Works
- Love
- Divine love
- Separation
- Wine and the tavern
- Nature and spring
- Fate
- Death
- Wisdom and advice
- Homeland
- Praise
- Satire
- Lament
Doğrudan da Bəyalı oğlu Göyalının arayıb-axtarıb, neçə-neçə yüz qoyun verib, böyük məmnuniyyətlə aldığı ulduzlu atın misli-müqabili heç yanda yox idi. Bu at bir tamaşa idi. Baxan elə bilirdi bu at parlaq bir ulduzdur, göydən yerə düşüb... Bu atın adını Ulduz qoyub qulağına çağırdılar. Baxanda Ulduz boydan uca, ayaqlardan xırdaca, biləklərindən nazik, ancaq beldən mis kimi tökmə və möhkəm idi. Ulduzun ortası qarınlı deyil, incə idi. Yalmanı sıx, göyəm idi. Ulduzun yalı qınından sivrilən qəhrəman qılıncını andırırdı. Baxanda Ulduzun gözləri yanır, od-alov içində şölələnirdi. Ulduzun qaçarağına ox süzdürən olsa belə, çatmazdı. Ömründə Ulduzu öz qaçarağının tozu tutmazdı. Baxa bilməzdi Ulduz göylə uçur, ya yerdən uça-uça uçarağa qalxır. Ulduzun belinə gümüşlü-qızıllı yəhər qoyan Şükran atın belində ay kimi yaraşıqlı, ulduz kimi tamaşalı görünürdü. Elə bil ki, bu oğlan olmazın əfsanəvi süvari, misilsiz minici idi. Ulduz qanada qalxanda oğlanın ağ qoyunun yunundan toxunan ağ çuxası da ağ-ağ qanad açırdı. Şükranın qınından sivirib çıxardığı göy zağlı ləzgi xəncəri Ulduzun üstündə şimşək kimi oynayırdı. Şükran gündən-günə Ulduza yeni-yeni təlim keçir, ona sehrli əməllər öyrədirdi. Əvvəldən də az-çox təlim görən, uzaq Ərdəhan elində təlimlənən, indi də Göyəndə ayrıca məşq keçib təlim alan Ulduz Şükranın dilini, Şükran da Ulduzun dilini əzbərdən bilirdi. Şükran desəydi: “Ulduz, yat”, Ulduz dərhal yatardı. Desəydi: “Ulduz, bu dağ-daşı bir göz qırpımında öt”, Ulduz ötərdi. Şükran Ulduzun belində olsun-olmasın, Ulduz alışıb isinişdiyi minicisindən hər hansı bir əmr aldımı, dərhal yerinə yetirirdi.Şükran da Ulduzun alovlanan gözlərindən öpür, ona kişmiş yedirir, baş-gözünü sığallayır, lazım gəlincə öz minici libasını sadəcə mehtər libası ilə əvəz edib, onu dımaqlarından təpəsinə qədər üfürə-üfürə tumarlayırdı. Şükran həmişə Ulduzu çeşmənin gözündə suvarırdı. Ulduz göydə sayrışan ulduzun ən parlağı kimi parlayır, parıldayırdı. Baxan deyərdi Şükranı kəhkəşanlar aləmində səltənət quran ulu Tanrı elə bu Ulduzu da veribdir Şükrana. Ulduza da Şükran kimi misilsiz-müqabilsiz süvari qismət olubdur. Baxanda bunlar bir-birinin məftunu, aludəsi, vurğunu idi. Şükranın hayqırtısı Ulduzun kişnərtisinə, Ulduzun da kişnərtisi Şükranın hayqırtısına qarışıb, Göyən düzənlərini doldurur, Ziyarət dağına səs-səda salır, fasiləsiz əks-sədaları ilə bütün bu aləmi dilə gətirib dilləndirirdi...
Qasida 171لب است آن یا گل حمرا رخست آن یا مه تابانگل آگنده بمروارید و مه در غالیه پنهان
Qasida 43زبان خوشست که توحید حق کند به بیاناگر چنان نبود در دهان مباد زبان
İkinci pərdəTiflisdə botanika bağçası. Yuxarıda hər dürlü nümunəlik ağaclar. Aşağıda ətrafı əlvan çiçəklərlə süslü bir havuz… Yüksəkliklərə doğru sarı qumlu cığırlar gözləri oqşar. Ötədə-bəridə bülbül şaqırtıları eşidilir. Mayıs… gündüz…*L e n a
Beş dəqiqəIHəkimin odasına girəndə Mirzə Mahmudun rəngi qaçdı: onun üçün ömrün olub-olmamağı qət olunacaq idi.
Oğru inəkAtı atın yanına bağlasalar, ya halını götürər, ya xasiyyətini.*Atalar sözü*
Cəhalət qurbanıUşaqlıq xatiratımdan nağılına şüru etdiyim bu vaqiə məndə elə bir dərin tə’sir buraxmış, qəlbimdə elə silinməz nəqş bağlamışdır ki, sanki uzun müddət əvvəl yox, dünən vaqe olmuşdur.Səkkiz yaşında uşaq ikən «Seyidli» adlanan kəndimizdə başaçıq, ayaqyalın, təbiətin mərhəmətli qucağında, məişətin ağır və zəhərli hallarından xəbərsiz yaşardım.
DostI**Boş qalmış kəndlərdə bir dəstə alman piyadasına kəndlilərdən Mariya Karpovna adlı bir qadın bələdçilik edirdi. Onun qırış-qırış olmuş üz-gözü qan-tərə batmışdı. Ayaqlarını güclə atırdı. Görünür çox uzun yol gəlmişdi. O, arıq, uzun, soyuq baxışlı, həmişə dartınaraq yeriyən, yalnız tökdənbir çox könülsüz bir tərzdə gülümsəyən alman zabiti ilə yanaşı gəlir, onun suallarına tez-tez, elə bil tələsə-tələsə cavab verirdi.
Yengi dünyanı fəth edən Xristofor Kolumbun tarixiYer kürəsinin üçdə birindən ibarət olan Yengi Dünya torpağı dəniz vasitəsi ilə qədim dünyadan ayrı düşərək Kolumb dövrünə qədər mə’lum deyildi. Ehtimal ki, keçmiş zamanlarda, məsələn, bir neçə min il bundan qabaq Yengi Dünya torpağı qədim dünya torpağı ilə bitişik olmuş, lakin sonra bir hadisə nəticəsində dənizin suyu onların arasında çəpər çəkmiş və o gündən Kolumb dövrünə qədər Yerin bu iki qit’- əsinin adamlarının bir-birindən xəbəri olmamışdır.Xristofor Kolumb – ki, hümmətli, böyük bir adam olub, coğrafiya və kosmoqrafiya elmlərinin bilicisi idi, gəmi sürmək sənətində də tam məharəti var idi, – qeybi-ilham adlandırılan aydın fikri ilə düşündü ki, Mühit dənizinin o tərəfində bizə mə’lum olmayan bir quruluq, bir dünya vardır. Bu fikir onun başında elə möhkəmləndi ki, o, bir dəqiqə də bundan ayrıla bilmirdi. Nəhayət, Kolumb Əndəlis padşahının köməyi ilə dənizlər keçib Yengi Dünyanı tapdı.
Bu xatirə də Əcəmi dilindəndirDarvazanın çaxçaxını üç dəfə döydüm, əhəmiyyət verən olmadı. Bu həyətdə də ud çalırdılar... Bir də döydüm. Udun səsi birdən kəsildi. Qapının arxasında ayaq səsləri eşidildi: “Kimdir?” Sualı verən Zəhra idi, cingiltili səsindən tanıdım. “Mənəm... Özgə adam deyil... Qapını aç Zəhra”, Cariyə qız adını eşidən kimi qapının cəftəsini yuxarı qaldırdı. Qapı açılan kimi özümü içəri saldım. Zəhra qəsdimi bilib məni arxayın etdi: “Şeyx evdə yoxdu...” Xəbər xoşuma gəldi:”Bu ki oldu nurələnnur...” Başa salmaq üçün dedim: “Bir gün sənə “nurələnnur” barədə danışaram...” Zəhra zarafata keçdi: “Kişisiz evlərə gəlməyi haçandan öyrənmisiz, usta?” Söz məni tutdu: “Mən səni kişi qeyrətli qız bilib gəlmişəm... Şeyx evdə olmasa, qız ki, evdədi... Sözüm var... Sözüm var deyəndə ki...”Bu anlarda elə bil tamam başqa bir aləmə düşmüşdüm. Hökmdar üçün hazırladığım hədiyyəni gətirəndə darvazada əş-şeyx ər-rəislə qarşılaşdığıma görə onun həyətini görməmişdim. Hatib ibn Mübarəkin verdiyi haqqı könülsüz alıb kor-peşiman geri qayıtmışdım... Zəhmət haqqımı bir həftə cibimdə gəzdirəndən sonra bir bəhanə tapıb yenidən bu həyətin darvazası qabağında peyda olmuşdum... Bu dəfə heç bir təklif gözləmədən astanadan adlayıb içəri girmişdim. Əş-şeyx ər-rəisin nə gözəl həyəti var idi! Burada gül-gülü çağırırdı, bülbül bülbülü... həyətə elə bil üstünə buta, zanbaq, nilufər, qərənfil işlənmiş xalı salınmışdı. Üzüm tənəkləri talvarın üstünə sərilib həyəti çətir kimi tutmuşdu. Talvarlardan sallanan qəfəslərdəki bülbüllərin, kəkliklərin, qumruların səsləri bir-birinə qarışmışdı, həyətin ortasındakı böyük tut ağacının altında səliqəli bir bənnanın işi olan fəvvarəli hovuzdakı ayna kimi duru suda balaca balıqlar üzürdü. Bir ucu tut ağacına, başqa ucu cavan söyüdə bağlanmış kəndirdən asılan yelləncəkdə Dəryanur rahat-rahat uzanıb mürgü vururdu. O, məni hovuzun başında görən kimi: “Zəhra, Zəhra!”-deyərək özünü yığışdırmaq istədi. Cariyə qız cəld onun yanına qaçdı, kömək edib onu yelləncəkdən düşürdü. Başım hərləndi, həyətdəki güllər də, çiçəklər də elə bil əriyib bir anın içərisində yox oldu, quşlar səsini kəsdi, fəvvarələrin suyu qurudu...
Qasida 30زیوری نو باز بر سقف کهن بر بسته اندگوهر شب تاب بر دریای اخضر بسته اند
Mənim vaqiəm– Ay ağa, Allaha bax! A bəy, Allaha bax! A sövdəgər, Allaha bax. Molla, amandır!Bu nəfəslər ilə yuxudan ayıldım. Bir neçə dəqiqə fikrimi başıma cəm edə bilmədim. Axırda məlum oldu ki, vaqiədə Ş. şəhərinə səyahətə təşrif aparmışam. İttifaqən xan qapısına rast düşürəm. Gördüm xan öz oğlanları ilə xam tərlan quşa uçurtma verirlər. Yanlarında bir neçə xanlıq tula. Xanın ağlını (nə danışırsan?!), sözün tərbiyətini kənara qoyaq. Biz öz xanlarımızı yaxşı tanıyırıq. “A gədə, o qırqovulları apar İvan İvaniçə deynən ağam klans eləyir. Dünən arvadı məni şəkəlüdə qonaq edib, ona gərək bir yaxşı şey bağışlayam, xəcalətindən çıxam. Bizim müsəlmanın handa bir yaxşısından İvan İvaniç mənə xoşdur. Arvadı nə, özü nə! Kişilərdə ədəb var, hörmət var. O günləri balaca qızı gəlib əlimdən öpüb “diyada, diyada” – deyə-deyə...”
Məişətimizə dair1İki sənə bundan müqəddəm yuxarıda qoyduğumuz sərlövhədə bir neçə məqalə möhtərəm "İrşad" ruznaməsinin nömrələrində öz daxili işlərimizdən və dolanacağımızdan yazıb, bəzi mətləblərdən bəhs etmişdik. Sonradan bir para səbəblərin vüqui ilə ki, burada onların şərhinə ehtiyac yoxdur, yazmaqdan əl çəkdik. Bu müddətin ərzində aləmi-islamda çox böyük əlamətlər, fikrə gəlməyən inqilablar, xəyala sığışmayan vaqiələr zühur etdi. "Molla Nəsrəddin" məzəlikcə söylədiyi sözlər və istehzalar, yəqincə yazdığı xəbərlər eyni ilə nəticə verdi. İranda "bomba" sədası eşidildi, "zabastovka" xəbəri çıxdı və buna səbəb cənnətməkan Müzəffərəddin şahın verdiyi hürriyyətin geri alınması, məclisin qovulması oldu. Bu yolda böyük iğtişaş və inqilabçılar törədi və əlan iğtişaş yatmayıb, gələ-gələ artmaqdadır. İranın gələcəyi nə olacaq?...
Yada düşənlərƏziz Əliyevi mən gənclik illərindən tanıyırdım. Onunla ictimai yığıncaqlarda, məclislərdə çox görüşmüşdük. Olduqca sadə, səmimi insan idi. Ondakı incə, duzlu yumor söhbətlərinə məlahət verərdi.Belə oldu ki, Vətən müharibəsi başlananda, Sovet ordusu vətənimizi alman faşizmi təhlükəsindən qorumaq məqsədilə İran torpağına qədəm qoydu (1921-ci il müqaviləsi əsasında). 1941-ci ildə İran ərazisinə daxil olan qoşunlarımızı xalq duz-çörəklə qarşıladı. Lakin xan, mülkədar ailələrinə mənsub yüksək rütbəli zabitlərin qara niyyətləri puça çıxdı. Onların çoxu silahlarını kəndlilərə verib əvəzində kəndli paltarı alaraq təğyiri-libasla Tehrana qədər qaçdılar.
Dördüncü məclisƏ s g ə r i n evində vaqe olur. Ev yaxşı bəzənib, Ə s g ə r özü dəxi yaxşı geyinibdir.Ə s g ə r. Biçarə Gülçöhrənin başına əngəllər açdım. İndi yazıq qız elə bilir ki, doğrudan da onu özgəsinə ərə verirlər. Amma əcəb sözü üstə dayanan qızdır. Xoşluqla ərə getməyə razı olmadı, odur ki, atasının təvəqqəsinə görə, adam göndərmişəm ki, gedib götürüb qaçsınlar. Zərər yoxdur; bir-iki saatdan sonra mənim kələyimin üstü açılar, onda qız da sevinər, mən də sevinərəm, atası da sevinər, hamı sevinər. Amma ürəyim çox bərk tələsir, istəyirəm ki, qızı tez gətirsinlər ki, yazıq daha əzab çəkməsin. Amma qəribə iş gördüm ha. Evlənmədim-evlənmədim, axırda bu kələklə evləndim. Heç pis eləmədim, yaxşı elədim. Allah Süleymanın atasına rəhmət eləsin, əcəb şey öyrətdi. İndi heç olmasa görüb sevdiyim qızı alıram, qız dəxi məni sevir!… Qərəz, gedim xalam dediklərimi düzəldibdirmi? (Gedir).
Qasida 2منت خدای را که به توفیق کردگاراز ناف کعبه چشمه زمزم شد آشکار
Gülər(Xatirat dəftərindən fraqmentlər)– Əsərdə bir azərbaycanlı qızın çadrasını atması göstərilir. Kino tamaşaçıları bu bircə qızın da azərbaycanlı olmadığını öyrənincə, nə düşünə bilərlər? Ikicə gün də gözləyin, mən azərbaycanlı qızı taparam, – dedim.
QəribcanMən Səriyyənin gətirdiyi tor köynəklərdən birini geyərkən özümdə qeyri-adi bir fərəh hiss elədim. Səriyyə bizim iş yoldaşımızdır. Bizim briqadanın üzvüdür. O, ayağımı kəsilməyə qoymayaraq, məni götürüb Bakıya qaçdığı kimi, burada mənə lazım olan şeyləri də alıb gətirə bilərdi. Burada təəccüblü heç nə yox idi. Bununla bərabər, tor köynəyi geyərkən mən özümdə qeyri-adi bir fərəh hiss elədim. Elə bil ki, mənə fövqəladə səadət üz vermişdi. Elə bil ki, mən daha xoşbəxt bir dünyaya qədəm qoymuşdum. Tor köynəyin təması məndə tamam yeni bir duyğunun yaranmasına səbəb olurdu.Mən xəstə yoldaşlarımla gülür, zarafat edir, tez-tez yaralı ayağıma toxunaraq, ağrıyıb-ağrımamasını bilmək istəyirdim.
Jam-i Jam, chapter 32گر بپرسد کسی که: هر دو جهانگفتهای کندر آدمیست نهان
Atashkadeh, chapter 31بوستان لاله رویان حجیزشد ز تاراج خزان چون برگ ریز
Dərdimiz və DərmanımızŞükür Xudaya! Qədim cəhalət dövrlərində deyiliz. Adətən qeyri, lakin ümumi istiqbala xeyirli olan fikirlər, təşəbbüslər qədimdə olduğu kimi birdən-birə söndürülmür. Bunlara daha günahkar fikir, şeytan işi deyilmir. Bİr çox vaxt zəhmətlərlə meydana gətirilən ali təşəbbüslər, işlər boş, quru sözlər ilə rədd edilmir. “Şöleyi heqiqet müsalimeyi-əfkardan zühur edər” qaydası ortaya qoyulur. Arzuyi maarif, fikri üxuvət ve insaniyyət dairələri yavaş-yavaş irəli gedir. Bu dairələr durğun suya atılan bir daşın ətrafında peyda olan dairələr kimi bir-birlərindən getdikcə artıq böyüyür. Yenə şükür xudaya ki, ən birinci bəxşeyişi-ilahi olan (əql) sayəsində əzəmət və qüdrəti-ilahiyyeyi-fikri bəşərinyetdiyi dərəcədə anlamaq və übudiyyətə insanca layiq olmaq üçün keyfiyyəti-xilqət, əsrari-təbiyyat tədqiq və təmin olunur.Ən həqir bir otan, nəbatin surəti-təkəvvünündən cənabı heqqınəzəmət və səmadaniyyəti təqdir olunur. “Hər vərəqəş dəftər ist mərifeti-gerdikar ilə “olsa istedad arifi-qabil idraki-vəhy… həqq irsalma hər zərrədir bir Cəbrayıl hikmətlərinin boş yerə söylənilmədiyi anlaşılır, zühura gələn hər məxluqat və mövcudun mütləq bir səbəb ve hikməti-ilahiyyəyə müvafiq bir surətdə xəlq buyurulduğu sirri bilinir, heqq-təala təbiətin təsir ve ıqtizasını bir səbəbi-xilqət olaraq bəxş buyurduğu fəhm edilir.
Milli Dirilik IQarelərimizə bu xüsusda bir “silsilə məqalat” vəd etmişdik. Bu vədimizə şamil olan məqaləmizin bir qismində demişdik ki, “mədəniyyəti-bəşəriyyə millətlərin zəhmətlərindən hasil olan bir yekundur. Hər millət öz iqtidar və öz istiqlalı sayəsində, yəni öz diriliyi ilə uyğun olan xüsusi, xüsusi olduğu qədər də qiymətli bəzi şeylər əlavə ediyor ki, bir millətin ölməsi və yaxud ölgün fikirlərlə yaşaması yalnız özünün bədbəxtliyini deyil, bəşəriyyətin də böyük bir nöqsanını təşkil ediyor”. Bu fikrimi indi burda açacağam: sevdiyim, namusu-millətpərvəranəsinə şübhə etmədiyim rüfəqadan *(yoldaşlardan)* birisi, qayət səmimi olaraq bir gün mənə belə bir sual vermişdi: - İslam millətləri üzərinə təsəllüt *(basqı)* icra edən mütəməddin millətlərin təsəllütləri nəticəsində, bəşəriyyət nöqteyi-nəzərindən hasil olan parlaq nəticəni gördüyümüz halda, milliyyətpərvərlik naminə inad edib də islam millətlərinin müstəqil qalmalarını arzu etməkdən nə kimi bir fayda gözlüyoruzuz? Mən bu suala cavab olaraq , bu faydanı biz deyil, bəşəriyyət və mədəniyyəti-bəşəriyyə dəxi bəkliyor — deyə cavab verincə, müsahibim yalqız dəlil və sübutla qane olacağını bəyan etmiş idi. Mənim onlarca müsəmmən ədd olunan bəyanatım isə bir vəchiati idi. Hər millətin yaşadığı mövqe, keçirdiyi tarix, mənsub olduğu irq nəticəsi olaraq bəzi xasiyyətləri vardır ki, o xasiyyətlər onlara məxsusdur. Ondakı bu xüsusiyyətlər aləmi — mədəniyyətdə xüsusi bir taqım ibda *(icad)* və ixtiralar vücudə gətiriyor ki, onların əsillikləri (oriqinalnost) müdəqqiqlər *(tədqiqatçılar)* nəzərində fövqəladə qiymətlərə dəyər şeylərdir. Diqqət olunmuşsa hər millətin bir şeydə mahir olduğu görülmüşdür. Almanlar sənaətdə *(sənayedə)*, fransızlar zərafətdə, ingilislər gəmiçilikdə, belçikalılar ictimai təşkilatda, italyanlar musiqidə, başqaları da sair xüsuslarda şöhrət tapmışlardı. Hər millətin özünə məxsus bir saheyi-mədəniyyəti vardır ki, orada onun ibraz elədiyi *(göstərdiyi)* məharəti digər bir millət göstərə bilmiyor. Bunların bu xüsusiyyətlərindən isə mədəniyyəti-bəşəriyyə bir çox əsli şeylərə və guna-gün asari-sənət və dühaya malik oluyor. Alman milləti, german irqi özünün istiqlalını təmin eləməsə və öz mədəniyyət xassəsini mühafizə etməsə idi bəşəriyyət Şopenhaur, Fixte, Göte, Faust, Qutenberq və Lüter kimi dühaları da görməyəcək idi. Fransa digər bir irq və qövmiyyət içində münhəl olub *(əriyib)* da öz mənliyini itirsəydi, bəşəriyyət 19-cu əsrin fikirləri üzərinə hökumət edən o fikir qəhrəmanlarını Jan Jak Russo, Didro, Monteskyu, Viktor Hüqo və Volterləri də qayib edəcəkdi. İtaliya milliyyətini anlamasa, özündəki xudadadi *(tanrı vergisi)* qəvvətlərdən xəbərsiz qalsa, yəni başqa bir milliyyət tərəfindən yoğrulub həzmi-rabidən keçilsə idi, indi nə dünyanın birər ammeyi-zərafətini təşkil edən heykəllər vardı nə də Mikelancelo kimi heykəltəraşlar. Nə uzaqlara gediyoruz. Bir kərə təsəvvür ediniz ki, Rusiyanın istiqlalı olmasa, rusca da məhkum, məğlub bir lisan olsa, başqa bir millət tərəfindən, məsələn: Rusiyanı maddi, mənəvi bu qədər təsir və nüfuz altına almış alman milləti tərəfindən kamilən təmsil (assimlə) edilsəydi, əcəba, biz Puşkin, Lermontov, Dostoyevski, Tolstoy, Şalyapin, Meçnikov və sairəyə malik olacaqmı idik? Məlum ki, yox! Millətlərin ümumi şəxsiyyətlərindən keçəndən sonra bu məsələ ilə əlaqədar olan ayrı-ayrı fərdləri alsaq, yenə təmsil (assimilyasiya) ilə istiqlalın mədəni və ibdai fərqini görəcəyiz. Zənn ediyorum ki, əgər bir statistik tutulsa, görüləcək ki, daima müqtədir sənətkarlar mənsub olduğu milliyyətlə, maddi və mənəvi rabitə və əlaqələrini daha ziyadə saxlamış olanlar arasından çıxıyor. Məsələn, yaxşı bir rus mühərriri *(jurnalisti)* olub da öz həyatını kəmalınca təsvir etmək bir rus qəlbinin, rus vicdani-ümmuyyəsinin tərcümanı ola bilmək üçün ruslar kimi düşünmək, onlar kimi hiss edə bilmək lazımdır. Bunun üçün də rus olmaq, rus yaşamaq və rusları olduqca bilmək gərəkdir. Halbuki, ruslaşmış bir müsəlman balası, yaxud təmsil olunmuş bir erməni dığası, yaxud döndərilmiş bir yəhudi övladı nə qədər özlüyündən uzaqlaşmış olsa da yenə böylə bir rus ola bilməz: əvvəla bilməyincə də ondan yaxşı və müfid *(faydalı)* bir rus mühərriri çıxmaz. Binaən əleyh *(bundan başqa)*, ondakı ibdai-qüvvətləri əqim *(səmərəsiz)* qalar, bundan isə yaşadığı mühit zərər çəkər. O mühitdə bu kimilər çox isə əqamət bir nəfərə deyil, bir milliyyət və bir qövmiyyətə sirayət edər. Demək bəşəriyyət ailəsinə daxil olan bir fərdin zatı, əhəmiyyət və qiyməti əksilər. Binaən əleyh, bəşəriyyət bir çox zəkalardan məhrum qalar. Özlüyündən çıxarılıb da başqa bir milliyyətə təmsil etdirilən şəxs təmsil edən mühitə böyük bir fayda verə bilmədiyi kimi, əslindən mənsub olan mühitə də böyük bir fayda yetirə bilməz. Çünki aldığı hal və tərbiyəsilə özünkülərdən uzaqlaşmış olar. Onlar bunu, bu da onları anlamaz. Demək ki, “əz anca rande əz inca mande” məyyb *(nöqsanlı)* və səqti *(yanlış)* bir şey vücuda gələr. Bizim mühitimizdəki rusca oxumuşlarımızı tədqiq etsək, görəcəyiz ki, ali diplom almış, böyük təhsil görmüşlərimiz arasında ancaq o qismi az-çox iqtidarlı və mənsub olduğu mühitin işlərilə əlaqədardır ki, az-çox türkcə savadı var və öz milliyyətinin nə olduğunu biliyor. Sırf rusca ilə böyüyüb də özlərindən xəbəri olmayanlar isə əksərən mənsub olduqları mühitin ehtiyaclarına qarşı laqeyddirlər. Bu laqeyd və bu səmərəsizlik əlbəttə ki, böyük bir əqamətdir. Böylə əqim fərdlərə malik olan heyətlər hər nə qədər fəal olsalar da fayda verməzlər, mədəni əqamətə məhkumdurlar. Qatır da fəaldır, eşşək qədər davamlı, at qədər qüvvətlidir. Fəqət əqimdir və tənasüldən *(çoxalmadan)* məhrumdur. Həyatını həmişə başqalarına mədyundur *(borcludur)*. Həyatın hambalı olmaq kafi deyildir. Onun müvəllidi *(yaradıcısı)* olmaq gərək. Qatırdakı qüvvət və davam müvəqqətidir. Artırılıb və tərbiyə edilməsi qeyri-mümkündür. Halbuki atdakı qüvvət, eşşəkdəki davam qanuni- təkamül və təvarüsün *(irsi mirasının)* bütün hökmlərinə tabe zihəyat birər qüvvət mənbələridir. Kənardan bir millətin gəlib təsəllüt təriqilə digər millətə qalib gəlməsi, onun bilcümlə şəxsiyyətlərini məhv edərək özünə təmsil etməsi də eynilə qatır hasil etmək kimi bir şeydir. Təmsil təriqilə təməddün etmək *(mədəniləşmək)* hər nə qədər ibtidai — əmrdə nəzərə bəzi parlaq nəticələr göstərsə də, həqiqətdə heyəti-bəşəriyyədə ki, əsli qüvvələri korlamaqdan və onları doğmaq və artırmaq xassəsindən məhrum etməkdən başqa bir şey deyildir. Bu gün İranı keçirməkdə olduğu bu ən fəalakətli günlərdən “xilas” etmək üçün əlindəki istiqlal kölgəsindən də məhrum edib, başqa mütərəqqi bir millətin idarə və təmsili altına versəniz ehtimal ki, ənzəli bir neçə ilin zərfində Bakıya meydan oxuyacaq qədər tərəqqi edər. Və bəndər *(bərabər)* bu şəhər də Bombeydən heç də geri qalmaz. Fəqət bu səri tərəqqinin müqabilində əmin olunuz ki, İran bir daha nə Firdovsi yetirər, nə Sədi, nə Hafiz. Milli istiqlal, ələlxüsus, millətlərə xüsusiyyətlərinin mühafizəsini təmin edən istiqlal daima bəşəriyyətə saheyi-mədəniyyətdə yeni və əsli bir taqım ibdalar, ixtiralar nəvidindədir ki, mədəniyyəti-bəşəriyyə dediyimiz şey də bu bədaət və ixtiraların məcmuindən ibarət bir yekundur. Biz qafqasiyalılar bir nöqteyi-nəzərdən tərəqqiyati-madiyyəmizcə *(maddi tərəqqidə)* iranlılardan da, osmanlılardan da irəlidəyiz. Misirlilər də kəza, Hindistan da böylə. Bununla belə dəftəri ixtiraati-aləmdə *(aləminin ixtira dəftərində)* cüzicə də olsa da nə bir ismimiz var, nə də bir rəsmimiz. Halbuki, İranın heç olmasa “Mahmudiyyə” namilə bir sitarə *(ulduz)* kəşf edən Mahmud xanı, Türkiyənin də ismi Avropa qamuslarında *(ensiklopediyalarında)* bir lisani-təqdirə səbt və zəbt olunan Münir Paşa kimi müxtəre *(ixtiraçı)* bir doktoru vardır. Tofiq Fikrət, Əbdülhəqq Hamid kimi böyük şairlərə malikiyyəti üçün də Türkiyə öz istiqlali-millisinə borcludur. Heç şübhə yoxdur ki, dünyanın millətlərə bölünərək qərar tutması mədəniyyəti-bəşəriyyə nöqteyi-nəzərindən bir zaiddir *(artıdır)*. Millətlərdəki mənliyin ədəmi-istiqlalı və onlardakı zatı xasiyyətlərin başqalarının xasiyyətləri içində münhəll olması *(əriməsi)* bu zaidləri heç şübhə yox ki, mübəddəl bir naqis *(əvəz edilmiş mənfi)* ediyor. Naqislərin ədədi çoxaldıqca, müadilənin *(tənliyin)* qiyməti azalmaq elmi-cəbr qaydalarındandır. Dustana bir söhbətin xatiməsini təşkil edən bu bayağını yuxarıda zikr olunan rəfiqimə qarşı aşağıdakı vəchlə *(sürətlə)* təlxis *(xülasə)* etmiş idim: Əcələ bir surətdə maddətən tərəqqi edib mənəviyyatca məhrum qalmaqdansa, maddətən gec tərəqqi edib, mənəviyyatca müstəqil qalmağı təcrih edirəm. Çünki millətin də, bəşəriyyətin də faydası bundadır. Binaən əleyh, başqalarını təmsil üçün deyil, öz mənliyini mühafizə üçün çalışan millətpərəstlik mədəniyyəti-bəşəriyyə naminə təqdir və təsdiq olunmalı zəruri və faydalı böyük bir fikirdir.
Qasida 31حاصل عمر تو افسوس شد و حرمانعیب خود را مکن ایدوست ز خود پنهان
20 bahar"Açılmış fikrimin azad yelkəni,Tarix öz qoynunda isidir məni.
AğcaquzuBəli, qulluğunuza hardan xəbər verim, keçmiş əyyamnan, sabiqəl dövrannan-ustatdar dovrünnən.Koroğlunun çox cavan vaxtıydı. O ki, Hasan paşa atasının gözdərini oydurdu, sonra başlarına nələr gəldi, o hamıya bəllidi...
Haqq al-Yaqin, chapter 4مقدمه- شدت ظهور مدرک مانع ادراک بود، به مثابت ظلمتی که از ادراک قرص آفتاب به دیده رسد: واضله اللّه علی علم.دیگر- ادراک ادراک جز به واسطۀ امری داخلی و یا خارجی حاصل نشود که آن آیات آفاق و انفس است: ان فی خلق السموات والارض و اختلاف اللیل و النهار لآیات لاولی الالباب.
Ərəboğlu1922-ci ilin yay aylarından biri idi. Maarif Komissarlığı tərəfindən qastrola göndərilmiş teatr truppası xüsusi təsdiq olunmuş marşrutla rayonları və kəndləri dolaşır, tamaşalar verirdi. Bu tamaşaları təşkil eləmək çox çətin idi. Əvvəla ona görə ki, nəqliyyat vasitəsi yox idi, aktyorlar bəzən otuz-qırx kilometr yolu piyada getməli olurdular. Sonra günlərlə oturub dekorasiyanı gözləyirdilər. Dekorasiya araba ilə daşınırdı. Rayonların bir çoxunda, xüsusən kəndlərdə bina yox idi, çox vaxt açıq havada oynamalı olurdular. Bütün bu əziyyətlərə baxmayaraq truppada böyük həvəs və ruh yüksəkliyi vardı, çünki onları hər yerdə əziz qonaq kimi qarşılayırdılar. Teatra o qədər maraq vardı ki, bilet üstə, yer üstə dava-dalaş düşməsin deyə, milisə müraciət etməli olurdular.Nəhayət, aranda işlərini qurtarıb dağ rayonlarından birinə getməli oldular. Dekorasiyaları iki arabaya yükləyib axşamdan göndərdilər. Səhər tezdən aktyorlar iki faytona doluşub yola düşdülər. Bütün yolu, oxudular, çaldılar, deyib-güldülər, rayon mərkəzinə çatanda elə bir hadisə baş verdi ki, qorxudan bilmədilər neyləsinlər. Faytonların hər tərəfini silahlı adamlar bürüdü. Onları tüfəng qabağında revkomun binasına apardılar, artist olduqlarını yəqin elədikdən sonra buraxdılar. Üzlərinə baxan, sözlərinə qulaq asan olmadı. Gecələmək üçün yer belə çox çətinliklə düzəltdilər.
Səkkizinci fəsilFƏTƏLİ XAN ƏFŞAR HAKİMİ URMİYAQARABAĞA QALA ÜSTƏ GƏLMƏYİNİ VƏ
Dördüncü fəsilHəm vüsali vurur od canıma, həm hicranı*Bir əcəb şəm ilə düşdü səri-karim bu gecə.*
CərrahlıqA.P.Çexova nəzirə*Dəllək dükanıdır. Dükanın içərisindəki sağ tərəfdə olan şirəli səkinin üstünə salınmış yırtıq həsirin üzərində başaçıq oturan müştərinin üstünə qırmızı, çirkli fitə salınmış; qabağında başı keçəl balaca şagird ovuc ilə tasdan su götürüb müştərinin təpəsindən tökür və boynuna, boğazına calanırkən onun başını isladır.