Əsərlər
- Eşq
- İlahi eşq
- Hicran
- Mey və meyxana
- Təbiət və bahar
- Fələk və tale
- Ölüm
- Hikmət və nəsihət
- Vətən
- Mədhiyyə
- Satira
- Mərsiyə
Məftuni-şükufəzar bülbül,Xanəndeyi-xüldzar bülbül,
Ordan-burdan 100Rus hökuməti əmr eləyib bərk-bərk tapşırıbdır ki, içəri Rusiyada sakin olan müsəlman molla və axundları yerlərində dinməz oturub heç bir partiya-martiyaya qoşulmasınlar. Bu cürə əmri rus hökuməti öz çinovniklərinə də veribdir, deməli rus hökumətinin nəzərində başı çalmalı bir molla ilə başında “şlafka”sı olan çinovnikin heç bir təfavütü olmadığına görə də rus hökumətinin borcudur ki, öz çinovniklərinə verdiyi ixtiyarlardan çinovnik hesab elədiyi mollaya da versin, amma di gəl işə bax ki, özgə cürədür də! Məsələn, bu gün içəri Rusiyadan birisi mənə kağız yazıb deyir ki:“...mollalarımızdan birini bazarda tutub dedim ki, bircə de görüm sən nəçisən? Dedi: “Əlhəmdülillah axundam!”. Dedim: “Xub, indi ki, sən axundsan – bəs hanı sənin vəzin? Bəs hanı sənin islama xidmətin? Bəs hanı sənin millətə ruhani köməyin? Bəs hanı sənin fəqir-füqərayə iyanətin? Bəs hanı sənin xalqa əsərin? Bəs hanı sənin ittihad və ittifaq barəsində odlu-odlu sözlərin? Bəs hanı sənin maarifə göstərdiyin yol? Bəs hanı sənin islam dilşikəstələrinə mənəvi təskinliyin? Bəs hanı sənin məsləkin? Bəs hanı sənin?..” Burada sözümü kəsib dedi: “Bir dur!”. Dedim: “Nədir?” Dedi: “Sözün doğrusu, mən axund deyiləm, çinovnikəm. Binəva, elə bildi ki, bu sözlərlə canını qurtardı”. Dedim: “Xub, indi ki, sən çinovniksən, bəs hanı sənin ixtiyaratın? Bəs hanı sənin haqqın? Bəs hanı sənin nişanın? Bəs hanı sənin çinin? Bəs hanı sənin xəzinə maaşın? Bəs hanı sənin pensiyan? Bəs hanı sənin imtiyazatın? Bəs niyə səni saldat aparırlar? Bəs hanı sənin...” Burada sözümü kəsib dedi: “Bir dur”. Dedim: “Nədir?” Çinovnik-axund istədi bir söz desin, amma sözün əvəzinə başladı udqunmağa; udqundu, udqundu, udqundu, udqundu axırı mən ötüb getdim. O, elə udquna-udquna qaldı”.
Sevgi candan ayrılmazSevən könlüm sevdi səni,Sevgi candan ayrılmaz!
Qitə 8بچه هایِ زمانه رند شدندبی ثمر دان تو ژاژخایی را
Qəzəl 111به اختیار دلی برد چشم یار از منکه دور از او ببرد گریه اختیار از من
İtirərsənİşdir, kəm baxsan əgərHalal el malına sən,
Unudulmaz yaraOl səfa əhli, könül, dünyada, get, qaldır qədəh!Millətin əhvalını sal yada, get, qaldır qədəh!
DünyanınBaş çıxarmaq həm çətindir, həm asanİblisindən, mələyindən dünyanın.
Yaxşı adamDarıxırdım, yol yoldaşımKöməyimə çatdı mənim.
Vəchində peydadır sənin əncari-zati-kibriyaVəchində peydadır sənin ənvari-zati-kibriya,Ol yüzə qarşuda da şərməndədir şəmsüz-züha.
Ay əsər indiSəhər-səhər bir gözələ uğradım,Ondan dəydi mənə ay əsər indi.
İlk baharGəldi martın doqquzu,Bayram etdik novruzu.
VətənMən gözümü bu torpaqda açmışam,Mənim dilim bu torpaqda söz tutub,
Əbdürrəhman ağayaMəcdətli Dusti-mehriban Əbdürrəhman ağa cənabları, iqbalınız daimi olsun!**Allah şahiddir ki, sizin səadətmənd olmağınızın xəbəri həmişə məni ilaqeyrənnəhayə məsrur eləyibdir. Xüsusən bu ovqat Hacı molla Məhəmməd əfəndi sizin tərəqqiyatınızı təqrir edib, ziyadə xatirimin fərəhinə bais oldu. Lihaza bu fürsəti qənimət bilib həmvətənliyimizi yad və qədimi dostluğumuzu təcdidinə iqdam edirəm. Keçən sənənin cəmadiyəl-əvvəl ayında, yəni məsihiyyə tarixinin dekabr ayında sənə 1857-də sərkar şərafətmədar canişini-Qafqazın icazəti ilə onun vəziri cənab general Kruzenştern dövləti-behiyyəyi-Rusiyyənin İstanbulda müqim olan vəziri-muxtarı cənab general Butenova mənim əlsineyiislamiyyənin təhsili üçün təlif etdiyim əlifbanı tərsil edibdir ki, övliyayidövləti-Osmaniyyənin mülahizəsinə məruz etsin. Çün o vəqtdən bu zamana qədər əlifbayi-məzkurun xüsusunda heç bir xəbər İstanbuldan mənə vüsul olmayıbdır, ona görə də nigaran qalmışam, bilmirəm ki, aya, mənim əlifbam övliyayi-dövləti-əliyyeyi-Osmaniyyənin mülahizəsinə məruz olunubdur, ya yox? Lihaza, cənabi-məcdətməabınızdan kəmali-etimad ilə təvəqqe edirəm ki, mənim xatirimin şadlığı üçün bu məktubun vüsulunda hümmət edib, hər növlə səlah görsəniz, təcəssüm və təhqiq edəsiniz ki, aya, mənim əlifbam vizarəti-dövləti-behiyyəyi- Rusiyyədən övliyayi-dövləti-əliyyənin mülahizəsinə məruz olunubdurmu və əgər məruz olunubsa, onun ərbabı-mərifət və məşvərətində mülahizə olunmasına ehtimam göstərəsiniz və bu xüsusda xəbəri-sərih və fərəhəngiz yazıb yenə Hacı molla Məhəmməd əfəndinin vəsaiti ilə mənə yazasınız. Mən sizdən həmişə razı və xoşnud olmuşam, bu dəfə dəxi gərək həmvətənliyi və qədimi dostluğu mənzur edib məni özünüzdən xoşhal edəsiniz və sizin ittilaınız üçün əlifba kitabçasının dibaçəsi və əşkali-hüruf və xətti-cədidə yazılan bir qitə bu məktubun zimnində infaz olunur. Əgər padşahani-islam bu xətti-cədidin intişarına ehtimam göstərsələr, hər ayinə külli-firqeyi-islam nikbəxt olacaqdır. Məlum ola ki, bu əlifbanın kitabçasından bir cild dövləti-əliyyeyi-İrana və beş cild Firəngistanın mümtaz dövlətlərinə ki, onlar da mədrəseyi-əlsineyiislamiyə məmurdur, irsal olunubdur. Baqi cavabınıza müntəzir qalıram.
GözəldiBir dilbəri bəsləyibdi anası,Vəsfi düşüb bu cahana, gözəldi.
İllərİllər külək yürüşlü,Qartal qanatlı illər.
Ana dilimQalxıb Şahdağına söz istəyirəm,Çatsın hay-harayım dinləyənlərə.
Özü duyaydı ki, ürəyimdədirÖzü duyaydı ki, ürəyimdədir,Yanaydı verdiyi hicran içində.
Dauqavaİncə bir çiçəyim vardı, Dauqava,Bir gözəl-göyçəyim vardı, Dauqava,
Həkim dostum, elə demə…Qan təzyiqim qalxır hər gün,Qan təzyiqim…
XatiratI**Bəzən dalıb xəyalata, düşündükcə səni mən
Mən kədər mülkündə şahamMən kədər mülkündə şaham,Taxtı, tacı neylərəm?
GülməNə qədər ağlasan ağla! Ki sənin ağlayışın,Bu qaranlıq gecə içrə əriyib məhv olacaq,
SavalanSəni neçə şair saldı nəğməyə,Növbə mənə çatdı indi, Savalan.
İlk baharKiçik bir məktəbliyə*Bahar, bahar gəlmiş, yenə ilk bahar;
Düzlər məsləkini izləyənlər dastanının davamıBu aşiqlik, bu məşuqluq əvvəlinci mənzildir,Eşq əhlinin kami-dili bu mənzildən hasildir.
Dönük qardaş1944-cü ildə Ana yurda sığınıb, sonradüşmənlərə təslim edilən və ruslar tərəfindən
A yazı beləNəzər əyiləndə, iqbal yatanda,Qananı qanmaza a yazı belə.
ŞamamaBir sənəmin sinəsinə muştağam,Cox cəkirəm ahu zarı, şamama!
Həsənin ölümüBir səhər,kəndə yayıldı acı bir xəbər: