Jalil Mammadguluzadeh · Prose
- Love
- Divine love
- Separation
- Wine and the tavern
- Nature and spring
- Fate
- Death
- Wisdom and advice
- Homeland
- Praise
- Satire
- Lament
Zəncir, kəndir, noxda, boyunduruq, cilov-bunların hamısı heyvandan ötrü icad olunub, ondan ötru ki, heyvanı özbaşına qoymaq olmaz. İti zəncir ilə bağlamasan adamı qapar, malı kəndir ilə bağlamasan çıxıb gedər çölə, öküzün boynuna boyunduruğu qoymasan kotanı çəkməz, atı cilovlamasan qaçar, – xülasə, bunlar haması lazımdır, ondan ötrü ki, heyvanı özbaşına qoymaq olmaz.Və insanın heyvanlar ilə bu cür rəftarı heyvanlara naxoş gəlmir, çünki heyvanlar buna adət ediblər; amma bunun əsl səbəbi də budur ki, heyvanların ağlı yoxdur, əgər heyvanlarda ağıl olsa, günlərin bir günü bir yerə yığışıb sahiblərinə deyərlər: nə haqq ilə siz bizim azadlığımızı əlimizdən alırsınız və sahibləri çox artıq-əskik danışsalarheyvanlar bir dəqiqənin içində zənciri, kəndiri, noxtanı yolar, boyunduruğu və cilovu (gəmi) qırıb hərəsi dağılıb gedər bir tərəfə.
BatdağBir neçə dəfə qəzetlərdə oxudum ki, “Füyuzat”ın bağlanmağına səbəb “Axund Çəyirtkə” olubdur. Amma oxudum və çox təəccüb elədim; ondan ötrü ki, axund Çəyirtkə bir balaca, məzlum, zəif və mülayim çəyirtkədir və bu çəyirtkəni biz çoxdan tanıyırıq. Bu bir qulluqçu çəyirtkədir və ixtiyarı özündə deyil: ağa buyurur “sür dərəyə – sür dərəyə!”, vəssəlam.İndi görək niyə “Füyuzat” bağlandı.
Məryəm xanımİnna lillahi və inna ileyhi raciun*Mən “İrşad”ın sözündən çıxmıram: “Ölülər barəsində ya gərək yaxşı danışasan, yainki heç şey danışmayasan”. “İrşad”ın sözünə baxıb, mən mərhum Qafqaz şeyxülislamı barəsində heç bir şey danışmıram və bir də heç sözüm dəxi qalmayıb; hər nə sözüm var idi, öz sağlığında məcmuəmizin 22-ci nömrəsində yazıb qurtarmışam.
Bəqaüs-səltənəMar mar mizənəd, gürzə mar mizənəd*Genə keçən günlər yadım düşdü. Məhəlləmizdə xəbər çıxardı ki, bazarda ilan oynadırlar. Qaçardıq tamaşa eləməyə və görərdik ki, hacılar və kərbəlayılar cəm olub doluşublar bir kişinin başına. Bu kişi qutuları düzüb ortalığa və bir qutunun ağzını açır və bir zorba ilanı qutunun içindən çızardıb atır meydana və üzünü camaata tutub deyir: “hələ bu balasının balasıdı”.
Salam-məleykAxund dadaş, qulluğunuzdan ki, mürəxxəs oldum gəldim İrəvana, orada cənab qazi məclisində sizin təkfirinizə hökmi-qəti verdik. Oradan gəldik Zünuza. O altı ildə ziyarətlərindən məhrum olduğumuza, pirləri ziyarət elədik. Amma Axund dadaş, Zünuz əhli bir iş gördülər ki, heç müsəlmançılığa yaraşmaz. De nə elədilər: cəm oldular məscidə. Cəmiən övrət və kişi and içib övrət libasını bilmərrə əvəz elədilər, yəni demək olar ki, haman günü 100 top çit satılıb alındı təzə uzun şalvarlıq. Amma… Heyif ki, 100 topun hamısı urus çiti oldu, heç bir qarış da İran çiti satılmadı!!! Bir də ümumən and içdilər ki, bundan sonra vətən bezindən kəfən alsınlar, dəxi firəng malı işlətməsinlər və pirlərə də dəxi vida etsinlər və urus qəndindən İmam Hüseyn ehsanı verməsinlər. O qəndlərin pulundan üsuli-qədim məktəb açsınlar. Qərəz ki, sağ olsun Zünuz. Oradan gəldik Mərəndə, bəli, gəldik Mərəndə, elə ki, gəldik yetişdik Mərəndə, bazara girməmişdən qabaq şəhərə bir günlük yol qalırdı, yəni Mərənddən əcəb və təkəbbür, qəflət, məstlik, piyanlıq, süstlük, nəmnəmənəlik insaniyyətdən savay hər zadlıq iyisi, üfunəti qalxıb Culfada bizi çaldı, belə ki, biz də az qaldıq Mərəndin bəzi ağayanları kimi olaq. Elə ki bazara girdik, əsli müsəlman iyi: tiryək və şirə və Ağa Həmmadın damadının abcu şərab sandıqlarını sınıb və dağılmaq iyi bizi elə vurdu, az qaldıq ya Ağa Həmmad olaq, ya da damadı. Dedik, şəhərdə carkeşlər car çəkdilər ki, yığılın məscidə, nağıl deyəcəyik. Xəbər gətirdilər ki, bir nəfər seyid cənab Cəfər kəzzabın lap öz oğlu səhihnəsəb və bir də bir nəfər Səffeyn şeyxlərindən cənab himarül-məşayix Hacı Şeyx Həsən ağa haman Binamüsül-sadat ağaya müvafiqət edib xalqa deyirlər ki: baba, çıxın gedin işüzə, bular əncümən adamlarıdır, əncüməni də ki, əlhəmdülillah, rus kazakları gətdi, bu günsabah dağıdarlar, yaxan qurtarar.Dəli*
Oyun-oyuncaqYox vallah belə olmaz! Axı, yuxarıda Allah var, axır dünyada bir haqq-hesab var, axır hər bir işin bir qaydası var, yoxsa adam başına deyil ki, hər nə bilir elə də eləsin.Bir il bundan qabaq siz mənə kağız yazıb yalvardınız ki, ay Molla Nəsrəddin, sən Allah biz gəncəlilərə sataşma, biz özgə şəhərlərin camaatı kimi bikar oturmamışıq, biz “Drama cəmiyyəti” açmışıq, bizim “Nəşri-maarif”imiz var, biz “Cəmiyyəti-xeyriyyə” tikmişik.
İran işləriBu gün İrandan gələn məktubları oxudum və qəzetlərdə yazılan İran əhvalatını gördüm – dərin fikrə getdim.Öz könlümdə bu saata qədər İranın vüquatını nəzərimə gətirib fikirləşdim, fikirləşdim ki, biləm nə səbəbə İran bu halətə çatdı.
MəsləkimizƏvvələn, hər kəs deməsin ki, mən dünyada az bilirəm. Zira ki, hər nə qədər az bilsə, yenə hamıdan çox bilir.Saniyən, çalışıb-vuruşmaq ilə, zəhmət və məşəqqət ilə heç bir işdə qabağa getmək olmaz; çünki hər iş öz qaydası ilə gedəcək və hər nə ki olacaq – elə də olacaq və hər nə ki olmayacaq, – olmayacaq.
İlin axırı1907-ci il axıra çatdı. İndi lazımdır ki, həmin ilin ərzində dünyada hər bir böyük iş ki, vaqe olub, hamısını yazaq ki, oxucularımız bilsinlər.Həmin 1907-ci ilin müddətində şöhrətli vüquatın lap şöhrətlisi rus və ingilis əhdnaməsidir. Dəxi burada təfsilat lazım deyil; çünki bu iş hamıya məlumdur.
RəvayətƏcayibül-məxluqat*Rəvayətdir ki, bir gün Yəhya bin Ziyad xahiş elədi ki, şeytanı gətirsinlər onun yanına. Şeytan hazır oldu, amma şeytan nə şeytan: tükləri meymun tükünə oxşar, bədəni donquz bədəni kimi, ağzı və gözü əyri, dörd əli var, ikisi sinəsində və ikisi də çiyinlərində, amma ayaqları boynundan asılmışdı və otuz ayaq barmaqları var idi, amma boynundan bir yekə zəng asılmışdı.
FitvalarAltı müctəhidin imzaları ilə təsdiq olunmuş hər cür fitvalar Tiflisdə “Qeyrət” mətbəəsində bir neçə min nüsxə çap olunub satılır və xahiş edənlərə “naloj” ilə göndərilir. Bu aşağıda yazılan qərar ilə:Məşrutiyyət ziddinə verilən fitvalar... nüsxəsi yarım qəpik
Mırt-mırtVacib və lazımlı bir məsələ var ki, ona da heç diqqət eləmirik və qulaq asmırıq, deyirik: “Eh, necə olacaq olsun!”.Sözüm buradadır ki, bu axır vaxtlarda bizim yetişmiş qızlarımıza ər tapılmır və bir neçə il gözləyirlər, – axırda da hər kəs rast gəlir, – gedirlər, amma çoxu da qalır evdə və özünə layiq oğlan tapa bilmir ki, getsin (Dövlətli qoca kişilərin kefidir ha!).
Haradadırlar?Haradadırlar rusca yazanlarımız? Necə olublar qələm sahiblərimiz? Hara gizləniblər rus darülfünunlarını qurtarmış cavanlarımız? Niyə onlardan bir səs çıxmır?İndiyə kimi çox vaxt ittifaq düşübdür ki, biz müsəlmanların barəsində cürbəcür böhtanlar rus qəzetlərində yazıblar ki, bizi qeyri millətlərin və dövlətin nəzərində töhmətləndirsinlər. Amma böhtanların iyirmisinə bizlərdən bir dənə də cavab yazılmayıb.
MikroblarElə həmin sözlərdir ki, eşidirik.Hər bir qəzeti əlimizə alsaq, görəcəyik ki, elə həmin sözlərdir ki, ha eşidirik; məsələn, hər bir rastımıza gələn qəzeti açıb oxuyaq:
Din məsələsiQonşumuz Kərbəlayı Heydərin iki oğlu var idi: biri doğma oğlu Qasım, – səkkiz yaşında, biri də ögey oğlu Nəcəfqulu, – on yaşında.Uşaq vaxtı küçədə aşıq oynayanda hərdənbir savaşardıq. Mən on yeddi yaşında idim və elə olurdu ki, hərdənbir Qasımı da döyərdim, hərdənbir Nəcəfqulunu döyərdim.
Ana diliTatarlar ana dilində yazdığı qəzetləri oxuyanda Qafqaz cavanlarının ana dili danışmaqları yada düşür.Tatar qəzetlərinin biri İran barəsində söhbət açıb bir yerdə belə yazır:
Murdarİrəvan şəhərinin yavıqlığında Toxmaxangöl adlı müsəlman kəndinin dağılmaq xəbərini “Zaqafqaziya” qəzetində oxuduq.Əhvalat belədir ki, otuz il bundan qabaq bir neçə müsəlman, şəhər yerini icarəyə götürüb, başlayıblar əkinçiliklə güzəran eləməyə və həmin yerdə dam-daş tikdirib, bir balaca kənd salıblar. İndi şəhər idarəsi müsəlmanlara deyir ki, “çəkilin gedin buradan!”. Kəndlilər soruşurlar ki, “biz ki, icarə pulunu tamam-kamal veririk, nədir bizim günahımız ki, bizi kəndimizdən qovursunuz?”. Şəhər idarəsi cavab verir ki, “kefimiz belə istəyir”. Müsəlmanlar möhlət istəyirlər ki, özlərinə bir özgə yer tapsınlar və evlərini öz əllərilə söküb dirək-pərdilərini və akoşkalarını çıxardıb aparsınlar. İdarə möhlət vermir və bir neçə gün bundan qabaq bir dəstə adam göndərib kəndi dağıdır.
FilosoflarAxır vaxtlarda Qərb övrətləri barəsində müsəlman qəzetlərinin bir parasında bir neçə məqalələr gözümə sataşır. Bu məqalələrin məzmunundan belə anlaşılır ki, Qərb övrətlərinin hamısı həya və ismətsiz övrətlərdir; demək ki, cümləsi fahişə kimi bir şeydirlər.Mənim bu barədə heç bir etirazım yoxdur, heç bir sözüm yoxdur; çünki mən də elə bilirəm ki, Avropa və Amerika övrətləri təmamən fahişədir. Amma yenə hərdənbir xəyalıma gələrdi ki, bəlkə bu övrətlərin içində heç olmasa bir-iki həyalı övrət tapıla. Amma təzə filosoflarımızın sözlərindən belə məlum olur ki, heç biri də tapılmaz.
ZiyarətSən deyirsən “mənim qulağım var, hər şeyi eşidirəm”.Həyə sən hər şeyi eşidirsən, elədə de görüm, eşidibsənmi mənim nəvəm Güllünün əhvalatını?
QurtarıbDünyada heç bir şey bir qərarda qalmır. Ay, gün, yer, ulduzlar və biz gördüyümüz aydan, gündən, yerdən və ulduzlardan savayı genə milyon-milyon bu tövr aylar və ulduzlar, yerlər və günlər var ki, milyon-milyon illərin müddətinə hərəkətdədirlər.Deyirlər ki, yer durub – yalandı. Deyirlər ki, gün durub amma yer hərəkətdədir – bu da yalandı. Xülasə, dünyada tək bircə Ordubad şəhərindən savayı heç bir şey yoxdur ki, hərəkətdə olmasın.
Anam-bacımO qədər azadlıq ki, biz müsəlmanların arvad almaq və arvad boşamağında var, – heç bir özgə millətdə yoxdur; məsələn, bir övrət ki, bu gün mən onu aldım, – sabah da ixtiyarım var boşayam. Kefim istər saxlaram, kefim istər boşaram.Dəxi bu aşkar bir işdir.
DəllalBirisinin gözü düşür bir ata, amma qorxur gedib sahibindən istəsin, deyir, bəlkə satmaq istəmədi, ya baha dedi.Burada bir dəllal lazımdı. At dəllalı da hər şəhərdə və hər kənddə tapılar.
BabilərTəbrizdə bu saat qəhətlikdir və əhali çörək üzünə həsrətdir. Dəyirmanların sularını kəsiblər ki, dəyirmanlar yatsınlar. Şəhərin ətrafını atlılar bürüyüblər və hər yandan tərəddüd kəsilib. Məşrutə tərəfdarlarının övrət-uşaqlarının tələf olanı olub, olmayanı Ermənistana pənah aparıblar. Bağmeşə, Bilanku, Pürsənku, Xiyaban, Bazarçay, Maralyan məhəllələri təmamən dağılıb talan olublar.Burada bir mətləb var.
MüsəlmanBakıda indi belə adət düşüb: məsələn, istəyirsən bir ev kirayə eləyəsən və görürsən ki, divara elan yapışdırıblar ki, “burada bu qədər otaq kirayə verilir”.Qapını döyürsən, ev sahibi çıxır qapıya. O da müsəlman, sən də müsəlman.
PasportDüz iyirmi iki il bundan qabaq İran konsulxanasında məndən altı manat alıb əlimə bir qəbz itələyiblər ki, yazarıq, sənə pasport gəlsin.Hər il bir dəfə gedərəm soruşaram ki, mənim pasportum gəlib ya yox?
Kabla HəsənNaxçıvanda cümə günü xəbər çıxdı ki, Kabla Həsən yox olub.Biçarənin övrət-uşağı başladı ağlaşmağa.
SeyidlərBir neçə gün bundan qabaq iki nəfər seyid Tiflisdə bir erməni dükanından iki top çit oğurlamışdılar. Mal sahibi müsəlman mehmanxanalarının birində oğru seyidləri tapıb malı xurcunlarından çıxardıb aparır dükanına və hökumətə xəbər verir. Seyidlər indi dustaqdırlar.Bir neçə vaxt bundan qabaq Bakıda İsgəndərovların dükanından iki nəfər seyid mal oğurlamışdı.
“Əbvabül-cinan”“Xüruci-Dəccali-ləin vəqti xahəd bud ki, mərdüman bazənan dər kar məşvərət könənd…”.Bu sözlər yazılıb “Əbvab” kitabının əvvəlinci cildinin 73-cü səhifəsində və mənası da budur ki, Dəccalın xürucu o vaxt olacaq ki, kişilər övrətlərlə məşvərət eləyələr.
MöcüzəƏgər birisi yuxuda görsə ki, Osmanlıda məşrutə elan olunub, - bunu ağıl kəsər.Amma həqiqətdə Sultan Həmidin qoxumuş idarəsinin bir günün içində çönüb məşrutə olması möcüzədir.
İttihadMəsələn, Rusiyada Samara vilayətində qəhətlik ittifaq düşür. Sabah qəzetlərdə oxuyursan ki, ingilis camaatı ianə yığırlar ki, çörək alıb, göndərsinlər Samara aclarına. Frəngistanda mədənlərdə tələf olan əmələlərin əhli-əyalına Yaponiya əmələləri dünyanın o başından bu başına pul yığıb göndərirlər.Mədəni millətlərin içində bu bir adət olubdur. Amma bizə gələndə baxıb görürük ki, Arazın bu tayında olanlarımız Arazın o tayında olanlardan bixəbərdirlər.