdi ilə mən də lazım bilirəm avropalılara, necə ki, lazımdır cavab verəm; elə cavab verəm ki, bir də haramzadalar cürət eləyib müsəlman adı çəkməsinlər.
YolYadındadırma, əzizim ki, həmişə mən sənə deyərdim: “Dayan, qardaş, o yol ilə getmə, qayıt geri, peşiman olarsan!”. Sən mənə cavab verərdin ki, “yox, yox, gərək bu yol ilə gedəm. Bu yol məni aparıb çıxaracaq gülüstana”. Mən deyərdim: “Getmə, qayıt geri. O yol ki, sən gedirsən, gülüstan yolu deyil. O yol səni aparıb çıxardar qamışlığa, orada qabanlara rast gəlib puç olarsan”.Yadımdadır ki, sən mənim üstümə hirslənib istəyirdin ki, hələ məni vurub öldürəsən də. Mən deyərdim: “Getmə”, sən deyərdin: “gedəcəyəm”.
ZülmBu zülm doğrudan da, nə yerə sığışar, nə göyə.Əhvalat belədir:
Əyyami-mahMüsəlmanların qeyri millətlərə nisbət dalda qalmaqlarının, əlbəttə, bir səbəbi var. Hər kəs nə deyir desin, amma mənim əqidəmcə bunun səbəbi tək bircədir ki, aşağıda ərz olunur.Biz müsəlmanlar indiyədək günlərin səadətini və nühusətini istəməmişik mülahizə eləyək və ayın əvvəlindən ta otuzunadək başımızı salırıq aşağa və dünya işlərinə məşğul oluruq və halonki bizim üləmamız keçmiş vaxtlarda bu barədə neçə cild kitablar yazıblar və hər bir günün xoş olmağını, ya nəhs olmağını təyin ediblər ki, mömün bəndələr hər vaxt agah olub pişvaların nəsihətinə mütabiət eləsinlər. İndi, məsələn, rəməzan ayı yavıqlaşır və müsəlmanın boynuna nə qədər təkliflər gəlir; amma sən fikrini verirsən, nə bilim, Krit məsələsinə, sən məşğulsan Tehranın politikasına, Qafqazda təzə Zemstvo idarəsinə, məktəb işlərinə, maarif və mətbuata. Amma bircə bunu xəyalına gətirmirsən ki, hər ayın bir günü var, hər günün bir xasiyyəti var və hər gündə nə işə məşğul olmağı xudayi-taala bizə göstərib. Dəxi nə deyirsən, sözün nədir, niyə qafil olursan?
KüpəBizim şeyxin qırx səkkiz arvadı varMolla Nəsrəddin heç vaxt yalan söz danışmayıb və danışmaz. Bəlkə də qırx səkkiz olmaya, otuz səkkiz ola, otuz ola – söz burada deyil, söz buradadır ki, bizim şeyxin hər kənddə iki arvadı var.
TərəkəməBir yandan o biri yana keçmək, bu il burada, gələn il bir ayrı yerdə yaşamaq, yay fəsli yaylaqda, qış fəsli qışlaqda güzəran etmək əyyamdan başlanıb. O vaxtlar sənət və ticarət yox imiş və insanlar heyvanların südü və əti ilə zindəganlıq edirmişlər. Heyvanları da bir gün bu çəməndə, o biri gün o çəməndə otara-otara özləri heyvanların dalınca hərəkət edərmişlər.Bu sayaq yaşayan adamlar yer üzündə indi yenə azmaz tapılır. Qeyri yerlərdə bunlara “qaraçı” deyirlər, bizim içimizdə bunların adı tərəkəmədir. Rusiyada qaraçıların vətəni Bessarabiya səhrasıdır. Qafqazda da tərəkəmələrin mədəni Qarabağdır.
Əvvəlinci sözErmənilərin katalikosu bir neçə gün bundan qabaq Üçkilsədə qırx min erməni camaatının içinə çıxan kimi əvvəlinci sözü bu olub:– Balalarım, məni buraya gətirən bircə şeydir, o da məktəbdir. Məktəbdən savayı dəxi dünyada özgə bir niyyətim yoxdur.
“Nicat”Budur beş ildir – hər gün eşidirəm “Nicat”, “Nicat”. Bir gün eşidirəm ki, Bakıda “Nicat” cəmiyyəti dünyada hər nə qədər ki, sahibsiz müsəlman balaları var, – hamısına “nicat” paylayır. Bir gün qəzetdə oxudum ki, “Nicat” cəmiyyətinin başına yüz əlli min artist cəm olub və ildə yüz əlli min dəfə teatr oynayıblar və “Nicat” sandığına yüz əlli on yüz min manat pul cəm olunub. Bir gün eşitdim ki, “Nicat” az qalır yer üzünün cəmi müsəlmanlarının qara qəlblərinə maarif nuru ilə nicat versin.Bu beş il müddətində “Nicat” xüsusunda bu tərifləri eşidəndən sonra bir gecə kələmdolması yeyib bərk yuxuya getdim və bir belə vaqeə gördüm: gördüm ki, həzrətin xidmətinə müşərrəf olub durmuşam ağanın qulluğunda.
“İrani-nov”“İrani-nov” qəzetinin 23-cü nömrəsində “Əhlül-elm Məhəmməd Əli Tehrani” imzası ilə bir felyeton dərc olunub ki, ibarət olsun “Təcəddüdi-aləmi-islam” adlı uzun məqalədən.İranlı qardaşlarımız Məhəmməd Əli Tehrani cənablarının moizəsini eşitməkdən feyziyad oldular, amma bizim Qafqaz oxucularımız da bu xoşbəxtlikdən binəsib olmasınlar, – deyə biz [özümüzü] borclu bildik məqalədən heç olmasa iki kəlmə danışaq.