Maarifçilik dövrü
Bakı stansiyasına çatdığı və şəhərin mənzərəsini uzaqdan gördüyü zaman onda başqa bir hal doğdu: – “Qoca Bakı, yenə qovuşdum sənə!” – deyə pıçıldadı. Moskvadan çıxdığını teleqramla xəbər vermiş olduğundan yaxın dost-aşna onu qarşılamağa gəlmişdi. Görüşdülər, matəm münasibəti ilə ona təsəlli və başsağlığı verdilər. Sonra oradan birlikdə evə gəldilər.Atası Ağamürsəlin həftəsi idi. Bir neçə gün təziyədarlıq və dostaşnanı qəbulla məşğul oldu. Sonra atasının qoyub getdiyi əmlak və sərvətin hesabına oturdu. Ağamürsəl son günlər ağır borca düşdüyündən mülklərinin bir çoxunu satmışdı. Həyatının son dəqiqələrində klubda qumar oynarkən yüz min manat uduzmuş, bir buruğunu da bir mədənçinin yanında girov qoymağa məcbur olmuşdu. Klubda oyun stolu üzərində bir əli ilə qədəhi dodaqlarına götürdüyü, o biri əli ilə də kartı açmaq istərkən ürək partlamasından vəfat etmişdi. Atasının bu qədər israfçı və belə faciəli ölümü Əşrəfi çox düşündürdü. O, əvvəlcə əyyaşlıq və səfaləti ataraq işə ciddi yapışmaq və atasının puç etdiyi sərvəti yenidən qazanmaq, buruğu girovdan çıxartmaq istədi. Ancaq Moskva həyatı bütün qüvvəti ilə onu özünə doğru çəkməyə başladı, o bütün əşya və əmlakını satıb Moskvada yaşamağa qərar verdi, çünki Bakı onu sıxırdı. Başqa sərvətdarların oğulları ilə rəqabət etmək iqtidarı qalmamışdı. Bu səbəbə görə Bakıdan tamamilə uzaqlaşmaq istəyirdi. Lakin o günlərdə Gülcahan xala ilə görüşməsi onu Moskva səfərindən daşınmağa məcbur etdi.
Beşinci fəsilƏhməd dörd il Moskvada çalışdı, çapaladı, hər çətinlik və zəhmətə qatlanaraq, geoloji fakültəni bitirdi. O, artıq Moskvanın küçələrinə sığmırdı. Nə demək, bu onun üçün az şey deyildi. Bilik səhnəsindən həyat cəbhəsinə atılmış, maddi və mənəvi ehtiyacını təmin edəcək ixtisas sahibi olmuşdu. O gün Moskvanın ən gözəl gəzinti yerlərini saatlarla dolaşdı. Ən böyük küçələrdəki iri mağazaların sərgisini dərin bir nəşə və maraq içində nəzərdən keçirdi. Ancaq onun gənc köksünü və daşqın qəlbini axın-axın doldurmaqda olan sevinclərində iştirak edəcək bir kimsə tapmadı. Artıq o gözəl bağçalar, gəzintilər, o geniş küçələr onu sıxmağa başladı. O hamıdan artıq Məhərrəm əmini xatırladı. Əllərini köksü üzərində çarpazlayaraq:– Ah, o indi yanımda olmalı idi! – dedi, – Həm diplomumu göstərərək sevincimi onunla bölüşər, həm də gələcəkdə görəcəyim işlər haqqında ona geniş məlumat verərdim.
Altıncı fəsilZəki üç gün idi dalğın və əsəbi görünürdü. Axşamlar evdən çıxır, gecə evə çox gec dönürdü. Zəki evlənəndən sonra xalası oğlu Musa öz evlərinə köçdüyündən Nəzakət evdə tək qalırdı. Əhməd isə gecələməyə evə gələndə Nəzakəti tək görür, özünü bir qədər yaxşı hiss etmirdi. “Hər halda müsəlmançılıqdır, – deyirdi,– hərənin ürəyinə bir şey gələ bilər”. Ancaq Nəzakət özünü heç o yerə qoymur, Əhmədi səmimiyyətlə qarşılayır, xörəyini verir, şüşəbənddə oturub mütaliəsinə davam edirdi. O, Zəkinin ciddi işlərlə məşğul olduğunu duyduğundan ona mane olmur, əksinə şərait yaradırdı. Zəkinin gecələr evə gec qayıtması Əhmədi çox əsəbiləşdirirdi. Xüsusən Nəzakətə lap yazığı gəlirdi. Bir axşam Zəki iki nəfərlə gəldi. Oturdular, yavaşdan danışdılar, yedilər, içdilər yenə qalxıb getdilər. Əhməd bundan bir şey anlamadı. Ancaq Zəkinin ona qarşı olan soyuq hərəkətindən çox sıxıldı. Nə gələrkən, nə də gedərkən Əhmədə əsla əhəmiyyət vermədi, hətta yeyibiçərkən onu dəvət də etmədi. O artıq Zəkiyə bir yük olduğunu düşünür və buna çarə axtarırdı. Həmin gecə Zəki çox erkən qayıtdı. Həmişəki kimi nəşəli görünürdü. Otağa girən kimi Əhmədə yaxınlaşdı, əli ilə onun çiyninə vuraraq soruşdu.– Hə, dostum, necəsən, sıxılmırsan ki?
Yeddinci fəsilƏşrəf Sonanı dəlicəsinə sevdiyi kimi, Sona da ona ürəkdən vurulmuşdu. Evə gəldiyi zaman Əşrəfi min bir dillə dindirir, sağına, soluna keçir, onu dadlı sözlərlə əyləndirir, iri qara gözlərinin ən səmimi baxışlarını, yaqut dodaqlarının ən şirin gülüşlərini yalnız ona bağışlayırdı. Əşrəf də arabir Sonanın o gözəl kiçik başını qucaqlayıb, iki əli ilə onu köksünə sıxaraq:– Ah, qəlbimin sevinci, ruhumun işığı. Səni kiçiklikdən sevdim. Sənin üçün yaşadım, sən mənim yeganə gözəlimsən, – deyirdi.
Səkkizinci fəsilYay olduqca isti keçmişdi. Günəşin altında istilik 56 dərəcəyə, kölgədə 35 dərəcəyə qədər artmışdı. Varlılar, az-çox imkanı olanlar sərin istirahət yerlərinə, Abşeron bağlarına çəkilmişdilər. Məhərrəm əmi öz həyat yoldaşı Firuzə ilə bərabər şəhərdə qalmağa məcbur olmuşdu. Zəki ilə Nəzakət tez-tez onlara baş çəkirdi. İstinin Məhərrəm əmiyə pis təsir etdiyini görüb Zəki qocaları Nəzakətlə bərabər Qala kəndinə aparmaq istədi.– Məhərrəm əmi, siz bizim Qala bağlarını görməmisiniz. Atamgil də bağdadır. İstidə naxoşlayarsınız. Gəlin sizi aparım bağa.
Doqquzuncu fəsilQızı olduqdan sonra Əşrəf Sonaya ancaq bir ana kimi baxırdı. Qəlbinin içini dolduran əvvəlki səmimiyyət və məhəbbət get-gedə sönməyə və boşalmağa başlayırdı. O, indi müxtəlif bəhanələrlə gecələr evə vaxtsız qayıdır, rəftarında, hərəkətlərində Sonaya qarşı əvvəlki qədər səmimi görünə bilmirdi. Sona isə eşqini kimsə ilə bölüşmək istəmədiyindən gecə-gündüz onun keşiyini çəkir, dəlicəsinə sevdiyi Əşrəfini özünə bağlamaq üçün çarələr düşünür və onu dərhal tətbiq etməyə çalışırdı. Lakin bunların səmərəsiz və təsirsiz qaldığını və ailə həyatındakı sevgi və səmimiyyətin Əşrəf tərəfindən gündən-günə ayaqlanıb, insafsızcasına tapdalandığını gördükcə kədərlənirdi. O çox düşündü, bir çox tədbir və çarəyə əl atdı, amma heç biri fayda vermədi. Son tədbir olaraq bir gün:– Əşrəf, teatra gedəndə məni də özünlə apar, – deyə yalvardı.
Onuncu fəsilƏhməd Əşrəfin təsiri altına düşdükdən sonra Zəki ondan əlaqəsini tamamilə kəsmişdi. Bir gün küçədə Əhmədlə qarşı-qarşıya gəldi. Üzünü çevirib keçmək istərkən Əhməd onun qolundan tutub:– Bura bax, üzünü çevirib keçmə! – dedi.
Vətənə qayıdarkənEy bulanıq Kür, dərə, səhra, çəmən!Bu görünən sənmisən, ah, ey vətən?!
Hər şey köhnəDoğarmı bir yenilik bu hilalın altında?..Bu yer, bu göy, bu günəş köhnə, bu həyat köhnə!
İki qaranquşKür kənarı, səhər, gözəlcə hava,Bürünüb yamyaşıl çəmən, səhra.
Vərəmli həyatƏsir doğuldum, əsir getdim, ah, gənc ikən.Vərəm ciyərlərimi dəldi, ömrümü biçdi.
ŞəklindəÜzümdə gərdi-təkəddür niqab şəklində.Gözümdə əşki-təhəssür hübab şəklində.
LaylaLayla, mələgıim, körpə balam, sevdiciyim, yat!Bir də ələ düşməz bu uşaqlıq dəmi, heyhat!
Bu da bir şeri-faniyi-digərÇiçək altında bir kiçik kəpənəkDüşüb əfsürdə, çırpınır bipər.
Bir ulduzaYormuşdu bütün ruhumu, əfkarımı alam,Bir dağ ətəyində düşünürdüm təkü tənha.
Qış gecəsiZülmət bürümüş göyü... uğursuzGöylərdə görünməyir bir ulduz.
Balaca mütəfərriqələr 39Dost-aşnalar bəndəni görən kimi başlayırlar məzəmməti: ağa Dərviş, nə qəsidəni eşitmirik, atam, nə adını ruznamələrdə görmürük. Nə olubdur məgər? Yoxsa qeyrət çəkirsən, əfəndim?Ağacan! Dərvişin tək özünə qalanda bu fəna dünyada nə qəm, nə qüssə, üsrət... Ancaq bu axır zamanda qolda qüvvət görməyib, qılçada taqət, əbanı çəkib başıma, zor vururam xəyalata... Məsələn, əvvəl başlayıram Tehrandan, yetişirəm bargaha... Nərə çəkib ərz edirəm: Ey qibleyi-aləm şahənşah! Müqəddəs şəriətə görə padşah olan kəs gərək rəhmli, insaflı, vicdanlı, adil olsun... Hərgah bu sifətlər olmasa, onda... o cənaba ərz edirlər: Xoş gəldin, kəramətli ağa... Allah yaxşı yol versin... Xudahafiz...
Ulaq və aslanBir xoruz ilə bir zaman eşşəkKənd içində gəzirdilər tək-tək.
PoçtxanaMen indiyə kimi hele qana bilməmişəm ki, bu poçtxananı unıs neden ötrü icad eləyib. Deyirlər kl, hələ Avropada bundan da dəstgahlı poçtxanalar var. Genə dəmiryolu olmaya, araba yolu olmaya, adamların tərəddüdü olmaya – o vədə tutaq ki, hələ bir yana pul göndərmək, ya kağız göndərmək üçüıı bəlkə poçtxana elə bil İri, sensur alması. Sənəm və sərv qədər laləzar gedən var, Tiflisdən Gəncəyə gedən var, Şokıdən Şırvana gedən var – dəxi poçt neyə lazım: kağız göndərəcəksən, ya pul göndərəcəksən, ya şey göndərəcəksən, çıx bazara, soruş gör gedən kimdi – ver aparsın dinməz-söyləməz, xərcsiz və zəhmətsiz.Yəni maşallah bizim müsəlmanlar hu mətləbi çoxdan başa düşüblər və necə ki, mənim seliqemdi, onlar da elə rəftar eləyirlər.
Yazımız, dilimiz, “ikinci il”imizMöhtərəm şair və ədibimiz Ə.Hüseynzadə cənabları “Tərəqqi”nin 13-23-cü nömrələrində yuxarıdakı ünvan ilə yazdığı məqalələrində, hamımıza aid ən əhəmiyyətli bir ehtiyacdan, ən lazımlı bir məsələdən bəhs edir ki, bunun üçün hamıdan irəli ədibimizə öz təşəkkür və ehtiramımı təqdim edirəm.Öz əqidəmizə görə, Hüseynzadə cənablarının yazılarının bir parasını haqlı və çoxunu haqsız tapdıq. Onun yazdığının gödəkcə məzmununu, bəzən eynini yazıb altından öz fikrimizi bəyan edirik.
Zahid ölməkdən qabaq məqsudinə çatmaq dilərZahid ölməkdən qabaq məqsudinə çatmaq dilər,Cənnətə uyqu ipiylə bir kəmənd atmaq dilər.
Kim nə deyər bizdə olan qeyrətə?!Kim nə deyər bizdə olan qeyrətə?!Qeyrətimiz bəlli bütün millətə!…
Qocalar marşı ("Bir qocayam çaq nər kimi yaşaram")Bir qocayam, çaq nər kimi yaşaram,Dörd arvadı bir-birinə qoşaram,
Ürəfa marşıİnteligentik, gəzərik naz ilə,Ömr edərik nəş’eyi-dəmsaz ilə,
Teqlər açar sözlərə görə avtomatik verilib və redaktorlar tərəfindən dəqiqləşdirilir.