Soviet era
"...Fələklər yandı ahimdən..."Füzuli
GöyərçinGöyərçinəm, göyərçin,Kəkilim vardır çin-çin.
MənimdirÖldü varlı ata,qaldı varisi.
ÇiçəklərElə zərifdir ki, güllər, çiçəklər,Sərt bir baxışdan da solar – deyirəm.
ÜmidBir yol gördüm, görən kimi itirdim,Bəxtim kimi məndən döndü baxışlar.
Anamın laylası“Anamın kitabı” müəllifinə*Bu gecə yuxu gördüm.
Barmaqların dil açırAyaqların döşəmədən bir qarış yuxarı.Qolların yeni pöhrə kimi
Pillələr, illər– Ata, neçə pillədiryerdən bizim mənzilə?
Yazı masamBayramqabağı,yır-yığışda
Təbrizin yolları oyum-oyumdurTəbrizin yolları oyum-oyumdur,Yanıq dağdan qalxan duman olaydım!
Kərəm əfsanəsiMən bu hekayədə köhnə bir igiddən danışacağam. Bir zamanlar böyük rus ədibi Maksim Qorki də onun mərdliyindən ilham almış, onun Qaf dağı kimi əyilməz, məğrur təbiətini tərənnüm eləmişdi. Bu igidi el arasında Qaçaq kərəm adı ilə tanıyırdılar.Kərəm öz dəstəsilə bərabər dağlarda, dərələrdə yuva salmışdı. Onun qan düşməni İsrafil ağa da, özü kimi qüvvətli, cəsur bir adam idi. Yalnız bir fərqləri vardı: Kərəm çar divanından qaçaq düşmüşdü, İsrafil ağa isə çar himayəsində yaşayırdı.
Şeytanın barmağıTəmsil*Çox qədim zamanlarda yoxsul bir kəndli vardı. Onun cındırından cin hürkürdü. Özü də arıq və cılızdı. Ha əlləşirdisə, kasıblığın daşını ata bilmirdi, hətta taxılını döymək üçün də başqalarından qoşqu heyvanı istəməyə məcbur olurdu. Qonşusundan ikicə günlüyə aldığı öküzləri vələ qoşub, arpasını döydü, dənini ikitəkərli arabaya yükləyib, dağ ətəyindəki kəndin dəyirmanında üyütməyə apardı. Bir çətən külfəti acından batırdı. Fikri bu idi ki, necə olursa-olsun, bu axşam özünü dəyirmana yetirsin, yalvar-yaxarla dənini üyüdüb, gecə ikən də evinə qayıtsın. “Sən saydığını say, gör fələk nə sayır!” – deyiblər. Kəndli nə qədər tələsirdisə, öküzlər bir o qədər səbirli yeriyir, bəzən də üzə durub yolun ortasında dayanır, tənbəl-tənbəl quyruqlarını tərpədir, kəndlinin hay-hüyünü sanki eşitmirdilər. Kəndli qan-tər içində idi. Qırışlarla örtülmüş alnında tumurcuqlanan tər damcılarını əlinin tərsilə silməkdən yorulmuşdu. Günün istisindən az qala yazığın başı çatlayırdı. Öküzləri qırmancla döyəcləməkdən təngə gəlmişdi. Yolun kənarında kölgəli bir yer də yox idi ki, arabanı açıb, dincini alsın. Heç yerdə otdan, göyərtidən də gözünə dəymirdi ki, öküzləri bir az otarıb, sonra yola düşsün. Bu halda, tərs kimi, öküzlərdən biri soncuq atmağa başladı, arabanı o yan-bu yana dartaraq, yoldan qırağa çıxartdı, çökəyə tərəf sürüdü. Araba kəlləmayallaq aşdı. Kəndli özü də zərblə ağzıüstə yıxıldı və istər-istəməz “lənət sənə kor şeytan!..” – dedi.
AyrılıqSinəmi yandırır yenə ayrılıq,Nələr çəkdirməmiş mənə ayrılıq.
CavabƏgər soruşsalar bir dəfə məndən:Ən ağır, ən acı nədir dünyada?
Necə gülüm?Dostum, deyirsən ki, gül, həmişə gül!Səni sağaltsa da gülüş sağaldar.
Mənim çiçəyimMən əməl bağında bir gül əkmişəm,Onun zəhmətini özüm çəkmişəm.
LaylayDəniz qoparır haray,Qızım, laylay, a laylay,
Səni qəlbən sevirəm mənSən gözəlsən bahar qədər,Aylar, illər, qərinələr
ArzularKaş yenidən doğulaydım mən bu geniş dünyada,Bir də, bir də qayıdaydı o uşaqlıq illəri.
MəktubMən bu gün öz oğlumu məktəbə göndərirəm.Budur, sütül dişləri təzə tökülmüş onun.
Səndən uzaqlardaSəndən ayrıldığım on gün olsa da,Lakin hər günümü bir il sanmışam.
OxucumaSözün nə ucası, nə alçağı var,Əziz dost, şerimi asta oxu sən.
Cənubun dərdiSüleyman Rüstəmə*Dedilər: köksünə xəncər saplanıb,
Savalanın zirvəsində qar görürəmSavalanın zirvəsində qar görürəm,Yellər əsir soyuq-soyuq, sərin-sərin.
Tags are assigned automatically from keywords and refined by editors.