Mirzə Mustafaya

Gözümün işığı Mirzə Mustafa, Allah ömrünüzü uzun eləsin!Cəmadiəssaninin 29-da yazılmış əziz məktubunuz yetişdi və hədsiz sevincimə səbəb oldu. Sizin əhvalınızdan xəbər tutduğumdan çox şad oldum. Mənim şəklimi istəmişdiniz, həmin məktubun içərisində göndərirəm.

Mirzə Fətəli Axundzadə3 dəq
A.P.Berjeyə

21 oktyabr 1876, Tiflis*Pərəstiş etdiyim Adolf Petroviç!

Mirzə Fətəli Axundzadə1 dəq
Aleksandr Qriqoryeviçə

Mərhəmətli Cənab Aleksandr Qriqoryeviç!Böyük hörmət bəslədiyim İran şahzadəsi Rzaqulu Mirzə sizin nəcib sifətləriniz və yüksək mərifətiniz haqqında mənə çox şey söyləmişdir. Bunun nəticəsində, mən qiyabi olaraq sizə səmimi bir məhəbbət və dərin hörmət bəsləyərək, aşağıdakı xahişimlə sizə müraciət etməyi özümə rəva görürəm.

Mirzə Fətəli Axundzadə3 dəq
Həsən bəy

Bilmirəm, əvvəl sənə cavab yazım, ya kapitan Sultanova. Qoy əvvəl nasehanə bir neçə kəlmə ona yazıb, ürəyimi boşaldım, çünki çox qəflətdədir, ürəyimi darıxdırırdı. Sonra sənə cavab yazaram, məlum mətləbimiz xüsusunda.Mənim əzizim kapitan sultanov!

Mirzə Fətəli Axundzadə7 dəq
Həsən bəy

Fevralın üçüncü günündə və üçüncü nömrədə yazılan cavabı oxudum və külli-ilqa olunan sözlərə kamilən etiqad etdim. Gəl bir tədbir edək, əgər səlah görürsən, əvvələn, sən Bakı şəhərində ətfali-zükurə üçün kompaniya tərtib edib bir məktəbxana açmaqdan ötrü türki dilində bir müxtəsərcə proyekt, yəni tərhəndazlıq yaz. Saniyən, vilayətin mütəməvvillərindən və xalqın məzacında təsərrüfü olan əşxasdan on iki nəfər çay içməyə öz mənzilinə dəvət et. Axund Molla Cavad sədriməclisi-ruhani dəxi bu on iki nəfərin birisi olsun. Salisən proyektini olara oxu və ağlın kəsən dəlayildən məktəbxana açmağın vücubini olara təlqin elə və təklif et ki, hümmət göstərsinlər. Bir kompaniya tərtib etsinlər, necə ki, erməni camaatı tərtib edibdir və kompaniyanın əvvəlimci üzvləri bu on iki nəfər olsun. Sonra onlar başqa kəslərdən öz təvəssütləri ilə bu kompaniyaya üzvlər daxil etsinlər. Rabiən, gəl sən bir şəxsdən yüz manat təmənna etmə, əlli manat təmənna et ki, kompaniyaya versinlər. Və küll Bakı quberniyasından yüz nəfərin əvəzinə iki yüz nəfər siyahı et, hər birisi əlli manat versə, guya yüz nəfərin hər biri yüz manat verən kimidir. Sonra bu tədbirin nəticəsi hər nə olsa qəzetində yaz, elam et ki, mən dəxi oxuyum. Əgər Bakı əhli bir belə əməli-xeyrə iqdam etsə, sair şəhərlərdə məktəbxanaların açılmağını və kompaniyalar tərtib olunmağını yəqin bil, mən zamin.Vəkili-naməlumi-millət*

Mirzə Fətəli Axundzadə1 dəq
Həsən bəy

Hərgah sənin dövrübərində olan aşinalardan mənim Sultanova yazdığım məktubun basılmağını məsləhət görmüyələr, əlbəttə, onların sözlərinə qulaq asma, əlbəttə, bu məktubu bas ki, ondan gələcəkdə sənin muradınca yaxşı-yaxşı nəticələr vasil olacaqdır, yəqin elə ki, bu məktubda dini-islama toxunan əsla bir söz yoxdur. Hər kəs desə var, anlamır. Qoy, bizim millətimiz də bir az gözü açılıb fanatiklikdən çıxsın, bəlkə patryot olsun, onda hər nə etsən, baş dutar. Vəilla, madam ki, bizim millətimiz fanatiklik halındadır, hər bir əməli-xeyr üçün bizim səy və təlaşımız bihasildir və əgər bu məktub bir təbəqədə sığışmasa, qabaqdakı qəzetdə bir təbəqə kağaz artır ki, bu məktub bir dəfədə təmamən basılsın.15 fevral, sənə 1877*

Mirzə Fətəli Axundzadə1 dəq
Hacı Mötəmədüddövləyə

Nəvvabi-müstətab, əşrəf, əmcəd, alinəsəb fars əyalətinin fərmanfərması şahzadə Hacı Mötəmədüddövləyə ərz edirəm**Sizə nə dil ilə təşəkkür edəcəyimi bilmirəm. Nəvvabi-müstətabınız böyüklükdə iltifatınızı o dərəcəyə çatdırmışsınız ki, “Cami-Cəm” “Xülasətül-hesab” və “İngiliscə lüğət”dən ibarət özünüzə məxsus olan üç cild əsərinizi mənə hədiyyə göndərmişsiniz. Bu hədiyyənin müqabilində, mənim təşəkkür və minnətdarlıqdan başqa sizə təqdim edəcəyim bir şeyim yoxdur. Xudavəndi-aləm şahzadənin mübarək vücudunu əzizlik və xoşbəxtlik təxtində bərqərar etsin.

Mirzə Fətəli Axundzadə2 dəq
Qeyd

Əgər islam əlifbası sillabi deyil, alfabeti olsaydı və yazılarkən sol tərəfdən sağ tərəfə yazılsaydı və bu cəhətdən alfabeti yazının qaydasına riayət edilsəydi, islam xalqları mədəniyyət, yəni tərəqqi aləmində şübhəsiz ki, Avropa xalqlarından irəli keçərdilər. Ona görə ki, əvvəldə mədəniyyət toxumu islam xalqlarının yaşadığı torpaqda göyərmişdir. Lakin sillabi yazının çətinliyi nəticəsində elm və maarifin yayılması bu xalqların bütün sinifləri içərisində mümkün olmamışdır və müsəlmanların yaşadığı torpaqda yerə salınan mədəniyyət toxumu çürüyüb məhv olmuş, lakin alfabeti yazının asanlığı nəticəsində, Avropa torpağında bu toxum göyərmiş və inkişaf etmişdir.Minlərlə təəssüf olsun ki, islam xalqlarının başçıları öz əlifbalarını dəyişdirməyin vacib bir iş olduğunu dərk etmirlər və günəşdən aydın olan bu məsələnin əhəmiyyətini anlamırlar.

Mirzə Fətəli Axundzadə1 dəq
Mirzə Fətəli Axundzadənin tərcümeyi-halı

Kolonel Mirzə Fətəli Axundzadənın özü tərəfindən yazılmış bioqrafiyası, yəni tərcümeyi-halı**Mənim atam Mirzə Məhəmmədtəqi Hacı Əhməd oğlunun ulu babaları fars qəbilələrindən olmuşdur. O, ilk gənclik illərində Təbriz mahalında olan Xamnə qəsəbəsinin kətxudası idi. Vəzifəsindən çıxarıldıqdan sonra miladi 1811-ci ildə ticarət məqsədi ilə Şəki vilayətinə gəlib, Nuxa şəhərində Axund Hacı Ələsgərin qardaşı qızı ilə evlənmişdir ki, miladi 1812-ci ildə mən həmin zövcədən doğulmuşam. Bu tarixdən iki il sonra Şəki vilayətinin hakimi olan xoylu Cəfərqulu xan vəfat etmişdir. Buna görə də, o vaxta qədər Cəfərqulu xanın himayəsi altında həmin vilayətdə yaşayan iranlı qəriblər vətənə qayıtmaq qərarına gəlmişlər. Mənim atam da onların sırasında arvadı və uşağı ilə bərabər Xamnə qəsəbəsinə yola düşmüşdür.

Mirzə Fətəli Axundzadə10 dəq
Şəhadətnamə

Biz, adları aşağıda qeyd olunan, Azərbaycanın Xamnə qəsəbəsindən olan şəxslər bu məsələdə şahid olduğumuzu bildiririk ki, təxminən 30 il bundan əvvəl Mirzə Fətəlinin atası, məşhur Əhmədağa övladından olan mərhum Mirzə Məhəmmədtəqi Xamnə qəsəbəsinin zabiti (kətxudası) idi. Həmin qəsəbənin və ətrafdakı bir sıra kəndlərin bütün mülki işləri İran dövləti başçıları tərəfindən müəyyən maaşla ona tapşırılmışdı. Onun özü və ata-babası İranın nəcib və məşhur adamlarından idilər. O cənab, məzkur qəsəbədə divan işlərilə məşğul olduğu zaman üç nəfər sərbazı oğurluq etdiklərinə görə məsuliyyətə cəlb edib, öz vəzifəsinə görə və İrandakı mövcud adət üzrə ayaqlarına çubuq vurdurub saçlarını kəsmək barədə əmr vermişdi.O vaxtlar nizami qoşun təşkili və bu cür qoşun təliminin başlanğıc dövrü olduğundan, camaatı yeni qoşuna təşviq edib həvəsləndirmək lazımi işlərdən sayılırdı. Buna görə də şəniyüksək Mirzə Məhəmmədtəqinin məsələdən xəbərdar olmaması üzündən həmin üç nəfər sərbaz barədə gördüyü cəza tədbiri onların sərtipi bakılı İbrahim xanın şərarətinə imkan vermiş oldu. O, naibüssəltənə mərhum şahzadə Abbas Mirzəni fövqəladə qəzəbləndirdi və nəticədə şəniyüksək Mirzə Məhəmmədtəqi, Xamnə qəsəbəsi və başqa kəndlərin kətxudası vəzifəsindən çıxarıldı. Bundam əlavə, cərimə və müsadirəyə məruz qaldı və nəticədə şəniyüksək mərhumun nəqd və cins əmlakından Təbriz əyarı ilə 12 min tümən sərkar naibüssəltənə mərhuma və onun idarə rəislərinə çatmış oldu.

Mirzə Fətəli Axundzadə2 dəq
Şəhadətnamə

Əlahəzrət imperatorun canişini cənablarının dəftərxanasının mütərcimi Mirzə Fətəlinin ata-babasının iranlı olması, qüdrətli dövlətin varlığına duagu olan mənə məlum və aydındır. Ona görə də, hazırda ki, təsadüfən bu yerlərə gəlib çıxmışam və Mirzə Fətəlinin özünün də bu barədə məlumat əldə etmək istədiyini bilib, onun övladı və xələfləri üçün əsil-nəsəbi haqqında müxtəsər məlumat vermək məqsədi ilə bu kağız bizim tərəfimizdən yazıldı.Onun nəsli türkmən tayfasındandır. Bu nəsil uzun zamanlar Azərbaycanda yaşayıb, ölkənin nəcib adamlarından sayılıb, həmişə xalq arasında əziz tutulmuşlar. Onun atası şəniyüksək Mirzə Məhəmmədtəqi, Əhmədağa övladından olub, təxminən 30 il bundan əvvəl Xamnə qəsəbəsinin kətxudası idi. O qəsəbənin ətrafındakı bir neçə kəndlərin də bütün mülki işlərini idarə etmək, müəyyən bir maaşla İran dövləti başçıları tərəfindən ona tapşırılmışdı. O cənabın bir müddət vətəni tərk edib, qürbətdə yaşamasına səbəb olan hadisə bundan ibarətdir: məzkur qəsəbənin kətxudası olduğu zaman üç nəfər sərbazı oğurluq etdiklərinə görə, öz ixtiyarı və İranda mövcud olan adətə müvafiq olaraq, məsuliyyətə cəlb edib, ayaqlarına çubuq vurdurmuş və saçlarını kəsmək əmrini vermişdi.

Mirzə Fətəli Axundzadə2 dəq
Ey arizi əhli-nəzərə Kəbeyi-ülya

Ey arizi əhli-nəzərə Kəbeyi-ülya,Kəbə sənə şeyda.

Seyid Əzim Şirvani1 dəq
“Beytüssəfayə”

Şirvanə səni eylərəm, ey namə, rəvanə,Dön abi-rəvanə.

Seyid Əzim Şirvani1 dəq
Dünyadə cəfasız bizə bir yar tapılmaz

Dünyadə cəfasız bizə bir yar tapılmaz,Dildar tapılmaz.

Seyid Əzim Şirvani1 dəq
“Beytüssəfayə”

Ey dustlər, ol sərvi-xuraman sizin olsun,Canan sizin olsun.

Seyid Əzim Şirvani1 dəq
Qəm eyləmərəm çərx ala simu zəri məndən

Qəm eyləmərəm çərx ala simu zəri məndən,Tək eyləməsin dur meyi-əhməri məndən,

Seyid Əzim Şirvani1 dəq
Müənbər kakilin kim rişteyi-can ilə tövəmdir

Müənbər kakilin kim rişteyi-can ilə tövəmdir,Həbibim, hər teli can boynuna bir qeydi-mökhəmdir,

Seyid Əzim Şirvani1 dəq
Bihəmdilləh, yolunda aqibət xak oldu can, tən həm.

Bihəmdilləh, yolunda aqibət xak oldu can, tən həm.Qutardın şivənimdən sən, bəlayi-hicrdən mən həm,

Seyid Əzim Şirvani1 dəq
Füzulini təxmis

Qədəhlərdə hübab-asa könül düşmüş həvalərdən,Şərabi-nabsız dil Kəbəsi düşdü səfalərdən,

Seyid Əzim Şirvani2 dəq
Məgər bənəfşə müəttər qılıb gülüstani

Məgər bənəfşə müəttər qılıb gülüstani,Nəsim cünbüşü təprətdi şaxi-reyhani,

Seyid Əzim Şirvani1 dəq
Şəhri-Şirvanın əcəb dilbəri-dilculəri var

Şəhri-Şirvanın əcəb dilbəri-dilculəri var,Gülbədən, qönçədəhən, sadəvü məhruləri var,

Seyid Əzim Şirvani1 dəq
Xoşa ol aşiqə kim məclisində yarı ola

Xoşa ol aşiqə kim məclisində yarı ola,Visali-yardə fərxəndə ruzigarı ola.

Seyid Əzim ŞirvaniQəzəl1 dəq
Can nə lazımdır, əgər mənzuri-canan olmasa

Can nə lazımdır, əgər mənzuri-canan olmasa,Bəsdi cananın xəyalı, qəm degil, can olmasa.

Seyid Əzim ŞirvaniQəzəl1 dəq
Güzərin düşsə dəri-dilbərə, ey badi-səba

Güzərin düşsə dəri-dilbərə, ey badi-səba,Yetir ərzim o güli-əhmərə, ey badi-səba!

Seyid Əzim ŞirvaniQəzəl1 dəq

Teqlər açar sözlərə görə avtomatik verilib və redaktorlar tərəfindən dəqiqləşdirilir.