Zahid ölməkdən qabaq məqsudinə çatmaq dilər
Zahid ölməkdən qabaq məqsudinə çatmaq dilər,Cənnətə uyqu ipiylə bir kəmənd atmaq dilər.E’tiqadınca yatar-yatmaz qucar qılmanları,Ol səbəbdəndir nəmaz üstündə də yatmaq dilər.Əbləhin fikrincə cənnət bir Buxara şəhridir,Beççə tək qılmanları bulduqca oynatmaq dilər.Məqsədi sövmü səlatindən bu imişkən, yazıqHəm xudanı, həm də məxluqatı aldatmaq dilər.Uyquda axtardığın zahirdə, ya rəb, tapmasın!1Yoxsa illik taətin biryolluğa satmaq dilər!Rindü2 risva gördüyün zahid görərsə, şübhəsiz,Səbhəsin, səccadəsin zöhdilə3 fırlatmaq dilər.Küfrün iksir olduğun zahid, amandır, bilməsin,Yoxsa bir zərrə bulub imanına qatmaq dilər!
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-zahid-olmekden-qabaq-meqsudine-catmaq-diler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · Сатира
Hey özündən deyirsən hər yerdə,Təpəyə dağ deməklə dağ olmaz.
“Üxüvvət” məktəbiNə oldu, Şirvan əhli bəs –Mədrəseyi – “Üxüvvət”in?
EhsanlarımızSəndən, ay Kirpi dayı, var yeni bir xahişimizSən əgər mərhəmət etsən, düzələr hər işimiz.
Ağam vayBilməm nə var adında, ey şəhsəvar, ağam vay!Titrər adın gələndə, xurdü kübar, ağam vay!