Cəlil Məmmədquluzadə
- Eşq
- İlahi eşq
- Hicran
- Mey və meyxana
- Təbiət və bahar
- Fələk və tale
- Ölüm
- Hikmət və nəsihət
- Vətən
- Mədhiyyə
- Satira
- Mərsiyə
Dibaçeyi-kitabBir gün nəzmiyyə qabağından keçirdim, gördüm orda bazar əhlindən bir böyük yığıncaq var. Soruşdum:
Qız tərbiyəsiBir məsələ var ki, onu gərək indidən düşünək ki, axırda peşmançılıq üz verməsin. Mətləb budur ki, biz görürük bu axır vaxtlar oğlanlarımız mədrəsələrə gedib təhsil tapırlar və yekəlib evlənmək fikrinə düşəndə axtarırlar ki, özlərinə elə bir ömür yoldaşı tapsınlar ki, onların səliqəsinə və zövqünə müvafiq gəlsin. Amma çünki özləri az-çox elm və tərbiyə görüblər, dəxi tərbiyə və elm görməmiş qızlarımıza mail olmurlar və çoxları gedib əcnəbi millətlərin oxumuş qızlarından bəyənib, alıb özlərinə övrət qərar verirlər.Əgər bu iş bir qədər vaxt belə getsə, axırda bir yandan ailələrimiz milliliyini itirib millətimizdən yadırğayacaqlar; bir tərəfdən də qızlarımız yekəlib, illərlə evdə qalıb, nişanlı intizarında olacaqlar.
Mübarək olsunAdət eləmişik bayramda sevinmək, şad olmaq və bir-birimizi təbrik etmək. Uşaqlar da adət edib bayramda sevinmək, şad olmaq və bir-birini təbrik etmək.Bəs, təfavüt nədir? Uşaqlarla bizim təfavütümüz hardadır? Uşaqlar da şad olub, biz böyüklər də şad olmuşuq. Uşaqlar sevinib təzə paltar və qırmızı yumurtaya, biz böyüklər də elə haman şeyə sevinmişik. Amma lazımdır ki, biz böyüklərlə kiçiklərin təfavütü ola idi. Təfavüt də burada ola bilər ki, bayram günü biz təzə geyinmiş, cibləri dolu uşaqlarımıza baxanda sahibsiz, ac uşaqları da yada salaydıq ki, bayram günü bizim uşaqlarımız plov yeyəndə yetimə uşaqlar bəlkə yavan çörək də tapmayacaqlar.
Ballı badımcanBallı badımcan xala,Qoyma qızı çox qala,
İranda ləqəblərBunu heç kəs inkar etməz ki, İranın bu dərəcədə tərəqqi tapmağına və qeyri məmləkətlər içində şöhrət qazanmağına ancaq və yenə də ancaq ləğəblər səbəb olubdur. Vaqeən, bu saat dünyanın hər bir yerində İranın ləğəblənmiş əşxasının söhbəti düşəndə hər bir kəs quruyub qalır və çünki oralarda bu qism böyük adamlar az tapılır, onunçün paxıllıqlarından az qalır canları çıxsın (cəhənnəmə çıxsın, gora çıxsın).İndi mən ərz edim, gör qeyri bir məmləkətdə belə-belə baş sahibləri var, ya yox. Məsələn:
CağəsbiBir gün bir dəlidən soruşdular ki, “cağəsbi, camə ğəsbi” ibarələrini məna eləsin. Dəli bir qədər fikrə gedəndən sonra belə cavab verdi:– Cağəsbi haman ali imarətə deyirlər ki, ibarət ola dörd-beş həyətdən: həyəti-birun, həyəti-əndərun, həyəti-xəlvət, həyəti-ziyafət. Talar talar içində, hovuz, gülkarlıq, təvilə, aşbazxana, ambarlar, zirzəmilər, buzxanası, çayxanası, tiryəkxanası. Və bu ali imarətdə əyləşən bir nəfər adam və beş-altı baş ailəsi və beş-altı nəfər nökəri (söz yox, xədimi də olacaq). Digər tərəfdən də biçizlərin iyirmi-otuz nəfəri tıxnaşa bir qaranlıq rütubətli evə, hələ bəlkə çoxları yağış və qar altında zindəganlıq eləyərlər, yainki mədrəsələrə yer tapılmaya və müftə müəllimlər yüz nəfər keçəl-küçəl şagirdi qata bir qaranlıq təviləyə və orada dərs deyə. Buna deyərlər cağəsbi; yəni qabaqkı ali imarətdə namaz da batildir, hələ bəlkə çörək yemək də sahibinə haram yazılacaq.
İlan-qurbağaDünən poçtadan bir məktub aldım, yazılıb ki, “İdarədən xahiş edirəm Rasta küçəyə mənim adıma altı aylıq ruznamə göndərilsin”.Məktubun axırında imza əvəzinə bir qurbağa şəkli çəkilib.
Yumşaq-quruMən qərib adam, pulum da yoxdur. Gedirəm çörək almağa, səngəkçi qabaqca soruşur: yumşaq istəyirsən, quru? Deyirəm quru. Görürəm şatır səngəki səliqə ilə bişirir, o tərəfini bu tərəfini qızdırır, tutur qabağıma ki, götür apar. Mən də olan qalan bir abbasımı verirəm, çörəyi dürməkləyirəm və bir dəqiqədə qovurqa kimi yeyirəm, genə ac qalıram.Sabah genə getdim bir səngək istədim, genə çörəkçi soruşdu: yumşaq istəyirsən quru? Dedim qoy bu səfər “yumşaq” deyim, bəlkə bu səfər qarnım doya. Dedim yumşaq. Onda gördüm zalım oğlu şatır bir xəmir kündəsini yaydı, bir təhər burşaladı (məsələn, itə yal bişirən kimi), qoydu tərəziyə və bir-iki tikə də kəsdi, düzəltdi, verdi apardım yedim, doydum. Bəli, doydum, yəni möhkəm doydum. Amma qarnım şişdi və sancı elədi. Getdim davaxanaya, dava soruşdum, elə qiymət dedi ki, quruyub qaldım (amma davaxananın adını yadımda saxlamışam ha).
Təzə partilərAxır vaxtlarda Xoyda Amerika üsulu ilə dörd müstəqil parti təşkil tapıb.Birinci parti Qulu xan partisidir. Parlaman üzvləri İqbalüssəltənə atlılarından intixab olub. Rəisül-vüzəra məzkur Qulu xandır ki, prezident deməkdir.
İanəTəbrizdə nəşr olunan “Minarə” adında erməni ruznaməsinə Qəzvin erməniləri tərəfindən iki yüz əlli tümən ianə göndərilibdir.Təəccüb eləmək lazım gəlir ki, iranlılar bu növ himmətdən uzaqdırlar, zira ki, İranda indiyə qədər nəşr olunan İran ruznamələrinin əksəri bir böyük mənbədən ya böyük əşxasdan pullar alıb o mənbəni və o əşxasın mürəvvici-əfkarı olublar, yəni onların əfkarına xidmət ediblər.
Təzə dəyirmanEşitdiyimizə görə, bu tezlikdə çörəyin qiyməti xeyli ucuzlanacaq və bu ucuzluğa səbəb jandarmeriyanın maşın dəyirmanı olacaq ki, on yeddi il təmir olunmaqdadır. Bu dəyirman bir neçə gündən sonra işə düşəcək və hər gün yeddi min xərvar buğda üyüdəcək. Hələ də dəyirmandan səvayı elektrik matoru da otuz doqquz ildir təmir olunmaqdadır ki, bu günlərdə işə düşəcək və Təbrizin cəmi məhəlləeyrinə və hətta kasıbların da evlərinə işıq verəcək. Özü çox müftə, su qiymətinə. Hərçənd kasıb-küsüb jandarmaların haqqından kəsib həmin dəyirmana və matora çox pullar sərf elədilər, amma çörək ucuzlananda, bunun əvəzi çıxar inşallah, genə də inşallah və maşallah, genə də maşallah.Qızdırmalı*
TüstüYer üzündə ikicə şəhərdə hamamların tulanbarında peyin yandırırlar: bir Naxçıvanda, bir də Təbrizdə.Yer üzündə cəmi hamamlar ya neft ilə qızır, ya odun ilə. Hətta dılğır Marağada, Xoyda və qeyri şəhərlərdə də hamam odun ilə qızır. Və yer üzündə bir şəhər yoxdur ki, onun tüstüsü qonşuya əziyyət eləsin.
Dövlətli xanımlarŞəhərimizdə bir dövlətli xanım var. Bayram qabağı xanım bir xəyallandı darül-tərbiyədəki övrət-uşağa paltar tikdirsin ki, Allah da xanımdan razı olsun; amma təqvimə baxdırdı gördü ki, saat xoş deyil. Sonra bir belə fikrə düşdü ki, Qafqaz mühacirlərinin hərəsinə bayram axşamı bir qədər xərclik paylasın. Yenə təqvimə baxdı gördü ki, yazılıb “nə şayəd”.Axırda dedi: xub, neçə-neçə ali imarətim var ki, bir-birinin içindədir, bu imarətlərin birini Allah rizası üçün vəqf elərəm idareyimaarifə (inşallah) ki, orada yetim uşaqlar üçün bir böyük mədrəsə qərar verilsin.
Çarə lazım!Millətimiz savadsızdır.Çarə lazım!
Teatr işlərimizDivara yapışılar teatr elanlarına baxanda elə nəzərə gəlir ki, Bakı şəhərində guya heç müsəlman camaatı yoxdur. Söz yox, biz bunu bilirik və eşitmişik ki, yay fəsli bir para maarif müəssisələri tətil edərlər ki, ibarət olsun mədrəsələrdən və teatrolardan, amma əcaba, əgər qeyri millətlər üçün yay-qış yoxdur?Əvvəla, necə olub yay səhnələri ki, orada qonşu millətlər kimi biz də teatr nümayişləri verə bilərik və saniyən biz qonşularımızdan nə dərəcədə nazik və lətifik ki, onlar istiyə-soyuğa baxmayıb, bir gün, bir gecə olmur ki, camaatı teatr kimi bir nemətdən məhrum qoysunlar.
Möhkəm iplərİyirmi ildən artıqdır ki, biz Azərbaycan türkləri mədəniyyət bağının yolunu tapıb, bu yolun piyadaları olmuşuq.Mədəniyyət bağının çiçəklərinin kefləndirici ətirləri, canverici havası, bulaqlarının təmiz və sərin sularının şorultusu, bülbüllərinin gözəl oxumaları bizləri çəkir, yürüdür, amma biz yürüyə bilmirik; o gözəl bağa tez yetişib, faydalanmağa və rahat olmağa ürəyimiz nə qədər tələsiyirsə, addımlarımızı tez-tez ata bilmirik. Nə qədər yıxılırıq, qalxırıq, atılırıq-düşürük və irəliləyiriksə, yenə görürük ki, yolun ondan bir payını ölçə bilməmişik, görürük ki, bağ hələ çox uzaqdadır.
KürkMəşədi Qulaməli Təbrizdə bir sövdəgər idi. Hər nə rastına gələrdi, alıb satardı. Dükanı bizim qonşuluqdaydı. Dükanında olardı kömür, köhnə paltar, at yəhəri, ulağ palanı, qab-qacaq, köhnə yorğan–döşək və qeyri belə–belə şeylər.Bir gün bazardan keçirdim, gördüm Məşədi Qulaməlinin dükanının qabağında üç-dörd kəl arabası durub, hamısı doludu kürəknən. Qulaməli də bikef oturub, hesab çortunu qabağına qoyub, fikrə gedib. Mən dayandım və buna salam verdim. Qulaməli istər–istəməz salamımı aldı və dinmədi.
Qanı istilərNaxçıvanda bir dəli Molla Abbas var idi. Uşaqlar başına doluşub hoydu–hoyduya götürəndə Molla Abbas camaata üzünü tutardı və belə deyərdi:– Ay camaat, vallah mən dəli deyiləm, bu uşaqlar məni dəli eləyirlər.
İnqilab lazım“Dostumuz Məmmədəlini əbəs yerə özümüzdən kəmiltifat edib İrandan qovduq. Nə oldu nəticəsi: bir dılğır parlaman.Bunan bir şey olmayacaq, yenə inqilab lazım”.
Yer yoxdurMən ölüm diqqətnən oxuTiflis–Bakı dəmir yolu əlahiddə və müstəqil bir hökumətdir. Bu hökumət heç kəsə tabe deyil: nə Gürcüstana, nə Azərbaycana, nə İrəvana və nə də Moskvaya.
Gözəl yerlərBakının mahalında gözəl bir kənd var; adı Xızıdır. Bu kəndin də ətrafında on beş gözəl kənd var, adları bunlardır:Zibər – 60 ev, Upa – 40 ev, Gərmiyən – 60 ev, Çarqışlaq – 50 ev, Qululu – 60 ev, Şəlgəh – 40 ev, Biləsən – 35 ev, Dəllər – 35 ev, Şıxlar – 35 ev, Zarat – 80 ev, Kəş – 60 ev, Qarabulaq – 35 ev, Pənbə
Əl quyularıQırx ildən artıqdır ki, Bakının neft mədənlərində böyük neft buruqlarından savayı çoxluca əl quyuları da işdə idilər. Həmin bu əl quyularının sahibləri kasıb kəndlilərdir ki, quyulardan nefti vedrə ilə çəkib çıxartmaq ilə özlərinə çörək yolu tapmışlar. Bu quyubazlıq axır vaxtlarda elə tərəqqi eləmişdi ki, ildə bunlardan otuz milyon putdan qırx milyona kimi neft çıxarılıb satılırdı.Keçmiş əsrdə hökumət əl quyuçularına mümkün olan müsaidə və köməyini əsirgəmirdi və niyə də əsirgəyəydi? Məgər kənd füqərasının çörək pulu qazanmağının bir kəsə zərəri ola bilər?!
Neft fəhlələriİndi məndən birisi soruşa ki, neft çıxardan fəhlələrin bir parası evdə qalır, bir parası kalafalarda qalır, bir parası heç kalafa da tapmır ki, orada yatsın, bəs, onlar harada qalırlar? – onda mən gərək cavab verəm ki, kalafa tapmayan fəhlələr də yəqin ki, yerlə göy arasında qalırlar.Mən bilirəm ki, mən belə sözü ağzıma alıb danışsam, deyəcəklər ki, dəli olub. Amma indi Bakı şurasının dekabrın 23-də vaqe olan iclasında yoldaş Hüseynov deyirmiş:
PadvodO gündən ki, qulağıma çatdı ki, hökumət rüşvət almağı tükətmək yolunda çox tədbirlər tökübdür, o gündən ki, eşitmişəm ki, hökumət bundan sonra rüşvət alanlara həddindən də artıq tənbeh elətdirəcək, – o gündən mənim beynimə bir söz düşüb: haman söz “padvod” sözüdür.“Padvod” – rusca arabaya deyirlər. Öz-özlüyündə söz elə pis söz deyil, hələ bəlkə lazımlı bir şeydir.
Müqəddəs vətənimYenə mənim üzümü ağardan müqəddəs vətənim olacaq.Qoy tiflislilər nə edərlər-etsinlər, qoy kilsənin xaçını qopardıb yerinə ulduz qondarsınlar, qoy nə edirlər-etsinlər, amma mənim başımı ucaldan – yenə mənim Naxçıvan vətənim olacaq.
UşaqlarımızBizim içərimizdə qədim vaxtlardan adət belə olub ki, uşaqlarımızı böyük adamların məclisindən uzaq saxlamışıq. Ola bilər ki, bu adət arvadlarımızın kişilərdən gizlənməyindən törəyibdir. Belə ki, arvadları kişi məclisindən qovanda biz uşaqları da analarının yanına qovmuşuq.Və beləliklə uşaqlar kişilərin yanından uzaq düşüb vaxtlarını ya arvadlar məclisində, ya küçə-bacada keçirtməyə məcbur olublar.
Nə mərəkə!Seyid ağa doqquz yaşlı bir qıza əl atmış və bu barədə çox danışıqlar, çox yazı-pozular qopmuş, çox mərəkələr qalxmış.Bilmirəm səbəb nədir ki, bu işə mən o qədər də təəccüb etmədim, nə qədər ki, görürəm qeyriləri edir. Bəhərhal iş özü çox murdar[dır], bunun qabağını almağa çox böyük tədbirlər götürməli.
Uşaq teatrıBu sözü ki, biz indi burada yazırıq, deyəsən təzə bir söz. Çünki uşaq teatrı söhbətini biz bir yanda eşitmirik və əgər bir yerdə uşaqlar üçün teatrımız olursa da, bu barədə qəzetlərdə yazı-pozu gözümüzə sataşmır.Bizim nəzərimizə gəlir ki, hər bir yerdə uşaqlar üçün türk dilində teatr nümayişləri verilmir və habelə uşaq teatrı üçün uşaq əsərləri düzülüb meydana qoyulmur.
TəbiətÜfunətli bataqlara cürbəcür həşəratın cəm olmağı təbii, çirkli bədənə qisim-qisim böcəklərin daraşmağı təbiidir.Məhz həmin qanunun xasiyyətindəndir ki, cəhalət qaranlığında qalmış insanların içindən müftəxor əmmaməli parazitlər əskik olmayır.
Poçt xərciMəcmuəmizin 12-ci nömrəsində yazmışdıq ki, poçtxana məcmüəmizin bir nüsxəsini Bakıdan kənara göndərməyə iki milyon yarım istəyir, “Yeni yol” qəzetinə iki milyon istəyir.İndi Qax şəhərindən bizə yazırlar ki, məcmuəmizə abunə olmaq Qax əhalisinə mümkün deyil; çünki abunə olanlar hər həftə poçtxanaya gərək on milyon poçt xərci verələr. Həmin Qax şəhərindən yenə birisi idarəmizə dörd dənə məqalə bir paket içində göndərib yazır ki, bu məqalələri bir qabda göndərmək ondan ötrüdür ki, poçt xərci çox bahadır.