Qəsidə 18

کی کشم در چشم و کی بوسم به کامخاک درگاه شهنشاه انام

Fələki Şirvani4 dəq
Yanaram

Fərhad kimi cani-sərdən keçmişəm,Kərəm kimi alışaram, yanaram.

Molla Cümə1 dəq
At igidin qardaşıdı

Həmzə, atı yaxşı saxla,At igidin qardaşıdı.

Xalq ədəbiyyatı1 dəq
Birinci kitab, epiloq

O vaxtdan iyirmi il keçir, iyirmi təcrübə və sınaq ili. Bu iyirmi il müddətində yuxarıda göstərdiyim qəhrəmanlarım bir çox mühüm siyasi hadisələr şahidi olmuşlar, kimi axıra qədər şahidliyində davam etmiş, kimi isə hadisələrə qarışıb mübarizə etmişdir. Siyasət yolu ilə gedənlərlə, təbiidir ki, təkrar-təkrar görüşəcəyik, lakin bir sıra “şahidlər” in aqibətindən burada da bəhs edə bilərik, çünki bunlarla görüşmək imkanı bir daha olmayacaqdır. Təəssüflə deyə bilərəm ki, Əli hələ tələbə ikən özünü asıb öldürdü.Yerdə qalanları həyatlarını öz ixtisaslarına həsr edərək yaşayır və başqa-başqa mühit və intereslər təsirində bir-biri ilə görüşməyə belə lüzum duymurlar. Fərəməz evlənmiş, lakin yenə əvvəlki flirt aləmindən çəkilməmişdir. Tosyadan olan qız arabir Kiyevdən ona qonaq gəlir, lakin daimi olaraq anasının yanında yaşamağı tərcih edir. Pərviz pambıq sahəsində mühüm bir şura işçisidir, əksər vaxtı qəzalarda keçər. Şəhərə gəldikdə təsadüfən sabiq yoldaşlarının məclisinə düşərsə,

Yusif Vəzir Çəmənzəminli1 dəq
Görəydim

Dağlarda lalə, nərgizi,Gülləri dəstə, görəydim.

Aşıq Bəsti1 dəq
Balaca mütəfərriqələr 41

– Atam, qardaşım, Allah xatirinə belə nalayiq sözləri danışma, kənara qoy, güclə təzə-təzə bir balaca nuraniyyət görünür. Allah xatirinə, o nuraniyyəti payimal etməyə qəsd etməyiniz. Amandı, bir millət üçün bir qeyri-nicat yolu qalmayıbdır, məgərinki elm! Yoxsa, atam, vallah, billah, qiyamətəcən zülmatdan çıxa bilmirik. Gələcəkdə özgələrin əllərində əsir olarıq.– Min dəfə deyəsən, ağa Dərviş, məni inandıra bilməyəcəksən. Uşaqlarımız oxuyub, axırda onlardan nə olacaq?! Oxuduqca dinimiz, millətimiz əldən gedir. Görmürsən ki. elmdən necə fəsadlar törəyir?.. Yox, yox, ağa Dərviş nahaq danışırsan...

Nəcəf bəy Vəzirov19112 dəq
G-k hərfləri̇

Bəzi səsli və səssiz hərflərimizin əskikliyi bir az təməyyüzə iqtidarı olan hər oxuyanımıza məlumdur. Bu əskiklik və nöqsanımızı görmək, əlifbamızı indiki çətinlikdən bir dərəcə qurtarmaq zamanımızda ən lazımlı maarif məsələlərindən biridir. Bu böyük məsələnin həll ve islahını böyüklərə, lisan mütəxəssislərinə buraxaraq burada acizanə bir ricadə, təxtirdə bulunmaq istərəm: hərflərimizin şəkilləri zatən əskik, imlamız çox qarışıq, türkcə sərf ve nəhv qaydalarımız ziyadə nizam ve ittirazsız olduğu halda bu qarışıqlığa bir də bezi hərflərin işlenecek, yazılacaq yerləri dəyişəcək olursa, ağırlıq üstünə ağırlıq, çətinlik üstünə çətinlik artırılmış olur.Hər bir elm sahibinə məlumdur ki, səslərinə və söylenişlərinə görə bu gün ayrı-ayrı şəkil ve əlamətlərlə yazdığımız bəzi hərflər bundan irəli yalnız bir şəkil ilə yazılırdı. Lakin bu son zamanlarda her şeydə görülən islah və tərəqqi hərflərimizin şəkillərini də əski halında buraxmadı. Zaman ve zərurət müqtəzası olaraq hərflərimiz de yavaş-yavaş düzəlməyə başladı. Məsələn, bu gün səslərinə görə şəkillərini de ayrı-ayrı yazdığımız g, k və nuni-sağır hərfləri bir az əvvəl bir hərflə, yəni yalnız k şəklində yazılırdı.

Ömər Faiq Nemanzadə19042 dəq
Maral

Mən səni görəndən bəriHalım pərişandı, Maral!

Aşıq Musa1 dəq
Halal eylə

Ana, billah dura bilməm,Mən bağrı daş, halal eylə.

Ağdabanlı Qurban1 dəq
Yaxşıdı

Yol keçibən ziyarətə gedənlər,Bir yetimi sevindirmək yaxşıdı.

Aşıq Valeh1 dəq
Dönər

Vətən deyib ağlayanın,Göz yaşları selə dönər.

Miskin Abdal1 dəq
Bəxtəvər

Ağdaş elində, Şəki mahalında,Sənin təki gözəl azdı, bəxtəvər,

Adsız el şairləri1 dəq
Axır ki, ağlat milləti

Hər gecə şamdan sora, ey MolləliQoy çırağı qarşüva, aç mətqəli,

Mirzə Əli Möcüz4 dəq
Ədalət qapıları

Dram iki şəkildəİştirak edənlər

Əbdürrəhim bəy Haqverdiyev1 dəq
Qəzəl: İstər gözüm ki göstərə dildarə könlümü

İstər gözüm ki göstərə dildarə könlümüKimdir ki bir yerə yığa sədparə könlümü

Qövsi Təbrizi1 dəq
Vay deyə

Ağanı öldürdü qaçaqlar bu gün,Ağla altı aylıq haqqım vay, deyə.

Çoban Əfqan1 dəq
Canım

Ay ariflər, nə kəmtale qul oldum,El içində haqqı zay olan canım.

Varxiyanlı Aşıq Məhəmməd1 dəq
Dünya

Nə veribsən, alammırsan,Suçum nədi görən, dünya?

Ağ Aşıq Allahverdi1 dəq
Ziba

Gedirdim xublar toyuna,Çıxmışdıq düz yola, Ziba!

Aşıq Hüseyn Şəmkirli1 dəq
Gündü

Bu günə deyərlər qurban bayramı,Hacılar murada yetdiyi gündü.

Aşıq Şenlik1 dəq
Dəli könül, gəl əylənmə qürbətdə

Dəli könül, gəl əylənmə qürbətdə,Bir gün olur vətən deyib ağlarsan.

Molla Vəli Vidadi1 dəq
Didələrim qan ağlayır

Didələrim qan ağlayır,Nazlı yarı itirəndən.

Aşıq Nəsib1 dəq
On dördüncü şəkil

Səhnə od-alov saçan döyüş cəbhəsinə çevrilir. İşıq gah vuruş meydanında qəzəblə atışan cavan Hüseynqulu xanı, gah düşmən cəbhəsində topun arxasında dayanmış Sisyanovu, gah da gizli yolla rus əsgərlərinə bələdçilik eləyən Vanyanı işıqlandırır.*Səltənət bəyim Hüseynqulu xanı axtarır.*

İlyas Əfəndiyev19911 dəq
Şu kafər çeşmi gördüm İstefadə

Şu kafər çeşmi gördüm İstefadə,Ülumi andan etdim istifadə.

HəbibiQəzəl1 dəq
Gəlin

Nagah mənə urcah oldun,ay qaşları qara,gəlin.

Aşıq Əsəd1 dəq
Tövbənamə

Ey xuda sənə əyandır ki, vəfadaram mən,Tutduğum işləri yad eləyib ağlaram mən.

Məhəmməd bəy Aşiq1 dəq
Bu gecə

Qəm çəkmə, qəm yemə, divanə könlüm,Yetirərəm səni yara bu gecə,

Aşıq Hüseyn Bozalqanlı1 dəq
Driğa, dilbərim halım pərişan olduğun bilməz

Driğa, dilbərim halım pərişan olduğun bilməz,Könül quşun əsiri-dami-hicran olduğun bilməz.

Sadıq bəy ƏfşarQəzəl1 dəq
Şərq İslam mədəniyyətinin üç ortağı

Məşhur ərəb tarixçisi İbn-Xəldunun hələ XIV əsrdə qeyd etdiyi kimi, İslam mədəniyyəti yalnız ərəblərin yaratdığı bir abidə deyil, İslam dinini qəbul etmiş xalqların birlikdə tikdikləri binadır. Islam mədəniyyətinin bu xüsusiyyəti Şərq islam dünyası haqqında danışdığımız hissəsində daha aydın şəkildə nəzərə çarpır.La literature Arabe adlı əsərində Abbasilər dövrünü təsvir edən fransız alimi Hart, miladi VIII əsrdəki ərəb mədəniyyətinin vəziyyətindən bəhs edərkən ərəb olmayan ünsürlərin təsirini göstərir. Bu dövrdə “ilahiyyat və hüquq elmləri ərəb olmayanların təsiri altında idi; bunun kimi, idarə məqamları, dövlət mənsəbləri və ədliyyə işləri də onların əlində idi; ədəbiyyat da onlar tərəfindən yazılırdı”.

Məhəmməd Əmin Rəsulzadə19491 dəq
Quba

Mərhum Abbasqulu ağa Qüdsinin tərcümeyi-halına şüru etməzdən müqəddəm Quba şəhərinin barəsində--ki, şairin vətəni məqamındadır,--icmalən məlumat verməyi münasib gördük.Yadigar qalmış vərəqparələrdən və təvarixdə görünən müxtəsər əhvallardan belə məlum olunur ki, Quba şəhərini Nadir şah tarixi-hicriyyənin 1147-ci sənəsində--ki, miladın 1734-cü sənəsinə mütabiqdir,--bina etdirmişdir. Müşarileyh Şabrandan (Quba uyezdində Dəvəçi mahalıdır) gəlib keçdikdə Dərbənd ilə Şabranın arasında "Gülüstani-İrəm" adında basəfa bağlıqda istirahət üçün sakin olmuşdur.

Firidun bəy Köçərli19251 dəq