Tarixi, coğrafi və iqtisadi Azərbaycan
Məzmun
Səhifə 2 / 13 · 8%
Aran
Azərbaycanın Qafqaz hissəsinə “Aran” deyirlərmiş. “Möcəmülbüldan”və “Təqvimül-büldan”da “Arran” deyə “ra”nın təşdidi ilə göstərilir. Əl-Müqəddəsi “Əhsənül Təqasim fi mərifətül Əqalim”ində “Əlran” yazır. “Əlran”ın mücərrəd istemalı “Rəvan” deməyə vasitə olduğu rəvayət olunur. Bəzi müəlliflər Aranı Arazla Kür çaylarının arasındakı yerə isnad verirlər. Əksər mənbələr, məsələn, ərəb və osmanlı coğrafiyunları “Aran”ın daha geniş bir ölkə olduğunu qeyd edirlər. “Aran”a məxsus şəhərlər bunlar imişlər: Gəncə, Bərdə, Tiflis, əvan, Naxçıvan, Muğan, Dərbənd, Şirvan, Şamaxı, Qarabağ, Ərəs, Bakı, Qızıl-Ağac, Lənkəran, Şəmkir və başqaları.
Əlyövm “Aran” Gəncə vilayətində dağ müqabili mənasında işlənir, Kür ilə Araz arasında mal-qara qışlayan yerin adıdır.
Hicrətin altıncı əsrində ibtida Aranda və sonra bütün Azərbaycanda Atabəylər dövləti təşkil olundu və hökumət yetmiş yeddi sənə davam etdi. Bu dövlətin müəssisi Kamal Sümeyraminin qulu Şəmsəddin Eldənizdir. Sultan Məsudə keçən Eldəniz azad olunub və sonra əql və fərasəti sayəsində Arana vali təyin olundu. vaxt aranda ixtilal var idi. Eldəniz Gəncə, Bakı və Şirvanı yenidən fəth etdi.
.
“Möcəmül-büldan”. Müəllifi Yaqut Həməvi yeddi yüz il əvvəl Azərbaycanı ziyarət
etmiş bir ərəb coğrafiyunudur
Eldəniz səlcuqilərdən Arslan şahın anası ilə evlənib, oğluna “Atabəy” olmuşdu.
555-dən 567-yə qədər bütün hökumət əlində olduğu üçün “Atabəy- əzəm” ünvanı daşıdı. 563 tarixində Azərbaycan Atabəyinə vergi verməkdən boyun qaçıran Rey əmiri Inanca qarşı dava edib, mülkünü Azərbaycana ilhaq etdi.
568 tarixində vəfat edən Eldənizin taxtına oğlu Cahan Pəhləvan Məhəmməd keçdi. 570 tarixində Cahan Pəhləvan Təbriz və Marağanı zəbt edib, Azərbaycana qaytardı.
Cahan Pəhləvan 582-də vəfat etdi və yerinə qardaşı Qızıl Arslan Osman çıxdı. Qızıl Arslan Sultan Toğrul qiyamı ilə uzun-uzadıya uğraşdı və axırda təskin etdi. Lakin, rahat yaşayamadı; bir batini fədaisinin əlində öldü (587).
Qızıl Arslanın vəfatından sonra Eldəniz sülaləsinin hümməti ilə toplanmış böyük Azərbaycan parçalandı: Iraqi-Əcəm Qütluğ Inanc tərəfindən əldə edildi. Təbriz taxtına Qızıl Arslanın qardaşı oğlu Atabəy Əbubəkr cülus elədi.
Atabəy Nüsrətəddin Əbubəkr Cahan Pəhləvan Aran və Azərbaycanda iyirmi il səltənət sürdü. Öldükdə yerinə keçən oğlu Atabəy Müzəffərəddin Özbək on beş sənə müstəqil Azərbay canı idarə etdi.
622 tarixində Cəlaləddin Xarəzmşah Azərbaycanı istila edərək Eldəniz sülaləsinin hökumətinə nəhayət verdi.
Bakı dənizi
Bakı dənizinin bir çox adı var. Ərəblər “Bəhri-Xəzər” deyə adlandırırlar. Rus vaqeənəvisləri də bəzən bu ismi işlədirlər. Bəzi vaqeənamələrdə “Xarəzm”dən iqtibasən “Xalis”, yaxud “Xalims” dəryası deyə qeyd olunmuşdur. Yalnız on altıncı əsr miladiyə məxsus bir vaqeənamədə “Bakı dənizi” ünvanı qollanılır. “Bəhri-Şirvan”, “Corcan”, “Qaspius”, “Bəhri-Əcəm”, “Bəhri-Xorasan” deyənlər də olmuş. Hal-hazır da “Kaspi” adı ilə mərufdur.
Bakı dənizi haqqında ən qədim və ən doğru xəbər məşhur Heredotdan öyrənilmişdir. Bakı dənizinin ətrafı torpaq ilə əhatə olduğunu
Heredot bilirdi. Halbuki, miladi-Isadan üç əsr əvvəl Bakı dənizi Şimal
Səlcuq hökmdarlarının övladlarını tərbiyə edənlərə “Atabəy” ünvanı verilirdi.
dəryasının bir körfəzi zənn olunurdu. Bu batil fikir beş əsr davam etdi. Heredotun məlumatı İsgəndər səfəri də elmi bir şey meydana çıxarmadı. Filosof Ərəstunun şagirdi İsgəndər Zülqərneyn səfərə çıxdıqda özü ilə bərabər bir çox müvərrixlər və ərbabi-fənn götürmüşdü. Məqsəd – coğrafiya və təbii elmlərə dair məlumat toplamaq və vaqeələri yazmaq idi. Buna rəğmən İsgəndərin səfərləri haqqında əlimizdə dürüst xəbərlər yoxdur. Bakı dənizinin tədqiqi İsgəndəri məşğul edirdisə də, bu yolda bir şey yapılmanın imkanı bulunmadı. Birinci Selefəq Niqadur, bu məsələni Patruqla həvalə elədi. Patruqla Bakı dənizini ziyarət etdi, üç əsr Isadan əvvəl tədqiqi nəticəsində dənizin Şimal dəryası ilə bitişik olduğuna qənaət hasil etdi. Bu yanlış fikir yunan fənn aləmində Roma dövrünə qədər davam etdi.
Roma imperatoru Pompeyin Qafqaz səfəri bəzi coğrafi məlumatlar meydana çıxardı. Lakin Bakı dənizi haqqında yeni bir şey qeyd etmədi.
Ptolomey və Pilini də Patruqlun xətasına şərik idilər. Səhvi Ptolomey bir az düzəltdisə də, o da xətadan xali qala bilmədi: Amu-dərya və Sır-dərya çaylarının Bakı dənizinə tökülməsinə inanırdı. Ərəb coğrafiyunu Məsudi Bakı dənizinin heç bir dərya ilə rəbti olmadığını söyləyir. Məsudi bu dənizi özünə bağırsaq şəklində təsəvvür edir.
Uzunluğunu 800 və enini isə 500 mil zənn edir.
İbn Hövqəl də Bakı dənizinin quru ilə əhatə olunmuş bir göl olduğunu qeyd edir.
Kitabxana.az · https://kitabxana.az/works/cemenzeminli-tarixi-cografi-ve-iqtisadi-azerbaycan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Otağımıza girdikdə Şəfiqəni orada görmədim. Murad uzanmışdı, rəngi üzündən büsbütün götürülmüşdü. Yenidən xəstələndiyini zənn edərək, təlaşa düşdüm. Çarpayısına yaxınlaşdım, əlimi başına qoydum: qızdırması artmışdı.– Qonaqlar çoxdanmı getmiş? – dedim. Dinmədi. Halını anladım: “Şəfiqə ilə yəqin yenə sözləşmiş” – deyə fikrimdən keçirdim. Kefini pozmamaq üçün marağımı susdurdum. Soyunub yatağıma girdim. Murad əlini gözlərinin üstündən götürüb, ələmli bir nəzərlə mənə baxdı; yalmandı – dodaqları qurumuşdu.
ŞairEvə qonaq gəlmişdi. Kəblə Namaz dayı balaca oğlu Cənnətəlini qonaqlara göstərmək üçün otağa səslədi. Bir neçə dəqiqədən sonra içəri iri başlı, pərtdö gözlü bir uşaq girib, burnunu çəkə-çəkə qapının yanında durdu. Uşağı görcək qonaqlardan biri gülə-gülə Namaz dayıya dedi:– “Arım var, arım var–eşşək arısı”, tərif elədiyin oğul budur?
NitqMirzə Mehrəli nəticəsindən qorxurdusa da, qubernatoru qarşıladıqda nitq söyləməyi qət etmişdi. Cözlüyün uclarını qulaqlarına keçirdi, sonra tütün qutusunu çıxardıb, iri bir papiros lülələdi və gilas ağacından qayrılmış uzun müştüyünü üfləyib, papirosu ucuna qondardı.Mirzə Mehrəli bir neçə dəfə qələmi mürəkkəbə batırıb, fikirləşdi. Lakin nitqin başlanacağı Mirzəyə çətin gəldi.
Doqquz ay keçmiş– Ay nənə!– Can nənə! Nənən sənə qurban nə var?