Шах Исмаил Хатаи: О любви
Ey könül, vəqti-bahar ötdü, xəzən olmuş durur,Su kənarində sənəm, sərvi-rəvan olmuş durur.
Ey könül, yar vəslini qoyma ki, yar əldən gedərEy könül, yar vəslini qoyma ki, yar əldən gedər,Sən bu işdə qılma təqsir, ixtiyar əldən gedər.
Ey sənəm, eşqində hərdəm bu könül bimardırEy sənəm, eşqində hərdəm bu könül bimardir,Eylə kim bülbül dəxi ba eşqi-güldür, zardir.
Əhli-həyatə söylərəm, ey həyyi-laməmatƏhli-həyatə söylərəm, ey həyyi-laməmat,Fani cahanda kimsəyə munis deyil həyat.
Ənbərin, zülfinmidir, ya müşki-tatarın dururƏnbərin, zülfinmidir, ya müşki-tatarın durur,Köydə kovkəb əqdi həm, lölöyi-şəhvarın durur.
Əz qeylü qal mədrəsə xoşdur ki, olsa durƏz qeylü qal mədrəsə xoşdur ki, olsa dur,Ey dil, həzər qıl onda ki, yoxdur sana qüsur.
Əzəldən ta əbəd heydər gəlübdürƏzəldən ta əbəd heydər gəlübdür,Adam övladına sərvər gəlübdür.
Fələknin gərdişindən dadü fəryadFələknin gərdişindən dadü fəryad,Məni ayırdı səndən dadü fəryad.
Getdi ol dilbər, bəsi dərdü bəla qaldı mənəGetdi ol dilbər, bəsi dərdü bəla qaldı mənə ,Nə bəla, bil kim, yüküş cövrü cəfa qaldı mənə .
Getdi ol məhru yanımdan, yüz cəfa qaldı manaGetdi ol məhru yanımdan, yüz cəfa qaldı mana,Cövr bilmən, kim, bəlayi-müntəha qaldı mana.
Gəl təraş et xəttini, şahi-cahan üç gündə birGəl təraş et xəttini, şahi-cahan üç gündə bir,Ta olasan afəti-dövri-zaman üç gündə bir.
Gəldi sürahi məclisə, rəf eyləmiş niqabGəldi sürahi məclisə, rəf eyləmiş niqab,Nur eylədi bu məclisi-zərrinpər afitab.
Gördüm yüzüni, ey sənəm, billah ki, xoş cananədirGördüm yüzüni, ey sənəm, billah ki, xoş cananədir,Manəndi yoxdur hüsninin qiymətli bir dürdanədir.
Hali-dilimni bəndədən ol yarə söylənizHali-dilimni bəndədən ol yarə söyləniz,Hicr oxu bağrımı necə bir yarə, söyləniz.
Həq əzəl meyxanəsindən verdi bu cami manaHəq əzəl meyxanəsindən verdi bu cami mana,Kainat əhli təəccüb qıldılar qamu mana.
Həq ləbindən ğönçəni gülşəndə xəndan eyləmişHəq ləbindən ğönçəni gülşəndə xəndan eyləmiş,Leyk bu nazikliyi lütf ilə çəndan eyləmiş.
Həsrətindən dilbəra, qaldı du çeşmim xabsizHəsrətindən dilbəra, qaldı du çeşmim xabsiz,Eylə kim yulduzlar olur gecə göydə xabsiz.
Hər kimə kim, səncəliyən bir pərivəş yar olaHər kimə kim, səncəliyən bir pərivəş yar ola,Əqlü huşü xani-manından dəxi avar ola.
Hər sübhdəm ki, kuyi-sənəmdən səba gəlürHər sübhdəm ki, kuyi-sənəmdən səba gəlür,Qəmgin könül məqaminə yüz min səfa gəlür.
Hər zaman kim, qarşuma ol dilbəri-məhru gəlürHər zaman kim, qarşuma ol dilbəri-məhru gəlür,Canimə bir od düşür, bu dilimə yahu gəlür.
Hüsni-rüsxarın, kim, oldu canü dil heyran onaHüsni-rüxsarın, kim, oldu canü dil heyran ona,Vədəyi-dövri-qəmərni tapşırır dövran ona.
İşim eşqində fəryad eyləməkdirİşim eşqində fəryad eyləməkdir,Visalın vədəsin yad eyləməkdir.
Könlümü alan mənim ol dilrüba yarım dururKönlümü alan mənim ol dilrüba yarım durur,Gərçi könlümni alur, amma ki, qəmxarım durur.
Könül bir yarı sevdi kim, pəridirKönül bir yarı sevdi kim, pəridir,Cahan içrə gözəllər sərvəridir!
Теги расставлены автоматически по ключевым словам и уточняются редакторами.