Şərif Ağayar
- Eşq
- İlahi eşq
- Hicran
- Mey və meyxana
- Təbiət və bahar
- Fələk və tale
- Ölüm
- Hikmət və nəsihət
- Vətən
- Mədhiyyə
- Satira
- Mərsiyə
Bölüyə gedəndə bütün hazırlıqlar görülmüşdü. Orucov seçdiyi uşaqların içərisində köhnələrdən Gizir Əsədov, Çavuş Rəfiyev, Çavuş Hüseynov və Əsgər Şabanov vardı. Məncə, qrup yaxşı seçilmişdi. Briqadanın kəşfiyyat xidmətinə tabe olan digər taqımlardan əsgər gətirməyə ehtiyac qalmırdı.Kəşfiyyat qrupunun uşaqları ilə əməliyyatı bir daha müzakirə edib, tapşırıqlarımı verdim. Axırda Karta Sabirdən Lev çayının sahilində qoyduğu səliqəsiz nöqtələrin mənasını soruşdum. Aydın bir cavab vermədi. Əvəzində xəritəni ən incə detallarınacan gözdən keçirən kəşfiyyatçılara baxıb güldü:
Birinci hissə, 2. Zabilİtib-eləməmişdim. Ortancıl qardaşımla kənddəydik. Anam da Qənbərlidən Cinliyə gəlmişdi. Biz kənddə qalıb həm həyət-bacaya göz olur, həm də heyvan saxlayırdıq. Kənddə yalnız kişilər qalmışdı. Hamı ailəsindəki arvad-uşağı Qənbərliyə, ya da Çulluya aparmışdı. Anam da Qənbərlidə əmimgildə qalırdı. Ara sakitləşəndə gəlib evə baş çəkir, yır-yığış edir, yemək hazırlayır, bostan belləyir, inək sağır, həyətdəki meyvələrdən mürəbbə bişirir, axşam düşəndə geri qayıdırdı.Gün əyilmişdi. Atam kənddə deyildi. Heyvanları örüşdən mən gətirəcəkdim. Qardaşım anamı kəndin ayağından Qənbərliyə ötürüb geri qayıtmalı, mal-qaranı yerbəyer etməliydi. Uzaqdan atışma səsi gəlirdi. Biz bu səslərə öyrəşmişdik. Xoşbəxtlikdən Fərrux dağı kəndimizi mərmidən qoruyurdu. Fərrux sıx meşələrə bürünmüş yamyaşıl bir dağ idi. Böyük qardaşım bu dağ uğrunda gedən döyüşlərdə iştirak eləmişdi. Əgər o və dostları olmasaydı, Cinlini çoxdan alardılar.
Birinci hissə, 3. KomandirZabili görəndə ürəyim yerinə gəldi. İnşallah, anam da gəlib çıxardı. Hələ kənd tərəfdə qaraltılar görünürdü. Düzdür, bunların çoxu döyüşçülər idi, amma arada kənd adamları da gözə dəyirdi.Zabil suya-palçığa batıb tanınmaz hala düşmüşdü. Üstəlik ağlayırdı. O, dəhşətli hadisə görüb qorxmuş lal adama bənzəyirdi. Nəsə demək istəyirdi, bacarmırdı. Ağzını bir neçə dəfə açıb-yummaqla kifayətləndi və islanıb alnına yapışmış saçlarını qarışdırdı. Qohumlarsa təkidlə ondan anamı soruşurdular. Dedim, dəyməyin, bir az toxtasın, danışacaq.
Birinci hissə, 4. SevincOnunla heç vaxt anası haqqında danışmağa ürək eləmirdim. Ana kəlməsi işlənəndə dəyişib başqa adam olurdu. Susurdu. Qüssələnirdi. Tək qalmaq istəyirdi. Anası yalnız ona aid olan sehrli bir nəğməydi. Bölüşmürdü bu nəğməni. Sehrini itirəcəyindən qorxurdu.Briqada komandirliyindən çıxarıldığı gün dedim, ərizəni yaz, orduyla vidalaş, sənin dəyərini bilən yoxdur. Həm də yaşlanırıq artıq, uşaqlarımız böyüyür. Sən bu vətənin borcunu artıqlaması ilə vermisən.
Birinci hissə, 6. Əsgər QasımovHərbi anddan sonra xidmətə yenicə başlamışdım, dedilər, batalyon komandiri mayor Orucov səni çağırır. Getdim. O, hərbi hissənin həyətindəki çardaqda oturmuşdu. Yanına qalxdım, hərbi salam verdim. Gözlərinə baxanda içimdən üşütmə keçdi. O gözlərin dərinliyində həm adamın canına üşütmə salan zabitə vardı, həm də arxayınlıq verən canıyananlıq. Bəzənsə bu gözlərdə nisgil kölgələnirdi. Baxışlarının belə rəngarəng mənalar verməsinin sirrini anındaca açdım; istəyəndə humanist, istəyəndə zəhmli baxa bilir. Baxışları kiriyəni ağlatmaq, ağlayanı kiritmək gücündəydi. Sonralar bu möcüzənin canlı şahidi oldum! İki əsgər dalaşmış, biri o birini möhkəm döymüşdü. Döyülən əsgər zülüm-zülüm ağlayırdı. Yanına çağırdı onu. Üzünə necə şəfqətlə baxdısa, əsgər göz yaşlarını silib gülümsündü. Dalınca onu döyən əsgər gəldi otağına. Baxışlar tərs üzünə çevrildi. Əsgər nə edəcəyini bilmədi. Gah otağın küncünə baxdı, gah öz əllərinə, gah mənim sifətimə və arada da Orucovun ox kimi ona sancılan masmavi gözlərinə! O, susurdu, ancaq baxışlarındakı sərtlik azalmırdı. Bir kəlmə danışmaması əsgəri daha da həyəcanlandırırdı. Və əsgərin əlləri əsdi, dodaqları səyridi, nəfəsi tıncıxdı, hönkürüb ağlamaqdan özünü saxlaya bilmədi.Bəli, Orucov istəyəndə qəddar, istəyəndə xeyirxah baxışlarla baxa bilirdi, lakin gözlərindəki nisgili gizləməyi bacarmırdı. O nisgil ondan icazəsiz hopmuşdu baxışlarına.
Birinci hissə, 7. KomandirAnamın yerini gənc bir əsgərdən öyrəndim. Biz Qənbərlinin çıxacağında durub Cinli tərəfdən gələnləri bir-bir sorğu-suala tuturduq. BMP-nin üstündə oturan gənc əsgər gözlərini məndən yayındırdı. O, nəsə gizləyir, qəlbindəkini baxışlarından oxuyacağımdan qorxurdu. Əsgərə çox baxıb ürkütmək istəmədim.Düşmən artıq Qənbərlini atəşə tutmuşdu və hərbçilərdən başqa hər kəs kəndi tərk edirdi.
Birinci hissə, 8. ZabilAnamın Çulluya gətirildiyini eşidən kimi yerimdən qalxdım, əynimi geyinib, bayıra qaçdım. Həyətdə heç kim yox idi. Məni axşamdan qohumlardan birinin evinə gətirib çimizdirmiş, yemək-içmək verib yatızdırmışdılar. Gecədən yorğun düşdüyüm üçün gün qalxanacan yatmışdım. Yuxudan oyananda evin küncündə yaşlı bir qadının öz-özünə danışdığını gördüm. Ondan atamıqardaşımı soruşdum. Dedi, ananı gətirirlər, hamı kəndin girəcəyinə toplaşıb.Qənbərlidən gələn yolun üstünə bir dəstə qadın yığışmışdı. Kişilər irəli, uzaqdan gələn hərbi maşına tərəf gedirdilər. Yaxınlaşanda qadınların qışqırığını eşitdim. Elə bildim, anamın gəlməsinə sevinirlər. Mən də onu görməyə tələsdim. Qadınların yanına çatanda onların sevindiyini yox, ağladığını gördüm.
Birinci hissə, 9. KomandirUşaqlıqdan silahı çox sevmişəm. Silah görəcəyəm deyə müharibə filmlərindən ötrü ürəyim gedirdi. Hər gecə yerimdə mürgüləyib gah sağa, gah sola yıxıla-yıxıla saat 11-i gözləyirdim. Anam nə qədər təkid edirdi, yatmırdım. Saat 10-da rusların “Vremya” verilişi başlayırdı. Müharibə filmlərinin sevgisindən dilini bilmədiyim xəbərlərə axıracan baxırdım. Rus sözlərinin çoxunu belə-belə öyrəndim. O zaman televizorda anons verilmirdi, biz filmlərin adına televiziya proqramları çap olunan qəzetlərdən baxırdıq və döyüş filmi olubolmadığını təxmin edirdik. Təxminimiz düz çıxırdısa, səhəri gün bütün kənd uşaqları filmdəki fraqmentləri canlı oynayırdı. Bunun üçün bizə silah lazım idi. Silahları taxtadan mən düzəldirdim. Özümün oyuncaq bir neçə tapançam, iki avtomatım vardı. Tapançanın birinə nazik borudan lülə qoymuş, qara lentlə sarıyıb əməllibaşlı silaha oxşatmışdım. Qənbərlidəki məktəbdə bir uşağa göstərdim, elə bildi həqiqi tapançadır.Silahın dərdindən hərbi dərslərə böyük sevgiylə hazırlaşırdım. Təlim avtomatını ilk dəfə əlimə alanda rahatca söküb-yığdım. Müəllim də məəttəl qaldı, özüm də. Elə bil avtomatla doğulmuşdum. Hərbi yerişi, salamı, marşı, əleyhqazdan istifadəni də yaxşı bacarırdım.
Birinci hissə, 10. SevincO ağır xəbəri aldığım gün səhər tezdən qapımızın zəng səsinə diksindim. Ürəyimə dammışdı ki, nəsə olacaq. Yuxumu qarışdırmışdım. Nə qədər gözləməsəm də, onun gəldiyini düşündüm və dərhal özüm-özümə güldüm. Müharibənin belə qızğın vaxtı heç telefonlara cavab vermir, o da ki, durub gəlmək ola. Amma o, həmişə gözləmədiyim anda gəlmişdi. Ən ağır səfərlərdən, ən dəhşətli döyüşlərdən qayıtmışdı. Onu ən çox qayıdan yerdə xəyal eləmişdim. Yaddaşımda evə dönən gülər üzlü zabit kimi qalmışdı. Bəlkə, ən çox sevindiyim o anlar idi, ona görə. Gəlməyin bir getməyi də var axı. Vidalaşıb getdiyi anları yaddaşımdan silmək istəyirdim.Yenə qayıtmışdı, yəqin. Qalxıb qapıya qaçdım, gözlükdən baxanda qorxudan az qala qışqıracaqdım. Mülki geyimli bir şəxs əlində avtomat qapımızın ağzında durmuşdu. Üzü görünmürdü. Blokda dayanan silahlı adama baxa-baxa nə edəcəyimi bilmirdim. Başını azca aşağı salanda tanıdım: Zabil! Qapını açıb az qala döyəcəkdim onu. Bu nə silahdır?
Birinci hissə, 11. KomandirDeyilənə görə, burda vaxtilə çinlilər adlı tayfa yaşayıb, kəndin adı ordan götürülüb. Amma bizim tayfamızın adı kolanıdır. Kəndimiz də Kolanı dərəsində yerləşir. Çinli söhbətinə əvvəldən inanmamışam. Kəndimiz haqqında başqa rəvayət eşitmişəm.Qənbərliyə Dədəli Cinli, bizimkinə Yetim Cinli deyirlər. İkisi də bir camaatdır. Yetim Cinli Qənbərlidən köçmədir və ordan xeyli balacadır. Əlli-altmış ev olar, ya olmaz. Təxminən on ev də yeni tikilmişdi. Cinlidə cavanlar əsgərlikdən gələn kimi özünə məhəllə yeri tutur, əlinə imkan düşəndə ev tikir. Yeni həyat beləcə başlayır. Mən öz yerimi bir az erkən, əsgərliyə getməmiş tutdum. Evimizdən bir az aralı, Kalafalığın düzündəki rahat yastanaya bir maşın çay daşı tökdüm, dedim, bura da mənimdir! Heç kim heç nə demədi. Çox xoşuma gəlirdi bu məhəllə. Hərdən daşların üstündə oturub gələcək ailəmi xəyal edirdim. Kənddə gözaltım da vardı. Amma heç vaxt ona nəsə demək imkanım olmamışdı. Bir az da atamdan çəkinirdim. Bilsə, ətimi kəsərdi. Üstəlik, anamdan utanırdım. Atamdan çəkinirdim, anamdan utanırdım.
Birinci hissə, 12. Kapitan Rəşidov“Bismillah” sözünə bu qədər həssas yanaşan adam ilk dəfə görürdüm. Hər namaz qılanda yanımda oturur, dediyim sözlərə, zikr etdiyim dualara diqqətlə qulaq asır, bəzilərinin mənasını soruşub öz-özünə təkrarlayırdı. Dedim, istəyirsən, səni də öyrədərəm. Dedi, istəyirəm. Öyrətdim. Bir müddət mənimlə namaz qıldı. Çox həvəsliydi. Ancaq sonralar ibadətdən imtina etdi. Səbəbini soruşdum, cavabı gözlənilməz oldu:“Məncə, kəşfiyyatçı namaz qıla bilməz”.
Birinci hissə, 13. KomandirKolanı dərəsinə bir də anamın üçündən sonra qayıtdım. Artıq Qənbərli də işğal olunmuşdu. Xaçının sahili təhlükəli olsa da, əsgərə verdiyim sözü tutmalıydım.Qoyub getdiyim kimiydi. Üstünün şax-şəvəlini səliqəylə təmizləyib onu, eynən anam kimi, qollarıma aldım, Xaçına tərəf addımladım, çayı keçəndə ayağım sürüşdü, az qala yıxılacaqdım. Mənə elə gəldi, yıxılsam, qucağımdakı meyit soyuq suyun təmasından diksinib dərin yuxusundan ayılacaq.
Birinci hissə, 14. XanıO vaxt onu tanımırdım. Səhər tezdən ön xətdən növbəni dəyişib qayıdırdıq, gördük yolun qırağında göygöz, sarıyanız bir əsgər var, yanında da bir meyit. Maşına əl elədi. Saxladıq. Köməkləşib meyiti kuzaya qaldırdıq. Soruşdum, kimsən, hardan gəlirsən, atışma gedən yerdən aralı, yiyəsiz düzəngahın ortasında bu əsgəri kim öldürüb? Əməlli bir cavab vermədi. Kuzada oturub kürəyini “bort”a söykədi və anındaca mürgülədi. Bizim uşaqlardan biri “Bu, rusa oxşayır” deyib onu silkələdi:“Ey, sluşi, kimsən?”
İkinci hissə, 1. Polkovnik NəbiyevBaş qərargahla uzun-uzadı telefon danışığından sonra kəşfiyyat əməliyyatının keçirilməsi üçün razılıq ala bildim. Mərkəz atəşkəsin pozulacağından qorxurdu. Onları qınamırdım. Beynəlxalq təşkilatların vasitəçiliyi ilə sülh danışıqları apardığımız bir vaxtda müharibəyə başlamaq əleyhimizə yozular, bizi istəməyənlərin dəyirmanına su tökərdi. Həm də, açıq desək, döyüşə hazır deyildik. 701-in məğlubiyyətindən sonra Murovda mövqelərimizi təzə-təzə möhkəmləndirirdik. Mən bu istiqamətə təyin olunan gündən postlar yaradır, səngərlər qazdırırdım. İş həddindən artıq çox idi. Çətinliyimizin ən böyüyü relyeflə bağlıydı. Postlara yemək və su qaldırmaq böyük problemə çevrilmişdi. Maşın yolu yalnız Ömər aşırımınacan gedirdi. Hündür, boz qayalardan ibarət olan yüksəkliklər hərbi hissədən çox aralı olduğu üçün əsgərlər postlara lazım olan şeyləri çiyinlərində daşıyırdılar. Seyrək havada dik uçurumlara qalxanda adam təngnəfəs olur, addım ata bilmirdi. Qışda isə aylar uzunu düşmənlə deyil, qar və şaxta ilə döyüşməli olurduq.Atəşkəsin pozulmayacağına qəti söz verməmiş əməliyyata icazə ala bilmədim. Demək, planımız məxfi qalmalı, kəşfiyyatçılar iz buraxmamalıdır. Tapşırıq məsuliyyətli və çətin idi. Söhbət Kəlbəcər üzə adlayıb düşmən tərəfdən girov gətirməkdən gedirdi. Buna görə kəşfiyyat qruplarına rəhbərliyi nəzərdə tutulan şəxslərlə birbaşa özüm görüşmək qərarına gəldim. Əməliyyata da özüm rəhbərlik edəcəkdim. Çoxdankı arzum olsa da, kəşfiyyat xidmətini hələ tam formalaşdıra bilməmişdim. Düzdür, belə bir xidməti yaratmış, Kapitan Rəşidovu rəhbər təyin eləmişdim, amma hələ qarşıda çox iş görülməli idi. Ən vacibi, zabit çatışmırdı. Ona görə də kəşfiyyat xidmətinin yalnız bir bölüyü vardı.
İkinci hissə, 2. Komandirİlk kəşfiyyat əməliyyatına da briqada komandiri Polkovnik Nəbiyevin tapşırığı ilə getmişdim. Onda mənimlə şəxsən görüşməmişdi, əmri xidmət rəisi Kapitan Rəşidovdan almışdım. Uşaqları rəisin məsləhəti ilə seçdim. Qırğı da yeni gəlmişdi. Onun gözlərindəki parıltı diqqətimi çəkdi, həvəsli olduğunu görüb əməliyyata yazdım.Tapşırıq belə idi: Kəlbəcərin Yanşaq kəndinə gedib müşahidə aparmalıydıq. Aldığımız məlumata görə, ora ağır artilleriya və texnika gətirilirdi.
İkinci hissə, 3. QırğıKomandirin qayaya sarı getdiyini görəndə, elə bildim, meşədən hücum var, təhlükəni bizdən yayndırmaq üçün istiqaməti dəyişir. Sonra düşündüm ki, yox, qorxusundan qayalıqda gizlənməyə qaçır. Başını səs dinləyirmiş kimi azca qaldıranda hər iki qənaətimin yanlış olduğunu anladım. Mən heç nə eşitməsəm də, komandirin bir səs aldığını hiss edirdim. Onun nə etdiyini özüm üçün tam aydınlaşdırmamış yerimdən tərpənə bilməzdim. Gözlədim. Mənim vəzifəm qrupun yeganə durbini ilə ətrafı izləmək, komandirin təhlükəsiz hərəkətinə şərait yaratmaq idi.Qayanın yanından iri addımlarla meşəyə tərəf gedəndə qalxıb ardınca düşmək istədim, lakin yenə özümü saxladım. Bütün qrup ardımca gələcəkdi. Meşədə düşmən vardısa, mühasirəyə düşərdik.
İkinci hissə, 4. Komandir“Kaş” söylədim söyləməyinə, lakin biz istəyən olmadı. Arxasından qara tüstü verən “UAZ” nərildəyə-nərildəyə dağı o üzə aşdı. Maşının belə əziyyətlə hərəkət etməsi düşmənin zəifliyinin əlaməti kimi içimdə rahatlıq yaratdı.Biz geniş dərə boyu iki saata yaxın müşahidə aparıb meşənin ortasında qərar tutmuş yoldaşların yanına qayıtdıq. Axşamacan dincəldik, qaranlıq düşəndə hərəkətə başladıq. Gecə “UAZ”-ın dırmaşdığı dağı aşıb Yanşaq tərəfə sallandıq. Sərt uçurumla irəliləyib çəmənliyə çıxdıq. Qaranlıq hələ çəkilmədiyinə görə çəmənliyi birlikdə adladıq. Yanşağın yaxınlığındakı meşədə yerləşib səhərin açılmasını gözlədik.
İkinci hissə, 5. Polkovnik Nəbiyev“Dil” gətirmək əmri verməmişdim, lakin bizim kəşfiyyatçılar bilirdilər ki, erməni əsirliyində çoxlu adamlarımız var, hər gətirilən girov onların bir neçəsinin azad olunması deməkdir.Orucov ilk əməliyyatından böyük uğurla qayıtmışdı. Bütün tapşırıqları ən incə detallarınacan yeri-nə yetirməklə qalmayıb girov da gətirmişdi. Biz kəşfiyyatçılarımızın müşahidə ilə əldə etdiyindən əlavə girov gətirilən həmin əsgərdən də çox qiymətli məlumatlar aldıq, sonra üç nəfər mülki şəxslə dəyişdik.
İkinci hissə, 6. KomandirPolkovnik “Azad” komandası vermədən ayağa qalxıb otaqda gəzişməyə başladı:“Hər əsgərə beş min istəyirlər!” - dayanıb üzümə baxdı - “Ordu deyil, mafiyadır! Sizin qarşınızda hərbçilər deyil, quldurlar dayanıb, bilirsizmi?”
İkinci hissə, 7. Kapitan RəşidovElə bu məqamdaca isti-isti etiraf edim ki, “kambriq”in hazırladığı əməliyyatdan ağlım bir şey kəsmirdi. Nəyə görə? Ermənilər altı nəfərin dumanda azıb əsir düşməsinə görə biz tərəfin əməliyyat keçirəcəyini bilirdi. Əməliyyat da nə olacaq? Müharibəyə başlayası deyildik ki! Girov gətirib əsgərlərlə dəyişəcəkdik. Ona görə təmas xəttini gücləndirmiş, ehtiyat tədbirlər görmüşdülər.Görünür, Polkovnik Nəbiyev mənim könülsüz olduğumu hiss edib bölük və taqım komandirləri ilə görüşdə iştirak etməyimi məsləhət bilmədi. Dedi, icazə ver, onları sənsiz, özüm qəbul edim. Dedim, buyur. Onlar söhbət edəndə mən qərargahda, öz iş otağımda gözləyirdim.
İkinci hissə, 8. KomandirKapitan Rəşidov qayğılıydı. Deyəsən, işi bacaracağımıza inanmırdı. Əməliyyat planını hazırlayandan sonra səsindəki yorğunluq diqqətimdən qaçmadı:“Uşaqlar, yəqin, Polkovnik Nəbiyev özü sizə deyib, nə edirsiniz-edin, atəşkəs pozulmasın. Unutmayın, kəşfiyyat əməliyyatı briqada komandirinin, atəşkəsə diqqət etmək baş qərargahın tapşırığıdır.”
İkinci hissə, 9. Gizir SəfərovKəşfiyyat sözünü eşidəndə gözlərimə işıq gəlir. Yan düşüb yatmaqdan yanımız ağrıyır. Sağ olsun, cavan əsgərlər, işə-gücə də qoymurlar. Özümü lap kənd yerlərində zərli mütəkkəyə dirsəklənib mürəbbəli çay içən qocalar kimi hiss edirəm. Bütün günü ya Mazanovla mübahisə edir, ya da İrəfiyevlə məzələnirəm. Danışmağa söz də qalmayıb. Getdikcə zayıllayıram. Bir az gəzsəydik, həm yelimizi tökərdik, həm də təzə söz öyrənərdik.Komandir məni çağırıb elə beləcə də dedi: “Səfərov, səfər var!”
İkinci hissə, 10. KomandirDüzü, burdakı uşaqların cəsarəti məni valeh edirdi. Bir kəlmə “Kim kəşfiyyata getmək istəyir?” deyirdim, hamı qabağa çıxırdı. Bəzən seçəndə kimisə aparmadığım üçün utanırdım. Ölümdən qorxmurdular. Onu dəfələrlə görmüşdülər. Müharibədə can qoyan bu bığlı-saqqallı kişilər ilk könüllülərdən idilər və orduya sevgiylə bağlanmışdılar. Onlardan peşəkar olmaq olardı, lakin torpağı onlar qədər sevmək mümkün deyildi. Əsas sevgidir. Sən silahın, texnikanın dilini öyrənib, döyüşün bütün sirlərinə yiyələnə bilərsən, içində sevgi yoxdursa, bilik və səriştə heç nəyə yaramayacaq.Əməliyyat planına əsasən biz Alaxançallı kəndindən Lev istiqamətinə keçib, ən azı bir nəfər “dil” gətirməliydik. Altı nəfərin əsir düşməsi söhbətinə görə düşmən təmas xəttini gücləndirmiş, əlavə tədbirlər almışdı. İşimiz çətin olacaqdı.
İkinci hissə, 11. QırğıKəşfiyyat qrupuna seçiləndə xeyli sevindim. Belə də olmalıydı. Komandirlə ən uğurlu əməliyyatı mən keçirmişdim. Səs-sədamız bütün Murova yayılmışdı. Bu qələbədən sonra məni kəşfiyyata aparmamaq insafsızlıq olardı. Gizir Səfərova qalsa, məni seçməzdi. Yalnız özünü gözə soxurdu. Gələn gündən komandirlə münasibətlərini sazlamışdı. O, bundan əvvəl də həmişə eqoistlik edirdi. Qoçaqlıq, igidlik məqamı gələndə yaşının çoxluğundan istifadə edib irəli atılır, təşəbbüsü ələ almağa çalışırdı. O, “Erkək” idisə, mən də “Qırğı” idim. Ömründə can verməzdim ona.Budəfəki ağır əməliyyat olacaqdı. Bir-birimizi daha yaxından tanıyacaqdıq. Komandir də kimin nəyə qadir olduğunu görəcəkdi.
İkinci hissə, 12. KomandirTəmas xəttini Gizir Səfərovun cəsarəti və zəhməti hesabına keçdik. O, mənə məsafə saxlamaq işarəsi verib, qollarını çırmaladı. Elə bil kiminləsə güləşə hazırlaşırdı. Aşağı əyildi, çılpaq biləklərini qabağa verib otların arasında simli minaların olub-olmadığını yoxlaya-yoxlaya ehtiyatla irəlilədi. Bizdə ön xəttin mina xəritəsi yox idi. Vaxtilə buraları tərk edən briqadadan heç nə qalmamışdı və bu, kəşfiyyatçıların işini çətinləşdirirdi.Təmas xəttini keçib daşlı-çınqıllı bir yarğana yenirdik. Ayağımızın altından çıxan balaca bir daş da səs-küy salıb yerimizi bəlli edərdi. Uşaqlara daş yomalamamaq və sürüşüb qayadan uçmamaq üçün xüsusi tapşırıq vermişdim. Son dərəcə ehtiyatlı davranmalıydılar.
İkinci hissə, 13. Gizir SəfərovXəritədə göstərilən qalın meşəni yaxşı tanıyırdım. Karta Sabir onu bir az aralıda qeyd eləmişdi. Komandirə vəziyyəti deyib, mənə qulaq asmasını xahiş etdim. Meşənin yaxınlığında balaca yaşayış məntəqəsi vardı. Hava işıqlananda orda kimisə görə bilərdik. Komandir məsləhətimə qulaq asdı və mən deyən istiqamətə hərəkətə başladıq. “Dozor” nəfəri özüm idim. Qayalıqdan çəmənliyə yenəndə ayaqlarım bayram elədi. Mən insan əzalarının sevindiyini ilk dəfə onda gördüm.Düz bir saatın tamamında meşəyə çatdıq. Elə yorulmuşdum ki, ağacların sıx yerində “mən söndüm” deyib kəlləni atdım. İldə bir neçə dəfə, xüsusən fəsillər dəyişən vaxt məni belə dəhşətli yuxu tutur.
İkinci hissə, 14. KomandirYayın son günlərini yaşasaq da, dağlar, meşələr saralmamışdı. Zod tərəfə uzanan ovsunlu mənzərəyə baxdıqca kəşfiyyatda olduğumu unudub səsimi qaldırmaq, bir-iki ağız oxumaq istəyirdim. Heyif buralardan! Gözəl vətənimiz vardı, yiyəsi olmadı.Dağılmış evlərin arasında bir qaraltı eşələnirdi. Adama da oxşayırdı, heyvana da. Qırğının durbinə sarıldığını görüb qaraltını müşahidə etdiyini düşündüm. Balaca bir daş atıb onu yanıma çağırdım və astadan soruşdum:
İkinci hissə, 15. Gizir SəfərovBoynuma alıram ki, Lev çayının sahillərini, Seyidlər, Dəmirçidam, Susuzluq zonasını bizim Ağsaqqaldan yaxşı tanıyan yoxdur. O, Kəlbəcərin Seyidlər kəndindəndir. Dağda-daşda kərtənkələ kimi hərəkət edir. Harda görünüb, harda itir, bəlli deyil. Mazanovdan heç biz özümüz baş açmırıq, o da ki, erməni ola. Hərdən “suiti” deyirəm ona. Açıq ərazidə, daşın-qayanın, meşənin, otun olmadığı yerdə elə bil torpağa kəllə vurur, yoxa çıxır, gözlənilməyən yerdən təzədən pırtlayır.Dəmirçidama doğru hərəkət planını hazırlayanda komandir “mişen” getməyi Ağsaqqala həvalə etdi. Üçbucağın oturacaq nöqtələrində Qırğıyla mən olmalıykən özüylə məni seçdi. Qırğını ümumi nəzarət üçün ən arxada gələn qrupa saldı. Fürsət tapıb etiraz elədim:
İkinci hissə, 16. KomandirSəhərəcən nəfəs dərmədən yol getdik. Sağ olsun Mazanovu, gizli cığırları yaxşı tanıyırdı. Dəmirçidama qədər bir dəfə də yerinə düşməyən hərəkət eləmədi. Biz bu gedişlə Sərsəngə qədər gedərdik, heç kimə görünməzdik.Mazanovun yerişinə həmişə gizli-gizli göz qoyurdum. Qədəmlərini torpağa astaca basır, otları əzmir, palçığa iz salmırdı. Çəkisi yox idi elə bil. Bəlkə heç minaya-zada da düşməzdi. Ən qəribəsi - bunu özündən asılı olmadan edirdi. Təbiətən bu cür idi. Keçi qayalıqda necə yeriyir, qatır çınqıllığa necə qalxır, Mazanov da elə. Təngnəfəs də olmurdu.
İkinci hissə, 17. Qırğıİndiyədək belə gecə yürüşü görməmişdim. Çox rahat gəldik. Bir az yemək yeyib dincələndən sonra “dozor” nəfəri kimi önə çıxdım. Hər tərəf zil qaranlıq idi. Çox da uzağa getməyib gecənin dərinliklərində səs-səmir axtardım. Təxminən, beş yüz addımlığımda it hürdü.Səhər açılan kimi komandir məni və Əsgər Hüseynovu yanına çağırdı. Hamı kimi, Əsgər Hüseynovun da ləqəbi vardı: Maral. Onun yerişi-duruşu, baxışı marala bənzəyirdi. Qeydi-adi eşitmə qabiliyyəti vardı. Komandir deyirdi, bunun başının üstündə görünməyən antenalar var; bu maralın buynuzları məftildəndir! Gülürdük.