Ey xacə, çalış surəti-zahirdə qəşəng ol!İstərsən özün siyrəti-mə’nadə1 cəfəng ol!

Qoy adını arif, vəli irfanı bəyənmə,Ariflər ilə gizlicə amadeyi-cəng ol!

Heyvan kimi bir barədə palçıqda qalandaSal fitnəli söz ortalığa, hövsələtəng ol!

Yüzlərcə ziyan xəlqə vur, öz xeyrini gözlə,Aldatma özün bir kəsə, huşyarü zirəng ol!

Gər məsləhət olsa işini qıl ikiüzlü:Bir yanda qoyun, özgə tərəflərdə pələng ol!

At məsləkini bircə gecə həbsdə qalsan,Şeytanlığa adət edərək, zorba2 nəhəng ol!

Babi deyə təkfir elə həqguləri küllən,İstərsən özün rühgüzəri-həqqdə ləng ol!

Şapqalı müsəlmanı görüb lə’n oxu hər dəmi,Molla ilə bəy, xan qapısında səpələng ol!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира