Elçin · Nəsr
- Eşq
- İlahi eşq
- Hicran
- Mey və meyxana
- Təbiət və bahar
- Fələk və tale
- Ölüm
- Hikmət və nəsihət
- Vətən
- Mədhiyyə
- Satira
- Mərsiyə
...Axşam düşmüşdü və həmin axşam Böyük bəyin imarətində təkcə bir işıq yanırdı və indi Fəxrəndə xanımla Şahnaz xanım bu təkcə işığın – onluq lampanın arxasında üzbəüz oturmuşdu.Heç kim danışmırdı, heç bir səs-səmir yox idi, amma bu sükutun özündə həyəcan, bir intizar, bir xof vardı.
İkinci hissə, IVSəhər tezdən idi. Şuşa yuxudan təzəcə ayılmışdı.Əlində səhəng tutmuş qızlar «Xan qızı» bulağında durub növbə gözləyirdi.
İkinci hissə, VYenə də həmin təkcə lampa işığı idi və həmin təkcə lampa işığının altında, indi Şahnaz xanımla Gülgəz üz-üzə oturmuşdu.Hər tərəfə cansıxıcı bir sakitlik çökmüşdü və bu sakitlik içində, ancaq pəncərə şüşəsini döyəcləyən yağışın səsi gəlirdi.
İkinci hissə, VIBütün bu Şuşa dağlarının fövqəladə komissarı Nicat Ovçuoğlu bu otaqda həm yaşayırdı, həm də bura onun müvəqqəti iş yeri idi və bu otağın pəncərəsindən Xəznə qayasının sıldırım zirvəsi aydın görünürdü.Bu otağa o qədər girib-çıxan olurdu, hamı o qədər tələsirdi, hamı elə işgüzarlıq göstərirdi ki, bütün bu tələsiklik, vurnuxma müqabilində Xəznə qayasının ağır, təmkinli sükutu, diqqət edəndə, fikir verəndə, qəribə, sirli, bəlkə də sehrli təsir bağışlayırdı.
İkinci hissə, VIIŞahnaz xanımın otağın qaranlığından seçilməyən saçları ağ köynəyinin üstünə tökülmüşdü və bu dəm Nicatın əli onun saçlarında gəzirdi. Şahnaz başını Nicatın geniş sinəsinə qoymuşdu və Nicat çarpayıda uzana-uzana, bir əli öz başının altında, o biri əli Şahnazın saçlarında, gözlərini qaranlıq tavana zilləyib qalmışdı.Şahnaz, elə bil, kimsə onları eşidəcəkmiş kimi, pıçıltıyla:
İkinci hissə, VIIITopxana meşəsini çən-çiskin bürümüşdü və həmin çən-çiskin altında beş-altı atlı çapa-çapa özünü meşəyə verdi.Atlılar Mirzə bəy idi, Yunis bəy idi, başqa bəylər idi, bir də Hümmət idi.
İkinci hissə, IXŞahnaz xanım pəncərə önündə dayanıb duman içində güclə seçilən Topxana meşəsinə baxırdı və bu dəm qızın üzündə bir qorxu, bir nigarançılıq vardı.Gülgəz otağa girəndə Şahnaz xanım diksinib geri çöndü və vahimə ilə:
İkinci hissə, XValeh hər biri öz işi ilə məşğul olan qızıl əsgərlərin, gəlib-gedən, harda oldu oturub gözləyən yerli camaatın arasından keçib tələsik komissarın otağına girdi.Nicat yazı masasının arxasından başını qaldırıb yuxusuzluqdan, yorğunluqdan qıpqırmızı qızarmış gözlərilə cavan oğlana baxdı və soruşdu:
İkinci hissə, XIQızıl əsgərlər hücuma keçmişdi. Böyük bəyin adamlarının daldalandığı qayalıqda baş qaldırmaq mümkün deyildi, hər tərəfdən güllə dolu kimi yağırdı, əl qumbaraları partlayırdı.Başı sarıqlı, üstü-başı qanlı, çirkli Yunis bəy arxa tərəfdən çapa-çapa qaya dibinə sığınıb dalbadal güllə atan Böyük bəyin yanına gəldi.
İkinci hissə, XIIGecə idi və bu gecə qaranlığında Böyük bəyin keçmiş malikanəsi tamam kimsəsiz görünürdü, elə bil ki, bu son ayların vurhavuru, bu son ayların təlatümü bu daş divarlara, bu aynabəndlərə, bu qırmızı kirəmitli taxtapuşa da təsir etmişdi.Çarşablı bir arvad həyət darvazasının bala qapısını açıb tələsik içəri girdi, ehtiyatla ora-bura baxa-baxa binaya yaxınlaşdı, Şahnaz xanımın pəncərəsi ağzında dayanıb xısın-xısın:
İkinci hissə, XIIIElə həmin gecə idi.Fəxrəndə xanım, Hümmət, bir də bir başqa atlı yaraqlı-yasaqlı Qala həbsxanasının aşağı başında, uçurumun yanında dayanıb gözləyirdilər. Onların yanında dördüncü at da vardı, yəhərli, qayışı tüfəngli, amma yiyəsiz at. Bu at da öz yiyəsini gözləyirdi...
Proloqİlyas Əfəndiyevin «Hökmdar və qızı»faciəsinin motivləri əsasında yazılmışdır.
Birinci hissə, 16 sentyabr 1802–ci il. Sankt-Peterburq. Qış Sarayı.İmperator I Aleksandr öz iş otağında general və əyanların arasında var-gəl edirdi və imperator bu dəm, elə bil, əsabələri ilə yox, öz-özü ilə danışırdı:
Birinci hissə, 26 sentyabr 1802-ci il. Sankt-Peterburq. Qış sarayı. Balzalı.
Birinci hissə, 3Şuşa dağlarını duman bürümüşdü…Və o duman içindəki yaşıl yamacda iki atlı gedirdi…
Birinci hissə, 4Şuşanın Bazar başı şəhərin sakinləri ilə dolu idi…… Xan carçısı misgər dükanının qənşərində yoğun bir kötüyün üstünə qalxıb gur səslə car çəkirdi:
Birinci hissə, 5Dağlar arası əyri-üyrü uzanıb gedən dolanbac Molla Nəsrəddin yolu ilə üzüyuxarı– Şuşa qalasına doğru karvan qalxırdı və o karvan dəvələrinin aram-aram atdıqları addımlar, elə bil, o Şuşa dağlarının təmkininin davamı idi… Qala divarının qarşısında oynaşan bir dəstə uşaq aşağıdan qalxan o karvanı görüb çığır-bağır saldı:
Birinci hissə, 6İbrahim xan Şuşa iqamətgahında Axund Mirmöhsün ağa ilə bərabər nargilə çəkirdi və hiss olunurdu ki, xan fikirli, qayğılıdır.Xan nargilədən dərin bir qüllab vurub:
Birinci hissə, 7O gözəl tirmənin naxışları, elə bil, Qarabağ dağlarının rəngindən, ətrindən xəbər verirdi...… Tuba xanım bir-iki qaravaşı ilə döşəkçənin üstündə oturub o tirmənin naxışlarını toxuyurdu…
Birinci hissə, 8Bir nəfər Şuşanın sal daşdan salınmış və gecənin qaranlığında tamam kimsəsizləmiş küçəsi ilə tələsik addımlarla addımlayırdı.O, küçəni burulub xəfif ay işığında qaraltısı aydın seçilən köhnə Alban kilsəsinin xarabalığına tərəf getdi və kilsənin girəcəyində qəfildən qaranlıqdan çıxan bir adam onun qarşısını kəsdi:
Birinci hissə, 9İbrahim xanın kiçik uşaqları – Abbasqulu ağa, Səltənət bəyim, Hacı Hacan ağa, Əli ağa və başqa uşaqlar bağçadakı yelləncəklərdə oynaşırdı və dünyanın əbləh işlərindən, əlbəttə, xəbəri olmayan bu uşaqların hay-küyü bütün bağçanı başına götürmüşdü.… Ağabəyim Ağa bir kənardakı kiçik mizin arxasında oturub nəsə – güman ki, şer – yazırdı və burası da bağçanı bürümüş o gün işığı kimi aydınca görünürdü ki, uşaqların o qayğısız çığır-bağırı, o gözəl haray-həşiri ilə Ağabəyim Ağanın o dəmdəki hissləri, fikirləri arasında çox həzin bir təzad var.
Birinci hissə, 105 mart 1803–cü il. Paris. Birinci konsulun iş otağı.Birinci konsul Napoleon Bonapart divanda, Rusiyanın Fransadakı səfiri onunla üzbəüz kresloda, xarici işlər naziri Taleyran isə yandakı kresloda oturmuşdular.
Birinci hissə, 11Ağ atın dəli gözləri, elə bil, yeri, göyü görmürdü…Saday bəy sıldırım qayaların təpəsi ilə ağ atı çap ki, çapasan – çapırdı.
Birinci hissə, 12Xan sarayının qadınlara məxsus hissəsində qız–gəlin qaynaşırdı.Ağabəyim Ağa böyük güzgünün qarşısında oturmuşdu və kənizlər xan qızını bəzəyirdilər.
Birinci hissə, 13Dağlar arasından dolanan Molla Nəsrəddin yolu ilə Şuşadan arana doğru üzüaşağı bir karvan gedirdi…… Saday bəy qabağını kəsən ağac budaqlarını, kol-kosu əlləri ilə o tərəf-bu tərəfə yara-yara irəliləyirdi…
Birinci hissə, 149 oktyabr 1803–cü il. Şuşa. Xan sarayı.İbrahim xan otağın qapısı qarşısında dayanıb qonaqlarını qarşılayırdı. Mirmöhsün ağa da onun yanında idi.
Birinci hissə, 15Axşam düşürdü.Və axşamın o düşhadüşündə Şuşa dağları, elə bil, mürgü döyürdü və bu yerlərin sakitliyi də, elə bil, əzəli və əbədi bir sakitlik idi. Hətta xanəndənin uzaqdan gələn səsi də, elə bil, elə bu əzəli və əbədi sakitliyin bir hissəciyiydi.
Birinci hissə, 16İbrahim xan iti addımlarla sarayın dəhlizi ilə gedirdi. Axund Mirmöhsün ağa onun ardınca addımlayırdı.İbrahim xan gedə-gedə deyirdi:
Birinci hissə, 171 dekabr 1803-cü il. Tiflis. Sərdar iqamətgahı.Tiflisə quşbaşı qar yağırdı.
Birinci hissə, 18Göydə uçuşan qara qarğaların qarıltısı get–gedə uzaqlaşdı və bir-birinə dəyən qılıncların, atılan güllələrin, fınxıran atların, hücum edən, nalə çəkən əsgərlərin səsi bütün aləmi başına götürdü.… Gəncə yaxınlığındakı Quluqobu deyilən çöllükdə Cavad xanın atlıları ilə rus qoşunu arasında ölüm-dirim davası gedirdi: süngüyə keçən kim, güllə atan kim, gülləyə tuş gələn kim, atdan yıxan kim, yıxılan kim, qılıncla biçən kim, biçilən kim…