Məşrubat

Dünən bir nəfərdən eşitdim ki, erməni şərabçıları rəməzan ayına biqərar müntəzirdirlər. Səbəbini soruşdum, cavab verdi ki:– Rəməzan gecələri arağın və çaxırın müştərisi çoxalır.

Cəlil Məmmədquluzadə2 dəq
Bəla

Bu Təbriz-Culfa dəmir yolu da başımıza bəla oldu!.. Doğrudan deyirmişlər ki, Nikolayın bizə çox əziyyətləri yetişib, biri də bu dəmir yoludu. Mağıl keçən vaxtlar dəvə karvanları düzülürdü yola, ticarət malını yükləyirdik dəvələrə, bir həftə-on günə Təbrizdən sağsəlamət gedib yetişirdi Culfaya.Bəli, dəmir yol çəkdilər ki, tərəddüd guya asan olsun və sürətli olsun; guya ki, bizi atlı qovalayır, guya ki, bu dəmir yol ilə bizim cavanlar gedib Almaniya, Amerika darülfünunlarında dərs oxuyacaqlar.

Cəlil Məmmədquluzadə2 dəq
Ar olsun!

Ar olsun belə ümmətə!Bakı qazısı axund Əbdürrəhim Hadizadə həzrətləri noyabrın 21- də ruznamələrin birində üzünü Bakı camaatına tutub nəhayət təsirli bir moizə elədi və çün ağanın sözləri çox yanıqlı və mətləbi çox əhəmiyyətli idi, mümkün olan şey deyildi ki, belə bir moizə təsirsiz, nəticəsiz qala. Amma çox təəssüf ola ki, camaatımız axır illərdən bəri o qədər lazım olmayan söhbətlərə və nəsihətlərə fikir verib ki, dəxi qazı, alim və fazillərin sözləri bilmərrə qulaqlarına girmir.

Cəlil Məmmədquluzadə2 dəq
Düzəldi

Dəli şeytan deyir götür qələmi, yaz bütün dünyavü-aləm xəbərdar olsun ki, müsəlmanların işi dəxi düzəldi qoydu getdi.Mən belə yazsam, söz yox hər bir kəs ki, mənə küçədə rast gəldi, deyəcək, ay dəli bu nə sözdü yazmısan? Onda mən cavab verəcəyəm: əmi oğlu, mən bir-bir deyim, sən də barmağını yum, gör düzəldi, ya yox?

Cəlil Məmmədquluzadə2 dəq
Bədbəxtlik

Bu günlərdə Bakıda Seyid Məhəmməd adında bir molla necə ki, məlumdur, doqquz (9) yaşında bir qıza vəhşi bir surətdə əl uzatmaq edibdir.Şəhərdə bu barədə çox danışıqlar oldu: günahkar mollanı, əvvəl dustağa aldılar, sonra nədənsə azad etdilər, amma sonra genə eşitdiyimizə görə dustaq ediblər.

Cəlil Məmmədquluzadə1 dəq
Əslinə mütabiqdir

Naxçıvanda çıxan “Şərq qapısı” qəzetəsində maarif komissarı Həmid bəy Mahmudov bir gün gedir Naxçıvandakı bir dərəcəli məktəbi təftiş edir və görür ki, müəllimlər Mirzə Əli, Mirzə Cəmşid, Mirzə Asif, Mirzə Əsəd və Mirzə Mircəfər dərsləri saat doqquzdan yarım saat gec başladılar.Bunu gördükdə komissar saydığımız müəllimləri nəinki bircə töhmət etməklə qurtarır, hələ bəlkə bunları həmin günkü zəhmət maaşlarından məhrum edir.

Cəlil Məmmədquluzadə1 dəq
Əkin ustadları

Zəyəm kəndində hökumət tərəfindən qurulmuş olan əkinçilik idarəsinin bir qeyrətli müdiri var ki, familiyası Kuryatindir.Bu günlərdə “Bakı fəhləsi” qəzetəsi yazmışdı ki, Zəyəmdə həmin əkin müdiri cənabları gecə keyfli olur, gündüz keyfli olur. İdarənin həyətində on yeddi dənə böyük əkin maşınları qarın və yağışın altında paslanmaqdadır. O ki qaldı, rəiyyət, bunlar da bəzi vaxt doğrudur, mollaların sözündən çıxıb hərdənbir istəyirlər gəlib bu maşınlardan alıb, aparıb işlətsinlər. Amma gəlib görürlər ki, müdir Kuryatin cənabları rəfiqlərinin biri ilə çaxır içir və ayaq üstə durub, məst bir halda rəfiqinə bu məzmunda nitq söyləyir:

Cəlil Məmmədquluzadə2 dəq
Mükafat

Hər bir zəhmətin axırı mükafatdır ki, zəhmət çəkənə verilər.Türk tənqid-təbliğ teatrosunun da zəhmətkeş müdirlərinə layiqincə mükafat verildi. Bu da ibarətdir ondan ki, bu ilin teatr mövsümü axıra çatan vaxtlarda teatrın maliyyə işlərini diqqəti-tam ilə bir neçə həftənin müddətində təftiş və təhqiqdən, uzun-uzadı sualcavabdan keçirtdilər ki, görsünlər hər bir şey yerbəyerdir. Rəsmi surətdə xəbər verildi ki, türk təbliğ-tənqid teatrosu işlərində heç bir nöqsan və xəyanət müşahidə olunmayıb.

Cəlil Məmmədquluzadə1 dəq
Kəmənd

E... e... e... Ay gözünə dönüm ovçu, sərvəqt ol, yaxşı fürsətdir, kəməndi əlində hazır saxla; çünki bir parə dinsiz cavanlar məşədi və kərbəlayı balalarını çaşdırıblar, yoldan çıxarmaq istəyirlər və bəlkə də çıxarıb qurtarıblar. Kəməndi hazır et, bəlkə dinsizlərin əlindən qurtarıb qaçan “xam”ları bir “fənd”lə kəməndə salıb öz mübarək dininə tabe edəsən...Hərif meydanda özünü tək görüb meydan suluyur. Bəli, şuraçılar müsəlman cavanlarının əqidələrini xarab etdilər, möminlərin övladını ata-baba imanından bir qədər kənar saldılar, behiştlik hacı balalarını rus və erməniyə oxşatdılar, pak etiqada rəxnə yetirdilər və xülaseyi-kəlam, behiştlikləri huri vətənindən soyutdular, müqəddəsləri ruzi-rizvan həvəsindən saldılar, cənnət eşqinin ləzzətini götürdülər, firdövsün kövsər suyunu dandılar və yavaş-yavaş, beləliklə, o yerə gəlib çatdılar ki, indi az qalıbdır müsəlman qardaşlar şəkk gətirsinlər ki, – nəuzübillah, bu nə sözdür, bu nə əfsanədir, – Allahdan icazə olmayınca və “Camei-Abbas” rəva görməyincə insan heç bir yerə qədəm qoya bilməz, o heç bir işi başlaya bilməz və hətta-dilim qurusun-filan yerə gedəndə də çox-çox şəriət və qanuna tabe olmalıdır və ilax...

Cəlil Məmmədquluzadə2 dəq
Ağac

Ağac çox gözəl bir şeydir. Ələlxüsus yayın istisində ağacın kölgəsi gözəl nemətlərin biridir. Məsələn: Gəncə, Tiflisdə Müştəhid bağı (canımsan a Bakı!).Amma Şuşa qalası, doğrudur, yay fəslində bimisl bir yerdir. Amma hayıf ki, indiyə kimi ağacı yox idi. Çünki şəhər dağın təpəsində düşüb və bu nainsaf su bilmirəm niyə aşağıdan yuxarı getmir. Onun üçün də Şuşa qalasında indiyə kimi küçələrin heç birində nə arx, nə kölgə verən ağac olmazdı.

Cəlil Məmmədquluzadə1 dəq
Müəllim

Rus dilində nəşr olunan Bakı qəzetləri “müəllimlər” məsələsini ortalığa qoyub danışmaqdadırlar ki, yəni indi yay daxil olur, sonra da payız gələcək, bəs, lazımdır indidən bu fikirdə olaq ki, payızda müəllimlərimiz hamı öz yerində olsun və qulluqdan Quba meydanına qaçmasınlar.Bu rus dili məktəbləri müəllimləri barəsindədir.

Cəlil Məmmədquluzadə1 dəq
Mənə nə!

Bizlər deyirik: mənə nə, farslar deyir: bə mən çe? Bu ibarənin mənası budur ki, mən deyirəm hər bir işin başında mən özüm olum və o işdə ki, mən yoxam – o işi də pisləyəcəyəm.Məsələn, eşidirəm ki, sən bir xeyir iş başlamısan; məsələn, aclara köməklik yığırsan, ya körpü qayırırsan. Hərçənd o işlər öz-özlüyündə fəna iş deyillər, bəlkə hələ yaxşı da bir işdirlər; amma zəmani ki, sən o işləri mənsiz başlamısan və mənim orada adım-sanım yoxdur, mən, əlbəttə o işlərin heç birini təsdiq etməyəcəyəm. Çünki bunlar hamısı keçəndən sonra mənə şöhrət lazımdır.

Cəlil Məmmədquluzadə1 dəq
Qızıl kimi söz

Sözün doğrusu, ölən qızımın anası bizim Nabat daha köhnəlmişdi. Yəni, elə belədir: arvad ki, bir evdə dörd, ən çoxu beş il yaşadı, bəsdir. Onu dəyişib özgəsini gətirmək lazımdır.Mən də helə beləyəm. Nabatı dəyişməmiş, yerini gözaltı eləmişəm. Özü də Nabatdan çox-çox gözəldir. Və bir də kişinin qızı adamın Allahı var, cavandır; belə lap təzə vaxtıdır. Yəni yeni yetişir. Lap mənim fənnimdir. Hər bir danışığımız, işimiz qurtarıb gedibdir.

Cəlil Məmmədquluzadə2 dəq
Ticarət

Qədimül-əyyamdan ticarətin tərəqqisi İrandan başlanıb və onunçün də İran tacirlərinin qabağında hətta ingilis tacirləri də məəttəldirlər.Bu saat İran seçki ticarəti böyük meydan qazanmış. Bir buna təəccüb edirəm ki, Bakıda əyləşən İran tacirləri niyə vaxtlarını Bakıda zay edib Tehrana özlərini yetirmirlər ki, seçki yarmarkasında çox pullar qazansınlar.

Cəlil Məmmədquluzadə1 dəq
Bəxt

İnsanın gərək bəxti ola: əgər oldu – xoşbəxt olacaq, əgər bəxti olmadı, hər qədəmdə ona bədbəxtlik üz verəcək.Götürək Gəncə kitabxanasını: bu yazığın bəxti əzəldən qara imiş. Neçə aylarınan çalışıb vuruşub, qulyanyadı nədir – bir bəhanə düzəltmişdilər ki, bu yazıq kitabxana üçün bir qədər pul yığsınlar və bir qədər kitab alsınlar.

Cəlil Məmmədquluzadə1 dəq
Kimdən ötəri

Bu yeni hürufat kimdən ötəri icad olundu?Bu barədə çox danışıq var və bu məsələ çox dolaşıq məsələdir.

Cəlil Məmmədquluzadə1 dəq
“Mini-mini masallar”

Dünən bu kitabçaların bir neçəsini aldım. Apardım verəm uşaqlarım oxusun.Uşaqlar bu kitabların üstündə yazılan həmin sözləri – mini-mini masallar höccəliyə-höccəliyə oxudular. Yenə bir-iki dəfə oxudular. Kitabları qoydular stol üstə və dedilər:

Cəlil Məmmədquluzadə1 dəq
Orucluq

Doğrusu, mən aşkar orucumu yeməyə qorxuram. Heç özüm də bilmirəm nədən qorxuram və niyə qorxuram; amma qorxuram.Bax, bunu hamı bilir, mən də bilirəm ki, oruc tutmaqnan, ya oruc yeməknən nə adamı behiştə hurilərin içinə ötürərlər, nə behiştdən qovlayarlar. Bunu hamı bilir.

Cəlil Məmmədquluzadə1 dəq
Üç saat

Əlimdə bir vacib yazım var idi.Hamı öz yazısını vacib hesab eləyir. Qapı döyüldü. Dedim:

Cəlil Məmmədquluzadə2 dəq
Tehran müxbirimizə

İndi düz bir ildir ki, ən azı iyirmi məktub göndərmisən ki, “Tehran hökuməti İran Azərbaycanında yaşayan dörd milyon türk xalqının qaranlıqda qalmasını nəzərə alıb beş yüz min tümən pul buraxıb Təbrizdə, Xoyda, Səlmasda, Mərənd şəhərində türkcə məcmuələr və qəzetlər çıxartsınlar”.Biz sənin məktubların gələn kimi özünə yazmışıq ki, belə şey olmaz. İran şahlığı razı olmaz ki, onun camaatı parçalanıb biri farsca, biri türkcə danışsın.

Cəlil Məmmədquluzadə2 dəq
Kooperativ

Dünən baqqal Məşədi Qulam gəlmişdi idarəmizə. Deyir:– Dükanımı yığışdırıram.

Cəlil Məmmədquluzadə2 dəq
Cərimə

Sən nə qədər istəyəsən ki, “Naloq”dan yana kəndlinin yükünü yüngülləşdirəsən. Sən əgər belə tutaq ki, istəyəsən kəndlidən heç bir qəpeyk də “Naloq” almayasan, yenə kəndlinin vergi barəsində elə bir böyük dərdi var ki, heç indi sənin xəyalına gəlmir.Bu dərdin adı cərimədir.

Cəlil Məmmədquluzadə1 dəq
Kitab məsələsi

Çox yerdən yazıb, bizdən soruşurlar ki, aya qədim əsrlərə nisbət yenə indi mətbəə və çap işləri baha başa gəlir?Bu cür sualların hamısına mən indi birdən cavab vermək istəyirəm.

Cəlil Məmmədquluzadə2 dəq
Ev adları

Bakıda böyük evlərin və həmxanaların idarəsi ki, rusca ona “ciltovarişstroy” deyirlər. İndi bu saat böyük çətinliklərə düşüblər ki, aya evlərə nə ad qoyaq?Çünki komunxoz da evləri verib həmxanaların ixtiyarına. Həmxanalar da özlərinə heyəti-müdiriyyə seçiblər. Bunlar da komunxozların qərarına görə gərək idarə etdikləri evə ad qoysunlar.

Cəlil Məmmədquluzadə2 dəq
Qərardad

Qabaqca bunu ərz edim ki, mən özüm zəhmətkeş bir adamam və bütün ömrümdə həmişə çalışmaqda olmuşam; onun üçün də nə qədər ki, rəməzan ayı gəlib keçib, heç bir dəfə də oruc tutmağa vaxt tapa bilməmişəm; çünki heç vaxt bikar olmamışam. Dərsə gedən uşaqlarım da habelə: onlar da kitab və dəftər içində dərs və qələm-kağıza məşğul olduğundan həmçinin oruc tutmağı yada sala bilməyiblər.Yəni oruc-namaz söhbəti keçən vaxtlar heç yadıma da düşməzdi: heç bilməzdim oruc tutan kimdir, namaz qılan kimdir? Məscidə harada gedərlər, orucu nə vaxt tutarlar, nə vaxt başlanar, nə vaxt qurtarar?

Cəlil Məmmədquluzadə3 dəq
Müsəlla

Necə ki, bu il Azərbaycanın hər bir guşəsindən quraqlıq xəbəri gəlirdi, Cavanşirdə də bu il yağış olmadı. Və taxılların çox hissəsi və ot-ələf habelə susuzluqdan yanıb tərk oldu.Və heç bir yandan bir çarə gözləmək mümkün olmadı, Allahdan başqa. Çünki bunlar hamısı xaliqa-ləm-yəzəlin öz ixtiyarındadır: istər yağışı yağdırar, istər yağdırmaz. Əgər durub soruşsan ki, niyə bu qədər öz yaratdığın aciz bəndələrin çörəyini məhv-nabud edirsən və ac qoyursan və əgər soruşsan ki, göylərdə saxladığın yağış anbarlarının müftəcə suyundan niyə yer üzünə çalamırsan ki, onlar da sirab olsun, heyvanat da sirab olsun və əgər sən bu taxılları bir neçə nəfər binamazın ya komsomolun, ya üzüaçıq dərsə gedən islam qızlarının acığınamı yandırırsan, elədə bəs min-minlərlə mömin və dindar qırmızı saqqal hacı və kərbəlayıların taxıllarının günahı nədir?

Cəlil Məmmədquluzadə2 dəq
Binamazlıq

Bunu bilmək lazımdır ki, günahi-kəbirlərin birisi binamazlıqdır. Əgər birisi binamazlıqda israr edə, o vədə onun qətli vacibdir. Demək, bu saat küçə və bazarda gəzən müsəlmanların hamısının qətli vacibdir; çünki hamısı binamazlıqda müqəssirdirlər, yəni israr edəndirlər. İnşallah-taala onların hamısı axirətdə əzabi-əlimə giriftar olarlar.Çünki həqqi-taala cəllücəlala fərmudə ki: yövmə yətəsalənun əla mücrüminə masələküm fisəqər; yəni soruşarlar ruzi-qiyamətdə günahkarlardan: sizdən nə günah baş verib ki, duzəxə sizi kəşankəşan eləyiblər, cavab verərlər ki, bizdən bir günah baş verməyib, savayı ondan ki, bizi elm təhsil etməyə mədrəsələrə göndərdilər, rabfaka göndərdilər, texnikuma göndərdilər. Və orada möhür tapa bilmədik namaz qılaq. Və bir paramız da qılmaq istəyəndə qeyri mərdümazar yoldaşlar lağa qoyub, üstümüzə gülməyə başladılar.

Cəlil Məmmədquluzadə2 dəq
Şükür eləməlidir

Mənim bir dayım var idi. Özü də çox qocalmışdı və çox da dünya görmüş və təcrübədən çıxmış adam idi.Allah rəhmət eləsin, dayım bizlərə çox nəsihət eylərdi. Bu da yadımdadı, hər nə qədər birisinə bədbəxtlik üz versəydi, dayım deyərdi:

Cəlil Məmmədquluzadə2 dəq
Vəlvələ

Mart ayının 16-da on səkkiz nəfər türk qadını mamalıq dərsini qurtarıb, mamalığa şəhadətnamə aldılar.Bu xüsusda həmən günün axşamı Əli Bayramov klubunda müsamirə qurulmuşdur. On səkkiz nəfər qadın camaatın alqışı ilə səhiyyə komissarlığı tərəfindən böyük bir iltifata nail oldular.

Cəlil Məmmədquluzadə2 dəq
Münacat

Ey yerin, göyün, dünya və axirətin padşahı! Axı bir de görüm hardasan?And olsun sənin canına, özünü elə saxlayırsan ki, sənin varlığına çoxları şəkk gətirmək istəyirlər.

Cəlil Məmmədquluzadə2 dəq