Şərif Ağayar · Nəsr
- Eşq
- İlahi eşq
- Hicran
- Mey və meyxana
- Təbiət və bahar
- Fələk və tale
- Ölüm
- Hikmət və nəsihət
- Vətən
- Mədhiyyə
- Satira
- Mərsiyə
Qırmızı “Niva” kəndin dağılmış evlərinin arasından burula-burula keçib ağacdan düzəldilmiş şlaqbauma yaxınlaşdı. Şlaqbaumu qaldırdılar, içəri keçib salamat evlərdən birinin qarşısında dayandı, içindən zabit düşdü. Bir azdan hardansa əsgərlər peyda oldu. Onlar, elə bil, porsuq kimi yerin altından çıxırdılar. Demək, bura ayrıca bölükdür, “Niva” qərargahdan zabitləri gətirir.Səhər düzülüşü başladı. Əsgərlər addımlaya-addımlaya oxuyurdular: “Yes heros zinvor...”
İkinci hissə, 19. Gizir SəfərovBaşımı hansı daşa-qayaya çırpım? Nə qədər çalışıram, təkbaşına düşmən bölüyünə getməsinin yanlış olduğunu komandirə başa sala bilmirəm. Heç olmasa arxadan müşayiət etməyimizə icazə versin. Dirəşib. Hələ bir dediyi sözə baxın:“İtləri meşəyə tərəf bağlayıblar. Kənd tərəfdən gəlsəm, görməyəcəklər.”
İkinci hissə, 20. KomandirLənətə gəlsin! Bu tərəfə də it bağlayıblar. Hürən kimi aşağıda bağlanan, rabitənin yanında yatan itlər də hürüşürlər. Gecənin sükutunu doğrayan səs-küy dərə boyu burulub meşəlikdə yox olurdu. İtlər olmasa, kazarmaya girmək, əsgərlərdən birini yatdığı mələfəyə büküb çıxarmaq mənə çətin gəlmirdi.Bölüyə girməmiş fərq edilməyi, orda həlak olmağı özümə sığışdırmırdım. Bu maymaqların əlində ölməyi Allah heç kimə qismət eləməsin. Döyüş ayrı. Döyüşdə ölərsən də, öldürərsən də! Avaranın birinə yatdığı yerdə qəhrəmanlıq fürsəti vermək kişilikdən deyildi.
İkinci hissə, 21. QırğıO gecə səhərəcən yumurtası tərs gələn toyuq kimi döyükdüm. Bütün qrup həyəcan içindəydi. Gizir Səfərovun ürəyi partlayırdı. Bir neçə dəfə özündən çıxıb komandirin ardınca getmək istədi, tutub-saxladıq. Axırı ona sakitləşdirici dərman verməli olduq, lakin dərman onun həyəcanını daha da artırdı. İki nəfər qolundan sallaşmışdı. Arada ağzını da tuturdular ki, söyüş söyəndə səsi eşidilməsin.Gecə boyu Maralı müşahidə nöqtəsində saxladıq. İtlər hürüşdükcə nəfəsi titrəyirdi. Bəzən həyəcandan tıncıxır, danışa bilmirdi. İtlərin hər hürüşməsinə bir dəfə sevinir, bir dəfə həyəcanlanırdıq. İt hürürdüsə, demək, komandir sağ idi, eyni zamanda, hər hürüşmənin ardınca onun görülmə ehtimalı artırdı.
İkinci hissə, 22. KomandirHava ağarmamış geriyə - Zod tərəfə hərəkət etməliydik. Kəlbəcərin qızıl mədənlərində 24 saat qızğın iş gedirdi. Dağları nəhəng həşərat kimi gəmirib yeyirdilər. Zodun dəmir yoluna yük maşınları işləyirdi. Mühafizə güclü olsa da, ordan girov götürmək burdan asan olardı. Hərbçilər yol boyu bütün yük maşınları ilə birlikdə hərəkət etmirdilər. Orda o qədər müşahidə aparmışdım ki, az qala hansı saatda hansı maşının, hansı avtobusun gəldiyini bilirdim. Qızıl mədənlərinin relyefi pusqu qurmağa əlverişli idi. Vəziyyəti Mazanova qısa izah edib onu yenə “mişen” təyin etdim və hərəkətə başladıq.Yorğun dəvələr üst-başının toz-torpağını tökə-tökə ayağa qalxdılar və ağır-ağır addımladılar. Zoda tərəf hərəkət zamanı Mazanovu sağ-salamat qayıtmağıma sevinib quş kimi qanadlanan Gizir Səfərov və Əsgər Hüseynov müşayiət edirdilər.
İkinci hissə, 23. Gizir SəfərovMən Gizir Səfərov olam, qorxudan bu hala düşəm? Gözgörəti qocalırdım. Boynuma alıram. İndən belə girov-mirov vecimə deyildi. Sağ-salamat qayıtmaq barədə düşünürdüm. Əməliyyat dedilər, gəldik, baxdıq, mümkün olmadı. Həmişə mümkün olmur ki! Qoy bir dəfə də “olmadı” kəlməsini qəbul eləsinlər.Komandir gedən gecə nə qədər sarsıntı keçirmişdimsə, Ağsaqqalın bizi gətirib çıxardığı meşədə zol düşüb yatdım. Deyəsən, atdığım dərman indi təsir eləmişdi. Oyananda gün sifətimi yandırırdı. Qaranlığa öyrəşən gözlərim bol işıqda öz-özünə yumulub göynəyirdi. Beş-on dəqiqə heç nə görmədim. Arada, elə bildim, ölmüşəm, cənnətdəyəm. Cənnət dediyin elə bu turşməzə işıq bolluğudur. Lakin dizlərimin sızıltısı, ayaqlarımın göynərtisi sağ olduğuma dəlalət edirdi. Canımı bu ağrılardan belə rahatlıqla qurtara bilməzdim.
İkinci hissə, 24. KomandirSuyumuz da qurtarmışdı. Əsgər Mazanovun yığdığı qırxbuğumu ovub yedik. Ağsaqqal özü də bir topa pencəri ağzına atıb gəvələyərək söylədi:“Kaş duz olaydı!”
İkinci hissə, 25. QırğıKolluqdan hərəkətə başlayanda susuzluqdan yanırdım. Dilim-ağzım quruyub bir-birinə yapışmışdı. Elə bil boğazıma yapışqan tökmüşdülər. Ağsaqqalı yanlayıb bizə su tapmasını xahiş etdim. O, bir az irəlidə çaydan keçəcəyimizi söylədi və keçi inadkarlığı ilə dəstənin qabağına düşdü. Şər qarışmışdı.Dərəyə doğru xeyli yenəndən sonra balaca çayın şırıltısını eşitdik. Komandir sudan çox içməməyi məsləhət gördü. Düz deyirdi. Suyu çox içəndə hərəkət eləmək olmurdu.
İkinci hissə, 26. KomandirƏsgər Mazanovun bələdçiliyi çöl divarına “101” yazılmış tuneldə sona çatırdı. Buralar artıq mənim tanıdığım yerlər idi. Murova gələndən təmas xəttini üç-dörd dəfə Zoda gedən maşın karvanlarını müşahidə etmək üçün keçmişdim. Kəlbəcərin qızıl dağlarında qızğın iş gedirdi. Bir az müşahidə edəndə, deyirdin, uzağı, on günə yaxın ətrafdakı dağları daşıyıb aparacaqlar. Qızıl mədənlərinin mühafizəsi yüksək səviyyədə təşkil olunmuşdu. Ancaq yollarda “cücə” yaxalamaq mümkün idi. Mən tuneldən son vəziyyəti yoxlamaq üçün çıxmışdım. Zod tərəfdən gəlib qızıl yataqlarına qalxan dolama yolları müşahidə edəcəkdim.Gəlib-gedən maşınların işıqları görünürdü. Bəzi mədənlərdə traktorların da işığı nəzərə çarpır, diqqətlə qulaq asanda səsi eşidilirdi. Hava ağaranda hər şey aydın göründü. Budur, dağ yolları üçün nəzərdə tutulan “alabaş” avtobus səhər növbəsinin işçilərini mərkəzi meydana gətirdi. Avtobusdan əvvəl üç silahlı hərbçi düşdü, dalınca fəhlələr, mühəndislər. Yaxınlıqda polis maşını görünür. Üstü “miqalka”lı ağ “Niva”dır.
İkinci hissə, 27. Gizir SəfərovDeyirəm, tunelin havası mənə düşür, özümü gümrah hiss edirəm, Qırğı o yandan qayıdır ki, ayısan, ona görə, mağarada xoşbəxt olursan. Onda sən də quşsan, uç, qon budağa! Dəhşətdilər! Adamı anlamaq istəmirlər. Beynim necə çöndüsə, az qala əzişdirəcəkdim. Komandir özünü vaxtında yetirdi:“Dincələ bildiniz?”
İkinci hissə, 28. KomandirƏsgər Rəfiyev qışqıranda müşahidə aparan vaxt səhv buraxdığımı düşündüm. Dedim, yəqin, məni görüblər. Axı ehtiyatlı davranmışdım. Lənət olsun!“Mövqe tutun! Əmr olmadan atəş açmayın!” - içimdə başqa adam danışırdı.
İkinci hissə, 29. QırğıKomandir doğru qərar vermişdi. Nə qədər bədənimizdə hey-hərəkət vardı, qayıtmalıydıq. Onun söylədiyinə görə, qarşıda uzun bir dərə, dik bir yoxuş vardı. Ən çətin və təhlükəli yer sayılan Canavar yalını aşsaq, bizim postlara çatardıq.Tuneldən çıxıb dərə boyu asta-asta addımladıq. Etirazımıza baxmayaraq, öndə komandir gedirdi. Əslində, içimin dərinliklərində buna razıydım. Komandirin öndə olması daha ürəkli hərəkət etməyimizə imkan yaradırdı.
İkinci hissə, 30. KomandirYoldaşa sevgini başa düşürəm, lakin əmr də əmrdir! Hərə öz başıyla hərəkət eləsə, aləm qarışar. Gizir Səfərovda da, Çavuş Əsədovda da, arada sevimli Ağsaqqalımız Əsgər Mazanovda da belə saymazlıq olurdu. Murova gələn gündən məndən yaşca böyük əsgərlərlə problem yaşayırdım. Nə qədər qoçaq olsalar da, qayda-qanunu başa düşmürdülər. “Döyüşçü “ustav” hərləmir” deyə yanlış bir qənaətləri vardı. İndən belə xasiyyətlərini dəyişəsi deyildilər. Amma yenə də, yenə də məni eşitməliydilər. Mən bu adamların hər biri üçün cavabdeh idim. Başlarına bir iş gəlsə, özümü bağışlamazdım.Qırğı gedəndə yüküm bir az azaldı. İndi qalırdı Gizir Səfərovla köməkləşib Rəfiyevi təhlükəli zonadan çıxarmaq. Səfərovsa özünü taqətdən salmışdı, yeriyə bilmirdi. Tərs kimi hava ağaranda düşmən postunun qarşısında olduğumuzu gördüm. Düzdür, onlar bir az aşağıda idilər, bizi görə, görsələr də, rahat nişan ala bilməzdilər. Lakin qalxıb növbəti yamacı aşmaq istəsək, hardasa otuz-qırx metr açıq nişangaha çıxacaqdıq.
İkinci hissə, 31. Gizir SəfərovNə qədər harayladımsa, komandirdən cavab gəlmədi. Olmaya onu vurmuşdular? Dayandığı yerə boylandım, yox idi. Gizli bir yerdən çıxdığını təxmin edib düşmən postunu atəşə tutdum. Az keçməmiş arxadan səsini eşitdim:“Gedirik!”
İkinci hissə, 32. KomandirKöməyə gələn əsgərlər Rəfiyevi iki ağacın üstündə apardılar. Mən Gizir Səfərovun yanında gözlədim, o, bir az toxtayan kimi qoluna girib posta doğru addımladım. Yoldaşlarımız kəsif tər qoxusuna bürünmüş balaca, alçaq blindajda yan-yana uzanmışdılar. Biz də onların yanına sərildik. Bədənimizdən yorğunluğun buxarı qalxırdı. Yemək yeməyə də taqətimiz qalmamışdı. Hələ mən bu vur-çatlasında qalxıb qərargaha zəng etməliydim.Dizlərimin giziltisi kəsilən kimi postdan azca aralanıb Kapitan Rəşidovla ratsiya əlaqəsi yaratdım. Əvvəldən danışdığımız kimi, məni 5-ci dalğada gözləyəcəkdi. Asanlıqla əlaqə saxladıq, vəziyyəti qısaca izah etdim və girov gətirməyin mümkün olmadığını söylədim. Zəngimə sevinsə də, əliboş qayıtmağımız kefini pozdu. “Gözlə” dedi. Bir azdan yenə əlaqəyə girdik. Danışan briqada komandiri Polkovnik Nəbiyev idi. O, qətiyyətli səslə bu sözləri söyləyib ratsiyanı söndürdü:
Üçüncü hissə, 1. Polkovnik NəbiyevKimdən nə istədiyimi yaxşı bilirdim. Hər cür ağlagəlməz vəziyyətlərdən çıxmağı bacaran bir zabit mənə yox deyə bilməzdi. Bəlkə, bunu özü bilmirdi, mən bilirdim və imkanlarını ortaya çıxarmaq üçün ona fürsət verirdim. Komandirdən çox şey asılıdır. Atın qabağına ot misalı. O, “dil” gətirəcəkdi, əmin idim. Kəlbəcərdən belə gec qayıtması da göstərirdi ki, əmri icra etməyə çalışmış, doğrudan da, mümkün olmamışdı. Olsaydı, heç vaxt boş qayıtmazdı. Lakin olacaqdı. Xidmət rəisi Kapitan Rəşidova qalsa, qrupu geri çağırıb bir müddət gözləməli idim. Razılaşmadım. Dəmiri isti-isti döyərlər. Özünə də dedim. Dedim, Rəşidov, mən bölük komandiri leytenant Abdinova niyə eyni əmri vermədim? Yoxsa elə bilirsən, zabitlər arasına ayrı-seçkilik salıram? O, qorxusundan heç təmas xəttini keçə bilməmişdi. Gedən kimi açığa çıxıb geri qaçmışdılar. Təmas xəttini keçsəydilər də, bir iş görə bilməyəcəkdilər. Mən kimə nə dediyimi bilirdim.
Üçüncü hissə, 2. KomandirCanavar yalının üstündəki postda bir az dincəlib irəliyə - daha hündür yerdə qərar tutan Əyri yamaca adladıq. Yemək yeyib, bir-iki saat yatdıq. Mən yuxudan tez qalxdım və durbini götürüb müşahidə nöqtəsindən Göyçə tərəfə baxdım. Uzaq düzənliklərdə ot yığan, taxıl biçən adamlar gözə dəyir, maşınlar, kombaynlar görünürdü. Qarşıda elə bir mənzərə açılmışdı ki, gözünü qırpmadan tamaşa eləmək istəyirdin. Hava təmiz şüşə kimi şəffaf idi. Buralar dövlət sərhədi olduğundan güclü müharibə getməmişdi. Bizim dağlardan fərqli olaraq, Kiçik Qafqazın bu hissəsi top və “Qrad” səsindən diksinməmiş, təbii şuxluğunu itirməmişdi.Qırğı blindajdan çıxıb mənə yaxınlaşdı:
Üçüncü hissə, 3. Gizir Səfərov“Ermənistan” sözünü eşidəndə təəccüb elədim. Bu qədər kəşfiyyatda olmuşdum, bizə heç vaxt dövlət sərhədini keçmək icazəsi verilməmişdi, indi taqım komandiri özbaşına keçirdi. Keçirdi və bizi də özüylə aparırdı. Məncə, doğru addım deyildi. Kəşfiyyata çıxanda atəşkəsi pozmamağı dönə-dönə tapşıran komandirlər bu addımımıza nə deyəcəkdilər? Narahat idim. Məsləhətləşməyə ehtiyac vardı. Bəlkə də, komandir qərargahla məsləhətləşmişdi, sadəcə, Qırğıya öz fikri kimi söyləyirdi.Qrup üzvləri yuxudan qalxan kimi komandir bizi postun qabağında cərgəyə düzüb gəzinə-gəzinə danışmağa başladı:
Üçüncü hissə, 4. KomandirGecə Yeddiqardaş dağının bizə ən yaxın zirvəsində gümüşü işığı gördüm. Ətrafa nur çiləyən o işıqdan bir topa da mənim içimə düşmüş, varlığımı nura bələmişdi. Kövrək bir xoşbəxtlik duyğusunun içində itib-batmışdım. Səadət dənizində xəyal kimi üzürdüm. Bu dəqiqə yaxınlıqdakı yamacın tinindən atılıb qollarımı çalsam, qartal kimi havalanaram. Gümüşü işıq yanına çəkər məni. Ona qarışıb əriyərəm, həm itirdiklərimə, həm arzuladıqlarıma qovuşaram.Ölüm gümüşü işığa qovuşmaqdırsa, buna hazıram və ondan zərrəcə qorxmuram. Bir gün ölümlə qarşılaşsam, onun üstünə gülümsünərək gedəcəm. Ölümü yanımdakı “flyaqa” kimi hiss edirəm. O, həmişə mənimlədir.
Üçüncü hissə, 5. QırğıYenə qabaqda gedirdim. Təmas xəttindən bir az aralananda Əsgər Mazanovla yerimizi dəyişəcəkdik. Hərəkətə başlamazdan əvvəl komandir Maralı “dozor” göndərmişdi. O, tez qayıtmış və demişdi: “Sakitlikdir.”Maralın belə deməsi sərhədi söhbət edə-edə keçəcəyik anlamına gəlirdi. Doğrudan da, elə oldu. Müharibə edən iki ölkənin sərhədinə heç oxşamırdı. Komandir neytral zonanın bizim posta ən yaxın yüksəkliyində Rəfiyevlə başqa bir əsgəri müşahidəçi kimi saxladı. Onlar biz gəlincə burda gözləyəcək, təhlükə yaranarsa, atəş açıb mühasirəni yarmağımıza kömək edəcəkdilər. Görünür, komandir Rəfiyevi, haqlı olaraq, dərinliyə aparmaq istəmirdi.
Üçüncü hissə, 6. KomandirƏslində, axırıncı postdan xeyli müşahidə aparmışdım. Haradan gedəcəyimizi dəqiqləşdirib Mazanovla müzakirə də etmişdim. Təmas xəttindən mümkün qədər uzaqlaşmalıydıq ki, əməliyyatı ağlagəlməz yerdə rahat həyata keçirək.Gün çıxmamış Mazanovla Hüseynovun hərəsini bir istiqamətə göndərdim. Mümkün qədər ehtiyatlı olmalıydılar. Fərq edilsək, planımız pozulardı. Qayıdıb gələndə Mazanov bunları söylədi:
Üçüncü hissə, 7. Gizir SəfərovGöyçə gölünə tərəf uzanan dərə boyu addımladıqca xəyalımdan qəribə şeylər keçirdi. Məsələn, düşünürdüm ki, müharibə, doğrudan da, ədalətsiz şeydir; biz niyə erməni verib özümüzünkünü ala bilirik, özümüzünkünü verib, erməni ala bilmirik? Əgər buna icazə olsa, Əsgər İrəfiyevi babat bir dığaya dəyişərdik, aparıb verərdik “kambriq”ə. İrəfiyevin də qohum-əqrəbasına deyərdik, gecə yol gələndə ayağı sürüşdü, qəhrəmanlıqla qayadan uçdu! Vəssalam! Allah o dünyasını versin! Öz düşündüyümə özüm şaqqanaq çəkib güləcəkdim az qala. Baxdım, komandir yaxında olsa, təklifimi ona çatdırıb kefini açardım. Heyif, qaranlıqda anışdıra bilmədim.Qumsal dərə uzaqdan elə yığcam görünürdü, deyirdim, yarım saata gedib o başına çıxacağıq. Bayaqdan addımlayırdıq, bitmək bilmirdi. Elə narahat yerlərlə gedirdik ki, ayaqlarımız batinkanın içində bəlkə onuncu dəfə soğan kimi soyulurdu. Arada qıçım burxuldu, oynaqlarım xırçıldadı. Kəlbəcərdən gələndə burnumaqulağıma dolan soyuq su başımın içində hələ də uğuldayırdı. Üzümün sol yanı keyimişdi. Həm xəfif-xəfif ağrıyır, həm də danışanda “tın-tın”layırdım. Nəfəs almağım çətinləşmişdi.
Üçüncü hissə, 8. KomandirEhtimal doğru çıxdı; sol tərəfki kənddə hərbi hissə vardı. Tankı görmədik, biz dərədən çıxıb boylanana qədər getmişdi. Havanın sərinliyinə qarışan tırıltı bir anlıq eşidilib itdi. Demək, kəndə yaxınlaşmaq olmazdı. Səhərəcən irəliləmək lazım gəlirdi.Uşaqların yanına qayıdıb, bir az dincimizi aldıq. Gizir Səfərov qəfil siqaret yandırdı, onun üstünə atılıb alovu ovcumda sıxdım. Əlimin içi gizildəsə də, ovcumu açmadım. Səfərov xırıldadı.
Üçüncü hissə, 9. QırğıƏvvəl Hüseynovun, sonra Mazanovun yanına qayıtdım. İyirmi dəqiqə keçməmiş hamımız uçuq divarların arasında özümüzə yer eləmişdik. Biz gələnəcən komandir tikilinin nə olduğunu müəyyənləşdirmişdi:“Bizimkilərin toyuq ferması olub.”
Üçüncü hissə, 10. KomandirDoğru deyirdim. Adam öz torpağında nədən qorxmalıdır? Əlimizi-qolumuzu sallaya-sallaya taxıl zəmisinə yaxınlaşdıq. Artıq biçinçilər işə başlamışdı. Kövşən yerləri heyvanlarla dolub-daşırdı. İki-bir, üç-bir əsgərlər də gözə dəyirdi. Bizə tərəf heç baxmırdılar da! Zəminin yaxınlığındakı təpənin üstünə qalxdıq, uzanıb ətrafı müşahidə etdik. Arada növbəylə yatdıq. Oyanıb söhbətləşdik. Qırğı öz həyat hekayətini mənə danışdı. Laçında doğulub. Düşmən deyilən varlıqları ilk dəfə bizimkilər Xankəndidən Gorusa gedən yük maşınlarının qarşısını kəsəndə görüb. Laçının “Aşağı poçt”unda karvanın qabağını kəsib sürücüləri düşürüblər, döyüblər, ölümlə hədələyiblər.Qırğı danışdıqca qızışırdı:
Üçüncü hissə, 11. Gizir SəfərovKomandirin sualını eşidəndə necə ürəkdən güldümsə, hamı diksindi. Yəqin, başa düşdülər ki, qorxan adam düşmən ölkənin ortasında belə ucadan gülməz. Cibimdəki pres kəndirlərini və əski qırıqlarını çıxarıb Qırğıya verdim, dedim, istəyir dünyanın ən güclü adamı olsun, ortasından yapışıb saxlayacam, sən əllərini bağlayıb, əsgiləri ağzına tıxayarsan. Vəssalam! Burda çətin nə var?!Maşına ehtiyatla yanaşmalıydıq. Kabinədəki polis, yaxud hərbçi ola bilərdi. Bəzən belə yerlərə mühafizəçi ayırırdılar. Maşında silahlı şəxs olsa, yəqin, gün ərzində komandirin gözündən yayınmazdı. Biz toyuq fermasının yıxıq tikililərində istidən tıncıxdığımız vaxt onlar təpənin başında nə edirdilər? Aşıqdan-qarmondan danışası deyildilər ha!
Üçüncü hissə, 12. KomandirƏtrafı bir də gözdən keçirib mövqe tutduq, Səfərovla Əsədovun təhlükəsiz hərəkət etməsi üçün şərait yaratdıq. Səfərov bizə yaxınlaşan kombaynın arxasına keçib pilləkənin üstünə atıldı. Arxa şüşədən içəri boylanıb qapının tutacağından yapışdı. Qırğı kombaynın qabağında peyda olub silahını kabinəyə tuşladı. Kombayn dayandı. Gizir Səfərov qapını açıb sürücüylə boğuşdu, onu dartıb yerə saldı. Sürücü “Bandit!” deyə qışqırdı.Qırğı da gursaçlını dartıb düşürdü. Gursaçlı baş verənləri o dəqiqə anladı: “Tooork!!!”
Üçüncü hissə, 13. QırğıZəmidən çıxanda “Qaz 53”-ün tormoz borularını kəsdik, təkərlərini deşdik. Sürücü xahiş edirdi:“Nə olar, kombaynı söndürün, təzə almışıq, heyifdi, xarab olmasın.”
Üçüncü hissə, 14. KomandirSel yolunun ayağında iri bir daş vardı. Uşaqların yorulduğunu görüb bu daşın altında dincəlmək, çörək yemək qərarı verdim. Gecə boyu yol gəlmişdik, üstəlik, səhər tezdən narahat bir yenişi aşağı düşmüşdük. Gün xeyli qalxmışdı. Qısa istirahətləri nəzərə almasaq, buracan dayanmadan yerimişdik.Daşın altını, elə bil, bizim üçün hazırlamışdılar. Sel yolu ovcumuzun içi kimi görünürdü. Ardımızca gələn olsa, çılpaq yamaclarda sərçə kimi dənləyərdik. Amma gündüz su şırnağı ilə qalxsaq özümüz qarşı dağın hədəfinə çevrilərdik.
Üçüncü hissə, 15. Gizir SəfərovƏslində, yuxusuzluqdan nadinclik edirdim. “Tın-tın”- lığım da bir yandan əsəblərimi gərirdi. Burnumun sol tayı tez-tez tutulur, açmaq üçün at kimi fınxırmalı olurdum. Hər dəfə fınxıranda ermənilər diksinirdi. Onların məndən qorxması xoşuma gəlirdi. Elə ürkək dayanırdılar ki, ürək döyüntülərini bədənlərindən hiss eləyirdim. Uşaq vaxtı ovcumda tutub sıxdığım sərçələr gəlirdi xəyalıma. Heç birinə zərrə qədər yazığım gəlmirdi. İmkanım olsa, min-bir əzabla öldürüb, təzədən dirildərdim. İllah da bu kolpanbaşı! Əclaf adama oxşayırdı. Bircə uşağa azacıq rəhm edirdim. Deyəsən, o, aramızda müharibə getdiyini heç əməlli-başlı bilmirdi. Amma beyninə yeritməyə imkan tapmışdılar ki, bu dünyada “tork” adlı milyonlarla insan var və uşaqdan-böyüyə hamısı bizim düşmənimizdir.Komandir “Bir az yatın dincəlin!” deyib daşın altından çıxdı. Mən Qarikin qollarını möhkəm-möhkəm bağlayıb ipin ucunu toqqama ilgəklədim. Qırğı isə Qayı özünə bənd elədi. Alberti bağlamadıq. Günün hansı saatıydı, bilmədim, Qırğının həyəcan dolu səsinə oyandım.