Yuxu

Yuxumda özümü bir qaranlıq yerdə gördüm. Gözlərim heç şey seçmirdi. Lakin ayaqlarımın altında torpaq olduğunu hiss edirdim. Bir müddət keçərək gözlərim zülmətə öyrəşdi. Yavaş-yavaş etrafımdakı əşyanı seçməyə qadir oldum. Müqabilimdə bir səhra açıldı, orada qoyun sürüsü göründü. Sürüyə tərəf yönəldim, yaxınlaşdıqda belə bir şəkil gördüm; qoyunlar başlarını yerə əyib, gözlərini ota dikib kuya otlamaq istəyirlər, lakin hərəkətsiz durmuşlar. Çobana gəldikdə o da çomağının ucunu ovuclarına alıb çənəsinə dirsək vermişdi. Onda da heç bir hərəkət yox idi. Mən təəççübdə ikən gözlərimə meşə və çay sataşdı. Oraya getdim. Meşədə çoxlu heyvan və quş var idi. Fəqət bunlar da hərəkətsiz, sükuta getmişdilər. Hətta çayın suyu görünərək sanki yuxuya dalıb dayanmışdı. Məni heyrət götürdü. Bu anda sağ tərəfimdə qəbiristan və orada insanlar göründü.– Gedim, onlardan harada olduğumu soruşum, – deyə yola düşdüm. Gəlib çatdıqda gördüm ki, qəbirlər arasında əmmaməli, fəsli, papaqlı, sarıqlı insanlar dərin yuxuya getmişlər.

Süleyman Sani Axundov2 dəq
Olaydı

Barilahi, bu dəhri-fənadaNə olurdu bir həvadarım olaydı.

Vardanlı Mücrim Kərim1 dəq
Gülə

Sevdim bir nazlı dilbəri,Üzü bənzər qızılgülə.

Mücrüm Kərim1 dəq
Sayasan

Mərd igidlər nə nişanda bəllidi,Arifsənsə, gərək doğru sayasan.

Xəstə Bayraməli1 dəq
Yaxşidür (Gör nədən yaratdi yaradan bəni)

Gör nədən yaratdı yaradan bəni,Şöhrət üçün ay günəşi yaxşidur.

Molla Məhəmməd Səfili1 dəq
Alov

Doğruya zaval yoxdur,*Çəksələr min divana.*

Mehdi Hüseyn1 dəq
XVII

Üstündən on gün ötdü. Qara at qapıya gəldi, Göyalının adamlar seyrəkləşən həyətinə girdi. Müqəssir oldu-olmadı, Ulduz divana gəlmişdi. Ulduzu görən ailə ağladı. Getdikcə gözləri genişlənən Qaratelin qəzəblə dolan gözləri yandı. Onun göz yaşları kirpiklərində qurudu. Ulduz özü ilə buraya başaçılmaz təzad gətirdi. Kimdə Ulduza qarşı kin, kimdə də gizli tərəhhüm doğdu. Kimi Ulduza Şükranın qanadları kimi, kimi də qəddar qatili kimi baxırdı. Götürüb baxanda hər iki tərəf öz-özlüyündə düz idi. Qara mozalanın qara hərəkətindən xəbərdar olmayan, qara daşın qabağında Ulduzu didə-didə qanını necə axıtdığını, necə hirsləndirib gözlərini qaraltdığını bilməyənlər Ulduzu yolundan azan, cızığından çıxan nankor bilirdilər. Bu nankoru da Şükranı qətlə çatdırmaqda ən ağır cəzaya, ən qəzəbli divanə layiq görürdülər. Heç bir başqa səbəb arayıb-axtarmadan bu atın məhvini, özü də Göylər kəndinin ortasında oxa tutulmağını, Göylər obasının itlərinə yedirdilməsini düzgün hesab edirdilər. Deyirdilər ki, qoy belə dönük çıxan Ulduza bundan da yaman divan tutulsun. Yoxsa ayrı cür heç kəsin ürəyi soyumayacaqdır...Qapıya gələn qara ata hər kəs belə bir kinlə, nifrətlə baxıb udqunurdu. Bu ata tərəhhüm edənlər, bu qətli təsadüfi xata sayanlar, mozalanamı, milçəyəmi görə nallı təpiyə yol verilməyin nəticəsində belə bir bədbəxtlik baş verdiyini gümana gətirənlər öz fikirlərini gizləyirdilər. Gizlənənlər isə özlərini büruzə verir, hər kəs bu ata şəxsən divan tutmaq üçün özünü qabağa verməyə cəhd edirdi. Ələlxüsus da Göyalının yeznələri. Yeddi bacanağın yeddisi də bu atdan intiqam almaq üçün özlərini yeyib-tökürdülər. Lakin onlar unutmamışdılar ki, Göyalı necə də Şükranın ox, kamanını qəbrə qoymamağı təklif etdi, Şükranın ox, kamanı ilə bu atdan intiqam alacağını el qabağında elan etdi. Göyalının ürəyi az-çox soyusun deyə, bu atı oxa tutmaq, obanın içində də olmasa, bir qıraqda gəbərtmək, Göyən dərələrinin qurd-quşuna yem eləmək gərək idi. Bu gərək işi də ürəyi intiqam alovları içində yanan ata görməliydi. Onda bəlkə Göyalı az-az özünə gələ bildi? Əgər bu divanı oğlunu itirən bədbəxt ata oğlunun qatilinə tutsaydı, ümumin nəzərində insaflı, ədalətli iş olardı. Yoxsa döşünə döyən yeznənin heç birisinin burada yeri yox idi. Ümumin nəzərində yerinə düşərdi ki, Göyalı bu ata bir ox atdığı halda Qaratel də bir ox ataydı, ata-ana bəsdi deyincə bu qatil atı oxlayaydı. Onda bəlkə atanın da, ananın da ürəyi az-az soyuyaydı, nitqi tutulan ana az-az da olsa özünə gələrdi. Onda bəlkə ana həyatda sağ-salamat qalan qızlarını da, nəvələrini də nəzərə alardı, az-az toxtardı, dəli-divanə olmaq qorxusundan da sovuşardı. Yoxsa ayrı cür ananı geri qaytarmaq mümkün olmazdı.

Süleyman Rəhimov5 dəq
Qəbri-sədxaqandır

Ey könül, dünyayi-fani bil-bədahə fandır,Müddəti-tuli-bəqası ləhzeyi-əcfandır,

Mirzə Nəsrullah bəy Didə3 dəq
Gülxanım

Dünən bir gözəl görmüşəm,Adı Gülxanım, Gülxanım.

Aşıq Camal1 dəq
Mürşidi-kamildən dərsimi aldım

Mürşidi-kamildən dərsimi aldım,Can götürüb bu meydana gəlmişəm.

Aşıq Pəri1 dəq
III fəsil, 4

Qarateli sakitcə, səs-səmir salmadan, qaş-qabaqları turşumuş halda, burunlarını astaca çəkə-çəkə, kəlağayılarının ucu ilə gözlərini silə-silə gəlin otağına gətirdilər. Gərdəyin yanında oturtdular. Qız xeyli başını qaldırmadan, heç nə düşünmədən eləcə oturdu. İçəri ala-qaranlıq idi. Otuzluq lampanın piltəsini aşağı çəkmişdilər. Bayırda da səs-səmir kəsilmişdi. Bircə otaqların qapısı astadan örtülüb-açılır, ev adamları ora-bura qaçışırdılar.Bunların heç biri Qarateli maraqlandırmırdı. Onım fikri uzaqlarda, Kür sahilində, Ələddinlə ilk görüşündə idi. Qız hər şeyi: hara gətirildiyini, qapını açıb kimin içəri girəcəyini belə unutmuşdu. Elə bil yuxuda idi. Heç nə onu maraqlandırmırdı. Birdən əli gərdəyə toxundu. İpək və atlasdan düzəldilmiş gərdəyin örtükləri xışıldadı... Qız diksindi, əvvəlcə ayağa durub qapıya doğru qaçmaq istədi. Sonra gərdəyin dalında heç kəsin olmadığını yəqin edib, qorxa- qorxa astaca addımlarla geri qayıtdı. Təfərrinclə ipək qumaş pərdələrin əhatə etdiyi təmiz yorğan-döşəyə, qızların üz ağlığını bilmək və qapıda pusquda dayanan yengəyə, səhəri isə qonum-qonşulara göstərmək üçün döşək üstdə salınan ağ mələfəyə baxdı. Ona elə gəldi ki, gərdək çoxdan hazırlanmışdı, lap çoxdan. Bu gərdək Ələddinin gərdəyi idi. Ələddin Qarateli bu gərdəyin arxasında görməli idi. Qız havalanan kimi oldu. Gərdəyə yaxınlaşıb ipək, qumaş pərdələri, təmiz yorğan-döşəyi, qu tükündən düzəldilmiş iri yastığı qucaqlayıb öpməyə başladı. Elə bil Ələddinin qoxusunu bunlardan almaq istədi. O özünü unutmuşdu. Gah hıçqırıb ağlayır, gah da məst olmuş kimi gülümsünürdü. "Məni niyə tək qoyub getdin, dərdin alım. Sənə kim qıydı, sənə kım əl qaldırdı, a gözlərinə qurban olum. Sən ki heç kəsə bir pislik eləməmişdin, bir adamın itinə, toyuğuna daş atmamışdın. Yenicə muraz üstündə idin. Dilim də gəlmir ki, səni vurana qarğış eləyim. Tanrı özü bilən yaxşıdı. Ey yeri-göyü yaradan, qurtar mənim bu nakam qəlbimi bəladan".

İsmayıl Şıxlı19954 dəq
Sərgəştə könlümün yenə min müddəası var

Sərgəştə könlümün yenə min müddəası var,Qovğalı başımın nə bəlalı bəlası var.

Əndəlib QaracadağiQəzəl1 dəq
Nə mən olaydım, ilahi, nə də bu aləm olaydı

Nə mən olaydım, ilahi, nə də bu aləm olaydı!Nə də bu aləm əra dil muqəyyədi-qəm olaydı!

Xurşidbanu NatəvanQəzəl1 dəq
Bir bəxşi-xudadır bu məlahət sənə, dilbər

Bir bəxşi-xudadır bu məlahət sənə, dilbər,Göftarü-bəlağət, bu fəsahət sənə, dilbər,

Həsənəli xan Qaradaği2 dəq
Nə qədər sən kimi bir qönçədəhanım yox idi

Nə qədər sən kimi bir qönçədəhanım yox idi,Ey pərivəş, bu qədər ahü fəğanım yox idi.

Əbülhəsən RaciQəzəl1 dəq
Anlagil eşq nədir, dinlə, nə mənadır bu

Anlagil eşq nədir, dinlə, nə mənadır bu!Badeyi-lütfı-xuda, bəxşişi-mövladır bu!

Mir Həmzə NigariQəzəl1 dəq
Qəzəl: Gəl ey badi-səba, söylə dilimdən şəm tək yarə

Gəl ey badi-səba, söylə dilimdən şəm tək yarə,Qıl əfğan, ağla, şərh elə ki bəsdir yandım odlarə

Nişat Şirvani1 dəq
Bir nigarı istərəm aləmlərin əlasıdır

Bir nigarı istərəm aləmlərin əlasıdır,Ruzgarın bağı içrə novgüli-rənasıdır,

Mir Möhsün NəvvabMürəbbe1 dəq
Bismillah ər-Rəhman ər-Rəhim

BİSMİLLAH ƏR-RƏHMAN ƏR-RƏHİMHemdü sənayi-bihədd və ədəd ol maliki-külli-məmalik və xaliqi-küllixəlayiqi-xüdavənde şayistə və layiqdir ki, taci-dövlət və şərafəti və külahi-izzət və səadəti hər kimin başına layiq bilsə qoyar və hər kimsədən nəz edib soyar ki, filhəqiqə dövlət və bəxtiyarlıq və sultan və sərdarlıq və hər növ sahibi-ixtiyarlıq məhz onun kərəmi-əmim və lütfi-qədimindər ki, xaliqi aləm və aləmiyan və saneyi-zəminü asiman və müğəllibi-övzai-zaman və xəbər-dari-cəmii-aşikarü nəhandır cəllət əzəmətəhü ve əmmət nemetehu. Və bedə çün sahibani-əql və bəsirətə və hüşməndani-əhli-fərasətə bu əmr vazeh və məlumdur ki, keçən güzarişat və vəqayeyi-qədim əhval və təvarixi bilib və xəbərdar olmaq və hər vilayətin keyfıyyət və övzaina mülahizə qılmaq insan üçün baisi-ibrət və bəsirət və əz cümlə səyahət və mərifi və ziyadəti fəzl və mənfəətdir. *

Mir Mehdi Xəzani2 dəq
Təcnis: Gözəl olan verir üzünə bəzək

Gözəl olan verir üzünə bəzək,Gözü nərgis şümşad ayağı gərək,

Mələkballı Qurban1 dəq
Pozuldu rövnəqi-gül, əlri-gülüstan getdi

Pozuldu rövnəqi-gül, əlri-gülüstan getdi,Saraldı gülləri, əl çəkdi bağiban getdi.

Fatma xanım KəminəQəzəl1 dəq
Atanın oğluna nəsihəti

Ey mənim ruhi-rəvanım, ey oğul.Ey mənim cismdə canım, ey oğul.

Əli Nəzmi2 dəq
Yenə, ey gözləri məftun, sənə məftunəm mən

Yenə, ey gözləri məftun, sənə məftunəm mən,Zarü məhzunü digərgunü ciyərxünəm mən.

Mirzə Mehdi ŞükuhiQəzəl1 dəq
Ağzını qönçeyi-xəndan dedilər, gerçəkmiş

Ağzını qönçeyi-xəndan dedilər, gerçəkmiş,Xəti-ruxsarını reyhan dedilər, gerçəkmiş.

Cahanşah HəqiqiQəzəl1 dəq
Dünyada

Varlıya dost olub, kasıba gülmə,Çox da havalanıb, coşma dünyada.

Aşıq Nəcəf Əlimərdanlı1 dəq
Mürəbbe: Bülbülə gülşəndə rəngü-ruxsarın

Bülbülə gülşəndə rəngü-ruxsarın,Göstər gələn münca olmasın həris,

Aşıq Saleh Şirvani1 dəq
Ey dil, həzar şükr, xəbər gəldi yardən

Ey dil, həzar şükr, xəbər gəldi yardən,Şükr et, qutardın axırı bu intizardən.

Ağa Hacı Molla TağızadəQəzəl1 dəq
Qanlı məktub

Əlihüseyn dəm üstündə idi. Günortadan bala-bala vurmağa başlamışdılar. İndi məclisin əsil qaymaq vaxtında durub getməli idi. Çünki bir saatdan sonra tamaşa başlayacaqdı. Əlihüseynin bu günkü rolunun cəmi üç cümləsi vardı: birinci pərdədə deyirdi: “Bəli, cənab”, ikinci pərdədə deyirdi: “Xeyr, cənab”, üçüncü pərdədə deyirdi: “Baş üstə, cənab!” – vəssalam. Əlihüseyn iyirmi ildir teatrda bu cür rollar oynayırdı, yaratdığı obrazların hamısı yumurta kimi bir-birinə oxşayırdı. “Yaratdığı obraz” deyəndə bir az yekə düşür, çünki Əlihüseyn heç nə yaratmırdı. Tamaşadan-tamaşaya yalnız paltarla qrimini dəyişirdi. Bəzən rejissor teatrda olmayanda heç qrim də eləmirdi. Vəziyyətindən son dərəcə razı idi. Əziyyətsiz, zəhmətsiz hər ay maaşını alıb qoyurdu cibinə.İndi, bu saat onun teatra getməyə heç həvəsi yox idi. Müftə bir məclis əlinə düşmüşdü. Bayaqdan üç dəfə Əlihüseynin sağlığına içmişdilər. Yemək də arası kəsilmədən gəlirdi. Səhnədə bir cənaba “bəli, xeyr, baş üstə” demək üçün bu cür məclisi qoyub getmək axmaqlıq olardı. Odur ki, teatrın müdirinə bir məktub yazıb, yağlı cümlələrlə oğlunun güya xəstə olduğunu, ona görə də tamaşaya gələ bilməyəcəyini xəbər verdi.

Sabit Rəhman19635 dəq
Olmusan can verməyə amadə, xoş gəldin, oğul

Olmusan can verməyə amadə, xoş gəldin, oğul,Get boyun qurbanı, ey şəhzadə, xoş gəldin, oğul.

Hacı Rza Sərraf2 dəq
Qəzəl 1000

Qönçənin saflığına şahid olan şəbnəmdir,Məryəmin paklığının aynası da Məryəmdir.

Saib TəbriziQəzəl1 dəq