Эпоха просвещения
Mən hər ildə bir mayısaLap çox ümidlər bağlaram.
Haşımbəy mərhum üçünHaşımbəy Vəzirov cənablarının ruhuna ithaf*Ey yorulmaq bilməyən ustadımız!
ŞərarəО, работай перо, огонь извергай,Суеверья, невежества тьму разгоняй!..
Arif odur ki...Arif odur ki, gözləməyə ehtiramını,Rüsvayi-aləm eyləyə öz nəngü namını.
Demədim?Qəyyur əfəndiyə oxşatma*Ay Baba, mən sənə bu mətləbi pünhan demədim?!
GörürəmTazə şəhərdən Qəyyur əyyar əfəndiyə oxşatma*Arifin hər işi dünyada fənadır, görürəm,
XaliMehri-ünqasını qıl, kuhi-vəfadən xali,Kəbəyi-məqsədin et, səyü səfadən xali.
NədarəmAsudə mənəm ki, xər nədarəm,Əz abü ələf xəbər nədarəm.
Quba meydanıÇıxdı səd heyf, əlimizdən ol ədalət kani,O juliklər yatağı, köhnə Quba meydani.
İnsan oluramŞüəralıq rəvişin tərk edib insan oluram,Nola, divanə isəm, aqili-dövran oluram.
YatıramMən də, ay can, nə qədər yatsa müsəlman, yatıram,Məni dindirmə, qoy asudə, ay oğlan, yatıram.
İşığımız SönməyəcəkdirBu son çağlarda milli ehtiyac və diləklərimizdən ötrü yazılmaqda olan məqalələr bizim mətbuatımızda öz yoluna, öz həyatının qeydinə yavaş-yavaş düşmək istədiyini göstərən birər şahidlərdir.Belə şahidlərdən biri də cənab Üzeyir bəyin bir az qabaq yazdığı “Nəyimizin vaxtıdır?” məqalələridir.
DiləklərimizMaarif vəkillərimizin diqqətinə!Yaxınlarda Tiflisdə müsəlman maarif yığıncağı olacaq. Namestnik divanxanasında olmağından anlaşılır ki, bunu hökumət lazım bilib meydana gətirir.
Haşım bəy üçünQələm yoldaşımız Haşım bəyin qara xəbərini aldığım vaxt başıma qəm buludları çökdü. Çünki onsuz da çox az olan ciddi mətbuat xadimlərimizdən birini, həm də qeyrətli və səbatlısını itirdik, ən lazımlı bir vaxtda itirdik. Şəkk yox ki, bu bizim üçün böyük dərd, qəm və qayğıdır.Lakin bu dərd və qayğı bizə yas deyil, ümid verməlidir. Ondan ötrü ki, dərd və qəza səbat və həmiyyətli adamların yalnız yas verib oturtdurmaz, ümid kəsdirməz. Bəlkə o qəm və təsir ilə daha artıq qeyrət və həmiyyət gətirib itirdiyini qazandırar. Haşım bəy də öylə səbatlı vücudların biri olmağa görə mərhum üçün yalnız qəmlənmək layiq deyil. Bəlkə onun qəmi təsir ilə sərbaz olduğu məsləkə can yandırıb çalışmaq lazımdır.
Gülsüm(Kiçik hekayə)Ürək sıxıntısı çox əziyyət edirdi. Bir gecə ikinci yol sabah namazından qabaq oyandım, yenə uzun qayğılı xəyallara daldım.
Hərb ilahi qarşısındaО месть, искрящая на огненных крылах,О ты, богиня войн, дракон нещадно злой,
AzərbaycanDünyavü aləm dəyişildi, mənalar özgə təbir əxz elədi, yəni bizim dilcə söyləsək, o şeylər ki əsl mənalarını itirmişdi, qayıdıb əslini tapdı – inna lillahi və inna ileyhi raciun, amma buna hamı qail oldu ki, vətən, vətən, vətən; dil, dil, dil; millət, millət, millət!.. Dəxi bu dairələrdən kənar bəni-növibəşər üçün nicat yolu yoxdur.Qur’an ayəsindəndir: “Biz Allahın bəndələriyik və [öləndən sonra] Ona tərəf [Onun gərgahına] qayıdacağıq” (Qur’an, “Bəqərə” surəsi: 156) . Bunuyla bərabər, yəni “bavücude inki” hər söz danışıldı, hər mətləbə əl vuruldu, hamı pəhləvanlarımız öz hünərlərini çıxartdılar meydana və lakin bunuyla bərabər bu qədər var ki, bircə lazımlı söz ki, mənim zəndeyizəhləmi aparır – haman söz Azərbaycan Vətənimin üstündədir. Bəzi vaxt otururam və papağımı qabağıma qoyub fikrə gedirəm, xəyalata cumuram, özümdən soruşuram ki:
Mən tapmışamEy Tanrının cənnət uman qulları,Mən cənnəti bu dünyada tapmışam!
Şükriyyəm üçünBir gülsən, dərmişəm gənclik bağından,Bir gülü, çiçəyi dərmərəm sənsiz.
Arşın mal alanƏfradi-əhli-məclisƏsgər* — dövlətli bir tacir oğlandır.
Birinci məclisƏsgərin evində vaqe olur. Otaq yaxşı bəzənib, fərş ilə döşənibdir. Stol və səndəllər dəxi vardır. Pərdə qalxmazdan qabaq Əsgər sağ tərəfdə və xalası sol tərəfdə oturublar. Qapının ağzında nökər Vəli hazır durubdur. Musiqi müqəddiməsi çalınır.*Pərdə qalxır. Ə s g ə r oxuyur.*
İkinci məclisMusiqi müqəddiməsi çalınır, sonra pərdə qadxır. Soltan bəyin evinin qabağıdır. Gülçöhrə, Asya və Telli oturub, biri tikiş tikir, digəri corab hörür.G ü l ç ö h r ə (tikiş tikə-tikə oxuyur)
Üçüncü məclisS o l t a n b ə y i n evində vaqe olur. G ü l ç ö h r ə təkcə oturub oxuyur. Musiqi çalınır.Bülbüli-zarəm, güli-rüxsari-alindən cüda.
Dördüncü məclisƏ s g ə r i n evində vaqe olur. Ev yaxşı bəzənib, Ə s g ə r özü dəxi yaxşı geyinibdir.Ə s g ə r. Biçarə Gülçöhrənin başına əngəllər açdım. İndi yazıq qız elə bilir ki, doğrudan da onu özgəsinə ərə verirlər. Amma əcəb sözü üstə dayanan qızdır. Xoşluqla ərə getməyə razı olmadı, odur ki, atasının təvəqqəsinə görə, adam göndərmişəm ki, gedib götürüb qaçsınlar. Zərər yoxdur; bir-iki saatdan sonra mənim kələyimin üstü açılar, onda qız da sevinər, mən də sevinərəm, atası da sevinər, hamı sevinər. Amma ürəyim çox bərk tələsir, istəyirəm ki, qızı tez gətirsinlər ki, yazıq daha əzab çəkməsin. Amma qəribə iş gördüm ha. Evlənmədim-evlənmədim, axırda bu kələklə evləndim. Heç pis eləmədim, yaxşı elədim. Allah Süleymanın atasına rəhmət eləsin, əcəb şey öyrətdi. İndi heç olmasa görüb sevdiyim qızı alıram, qız dəxi məni sevir!… Qərəz, gedim xalam dediklərimi düzəldibdirmi? (Gedir).
Теги расставлены автоматически по ключевым словам и уточняются редакторами.