Tarixi, coğrafi və iqtisadi Azərbaycan
Məzmun
Səhifə 11 / 13 · 77%
Marağa
Azərbaycanın ilk təxtgahı Marağanın Huşənk şah tərəfindən bina olunduğu rəvayət olunur. Əməvilərdən Mərvan bin Məhamməd İslam ordusu ilə gəldikdə otlaq və çəmənlərin bəyənib, şəhəri təmir etdirdi. Sonra hasarını Ibn-Əbu-əl-Sac xərab etdi. Hulaku xanın Bağdad xəlifəsi Müstənsər Billah üzərinə xüruc zamanında şəhər təkrar dağılmışdı. Osmanlı sultanı Muradxan Rabein Iran səfəri əsnasında Marağa yenə xarab oldu. Üç əsr əvvəl Marağa min əsgərə malik bir sultanlıq idi. Yeddi min yüz altmış torpaq örtülü evləri, on bir camei, qırx xanı, altmış ədəd məscidi, qırx dərviş təkyəsi, on bir hamamı, üç min dükanı var imiş.
“Əsanla daşa vur” demişdik, vurmuşdu, daşdan on iki bulaq fışqırmışdı.
Ö vliyanın rəvayətinə görə Ərdəbil farəsi (kəsəyən) çox və pişiyi az bir şəhər
imiş. Pişiyi dəllallar bazarda qəfəs içində satarmışlar və bu beytləri oxuyarmışlar:
Ey taleban sərabə sənsureyi-səyyadə
Mövdibəvü hərane munisəvü tərabe
Sərağə deyil qəmxarə, farəyə verməz çarə.
Məşhur Nəsir Tusi altı yüz əlli yeddidə Marağada rəsədgah bina etdirib: “Zicəl-xani” orada yazıldı. Rəvayət olunur ki, Nəsir Tusi rəsədxana fikri ilə Hülaku xana müraciət edib məsarifini ərz etdi.
Hülaku heyrət ilə:
– Bu elmi-nücumun faidəsi nədir ki, bu qədər mal sərf olunur?
– dedi.
Xacə Nəsir:
– Əmr ediniz böyük bir teşti aparıb, uça dağın başından aşağı salsınlar, amma heç kəs bilməsin.
Hülaku Nəsirin təklifini qəbul etdi. Teşt dağdan düşdükdə səsindən qoşunun içinə vəlvələ düşdü. Hülaku ilə Nəsir Tusi işdən xəbərdar olduqları üçün teştin səsindən mütəəssir olmadılar.
Nəsir Tusi dedi:
– Elmi-nücumun faidəsi budur ki, hadisələrə vaqif olmayanlar çəkdiyi iztirabı xəbardar olanlar çəkməz.
Hülaku xan məsaləni anlayıb, rəsədxananın xərclərini ödədi.
İkinci hissə
İqtisadi azərbaycan
Qafqasiyada mütəşəkkil dövlətlərin iqtisadca ən qüvvətlisi, şübhəsiz ki, Azərbaycandır. Paytaxtımız Bakının neft mədənləri aləmşümuldur və bundan başqa ipək, pambıq və yun kimi məhsullarımız da az deyil. Bakı dənizinin balıq və kürüsü (xavyarı) böyük bir sərvət təşkil eləyir. Qarabağın (Zəngəzur) mis (baqer) mədənləri isə parlaq bir istiqbala malikdirlər.
Azərbaycanın coğrafi mövqeyi iqtisadi cəhətlərə daha da həyat bəxş edir: Asiya ilə Avropa arasındakı tüccari yollardan biri də Azərbaycandan keçir. Türküstan və Iranın qərb ilə münasibətinin qolayı ancaq məmləkətimiz vasitəsilə ola bilər.
Azərbaycan tüccar ruhlu və çalışqan bir xalqa malikdir. Ölkəmizin bütün ticarəti azəri türklərinin əlindədir. Bu mütəşəbbis və zəki millət milli istiqlalı sayəsində əcnəbi sərmayədarlar ilə rəqabət edəcək bir qüvvə təşkil etdi: bir çox milli fabrikalar açıldı, şirkətlər meydana gəldi.Qüvvətli bir imanla söyləyə bilərik ki, müstəqil Azərbaycanda milli idarə sayəsində iqtisadiyyatımız o dərəcələrə çıxacaq ki, millətimizin yüzdə doxsan beşi sərvət sahibi olacaq.
Neft
Azərbaycanın maddi sərvətində birincilik qazanan Bakı nefti qədim zamandan bəri tarix səhifələrində müşahidə olunur. Zərdüştün atəşgədələri burada imiş. Ərəb coğrafiyunu Məsudi deyir ki, Bakıda ağ və başqa neftlər çıxır və bəzi yerdən od çıxır. Kənardan üç günlük bir məsafədə adalar var imiş. Bunların birindəki od vulkanı uzaqlardan görünərmiş. Məsudinin qövlünə görə, ağ neft Bakıdan başqa ayrı yerlərdə yox imiş.
Övliya Çələbi Bakı mədənləri haqqında yazır: “Kimi ləbi-dəryada, kimi məskər nahiyyəsində yerdən qaynayaraq çıxar. Əsas ilicə suları kimi gölcük olub, neft yağı suların üzündə qaymaq bağlar durur. Neft başqaca amanat olub, sənəvi şaha yeddi min tümən axça gətirir. Neft əmininin adamları bu gölcəkizlərin içinə girib, gülcələrlə nefti birikdirərək keçə tulumlarına doldururlar.
Sonra bunu tüccar alıb diyar-diyar götürürlər. Səkkiz rəngdə neft olur, lakin sarı neft qayət məqbuldur. Siyah (qara) neft şahlıqdır ki, əcəm diyarının Özbəkistan, Hindistan, Iraq, Gürcüstan, Dağıstan, Al-Osman sərhədlərindəki qələlərə bu qara nefti gətirib, ətraflarına çırağan edərlər. Əsgər üzərlərinə hücum etdikdə üzərlərinə və a aq altlarına neftli yorğan və köhnə əşya atıb, atəşbazlıq edərlər. Qələ və şəhər mühimmatı üçün lüzumludur. Hətta şah hüzurunda, dəri-dövlətlərində yanan məşəllər həp Bakı neftindəndir. Neftin gecəli-gündüzlü nigəhbanları var. Çünki atəş dəyərsə, əlanəhayə yanıb, sönmək bilməz. Onun üçün neft mədənlərinin kənarında dağlar kimi alınmış torpaq amadə durur. Neft mədəniyyətə bir şərarə isabət eləsə, həman cümlə rəaya və bəraya yetişib, üzərinə torpaq ataraq söndürürlər. Başqa əlacı yoxdur”.
Övliyanın nəql elədiyi neft tədarükü üsulu bəzi təfərrüatı ilə on doqquzuncu əsrin ortalarına qədər davam etmiş. Yalnız son əlli sənə zərfində “buruqlar” istemalı müvəffəqiyyət qazanmış. Bakı mədənləri birinci olaraq rus tüccarlarından Kukurev ismində birisi motor və borular vasitəsilə neft ixracını təcrübə etmiş və gözəl nəticələrə rast gəlmiş. O zamandan bəri buruq istemalı ümumiyyət qazanıb. Bakının ən məhsuldar mədənləri dörd nöqtədədir: Balaxanı, Sabunçu, Ramana və Bibiheybət. Bu nöqtələrdə mövcud mədənlər azəri kəndlərinin adı ilə təsmiyə olunmuşdur.
Neft məhsulunun sənəvi miqdarı 1901-ə qədər tədricən yüksəlmiş; sonrakı illər bir az düşmüş. Məsələn, 1889-da 192 milyon put istehsal edilmiş; 1901-də məhsul 671 milyon puta varmış. 1915 sənəsinin məhsulu budur:
Balaxanıda – 66819820 put
Sabunçuda – 143097488 put
Ramanada – 53790417 put
Bibi-heybətdə – 89104794 put
——————————————––––
Yekunu: – 342812524 put
Kitabxana.az · https://kitabxana.az/works/cemenzeminli-tarixi-cografi-ve-iqtisadi-azerbaycan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Otağımıza girdikdə Şəfiqəni orada görmədim. Murad uzanmışdı, rəngi üzündən büsbütün götürülmüşdü. Yenidən xəstələndiyini zənn edərək, təlaşa düşdüm. Çarpayısına yaxınlaşdım, əlimi başına qoydum: qızdırması artmışdı.– Qonaqlar çoxdanmı getmiş? – dedim. Dinmədi. Halını anladım: “Şəfiqə ilə yəqin yenə sözləşmiş” – deyə fikrimdən keçirdim. Kefini pozmamaq üçün marağımı susdurdum. Soyunub yatağıma girdim. Murad əlini gözlərinin üstündən götürüb, ələmli bir nəzərlə mənə baxdı; yalmandı – dodaqları qurumuşdu.
ŞairEvə qonaq gəlmişdi. Kəblə Namaz dayı balaca oğlu Cənnətəlini qonaqlara göstərmək üçün otağa səslədi. Bir neçə dəqiqədən sonra içəri iri başlı, pərtdö gözlü bir uşaq girib, burnunu çəkə-çəkə qapının yanında durdu. Uşağı görcək qonaqlardan biri gülə-gülə Namaz dayıya dedi:– “Arım var, arım var–eşşək arısı”, tərif elədiyin oğul budur?
NitqMirzə Mehrəli nəticəsindən qorxurdusa da, qubernatoru qarşıladıqda nitq söyləməyi qət etmişdi. Cözlüyün uclarını qulaqlarına keçirdi, sonra tütün qutusunu çıxardıb, iri bir papiros lülələdi və gilas ağacından qayrılmış uzun müştüyünü üfləyib, papirosu ucuna qondardı.Mirzə Mehrəli bir neçə dəfə qələmi mürəkkəbə batırıb, fikirləşdi. Lakin nitqin başlanacağı Mirzəyə çətin gəldi.
Doqquz ay keçmiş– Ay nənə!– Can nənə! Nənən sənə qurban nə var?